Məhkəmə qərarları › İş №2(102)-482/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-482/2022

01.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-482/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı (X12 üçüncü şəxs olmaqla) iş üzrə QƏRARİ iş № 2(102)-482/22 (Açar sözlər: müqavilənin etibarsızlığı) Bakı şəhəri, 01 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı (X12 üçüncü şəxs olmaqla) “bağışlama və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsi” tələbinə dair Bakı Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 2(103)-4396/2021 saylı, 03.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" İKB ASC ilə X14 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 20% dərəcəsi ilə 60 ay müddətinə 835.000 ABŞ dolları məbləğində kredit verilmiş, eyni tarixdə "xxxx" İKB ASC ilə X13 arasında bağlanmış kredit müqaviləsinə əsasən, sonuncuya 60 ay müddətinə eyni şərtlərlə 835.000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Hər iki kredit müqaviləsi üzrə borcun təminatı olaraq X8 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllə yerləşən ümumi sahəsi 1208,3 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 3 otaqlı, 728,1 kv.m, ümumi 151,7 kv.m. yaşayış, 576 kv.m. yardımçı sahədən ibarət 5E nömrəli fərdi yaşayış evi ipoteka predmeti qismində yüklü edilmiş, hər iki borcun təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır.

3. Həmin müqavilələr üzrə öhdəliklər yerinə yetirilmədiyindən qalıq borcun tutulması və ipoteka predmetlərinə yönəldilməsi tələblərinə dair Bank tərəfindən hər iki müqavilələrlə bağlı iddia ərizələri ilə ayrılıqda məhkəməyə müraciət edilmişdir.

4. Bir müqavilə üzrə bankın iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli, 2(010)-2392/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək c avabdehlər X6 və Cavabdeh1 müştərək qaydada 500 ABŞ dolları məbləğində cərimə borcu ödənilən gün ABŞ dollarının AZN-ə məzənnəsi nəzərə alınmaqla AZN-lə tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09.08.2018-ci il tarixli, 2(103)-8696/2018 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli, 2(010)-2392/2018 saylı qətnaməsindən "xxxx" İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.12.2018-ci il tarixli, 2(102)-8637/2018 nömrəli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 09.08.2018-ci il tarixli qətnaməsindən "x xxx" İKB ASC-nin şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

5. Digər müqavilə üzrə bankın iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2(011)-3094/2018 saylı qətnaməsi ilə qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə X3 189801.48 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 190801.48 ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının alınaraq "xxxx" İKB ASCyə ödənilməsi, tələbin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasına və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi ndə yerləşən 5E nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* (bir milyon səkkiz yüz min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 600000 (altı yüz min) manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən qeyri-yaşayış binasına tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan bir ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2(103)-3854/2019 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2(011)-3094/2018 saylı qətnaməsindən iddiaçı "xxxx" İKB ASC-nin, cavabdehlər X7 və Cavabdeh1 apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.12.2018-ci il tarixli, 2(011)3094/201 8 nömrəli qətnaməsinin mübahisələndirilən hissələrdə - iddianın təmin olunmayan, faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

6. Bundan sonra, Cavabdeh1 və X2 rayon məhkəməsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli, 2(010)2392/2018 saylı qətnaməsinə izah verilməsini xahiş etmiş və ərizələrini onunla əsaslandırmışlar ki, 1-ci qətnamə üzrə 500 ABŞ doları borcun ödənilməsi halında ipoteka ilə yüklü edilmiş əmlakların ipotekadan azad edilməli olub-olmamasına aydınlıq gətirilsin. Məhkəmə həmin müraciətləri icraatına qəbul edərək baxmış və hətta, təmin etmişdir.

7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2(010)239 2/2018 saylı qərardadına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli, 2(010)-2392/2018 saylı qətnaməsinə izah verilmiş, həmin qətnamə ilə müəyyən edilən 500 ABŞ dolları məbləğində borc ödənildiyi təqdirdə, "xxxx" İKB ilə X15, X13 və X14 arasında bağlanmış 3-G2Z1-1-0-137-11 (İ) nömrəli, 18.11.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və X8 mülkiyyətində olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Əlicanov küçəsi, 4057-ci məhəllədə yerləşən, ümumi sahəsi 1208.3 m2 olan 2 mərtəbəli qeyri-yaşayış binası, həmçinin, "xxxx" İKB ilə Cavabdeh1, X13 və X14 arasında bağlanmış 3-G2Z1-1-0-138-11 (İ) nömrəli, 18.11.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayo nu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov küçəsində yerləşən 5e nömrəli fərdi yaşayış evinin ipotekadan azad edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 05.04.2019-cu il tarixli, 2(103)-4884/2019 saylı qərardadına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2(010)2392/2018 saylı qərardadından iddiaçı "xxxx" İKB tərəfindən verilmiş şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır.

8. Həmin məhkəmə qərardadlarından sonra ipoteka ilə yüklü edilmiş əmlaklar yüklülükdən azad olunaraq özgəninkiləşdirilmiş və sonradan yenə də yüklü edilmişdir. Bankın xeyrinə qəbul edilmiş və qanuni qüvvəsini almış 2-ci qətnamə üzrə tələb icra edilməmiş qaldığından bank hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə (bundan sonra Cavabdeh3 MMC) qarşı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsi, 5E saylı fərdi yaşayış evinə dair 24 saylı notariat ofisində 4ə-109 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10.05.2019-cu il tarixli bağışlama müqaviləsinin, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə-1057 reyestr nömrə ilə qeydə alınmış Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 16.09.2019-cu il tarixli bağışlanma müqaviləsinin, eyni zamanda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair 9 saylı notariat ofisində 4ə-119 reyestr nömrəsi ilə qeydə alınmış, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış 12.02.2020-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hər iki daşınmaz əmlak üzərində yüklülüyün bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sorğusuna verilmiş 24.11.2020-ci il tarixli cavab məktubuna əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evi "xxxx" İKB ASC-nin (İddiaçı) müraciətləri əsasında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Rafiq Alıcanov küçəsində yerləşən 5E nömrəli fərdi yaşayış evi üzərində olan ipoteka yüklülüyü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2(010)-2392/2018 saylı qərardadına əsasən 25.04.2019-cu il tarixində ləğv olunmuşdur. İpoteka yüklülüyü ləğv olunduqdan sonra əmlak 10.05.2019-cu il tarixli, 4Ə-109 saylı bağışlama müqaviləsinə və 10.05.2019-cu il tarixli müraciətə əsasən Cavabdeh2 mülkiyyətinə keçmişdir. Hazırda əmlak 3M/817 saylı kredit müqaviləsi və 06.08.2019-cu il tarixli kredit müqaviləsinə əlavəyə əsasən yaranmış öhdəliklərin təminatı olaraq X4 xeyrinə ipoteka ilə yüklü edilmişdir. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" İKB ASC-nin (İddiaçı ASC) müraciətləri əsasında ipoteka ilə yüklü edilmişdir. ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası üzərində olan ipoteka yüklülüyü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli, 2(010)-2392/2018 saylı qərardadına əsasən 10.09.2019-cu il tarixində ləğv olunmuşdur. İpoteka yüklülüyü ləğv olunduqdan sonra əmlak 16.09.2019-cu il tarixli, 4Ə-1057 saylı bağışlama müqaviləsinə və 16.09.2019-cu il tarixli müraciətinə əsasən, Cavabdeh2 mülkiyyətinə keçmişdir. Əmlak Cavabdeh2 tərəfindən özgəninkiləşdirilib, hazırda Cavabdeh3 MMC-nin mülkiyyətindədir, üzərində yüklülük aşkar edilməmişdir.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-143/2021 nömrəli, 11.02.2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) iddia rədd edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, müqavilələrin etibarsız hesab edilməsi mümkün deyil. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar (“N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10.03. 2020-ci il tarixli qərarı).

13. Konstitusiya Məhkəməsi Plenumunun həmin mövqeyini hazırkı işə tətbiq edərək məhkəmə qeyd etmişdir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X1 Kamran Rauf oğluna vermiş olduğu 400000 manat məbləğində borc pulun təminatı olaraq mübahisə predmeti olan fərdi yaşayış evinin öz xeyrinə ipoteka ilə yüklü edilməsinə dair müqavilə bağlayarkən, Cavabdeh3 MMC mübahisə predmeti olan qeyri-yaşayış binasını iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X5 lizinqə vermək üçün alarkən və eyni zamanda, X9 həmin əmlakı istifadəsinə götürüb lizinq verənlə daxili lizinq müqaviləsi bağlayarkən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın doğruluğuna güman etməyə, buna güvənməyə tam haqlı olmuşdur.

14. Hüquq ədəbiyyatında əqdlərin etibarlı olması üçün dörd qrup şərt in (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur.

15. Qanunvericiliyin mövqeyini nəzərə alan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddianın predmetini təşkil edən əqdlərin etibarsız sayılması üçün qanunda əqdin etibarsız sayılması ilə bağlı nəzərdə tutulan imperativ şərtlərdən heç biri mövcud deyil.

16. İddiaçı ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Kərimli - sədrlik edən və məruzəçi, A.İsgəndərov və E,Kazımov) 2(103)-4396/2021 nömrəli, 03.08.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-143/2021 nömrəli, 11.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.

19. Belə ki, qeyd olunan daşınmaz əmlaklar üzərində olan yüklülük müvafiq məhkəmə qərardadına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən götürüldükdən sonra həmin əmlaklar qanuna müvafiq şəkildə özgəninkiləşdirilmişdir. Bu zaman daşınmaz əmlakı əldə edənlər daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın doğruluğunu güman etməyə, buna güvənməyə haqlı olmuşlar.

20. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsi, 5E saylı fərdi yaşayış evi və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası eyni gündə, yəni 18 noyabr 2011ci il tarixdə "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə X14 arasında bağlanmış kredit müqaviləsi və "xxxx" İKB ASC-nin 3 saylı filialı ilə X13 arasında bağlanmış 18 noyabr 2011-ci il tarixli, 3-G2Zl-l-0- 137-ll saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olduğu halda, ikinci kredit müqaviləsi üzrə ipoteka yüklülüyünün dövlət qeydiyya tına alınması barədə iş materiallarında heç bir sübut yoxdur. Bu barədə istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı mərhələsində məhkəməyə sübut təqdim olunması iddiaçı bankın nümayəndəsinə təklif olunsa da, məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

21. İddiaçı ASC qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz dax il olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə. 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə

14. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

26. Maddə

310. Eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir.

27. Maddə

320. Əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların h üquqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, onların növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir. Qalıq satılmış əşyanın mülkiyyətçisinə ödənilir.

28. Maddə

314. İpoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələbin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir.

29. Maddə. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmi ş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

30. Maddə. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

31. Maddə. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respubli kasının bütün ərazisində hökmən icra olunmalıdır.

33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi hallar ın müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

38. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

40. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkə mə üçün məcburidir. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

43. İşin mübahisəsi z halları hazırkı qərarın “işin halları bölməsində”, 1-8-ci bəndlərdə ardıcıllıqla sadalanmışdır. Məhkəmə Kollegiyasının mübahisə ilə bağlı gəldiyi qənaət həmin hallara uyğun olaraq formalaşır. Ona görə işə yenidən baxılarkən həmin bəndlərdə qeyd olunan işin faktiki hallarından çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir.

44. Mübahisəli əmlakların bankla bağlanmış 2-ci kredit müqaviləsi (hansıki 190801.48 ABŞ dolları pulun tutulması barədə qanuni qüvvəyə minmiş qətnamə mövcudur) üzrə dövlət qeydiyyatına alınması ilə əlaqədar bankın sübutlar təqdim edə bilməməsi ilə bağlı Apellyasiya Məhkəməsinin gəldiyi qənaət əsaslı deyil. Beləki, həmin əmlakların ipoteka ilə yüklü olması və tutmanın həmin əmlaklara yönəldilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi var (iddiaçı tərəfində n təqdim edilib və mülki iş materiallarındadır), hazırkı mübahisənin başlanması əsası qeyd olunan qətnamənin mövcudluğu ilə bağlıdır və əmlakların yüklü olması həmin qətnamə ilə təsdiq olunur. Bu hal MPM-nin 82.3. maddəsinə əsasən preyudisial əhəmiyətli fakt olmaqla yenidən sübut olunmasına zərurət yoxdur. Ona görə əmlakların ipoteka ilə yüklü edilməsinə dair iddiaçının üzərinə əlavə sübutlar təqdim etmək öhdəliyinin qoyulması əsaslı deyil.

45. Bundan başqa, işin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları ondan ibarətdir ki, əmlakları ipoteka ilə yüklü etmiş Cavabdeh1 həmin əmlaklara tutmanın yönəldilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğunu bilə-bilə əmlakların ipotekadan azad edilməsinə nail olmaqla onları bağışlama yolu ilə öz doğma oğlu Cavabdeh2 adına keçirmiş, bundan dərhal sonra yeni mülkiyətçi əmlakın birini (qeyriyaşayış sahəsini) lizinq şirkətinə satmış, digərini isə (fərdi evi) başqa şəxslə tez-tələsik bağladığı borcun təminatı olaraq ipoteka ilə yüklü etmişdir.

46. İddaçı həmin bağışlama müqavilələrinin etibarsızlığını tələb etdiyi üçün işə baxan məhkəmələrə lazım gəlirdi ki, ilk növbədə həmin müqavilələrin etibarlı müqavilə olub-olmamasına qiymət versinlər. Çünki, mübahisələndirilən müqavilələrin əmlakların ipotekadan yayındırmaq (tutmanın yönəlodilməsindən qaçmaq) üçün həyata keçirildiyi işin faktiki halları ilə təsdiq olunur. Əmlakların yüklü olmasını bağışlayan və əmlakı qəbul edən də bilirdi. Onlar doğma ata və oğullardır və uzun illərdir ki, həmin mübahisə məhkəmələrin icraatında olmaqla əmlaklar 2011-ci ildən ipoteka ilə y üklü edilmişdir.

47. Apellyasiya Məhkəməsi əmlakların bağışlanması müqavilələrinin etibarsız hesab olunması tələbinin əqdlərin etibarsızlığına dair maddi hüquq normalının dispozisiya şərtlərinə uyğunluğu kontekstində yoxladıqdan sonra digər əqdlərin (Lizinq şirkəti ilə bağlanmış alqı-satqı və X12 ilə bağlanmış ipoteka müqavilələrinin) hüquqi nəticələri ilə bağlı dəyərləndirmə aparmalıydı.

48. Bağışlama müqavilələrinin etibarsızlığı halında, məhkəmə bundan sonra bağlanmış əqdlərdə vicdanlılıq (alıcının, ipoteka saxlayanın vicdanlı olması) məsələsinə qiymət verə bilərdi. Hazırkı işdə bağışlama müqavilələrinin etibarlılığı şərti hüquqi əhəmiyyət kəsb edir. Çünki, həmin əqdlər etibarlı əqdlər hesab olunmadığı təqdirdə bankın qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra edilməsinin mümkün o lmadığı üçün delikt törətmiş şəxslərə qarşı (əqdləri bağlayan ata və oğlua qarşı) vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ yaranır.

49. İddiaçının tələblərindən biri əmlakların ipoteka yüklülüyünün bərpası barədədir. İşin mübahisəsiz halıdır ki, mübahisəli əmlaklara tutmanın yönəldilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (&30).

50. Bağışlama müqavilələrinə verilən qiymətdən asılı olaraq əmlakların ipot eka yüklülüyünün bərpası tələbinə qiymət verilməsi ilə bağlı dəyərləndirmə aparılmasına zərurət yaranacaq. Xüsusilə, əmlakların biri (fərdi ev) borcun təminatı olaraq ipoteka ilə yüklü edildiyindən həmin əmlakın yüklülüyünün bərpasının qanuni əsasları ilə bağlı müzakirə aparılmalıdır.

51. Cavabdeh2 (ipoteka qoyan) və X12 (ipoteka saxlayan) arasında bağlanmış 10 iyul 2019-cu il tarixli ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən, ipotekaya qoyan bəyan edir ki, ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud deyil. Bu bənddə qeyd olunmuş məlumatın düzgün verilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipot eka müqaviləsi şərtlərinin dəyişdirilməsini yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.

52. Göründüyü kimi, tərəflər ipoteka müqaviləsi bağlayarkən ipotekanın yüklülüyü ilə əlaqədar məlumatları gizlətməyin nəticələri ilə bağlı razılığa gəlmişlər.

53. Bundan baqa, nəzərə almaq lazımdır ki, eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir (&25). Əgər bir neçə ipoteka saxlayan vardırsa, ipoteka ilə yüklü edilmiş obyektin satışından götürülmüş xalis gəlirdən ipoteka saxlayanların tələbləri onların hüquqlarının qeydiyyat növbəliyinə uyğun ödənilir. Əgər növbəlik və ya ixtiyarlı şəxslərdən hər birinə mənsub məbləğ mübahisəlidirsə, onların növbəliyi və ya ipoteka saxlayanlardan hər birinə çatası məbləğ müəyyənləşdirilənə qədər ödəniş həyata keçirilmir (&26).

54. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (&25). Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

55. Eyni zamanda kollegiya qeyd edir ki, ipoteka və tələb yeni ipoteka saxlayana köhnə ipoteka saxlayan üçün olduğu qaydada keçir. Daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınmış məlumatlar ipoteka saxlayanın mənafeləri əsas götürülməklə düzgün hesab edilir. Bu halda ipoteka verən tələ bin mövcud olmadığına istinad edə bilməz. Əgər yeni ipoteka saxlayan reyestrdəki yanlış qeydlərdən xəbərdar olmuşdursa, bu qayda tətbiq edilmir (&28).

56. İşə yenidən baxılarkən mübahisə ilə bağlı hüquqi dəyərləndirmə yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla həyata keçirilməli, xüsusilə, sonuncu ipoteka saxlayanın (X4), əmlakı satın alan lizinq təşkilatının (Cavabdeh3n) vicdanlılığı məsələsinə toplanmış sübutlara MPM-nin 88-ci maddəsinin təlblərinə uyğun olaraq qiymət verilməklə yekun qərar qəbul edilməlidir.

57. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən işin müəyyən edilən faktiki hallarına düzgün qiymət verməmiş, sübutları tam, hərtərəfli araşdırmamış, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarını düzgün t ətbiq etməmişdir ki, buda qətnamənin ləğv edilməsi üçün əsasdır.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4396/2021 saylı, 03.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar