Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4817/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, Üçüncü şəxsnın vəkili Qanbayev Emil Məhəmməd oğlunun iştirakı ilə, Üçüncü şəxsnın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(004)4470/2017 saylı qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia tələbi təmin edilərək, cavabdeh “X5” MMC-nin üzərinə ünvan 1 13-cü mərtəbəsində ümumi sahəsi 102,4 kv.metr olan 3 otaqlı 95 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması, 30 manat dövlət rüsumunun cavabdehdən tutulması qət edilmşidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(103)-585/2019 saylı qətnaməsi ilə (hakimlər: İ.Kərimli, X.Cəmilova və İ.Xəlilov) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(004)-4470/2017 saylı qətnaməsi üçüncü şəxs münasibətdə dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu 3-cü şəxs aid edilmişdir. Üçüncü şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(103)-585/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. İşin halları: İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 13-cü mərtəbəsində ümumi sahəsi 102,4 kv.metr olan 3 otaqlı 95 nömrəli mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Üçüncü şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli, 2(103)-585/2019 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilm əsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Üçüncü şəxsnın vəkili Qanbayev Emil Məhəmməd oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, üçüncü şəxsin vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarından görünür ki, satıcı “X5” şirkəti 04.10.2010-cu il tarixli, 124 saylı müqaviləyə əsasən ünvan 1 mərtəbə sində ümumi sahəsi 102,4 kv.m olan 3 otaqlı mənzili 45900 manata üçünca şəxs satmış, ilkin ödəniş 8580 manat olmuş, alıcı satıcıya olan borcu 05.06.2012-ci il tarixdə tam ödəmişdir. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.10.2016-cı il tarixli, 2(004)-7004/2016 saylı qətnaməsinə əsasən üçünca şəxs cavabdeh “X5” şirkətinə qarşı əmlak tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Yeni Yasamal yaşayış massivində “X5” şirkəti tərəfindən inşa edilən 1 saylı binanın 13-cü mərtəbəsində ümumi sahəsi 102,4 kv.m olan 3 otaqlı mənzilin şirkət tərəfindən üçünca şəxs sahibliyinə verilməsi qət edilmişdir. Həmin qətnamədə müəyyən edilən hallara əsasən sözügedən binanın 13-cü mərtəbəsində yerləşən 102,4 kv.m-dən ibarət olan 3 otaqlı mənzillərdən biri 95 saylı mənzil 17.12.2013-cü il tarixli təhvil-təslim aktı ilə İddiaçı verilmiş, üçüncü şəxs veriləcək mənzilin sıra sayı isə müəyyən edilməmişdir. Həmin mülki iş üzrə 11.10.2016-cı il tarixli yerində müayinə protokolunda qeyd olunur ki, cavabdeh tərəfindən tikintisi həyata keçirilən binada yerində müayinə zamanı cavabdeh şirkətin nümayəndəsi bildirmişdir ki, pilləkəndən qalxdıqda sağ və sol tərəflərdə bərabər sayda olmaqla, hər mərtəbədə 8 mənzil vardır. Onlardan dördü 3 otaqlıdır, 3 otaqlı mənzillərdən ikisinin (pilləkəndən qalxdıqda sağ və sol tərəfdə yerləşməklə) sahəsi 102,4 kv.m-dir. 13-cü mərtəbədə pilləkəndən qalxdıqda sağ tərəfdə yerləşən sahəsi 102,4 kv.m olan digər 3 otaqlı mənzil Bağman adlı şəxsə, sol tərəfdəki eyni sahəli mənzil İddiaçı məxsusdur. Mənzilin nömrəsi 95-dir. İddiaçının üçüncü şəxs nümayəndəsi bildirm işdir ki, iddiaçıya satılan ev əvvəl pilləkəndən qalxanda sağ tərəfdən 3 otaqlı sahəsi 102,94 kv.m olaraq təqdim edilmişdir. İddiaçı mənzilin qapısını öz hesabına qoydurub. Sonradan şirkətin nümayəndələri tərəfindən qapı çıxardılaraq pilləkəndən sol tərəfdəki mənzilə qoyulub. Baxış zamanı müəyyən olunmuşdur ki, pilləkəndən qalxanda sol tərəfdə yerləşən 95 saylı mənzil hazırda İddiaçı sahibliyindədir, evdə təmir işləri yekunlaşmaq üzrədir. Cavabdehin nümayəndəsi pilləkəndən qalxdıqda sağ tərəfdə yerləşən sahəsi 102,4 kv.m olan digər 3 otaqlı mənzilin Bağban adlı şəxsə məxsus olduğunu bildirsə də, bu barədə heç bir sənəd təqdim etməmişdir. Həmin mənzilin açarları olmadığından mənzilə baxış keçirmək mümkün olmamışdır. Həmçinin həmin qətnamədə cavabdehin nümayəndəsi bildirmişdir ki, Milvari Mu sayeva mənzilin dəyərinə dair ödənişləri “X5” MMC-nin kassasına ödəniş etmədiyindən, onunla bağlanan müqavilə 09.12.2012-ci il tarixdə ləğv edilmiş, mənzil İddiaçı satılmışdır. Daha sonra sonuncu qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 22.05.2017-ci il tarixli, 2(103)5257/2017 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qətnamədə müəyyən edilir ki, Bakı şəhəri Yeni Yasamal yaşayış massivində “X5” şirkəti tərəfindən inşa edilən 1 saylı binanın 13-cü mərtəbəsində ümumi sahəsi 102,4 kv.m olan 3 otaqlı 91 saylı mənzil 28.10.2013-cü il tarixli müqaviləyə əsasən X1, Milvari Musayevaya təhvil verilməsi nəzərə tutulmuş mənzil kimi Bağman Məmmədova məxsus 91 saylı mənzi l nəzərdə tutulmamışdır. İddiaçı iddia tələbini əsaslandırdığı sübutlardan görünür ki, satıcı “X5” şirkəti ilə alıcı İddiaçı arasında 17.12.2013-cü il tarixli, 205 saylı müqavilə bağlanmış, satıcı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi 1 saylı binanın 13-cü mərtəbəsində ümumi sahəsi 102,4 kv.m olan 3 otaqlı mənzili alıcının mülkiyyətinə vermiş, alıcı isə mənzilin dəyəri hər kv.m üçün 410 manat olmaqla cəmi 42000 manat ödəniş etmişdir. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi, 1 saylı bina, 95 nömrəli mənzilin İddiaçı satıldığını etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etm əlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Yeni Yasamal yaşayış massivində “X5” şirkəti tərəfindən inşa edilən 1 saylı binanın 13-cü mərtəbəsində ümumi sahəsi 102,4 kv.m-dən ibarət olan 3 otaqlı 2 ədəd --- 91 və 95 saylı mənzillər var. İddiaçı 95 saylı mənzilin ona satıldığını sənədlər i ilə sübut etmiş, lakin Milvari Musayeva da həmin mənzilin ona satıldığını bildirsə də, ona məhz həmin mənzilin təhvil verildiyini təsdiq edə bilməmişdir. Göründüyü kimi, "Cavabdeh" MMC ilə Milvari Musayeva arasında bağlanmış 04.10.2010-cu il tarixli və həmin şirkətlə İddiaçı arasında bağlanmış 17.12.2013-cü il tarixli müqavilə hazırda qüvvədədir. Əvvəlki məhkəmə çəkişmələrində cavabdeh hüquqi şəxsin nümayəndəsi Milvari Musayeva ilə bağlanan 04.10.2010-cu il tarixli müqavilənin ləğv edildiyini bildirsə də, iş materiallarında bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası bildirir ki, hazırda maraqlarına toxunulan şəxslə bağlanan müqavilə kimi iddiaçı ilə bağlanan müqavilənin hüquqi qüvvəsini istisna edən hal müəyyən edilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən müqavilənin mübah isə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. İddiaçı ilə “X5” şirkəti arasında bağlanmış 17.12.2013-cü il tarixli müqavilə tərəflər arasında mübahisələndirilməmiş, həmin müqavilənin ləğvi və ya etibarsız hesab edilməsi barədə iddia qaldırılmamışdır. Onların bir-birləri qarşısında öhdəlikləri qüvvədədir. Hətta cavabdeh də etiraf edir ki, məhz 95 saylı mənzil iddiaçıya təhvil verilmişdir. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında mənzili təhvil vermək öhdəliyi mövcuddur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılm alıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: üçünca şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4817/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4817/2019
11.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver