Məhkəmə qərarları › İş №2(102)-4830/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4830/2021

16.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4830/2021 16.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti vermə müddətinin bərpa olunması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1447/2020 nömrəli iş üzrə 07 may 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında aç ıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC tərəfindən **********900017 nömrəli abonent koduna əsassız olaraq hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Quba Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Həsənov, iş № 2(027)-1918/2019) iddia təmin edilərək, "xxxx" ASC tərəfindən İddiaçı abunə koduna (**********900017) hesablanmış 2700 manat məbləğində borcun həmin hesabdan silinməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (ha kimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), E.Əhmədov və T.Məmmədov, iş № 2(105)-1447/2020) cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)1918/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi barədə iddiasının təmin olunmaması qət edilmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli qərardadı ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Məmmədov, iş № 2(105)-1447/ 2020) İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 16 sentyabr 2020ci il tarixli, 2(105)-1447/2020 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin olunmamış, iddiaçının kassasiya şikayəti və ona əlavə edilmiş sənədləri geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası barədə ərizədə İddiaçı müddətin buraxılmasının səbəbinin üzürlü olmasına dair məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. Kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb kimi o, RF-dan etibarnamənin gec gəlməsinə istinad etmişdir. İşdə olan ** AA ***8926 saylı etibarnamədən görünür ki, İddiaçı (RF-nin Perm vilayətinin Lısyev şəhərində) bir sıra səlahiyyətləri (o cümlədən məhkəmə aktlarından şikayət vermək) 06 mart 2020-ci il tarixdə Quba ASAN vəkil Bürosunun vəkili Vəkil vermişdir. Bu etibarnamə isə Quba ASAN Xidmət Mərkəzinin xüsusi notariat ofisində 01 mart 2021-ci il tarixdə tərcümə və təsdiq edilmişdir. Göründüyü kimi, verilmiş etibarnaməni təqribən 1 ildən sonra tərcümə etdirmək üzürlü hal sayıla bilməz, çünki iddiaçının və onun nümayəndəsinin bunu daha əvvəlki vaxtlarda etmək imkanı olmuşdur (işin 63-cü vərəqindəki İddiaçı teleqramı, onun vəkilinin 11.09.2020-ci il tarixli məhkəmə iclasında iştirakı, işin 79-cu vərəqində apelyasiya şikayətinə İddiaçı etirazı). İddiaçı məhkəməyə ünvanlanmış 21.08.2 020-ci il tarixli teleqramından görünür ki, o, həmin vaxt Azərbaycan Respublikasında olmuşdur. Başqa sözlə, İddiaçı RF-nin Perm vilayətinin Lısyev şəhərində 06 mart 2020-ci il tarixdə Quba ASAN vəkil Bürosunun vəkili Vəkil verdiyi etibarnaməni tərcümə etdirməyə, yaxud ona yeni etibarnamə verməyə heç bir maneçilik olmamışdır. Eləcə də, artıq özü Azərbaycan Respublikasında olduğu halda həmin etibarnamənin RF-dən gec gəlməsi dəlili heç bir məntiqə sığmır. Qətnamə çıxarılandan və o, icraya yönəldiləndən sonra müddətin bərpası barədə İddiaçı tərəfindən müddətin bərpası barədə ərizə verməsi isə hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Göstərilən səbəblərdən, məhkəmə kollegiyası iddiaçı tərəfin ərizəsində istinad etdiyi kassasiya şikayətinin verilmə müddətinin buraxılmasına səbəb olması iddia edilən halı üzrlü hesab etmir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(105)-1447/2020 saylı qərardadını ləğv edib işə kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-ci maddəsinə əsasən Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4-ci maddəsinə əsasən Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 408.1.4-cü maddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. 408.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 408.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsind ən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1447/2020 nömrəli iş üzrə 07 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar