Məhkəmə qərarları › İş №2(102)-4827/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4827/2021

16.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4827/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 28.05.2019-cu il tarixli səhmdarların ümumi yığıncağının qərarlarının etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçı2 və cavabdehin vəkili Vəkil iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-267/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tari xli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Quba Rayon Məhkəməsinin 11.01.2019-cu il tarixli 2(027)-692/2019 saylı qərardadından görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddianın təmin tədbiri barədə ərizəsi qismən təmin edilmiş, mübahisə həll edilənədək Cavabdeh-nin ləğvi ilə bağlı hərəkətlərə qadağa qoyulmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin 04.11.2019-cu il tarixli qərardadının surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 10.05.2019-cu il tarixli 2(027)-692/2019 saylı qərardadı həmin iş üzrə qətnamə qanuni qüvvəsini almadan qəbul edildiyinə görə ləğ v edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin səhmdarlarının 28.05.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh-nin səhmdarlarıdırlar. Cəmiyyətə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə tərəflərindən Quba Rayon Məhkəməsinə müraciət edilmişdir. Cəmiyyətin ləğvetmə prosesində olduğunu nəzərə alaraq, tərəflərindən Cəmiyyətə ləğvetmə ilə əlaqədar hər hansı hərəkətin edilməsinə qadağanın qoyulması ilə bağlı vəsatət verilmiş və vəsatət məhkəmə tərəfindən təmin edilmişdir. 10.0 5.2019-cu il tarixində 2(027)-692/2019 saylı iş üzrə İddiaçı1 və İddiaçı2 Cavabdeh-yə (Cəmiyyət) qarşı olan Cavabdeh-nin aralıq ləğvetmə balansının təsdiq edilməsi barədə Ləğvetmə Komissiyasının 01.11.2018-ci il tarixli Qərarının etibarsız hesab edilməsi barədə iddiaları Quba Rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. Qətnamənin təmin edilməməsi ilə yanaşı 10.05.2019-cu il tarixli Qərardadı ilə iddianın təmin tədbiri olan Cəmiyyətin ləğv edilməsi ilə bağlı bütün hərəkətlərə qadağa qoyulması barədə 11.01.2019-cu il tarixli Qərardad Quba Rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir. Sözügedən Qərardad onlara rəsmi qaydada Quba Rayon Məhkəməsinin inzibati binasında 25.06.2019-cu il tarixində təqdim edilmişdir. Belə ki, qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətin də hüquqi qüvvəyə minir. Qeyd edilən qərardaddan Quba Rayon Məhkəməsinə şikayət verilmiş, lakin şikayətin təmin edilib-edilməməsi ilə bağlı nəticə hələdə tərəflərə bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 163.4-cü maddəsinə əsasən iddianı təmin etməni ləğv etmək haqqında və yaxud iddianın bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan şikayətin verilməsi qərardadın icrasını dayandırır. Bu isə o deməkdir ki, Cavabdeh-yə Quba Rayon Məhkəməsi tərəfindən tətbiq edilən iddianın təmin tədbiri 28.05.2019-cu il tarixində qüvvədə olmuş, buna baxmayaraq, sözügedən qərardad qüvvədə ola-ola Cəmiyyət 28.05.2019-cu il tarixində Cəmiyyətin ləğv edilməsi ilə bağlı Səhmdarların Yığıncağını keçirmiş və Azərbaycan Dövləti adından çıxarılmış məhkəmə sənədini icra etməkd ən boyun qaçırmışdır. Halbuki, iddianın təmin tədbirinin məzmunu məhz Cəmiyyətin ləğv edilməsi ilə bağlı hər hansı hərəkətlərinin edilməsinə qadağanın qoyulması olmuşdur. Bundan əlavə olaraq, Məcəllənin 107-6.3-cü maddəsinə əsasən səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. Məlumat üçün qeyd edirik ki, Cavabdeh-yə qanunsuz əsaslarla keçirilmiş 28.05.2019-cu il tarixli protokolunun surətinin onlara təqdim edilməsi ilə bağlı müraciət edilmişdir. Bundan əlavə olaraq, həmin müraciətdə Mülki Məcəllənin 106-1.3.2-ci maddəsini rəhbər turaraq ləğvetmə balansının və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatının, Cəmiyyətin son rüb üzrə balans hesabatının və 2018-ci il üzrə maliyyə hesabatlarının və onların yoxlanılmasına dair auditorun rəyinin onla ra təqdim edilməsi xahiş edilmişdir. Lakin, qeyd edilən sənədlər bu günə qədər onlara təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh-nin səhmdarlarının 28.05.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Quba Rayon Məhkəməsinin 07 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov, iş № 2(027)-195/2020) iddia təmin edilərək, Cavabdeh-nin səhmdarlarının 28.05.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Quba Rayon Məhkəməsinin 10.05.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və həmin tarixli qərardad ilə iddianın təmin tədbiri olan Cavab deh-nin ləğv edilməsi ilə bağlı bütün hərəkətlərə qadağa qoyulması barədə 11.01.2019-cu il tarixli qərardad ləğv edilmiş, həmin qərardad, iddiaçılara 25.06.2019-cu il tarixində təqdim edilmiş və qərardaddan verilmiş şikayətə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 04.11.2019-cu il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 10.05.2019-cu il tarixli 2(027)-692/2019 saylı qərardadı həmin iş üzrə qətnamə qanuni qüvvəsini almadan qəbul edildiyinə görə (Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsi) ləğv edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə, iş № 2(105)-267/2021) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikay əti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 2(027)-195/2020 saylı, 07 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh-nin səhmdarlarının 28.05.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin təmin edilməməsinə dair cavabdehin apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək əsassız hesab edir. Bu səbəbdən, apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-195/2020 saylı, 07 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh-nin səhmdarlarının 28.05.2019-cu il tarixdə keçirilmiş ümumi yığıncağında qəbul edilmiş qərarların etibarsız hesab edilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)267/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ya iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə qarşı etirazda göstərmişdirlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və pro sessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2021-ci il tarixli 2(105)267/2021 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edirlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil iddiaçıların iddiadan imtina etmələrinə dair ərizələrinin qəbul edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının nümayəndəsi X1, İddiaçı2 izahatlarını dinləməmişdir. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 52.1.-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorun an mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2.-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq pr osessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.—259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddiadan imtinası qanunauyğundur, digər şəxslərin mənafeyinə toxunmur, bu səbəbdən iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtinası qəbul edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-267/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar