Məhkəmə qərarları › İş №2(102)-482/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-482/2023

07.02.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-482/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Heydər Əliyev adına X1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: neft borusunun mühafizə zonasına düşən qanunsuz tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Heydər Əliyev adına X1 Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1561/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməs indən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasındakı hazırkı mübahisə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində metal lövhələrdən çəkilmiş hasarın neft kəmərinin mühafizə zonasına düşməklə qanunsuz hesab edilməsi barədədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Heydər Əliyev adına X2 (bundan sonra – iddiaçı və ya Zavod) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində metal lövhələrdən çəkilmiş hasarın özbaşına (qanunsuz) tikili hesab edi lməsi və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən Zavoda məxsus neft məhsulu nəql olunan Dş-300 mm (reaktiv mühərrik yanacağı) neft boru kəmərinin mühafizə zonasının 17x19 metrlik məsafəsində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində özbaşına metal lövhələrdən hasar çəkilmişdir. Bundan başqa, həmin Dş-300 mm neft boru kəmərinə paralel Dş-500 mm (dizel), Dş-300 mm (nafta) və Dş-250 mm (quru qaz) neft boru kəmərləri keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə mühafizə zonasına aid edilir. Mühafizə zonası ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. Mühafizə zonasında Sənaye və Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradı r. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyətli obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yan ğın və partlayış baş verdiyi halda ətrafda olan səxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir.

4. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, sözügedən torpaq sahəsi Bələdiyyə sərəncamı əsasında cavabdehə satılmış, lakin torpağa çıxarış alınmamışdır. Torpaq təxminən 20 m neft kəmərinin mühafizə zonasına düşür. Lakin boru çəkilən zaman vətəndaşın fikri də nəzərə alınmalıdır. Çünki vətəndaş torpağın mülkiyyətçisi və istifadəçisidir. Bununla bağlı torpağın plan-ölçüsü və alqı-satqı sənədləri vardır. Lakin iddiaçı şirkətlə cavabdeh arasın da heç bir razılaşma yoxdur.

5. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2022-ci il tarixli, 10/215 saylı ekspert rəyindən görünür ki, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsindəki müvəqqəti tikili (dalğavari təbəqə dəmirlərdən ibarət çəpər) Zavoda məxsus Dş-300 mm-lik magistral neft kəmərindən 20 m məsafədə kəmərin mühafizə zonasında yerləşir.

6. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-167/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia təmin edilmişdir.

7. Birinci i nstansiya məhkəməsi iş üzrə alınmış ekspert rəyinə istinadən qeyd etmişdir ki, Azərbaycan Respublikası Sənayə və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın tələbləri pozularaq Zavoda məxsus Dş-300 mm-lik magistral neft kəmərindən 20 m məsafədə kəmərin mühafizə zonasında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsindəki müvəqqəti tikili (dalğavari təbəqə dəmirlərdən ibarət çəpər) inşa edilmişdir.

8. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü, Torpaq Məcəlləsinin 22.2, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə, o cümlədən “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 685 saylı Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 167 saylı Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam araşdırmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinin Zavodun istifadəsinə verilməsinə dair hər hansı sənəd mövcud deyildir. Məhkəmə ekspert rəyinə istinad edərək müəyyən edib ki, torpaq sahəsi neft kəmərlərinin mühafizə zonasına düşür. Lakin nəzə rə almamışdır ki, ekspertizanın keçirilməsində cavabdehin iştirakı təmin edilməmişdir. Neft kəmərləri çəkilərkən kəmər bataqlıq əraziyə düşdüyündən kəmər sola - vətəndaşlara məxsus torpaq sahəsinə çəkilmiş, bununla da, mülkiyyətçilərin hüquqları pozulmuşdur. Bələdiyyə sərəncamı əsasında cavabdehə ayrılmış həmin torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi üçündür. Torpaq ayrılanda həmin ərazidə neft kəməri mövcud olmamış, Zavod tərəfindən 2011-ci ildə neft kəməri çəkilərək vətəndaşlara qarşı iddia qaldırılmışdır.

11. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, Zavoda məxsus kəmərlər 1993-cü ildə çəkilməyə başlamış, həmin vaxtlar bu ərazilərdə yaşayış məntəqəsi olmamışdır. Ekspertizanın keçiril məsi barədə tərəflərin məlumatı olmuş, cavabdehə zəng edilsə də, iştirak etməmişdir. Torpaq sahəsinin 2004-cü ildə alınması barədə cavabdehin dəlili əsassızdır. Belə ki, 2021-ci ildə Zavoda məlumat daxil olub ki, cavabdeh tərəfindən kəmərlərdən 17-19 metr aralıda dəmir hasar çəkilir.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1561/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

15. Şikayət belə əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş torpağın ayrılması və digər hüquq müəyyənedici sənədlərə baxmayaraq, apellyasiya məhkəməsinin torpağı özbaşına tutulma kimi tövsif etməsi qanunsuzdur. 16. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 1.24-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torp aq sahəsi üzərindəki hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Bunun əksinə olaraq əsassız ərizə ilə məhkəməyə müraciət edən iddiaçı isə cavabdehi mülkiyyət hüququndan məhrum etmək istəmişdir.

17. Bundan əlavə, hasar və ya çəpərin çəkilməsi ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət olmadığı halda, birinci instansiya məhkəməsinin əsassız şəkildə iddianı təmin etməsi cavabdehin hüquqlarını pozmuş, apellyasiya məhkəməsi isə şikayətə formal yanaşmış, qanun normasını düzgün tətbiq və təfsir etməmişdir. b)

18. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

19. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

20. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

21. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şə xsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

22. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsi

23. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icr a hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir.

24. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tər əf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin m övqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

34. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdə ki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1561/2022 nömrəli, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar