Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4818/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı şirkətinin vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı şirkəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)2439/2019 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin(hakim Vüqar Məmmədov) 2(001)-8442/2018 saylı, 30.11.2018-ci il tarix li qətnaməsi ilə İddiaçı (Azərbaycan Respublikasındakı Filialı) şirkətinin Cavabdeh qarşı cavabdehin özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə iddia tələbləri təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30.11.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2-ci və 111.3-cü maddəl ərinin, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin və Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180-cı maddəsinin tələbilərinə əsasən, Cavabdeh Şirkətin Saziş ərazisi hüdudları və 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152336 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152336 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. 29.09.2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Şulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra - ARDNŞ), X7 Bi.Vi və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş (bundan sonra - Saziş) imzalanmış və 29.04.2005- ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və AZEN X8.Vi, ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və İddiaçı Şirkətlər arasında imzalanmış Birgə Əməliyyat Sazişinin 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmiş Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə, milliləşdirilə və ya basqa şəkildə özgə tərəfindən mənimsənilə b ilməz. Cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənayə təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı şirkəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara, tam, hərtərəfli və obyektiv baxmamışdır. Belə ki, iddia ərizəsindən və qətnamədən də göründüyü kimi, Şirkətin iddiasının predmeti Şirkətə məxsus 1 saylı mədənin 5-ci sahəsinin ərazisində, 152336 saylı quyunun mühafızə zolağı daxilində yerləşən torpaq sahəsi olduğu halda məhkəmə cavabdehin təqdim etdiyi hansısa tamamilə başqa sahədə yerləşən torpaq sahəsinə aid olan Çıxarışı əsas götürməklə Şirkətin iddiasını rədd etmişdir. Hətta cavabdeh özü də izahatında bildirmişdir ki, iddia tələbində göstərilən torpaq sahəsi və üzərində inşa edilmiş tikili ona məxsus deyildir. O, özünə məxsus olan torpaq sahəsi üzərində yerləşən tikilidə yaşayır. Belə ki, əgər iddia tələbinin predmeti ilə cavabdehin təqdim etdiyi sübut arasında ziddiyyətli məqam mövcud olduğu halda, məhkəmə həqiqətə nai l olmaq üçün iş üzrə ekspertiza keçirilməsini təyin etməli idi və həqiqətən də cavabdehin təqdim etdiyi Çıxarışın iddia predmeti olan torpaq sahəsinə aid olub-olmamasını aydınlaşdırmalı idi. Lakin, göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd olunan prosessual hərəkətləri nəzərə almadan və Şirkətin zəbt olunmuş torpaq sahəsinin mövcudluğuna diqqət yetirmədən iddianı tam olaraq təmin etməmişdir. Tərəflərin izahatları: İddiaçı şirkətinin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiall arını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 19.07.2014-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X3 nümayəndəsi X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 sahənin bir hissəsi 0,036 ha torpaq sahəsindən 0,012 ha torpaq sahəsini alıcı Cavabdeh satmışdır. 18.08.2014-cü il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal1 küçəsi, 25 sahənin bir hissəsi 0,036 ha torpaq sahəsindən 0,012 ha torpaq sahəsiCavabdeh adına xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 522 nömrəli reyestr kitabının 49348 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı cavabdehə məxsus özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin şirkətin istifadəsinə qaytarılmasını tələb edir. Apellyasiya baxışı zamanı məhkəmə cavabdehə məxsus olan evin yerləşdiyi torpaq sahəsinə dair çıxarış verilməsi (torpaq sahəsinin cavabdehin mülkiyyətində olması), torpaq sahəsinin alqı-satqı yolu ilə alınmasını müəyyən etmişdir. Eyni zamanda məhkəmə müəyyən etmişdir ki, sökülməsi tələb olunan evin işdə olan fotoşəkli, cavabdehin evi ilə eynilik təşkil etmir. Sökülməsi tələb olunan evin də, cavabdehə məxsus olmasına dair heç bir sübut yoxdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sökülməsi tələb olunan ev cavabdehə məxsus deyil, həmin ərazidə cavabdehə məxsus olan ev onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Ona görə hazırkı tələb, yəni tikilinin cavabdehin hesabına sökülməsi tələbi hazırkı cavabdehə qarşı təmin oluna bilməz. Eyni zamanda cavabdehin torpaq sahəsi onun mülkiyyətində olduğu üçün onun evinin sökülməsi iddiası təmin oluna bilməz. Hazırkı iddia tələbi əsl cavabdehə qarşı irəli sürülmədiyi üçün həmin əsasla rədd edilməlidir. İddiaçı tərəf tikilinin ümumiyyətlə kimə məxsus olması ilə bağlı dəqiq məlumata malik deyil. Onlar əsl cavabdehi də müəyyən etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsininin 54-cü maddəsinə əsasən iddia tələ b hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Sökülməsi tələb olunan tikilinin cavabdehə məxsus olmadığı apellyasiya icraatı zamanı məlum olduğundan, tikilinin hal-hazırda da kimə məxsus olması məlum olmadığından və eləcə də mülki iş apellyasiya icraatında olduğundan hazırkı halda MPM-nin 54-cü maddəsinin müddəalarını tətbiq etmək imkanı buraxılmışdır. Hazırkı iş üzrə cavabdehin istifadəsində olan torpaq sahəsi onun xüsusi mülkiyyətində olduğundan onun mülkiyyət hüquqları qorunur və belə bir iddia ona qarşı təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1 maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 203.1-ci maddəsinə görə isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamam ilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Qanunvericiliyin sadalanan müddəalarını nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli evin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal-1 küçəsi, 25 sahənin bir hissəsi 0,036 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus torpaq sahəsi kimi qeydiyyatdan keçdiyindən bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı qüvvədə olduğu müddətdə həmin torpağın üzərində tikilmiş evin özbaşına tikili hesab edilməsi və sökülməsi qeyri-mümkündür. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasi ya instansiyası məhkəməsinin apardığı araşdırma zamanı iddiaçı təşkilatın sökülməsini tələb etdiyi evin cavabdehə məxsus olmaması müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclaslarında iddiaçı təşkilatın nümayəndəsi də bu halı etiraf etmiş, sədrlik edən tərəfindən bu halla əlaqədar verilən suallara aydınlıq gətirə bilməmiş, iddia tələbini əsası kimi istinad edilən hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Sökülməsi tələb edilən evin cavabdehə məxsus olmaması məhkəmə tərəfindən müəyyən edildiyindən məhkəmə kollegiyası iddiaçı təşkilatın kassasiya şikayətində göstərdiyi, yəni ekspertiza və ya yerli baxış keçirilməsi barədə dəlillərini əsassız hesab edir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı şirkətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2439/2019 nömrəli iş üzrə 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4818/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4818/2019
24.06.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver