Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-482/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “xxxx” KB ASC İddia tələbi: əqdin etibarsız hesab edilməsi Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3796/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” KB ASC ilə X3 arasında bağıanılmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “xxxx” KB ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mkr-da yerləşən 65 saylı evin 87 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qəlnaməsi ilə X1 “xxxx” KB ASC-nin xeyrinə 120.430,78 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan X2 mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 65 saylı evin 87 saylı mənzilə yönəldilməsi qət edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat x x xxxxxx 2019-cu il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx” ASC ilə X4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, həmin müqavilə bankın xeyrinə ipoteka ilə yüklü edilərkən mənzildə yaşadığı halda onun razılığı alınmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5539/2019 saylı iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 354.1, 390.2, 373-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfind ən iddia ərizəsi müqavilə üzrə iddia müddətinin buraxılması ilə verildiyi üçün iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmiş, həmçinin iddia müddətinin bərpa olunmasına dair məhkəməyə müraciət edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsi onun razılığı alınmadan bağlanılmış və nəticədə o yaşayış yerindən qanunsuz olaraq məhrum olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3796/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski, Z.A.Şirinov, R.Ə.Eyvazov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 270.1, 271.1, 307.7, 324.1, 324.2, «İpoteka haqqında» Qanunun 10.2, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 49-cu bəndinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğ un əsaslandırılmış, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Bundan əlavə, ipoteka qoyana münasibətdə iddiaçının qohumluq münasibətlərini müəyyən edən, habelə ipotekanın bağlandığı zamanı iddiaçının ailə üzvü kimi ünvanda qeydiyyatda olması barədə sübutlar təqdim edilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının ic lasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən pr osessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsinin 354-cü maddəsinin tələblərinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bi lməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü və hazırki kassasiya şikayətinin dəlilləri ilə məzmunca eynilik təşkil edən də lillərinə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Müqavilənin etibarsız olması ehtimalında, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçının həmin əqdin etibarsız hesab edilməsi barədə tələbinin təmin olunmasını istisna edir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-482/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-482/2021
27.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver