Məhkəmə qərarları › İş №2(102)-4795/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4795/2023

27.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4795/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və İddiaçı2 Cavabdeh1 (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Lənkəran rayon notariat ofisi və Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman oğlu Mehman oğlu(məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1 (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Lənkəran rayon no tariat ofisi və Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi) qarşı “miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-946/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Lənkəran rayon notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdar əsi) miras əmlak üzərində payların müəyyən edilməklə vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsi ilə (hakim Məhəmmədəli Rzayev) iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında 144.5 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 102.7 kv.m olan 3 otaqlı miras evin 1/5 hissəsi üzərində X1 payının müəyyən edilməsi qət edilmişdir.

3. Cavabdeh1 tərəfindən Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və işin hallarına uyğun qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ( hakimlər P.T.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimo v, İ.Q.Əsədov) 24 may 2023-cü il tarixli 2(106)946/2023 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin qeyri –mümükün hesab edərkən mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya şikayəti verilərkən Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş müddətlə bağlı tələblərə əməl edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 apellyasiya şikayətinin MPM-in tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayəti geri qayta rılmalı olduğu halda, qəbul edilərək baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsinin surətini Cavabdeh1 nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə imza edərək almışdır.

7. Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir.

8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verilərkən prosessual müddət ötürülmüşdür.

9. Belə ki, Azərbaycan Respublikasının Mülki Proses sual Məcəlləsinin (MPM) 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə görə isə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Göründüyü kimi, qətnamə 17 mart 2023-cü il tarixdə alındığı halda, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti 18 aprel 2023-cü il tarixdə vermişdir. Qeyd edilməlidir ki, MPM-in 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Qətnamənin alınması 17 mart 2023-cü il tarixdə baş vermiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin başlanğıcı 18 mart 2023-cü il tarixdə hesablanmış və 17 aprel 2023-cü il tarixdə bitmişdir.

10. İşdən də görünür ki, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra 18 aprel 2023-cü il tarixdə məhkəməyə verilmişdir.

11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli 2(106)-946/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2023-cü il tarixli 2(106)- 946/2023 saylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilməməsi əsası ilə geri qaytarılmışdır.

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-946/2023 nöm rəli qərardadından Cavabdeh1 təkrarən kassasiya şikayəti verərək, sözü gedən qərardadın ləğv edilməsi və Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən verdiyi xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkün hesab olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3416/2023 nömrəli 2 avqust 2023-cü il tarixli qərardadı ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2023-cü il tarixli, 2(106)-946/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli 2(106)-946/2023 saylı qərardadı ilə Cavabdeh1 t ərəfindən verilmiş kassasiya şikayəti müəyyən edilmiş müddəti ötürməklə verildiyindən və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətin verilmədiyi əsası ilə geri qaytarılmışdır.

16. Cavabdeh1 vəsatət verərək kassasiya şikayətinin verilmə müddətinin ötürülməsinin üzürlü hesab edilməsini və müddətin bərpa olunmasını xahiş etmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli 2(106)-946/2023 saylı qərardadı ilə Cavabdeh1 ərizəsi təmin edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-946/2023 saylı qərardadını ləğv edilməsini, Lənkəran Rayon Məhkəməsinin 14 m art 2016-cı il tarixli 2(049)-320/2016 saylı qətnaməsindən verilmiş xx.xx.2023-cü il tarixli apellyasiya şikayətinin apellyasiya qaydasında baxılmasının mümkün hesab olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, nümayəndəsi və müdafiəçisi tərəfindən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(049)-230/2016 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə alınmış və birlikdə tanış olmuşlar. Apellyasiya şikayəti və ona əlavə olunan sənədlər 1 ay müddətində yəni qanunvericilikdə nəzərdə tutulan müddət ərzində xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin dəftərxanasına verilmiş, bu barədə qəbul edən şəxsin imzası, qəbul olunan tarix xx.xx.2023-cü il və Lənkəran Rayon Məhkəməsinin “Zərflər üçün” nəzərdə tutulan möhür apell yasiya şikayətinin son səhifəsində öz əksini tapmışdır. Qeyd olunanları təsdiq etməkdən ötrü apellyasiya şikayətinin sürətini şikayətinə əlavə edirə.

20. Kassator qeyd etmişdir ki, müddətin başlanğıcı, axımı təyin edildiyi təqvim tarixdən başlanır və bitmə müddəti sonrakı gündən başlanır. xx.xx.2023-cü il tarixdə mübahisələndirilən qətnamənin sürəti tərəfimizdən qəbul edilmiş MPM-in 360-cı maddəsində nəzərdə tutulan 1 ay müddətində xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş və qərardadda qeyd edildiyi kimi tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra yox, müddətin sonuncu günü dəftərxanaya təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

23. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

24. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

25. Maddə

129. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

26. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

27. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası belə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməlidir.

32. Belə ki, apelyasiya instansiyası müəyyən etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2( 049)-320/2016 saylı qətnaməsinin surətini Cavabdeh1 nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə imza edərək almışdır.

33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti verilməsi üçün müddətin başlanğıcı 18 mart 2023-cü il tarixdə hesablanmış və 17 aprel 2023-cü il tarixdə bitmişdir. İşdən də görünür ki, Cavabdeh1 tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra 18 aprel 2023-cü il tarixdə məhkəməyə verilmişdir.

34. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətinə əlavə edilmiş Lənkəran rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli 2(049)-3200/2016 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinin surətindən görünür ki, şikayətin sonunda “Q/Etdim” yazılaraq imza edilmiş və sonra “Bünyadzadə 17.04.23” yazılaraq Lənkə ran Rayon Məhkəməsinin “Zərflər üçün” möhürü vurulmuşdur. Ona görə də apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin Cavabdeh1 tərəfindən nə vaxt verilməsi ilə əlaqədar halların ətraflı araşdırılaraq hüquqi qiytmət verilməsi məqsədilə iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.Çünki, apelyasiya şikayətinin apellyasiya şikayətində aparılmış qeydə uyğun olaraq 17 aprel 2023-cü il tarixində verilməsi müəyyən edildiyi halda şikayət müəyyən edilmiş müddət qurtarmadan verilmiş olacaqdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli 2(106)-946/2023 nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar