Məhkəmə qərarları › İş №2(102)-4809/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4809/2022

01.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4809/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çaykənarı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və Xaçmaz rayonu 1 saylı Notariat ofisinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-4809/22 ( Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və s.) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Xaçmaz rayon İcra Hakimi yyəti Başçısının Çaykənarı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və Xaçmaz rayonu 1 saylı Notariat ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1008/2022 nömrəli, 4 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 1 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 14 sentyabr 2017-ci ildə tərtib edilmiş vəsiyyətnamə ilə Daştəmirov X4 rayonu Gödəkli kəndində yerləşən səkili, 2 otaqlı evi, 0,07 ha həyətyanı torpaq sahəsini, 0,58 ha pay torpaq sahəsini, o cümlədən bütün başqa mülkiyyət ində olan əmlakla bağlı atası Cavabdeh1 vəsiyyət etmişdir.

2. Daştəmirov Rəşid Balasoltan oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-229 nömrə ilə qeyd edilmiş şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş Daştəmirov Rəşid Balasoltan oğlunun vərəsələri Daştəmirova Gülnar Rəşid qızı, İddiaçı, Daştəmirov Camal Rəşid oğludur, onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak xx.xx.2021-ci il tarixdə Daştəmirov Rəşid Balasoltan oğluna verilmiş **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Gödəkli kəndində yerləşən ümumi sahəsi 0,009 ha olan torpaq sahəsindən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çaykənarı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və Xaçmaz rayonu 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 adından 14 sentyabr 2017-ci il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çaykənarı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, Xaçmaz rayon 1 saylı notariat ofisinin notariusu tərəfindən verilmiş 21 fevral 2021-ci il tarixli, 2V-229 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı tələbini onunla əs aslandırmışdır ki, mərhum atası Daştəmirov Rəşid Balasoltan oğlu tərəfindən xx.xx.2017-ci il tarixdə Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 2 otaqlı ev, 0,07 ha həyətyanı torpaq sahəsi, 0,58 ha pay torpaq sahəsi, o cümlədən bütün başqa mülkiyyətlərində olan əmlaklarla bağlı cavabdeh babası Cavabdeh1 adına Çaykənarı kənd İƏD üzrə nümayəndəliyində vəsiyyətnamə verildiyi bildirilərək ondan miras qalmış əmlaklara dair 30 oktyabr 2018-ci il tarixdə vərəsəlik işi açılmış və bundan sonra müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi kənd İƏV üzrə nümayəndəsi qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamə təsdiqlənərkən notariusa bərabər tutulan səlahiyyətli şəxslər siyahısına daxil deyildir. Bu isə o deməkdir ki, tərtib edilmiş vəsiyyətnamə səlahiyyəti olmayan ş əxs tərəfindən tərtib və təsdiq edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Daştəmirov Rəşid Balasoltan oğlunun adından olan 14 sentyabr 2017-dci il tarixli vəsiyyətnamənin arxa səhifəsində “Hacızadə M.A.” yazıları qarşısındakı imzalar (3 ədəd imza) – X5 tərəfindən icra olunmuşdur.

7. Xaçmaz Rayon Məhkəməsinin (hakim: A.B.Sadıqov) 28 yanvar 2022-ci il tarixli, 2(067)-64/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X3, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çaykənarı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və Xaçmaz rayonu 1 saylı notariat ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və mirasda payların m üəyyən edilməsi tələbinə dair iddiası təmin olunmamışdır.

8. Məhkəmə gəldiyi nəticənin əsaslandırması kimi iddia ərizəsində sadalanan halların məhkəmə iclasında öz təsdiqini tapmamasını göstərmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Mülki Məcəllənin 152.1, 157.1, 552.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1179.2, 1193, 1194, 1195, 1196, 1225.1, 1225.2, 1225.3, 1230, 1231.1, 1231.2, 1231.1, 1248.1, 1246, 1243.1, 1243.2, 1243.3-cü maddələri, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahi ş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə ilə əlaqədar müxtəlif qanunvericilik normalarına istinad etsə də, bu normaların hazırkı işə aidiyyətinin hansı hissədə və hansı formada olmasına aydınlıq gətirməmişdir. Yəni iddiaçının iddiasının nə üçün, hansı hissədə əsassız olması, bu əsassızlığın nədən ibarət olması və iddianın nə üçün rədd edilməli olmasına aydınlıq verməmişdir. Vəsiyyətnamənin həqiqətdə mövcud olub-olmamasının müəyyənləşdirilməsindən ötrü Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çaykənarı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğu göndərilmiş, sorğuya verilmiş xx.xx.2021-ci il tarixli, 08 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Alekseyevka kənd İƏD üzrə nümayəndəliyində 2017-ci il üçün tərtib olunmalı notariat əməli yyatlarının qeydiyyat kitabı arxiv sənədləri arasında aşkar olunmamışdır. Mərhum Daştəmirov Rəşid Balasoltan oğlu tərəfindən atası Cavabdeh1 Cəmaləddin oğluna həmin vəsiyyətnamənin kim tərəfindən verilib-verilməməsi barədə məlumat yoxdur”. Bu isə o deməkdir ki, adıçəkilən vəsiyyətnamənin mövcud olması barədə hər hansı məlumat mövcud deyil. Məhkəmə bu cavabla kifayətlənməyərək işlə bağlı öz təşəbbüsü ilə xətşünaslıq ekspertizası təyin etmiş, verilmiş rəydə qeyd edilmişdir ki, vəsiyyətnamədə mövcud olan 3 ədəd imza o zaman nümayəndəlikdə icra nümayəndəsi olmuş X5 tərəfindən icra edilmişdir. X5 məhkəmə iclasında şahid qismində iştirak edərək bildirmişdir ki, ümumiyyətlə onun icra nümayəndəsi olduğu dövr ərzində nümayəndəlikdə ümumiyyətlə heç bir notariat hərəkəti, o cümlədən vəsiyyətnamə tərt ib edilməmişdir. Bu səbəblə həmin vəsiyyətnaməni də o, tərtib etməmiş və imzalamamışdır. Əgər həmin vəsiyyətnamədə onun imzası çıxırsa bu o deməkdir ki, nümayəndəlikdə işləyən şəxslər tərəfindən o aldadılaraq vəsiyyətnaməyə özünün iradəsi olmadan ona imza etdirmişlər. Yəni o güman edir ki, gündəlik çoxsaylı sənədləri imzaladığından həmin sənədlərin arasına bu vəsiyyətnamə kimsə tərəfindən bilərəkdən daxil edilərək onun iradəsi olmadan ona imzalatdırılmışdır. Bundan başqa iş materiallarında olan vəsiyyətnamənin üzərində qeyd olunan yazılardan görünür ki, vəsiyyətnamə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çaykənarı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmişdir ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci və 1181.1-ci maddələrinə ziddir. Belə ki, həmin maddələrdə vəsiyyətnamə təsdiqlənərkən vəsiyyətnamənin təsdiqlənməsi formasının necə olması və kimlərin notariusa bərabər tutulan şəxslər hesab edildiyi təsbit edilmişdir. Göründüyü kimi həmin sadalanan şəxslər içində Rayon İcra Hakimiyyəti başçısının Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamə təsdiqlənərkən notariusa bərabər tutulan səlahiyyətli şəxslər siyahısına daxil deyildir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.O.Quliyev sədrlik edən və məruzəçi, G.F.Tağızadə və L.M.Məmmədova) 4 may 2022-ci il tarixli, 2(105)-1008/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya in stansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, apellyasiya şikayətinin dəlillərində göstərilən xüsusatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.

14. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157, 552, 1133, 1134, 1145, 1151, 1159, 1179, 1193, 1194, 1195, 1196, 1225, 1230, 1231, 1248, 1246, 1243-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 384-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vəsiyyətnamənin notariat ofisində deyil, nümayəndəlikdə tərtib edilməsinin qanuni olmasına heç bir izah verməmişdir. Yəni hansı səbəbə görə Çaykənarı kənd ərazi dairəsi üzrə nümayəndəliyinin müvafiq icra hakimiyyəti orqanlarına daxil olmasına aydınlıq gətirməmişdir. Bu isə o deməkdir ki, tərtib edilmiş vəsiyyətnamə səlahiyyətli olmayan şəxs tərəfindən tərtib və təsdiq edilmişdir. Vərəsəlik işindən də göründüyü kimi mər hum-vəsiyyət edən şəxsin anası Mariya Arsenyevna notariat ofisinə müraciət edərək ona məcburi payın verilməsini xahiş etmiş, daha sonra isə o öz payından imtina etməsinə dair yeni ərizə ilə notariat ofisinə müraciət etmiş və daha sonra təkrarən yeni ərizə verərək vərəsəlikdən imtina etməsindən imtina etdiyini və ona şəhadətnamənin verilməsini xahiş etmişdir. Bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268-ci maddəsinin (mirasdan imtinanın geri götürülməməsi) birinci bəndinə ziddir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən Mariya Arsenyevnanın mirası qəbul etməsindən imtina etməsinə dair ərizə verdikdən sonra ondan imtina edə və geri götürə bilməzdi. Lakin notariat ofisi həmin ərizəni qəbul etmiş və bununla bağlı cavabdehə pay ayırmışdır. Məhkəmə qətnaməni əsaslandırmamış, MPM- in 217.3-cü maddəsinin tələbinə zidd olaraq iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalı olduğu halda yalnızca qanunvericilik normalarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdehlər Cavabdeh1 Cəmaləddin oğlu və Daştəmirova Mariya Arsenyevna kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1008/2022 saylı, 4 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

18. Etiraz onunla əsaslandırılmışdır ki, X2 vəsiyyətnamənin tərtib edildiyi vaxt öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilmiş və öz iradəsini aydın ifadə edə bilən fəaliyyət qabili yyətli olmuşdur. Vəsiyyətnamə şəxsən özü tərəfindən tərtib olunmuş, vəsiyyətnamə tərtib olunarkən şahidlər iştirak etmiş və qanunvericiliyə görə vəsiyyətnaməni notariusun olmadığı yerlərdə (yəni vəsiyyət edənin yaşadığı kənddə, həmin vaxt Daşdəmirov Rəşid ağ ciyərində olan xəstəlikdən əziyyət çəkirdi) müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanmış və təsdiqlənmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır.

21. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

22. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

23. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

24. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

25. Maddə 1145. Miras fiziki şə xsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

28. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

29. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

30. Maddə 1179.2. Vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.

31. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

32. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

33. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

34. Maddə 1196. V ərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

35. Maddə 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

36. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır.

37. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

38. Maddə 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səb əb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər.

39. Maddə 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər.

40. Maddə 1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir.

41. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

42. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mi rası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

43. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

44. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

45. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə

46. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan is tifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırk ı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

54. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rə hbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1008/2022 nömrəli, 4 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar