Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-482/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X6 və cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı Şirkətinin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-454/2018, hakim A.Ə.Rzayev,) iddiaçı “X9” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi haqqında” iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-3990/2018, hakimlər V.T.Həsənov, V.Ə.Baxışova və N.Ş.Cəfərov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmuş, Cavabdeh Şirkətin saziş ərazisi hüdudları daxilində, 2 saylı mədənin 9-cu sahəsində yerləşən neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkə zinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)- 5719/18, hakimlər Ə.G.Nurməmmədov, M.T.Əhmədova və Ə.M.Rüstəmov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-11548/2018, hakimlər E.C.Kazımov T.S.Səmədov və İ.S.Şirinov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu ərazisindək i, 2 saylı mədənin 9-cu sahəsindəki Şirkətin saziş ərazisi hüdudları daxilində yerləşən neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-2684/19, hakimlər Q.Ə.Allahverdiyev, İ.R.Xələfov və Ə.Ə.Şadiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılm ası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9366/2019, hakimlər A.Ə.Hüseyn, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: Binəqədi rayon X1 641/1 saylı, xx xxxxxx 2004-cü il tarixli sərəncamına əsasən X1 ərazi hüdudlarında Bakı şəhər sakinləri X5 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərd ə tutulmuş 600 kv.m torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini Cavabdeh adına keçirilmişdir. İddiaçı Şirkəti xx.xx.2015-ci il tarixdə Cavabdeh qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Şirkətin saziş ərazisi hüdudları daxilində, 2 saylı mədənin 9-cu sahəsində yerləşən neft xəttinin təhlükəsizlik zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataq larının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən Cavabdeh tərəfindən inşa olunmuş tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmişdir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2016-cı il tarixli 1344 saylı rəyində qeyd olunur ki, cavabdehə ayrılan torpaq sahəsi Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin inşa etdiyi özbaşına tikintinin sökülməsi üçün iddiaçının kompensasiya ödəməsi öhdəliyi yaranmadığından qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının ic lasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı onun istifadəsinə verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. İddiaçının tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytanlmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Binəqədi rayon X1 xx xxxxxx 2004-cü il tarixli, 641/1 saylı sərənc amı ilə cavabdehə fərdi yaşayış evi tikilməsi üçün torpaq sahəsi ayrılmış və Bələdiyyənin qeyd edilən qərarı cavabdehə məxsus tikiliyə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olmuş və cavabdeh həmin tikiliyə “qanuni gözlənti”yə sahib olmuşdur. Belə olan halda, cavabdehin həmin tikintiyə dair mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması, onun mülkiyyətindən məhrum edilməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, cavabdeh həmin torpaq sahəsi ilə bağlı “qanuni gözlənti” hüququna malikdir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərind ə mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları”, "mülkiyyət” kimi qiymətləndirilə bilər. ”Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə" məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci mad dəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-482/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-482/2020
23.01.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver