Məhkəmə qərarları › İş №2(102)-4795/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4795/2022

11.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4795/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı hüquqi varisi Qasımov Kamal Nəcəfqulu oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı hüquqi varisi Qasımov Kamal Nəcəfqulu oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüquqlarına kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4958/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzili İddiaçı adına 887 saylı reyestr kitabında 133241 nömrəsi ilə qeydə alınmışdır.

2. Bakı şəhəri 3 saylı Asan xidmət mərkəzinin xx.xx.2019-cu il tarixli ******* saylı arayışına əsasən xx.xx.1972-ci il təvəllüdlü Qasımov Kamal Nəcəfqulu oğlu, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh1, xx.xx.1933-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilində daimi qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 9000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzili 1933-cü il təvəllüdlü iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş, bu barədə ona xx.xx.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. İddi açının oğlu Qasımov Kamal Nəcəfqulu oğlu Cavabdeh1 ilə xx.xx.1999-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından cavabdehlər xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 anadan olmuşdur. Onların nikahı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, bundan sonra da cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə yaşamaqda davam edirlər. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)8311/2018 saylı qətnaməsinə əsasən iddiaçının cavabdehlərə qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsinə və mənzildən çıxarılmalarına dair iddia tələbi rədd edilərək cavabdehlərin istifadə hüququna xitam verilməsinin, yalnız iddiaçı tərəfindən adekvat məbləğdə kompensasiya təklif olunduqda mümkün ola bilm əsi qətnamədə qeyd olunmuşdur.

5. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3 bu iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş və məhkəmənin qərardadı ilə vəsatət təmin edilərək Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlərə 7000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 27 iyun 2019-cu il tarixli, 2(001)-3990/2019 nömrəli qətnaməsi ilə (hakim S.R.Səl imova) iddia tələbi təmin olunmamışdır.

8. Birinci instansiya məhkəməsi iddianı rədd edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlərə mənzilə olan istifadə hüquqlarının əvəzləşdirilməsi üçün təklif etdiyi kompensasiya bu hüquqların əvəzləşdirilməsi üçün yetərli olmadığından iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edildiyi kimi kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yer də əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-ci, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3990/2019 saylı, 27 iyun 2019-cu il tarixli qətn aməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli 2(103)-453/2020 nömrəli qətnaməsi ilə (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Həsənov Elnur) apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3990/2019 saylı, 27 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmənin qərardadı ilə iddiaçının mənzilinin yerləşdiyi ərazidə, hazırki vaxtda həmin mənzilə oxşar şəraitli 1, 2 və 3 otaqlı mənzilin orta aylıq kirayə haqınının müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatı keçirilmiş, "xxxx" MMC tərəfindən verilən xx.xx.2019-cu il tarixli rəydə Bakı şəhəri Binəqədi rayonu B iləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilin yerləşdiyi ərazidə, hazırki vaxtda həmin mənzilə oxşar şəraitli 1 otaqlı mənzilin kirayə haqqı 220 manat, 2 otaqlı 300 manat və 3 otaqlı 350 manat məbləğində müəyyən edildiyi göstərilmişdir.

13. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı xx.xx.2019-cu il tarixdə ölümü ilə əlaqədar olaraq oğlu Qasımov Kamal Nəcəfqulu oğlu onun prosessual hüquq varisi qismində tanınmışdır.

14. Sonucu məhkəmə iclasında iddiaçı tərəf kompensasiya məbləğini artıraraq, 9000 manat kompensasiya verilməklə cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş etmişdir.

15. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, cavabdehlərə qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlı olmuşdur. İddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.

16. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin təklif olunan 7000 manat kompensasiya məbləğinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə istifadə hüququ olan mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyinə dair gəldiyi nəticə əsaslıdır. Belə ki, hazırkı iş üzrə müəyyən olunan hallar təklif edilən kompensasiya məbləğinin y etərli olmadığı qənaətinə gəlməyə əsas verir.

17. İddiaçının prosessual hüquq varisinin apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya məbləği də yuxarıda göstərilən meyarlar nəzərə alındığında iddianı təmin etməyə imkan verən məbləğ kimi qiymətləndirilə bilməz. Çünki həmin məbləğin cavabdehlərə, davamlı surətdə və müəyyən müddət ərzində mübahisəsi gedən mənzilə xas olan şəraitlə müqayisədə oxşar şəraitli evdə yaşamaq imkanı verəcəyi ağlabatan deyildir.

18. İddiaçı hüquqi varisi Qasımov Kamal Nəcəfqulu oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli 2(103)453/2020 nömrəli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəmə sindəki birinci icraat

19. İddiaçı hüquqi varisi Qasımov Kamal Nəcəfqulu oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(103)453/2020 nömrəli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2021ci il tarixli 2(102)-1254/2021 nömrəli qərarı ilə (hakimlər E.R.Vəliyeva sədrlik edən və məruzəçi, E.Y.Şamayevdən və A.Ə.Abbasovdan ibarət tərkibdə) İddiaçı hüquqi varisi Qasımov Kamal Nəcəfqulu oğlunun kassasiya şikayəti təmin edilmiş,Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-453/2020 nömrəli iş üzrə 05 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üç ün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qət edilmişdir.

21. Kassasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə baxarkən yuxarıda qeyd edilən Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərini və həmin maddi hüquq norması ilə bağlı Konstitusiya Məhkəməsinin şərhlərini nəzərə almamışdır.

22. Belə ki, apellyasiya instansiya məhkəməsi təklif edilən kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, həmin kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq özü müəyyən etməli və iddiaçının həmin məbləğlə razı olub-olmadığını aydınlaşdırmalı idi.

23. Bundan əlavə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi kompensasi ya məbləğini müəyyən edərkən cavabdehlərin hər birinin yetkinlik yaşına çatmasını, onlara birlikdə və ya ayrılıqda kompensasiya veriləcəyini, onlara hansı müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən kompensasiya verilməli olduğunu ətraflı araşdıraraq, gəldiyi nəticələri qətnamədə əsaslandırmalıdır.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci, Mülki Prossesual Məcəllənin 217.1,217.3,220.4,407.2-ci maddələrinə, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sent yabr 2007-ci il tarixli qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin Azərbaycan Respublikası MPM-nin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarına istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-4958/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Ə.Mehdiyev (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və N.Ş.Cəfərov) apellyasiya şikayəti tə min olunması, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli, 2(001)3990/2019 saylı qətnaməsini ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinə 4000 (dörd min) manat olmaqla, cəmi 12000 (on iki min) manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilindən çıxarılması, cavabdehlərə qeyd edilən kompensasiya məbləğinin ödənilməsi ilə onların həmin mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları eyni vaxtda icra edilməsini qə t etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər yetkinlik yaşına çatmışlar, əmək qabiliyyətlidirlər və bir yerdə yaşayırlar. Onlara ayrılıqda təklif edilən, cəmi 12000 manat kompensasiya başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə müəyyən müddətə oxşar yaşamaq imkanı verən bazar qiymətinə uyğun olan məbləğdir. Belə ki, iş üzrə təyin edilmiş qiymətləndirmə rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsi 33 saylı evin 19 saylı mənzilin yerləşdiyi ərazidə, hazırkı vaxtda həmin mənzilə oxşar şəraitli 1 otaqlı mənzilin kirayə haqqı 220 manat, 2 otaqlı 300 manat və 3 otaqlı 350 manat məbləğində müəyyən edilir. Ona görə də, iddiaçı tərəfindən irəli sürülmüş məbləğdə kompensasiya verilməkl ə cavabdehlərin istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları barədə tələbi əsaslıdır.

28. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarına, “Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2 maddəsinin Azərbaycan Respublikası MPM-nin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kompensasiyanın 35000 manat hesablanması dair hissəsində dəyişdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik.

31. Kassator Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci və Mülki Prossesual Məcəlləsinin 77, 88 və 217-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinin pozulduğunu qeyd etmişdir. Belə ki, iddiaçı istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. O baxımdan ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 12000 manat pul vəsaiti cavabdehlərə mütanasib formada verilməsinə və həmin vəsaitə cavabdehlər tərəfindən yaşadıqları mənzil şəraitinə uyğun mənzillə təmin olunması üçün kifayət etməsinə dair sübut təqdim olunmamışdır. Bundan əlavə, məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Hazırkı kassasiya şikayətində qətnaməni kompensasiya hissəsini mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı yalnız bu hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış bin asının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi halla ra və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kolleg iyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4958/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar