Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4830/2020 28.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-2304/2019, hakim S.İ.Ədilova) İddiaçı Cavabdeh1 MMC, Cavabdeh2 Q SC və Cavabdeh3nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13481/2019, hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh2 QSC, Cavabdeh1 MMC və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Heydər Hüseynov küçəsində 0,080865 ha torpaq sahə sində yerləşən, ilkin satış qiyməti 247500 manat olan, 1 saylı evin ipoteka predmeti olan "A" tikilisinə dair (ev 1 A) "Cavabdeh1" MMC tərəfindən keçirilmiş hərracının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, birbaşa qanunla tənzimlənən hərracın keçirilmə qaydalarına əsasən hərracın təşkilatıçısı ona hərracın keçirilməsinə dair bildiriş göndərməli olduğu halda bu vəzifəsini icra etməmiş, nəticədə onun mülkiyyətində olan əmlakın satılması zamanı hərracda iştirak etmək hüququ və bununla bağlı digər hüquqları pozulmuşdur. Eyni zamanda, kütləvi informasiya v asitələrində verilmiş elanda əmlak barədə ətraflı məlumatlar əks etdirilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlərin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instans iya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli sifarişinə əsasən iddiaçıya məxsus mənzilin açıq hərracda satılmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsi "Cavabdeh1" MMC-yə göndərilmiş və əmlakın ilkin satış qiyməti 247.500 manat məbləğində müəyyən edilmişdir. Həmin mənzilin satılması xx.xx.2019-cu il tarixdə keçirilmiş ilkin hərracda baş tutmamışdır. xx.xx.2019-cu il tarixdə təkrar hərrac keçirilmiş və əmlak 15% endirimlə 210375 manata hərraca çıxarılmış, lakin həmin hərrac da baş tutmamış elan olunmuşdur. Bundan sonra əmlak 25 % endirimlə banka təklif olunmuşdur. Cavabdeh1 MMC-nin hərracın yekunlar ı barədə xx xxxx 2019-cu il tarixli protokoluna əsasən iddiaçıya məxsus əmlak 157781 manata tələbkar “xxxx” ASC-yə satılmışdır. İddiaçı hazırda hərracın etibarsız hesab edilməsini tələb edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Həmin Qanunun 42-ci maddəsi i lə hərracın keçirilmə qaydası müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 43-cü maddəsi ilə hərracın baş tutmamış elan edilməsinin nəticələri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə ilkin hərrac baş tutmadıqda ipoteka predmeti 15 faiz aşağı qiymətə təkrar hərraca çıxarılır. Təkrar hərrac baş tutmadıqda ipoteka saxlayan ipoteka predmetini ilkin satış qiymətindən 25 % az olmayan qiymətə ala bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan d ərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, Kaspi qəzetində elanlar verilmişdir. İpoteka predmeti olan əmlak hərraclarda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh2 QSC-nə təklif olunmuşdur. Həmçinin, iş materialları ilə hərracın qanunvericiliyin tələblərinə riayət edilməklə keçirildiyi, əmlakın qiymətləndirmənin nəticələrinə uyğun 247.500 manat ilkin satış qiyməti ilə hərraca çıxarıldığı, ilkin hərracın baş tutmaması səbəb indən ilkin satş qiymətinin 15% azaldılaraq 210.375 manat satış qiyməti ilə təkrar hərraca çıxarıldığı və təkrar hərracın da baş tutmaması səbəbindən “xxxx” ASC ipoteka saxlayan kimi hüquqlarından istifadə edərək ipoteka predmetini əldə etdiyi müəyyən edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarix li qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4830/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4830/2020
28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver