Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4833/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsızlığı, əqdin mübahisələndirilməsi, aldatma, kəsici müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı (X9, X7, X18, X19, X5, X20 və X21 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) alğı-satqı müqaviləsinin etibarsız hesab edilm əsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-616/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki rayonu Aqrar İslahat Komitəsinin 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən İddiaçı1, İddiaçı2 (iş üzrə iddiaçılar) və onların ailə üzvləri (övladları) X10, X8, X12, X11 və X13 (iş üzrə üçüncü şəxslər) 17,37 ha (bundan sonra – mübahisəli torpaq sahəsi) torpaq sahəsi ayrılmış, 12 aprel 1999-cu il tarixdə həmin sahə Şəki rayon Torpaq şöbəsində 8388 nömrə ilə qeyd olunan şəxslərin adına qeydiyyatdan keçmiş və JN-201 seriyalı, 40401027 kodlu to rpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. 2. 05 aprel 2005-ci il tarixli etibarnamə əsasında iddiaçıların və onların ailə üzvləri (övladları) olan üçüncü şəxslərin adından nümayəndə qismində X4 ilə Cavabdeh2 (iş üzrə cavabdeh) arasında mübahisəli torpaq sahəsinin alğı-satqısına dair Şəki rayon 2 saylı dövlət notariat kontorunda (iş üzrə digər cavabdeh) 13 aprel 2005-ci il tarixli müqavilə bağlanmışdır. 3. 20 dekabr 2005-ci il tarixdə isə mübahisəli torpaq sahəsinin alğı-satqısına dair eyni notariat kontorunda iddiaçılar və onların ailə üzvləri (övladları) olan üçüncü şəxslərlə X9 (iş üzrə digər üçüncü şəxs) arasında müqavilə bağlanmışdır.
4. Mübahisəli torpaq sahəsi 13 mart 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X3 adına qeydiyyatdan keçmişdir. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsinə dair X4 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar xx.xx.2005-ci il tarixdə mübahisəli torpaq sahəsini övladlarının da razılığı ilə Q Əliyevə satmış və həmin gün aralarında Şəki rayon 2 saylı dövlət notariat kontorunda müqavilə bağlanmışdır. Q.Əliyev onlara müraciət edərək, bildirmişdir ki, torpaq sahəsinə dair hüquqlarını dövlət qeydiyyatına aldırmaq istəyərkən, reyestr xidməti tərəfindən şifahi olaraq ona məlumat verilmişdir ki, torpağa dair iddiaçıların və ailə üzvlərinin adına verilmiş dövlət aktı ləğv edilmiş və həmin sahə başqa şəxsin - X3 mülkiyyətinə verilmişdir. Yalnız bundan sonra Dövlət Notariat Arxivindən notariat işi alınmaqla məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququna dair dövlət aktı üzrə xx.xx.2005-ci il tarixdə alğı-satqı olmuş, lakin iddiaçıların və ailə üzvlərinin heç bir xəbəri olmamışdır. Notariat işində olan müqavilədən görünür ki, HMikayılova etibarnamə verilmiş və sonuncu bunun əsasında onlara məxsus torpağı satmışdır. H.Mikayılov Şəki rayonu, Ünvanqəsəbəsində tanınan şəxs olmaqla, bir dəfə torpaqla bağlı işlərlə əlaqədar (subsidiyaların ayrılması, torpaqların sərhədlərinin müəyyən edilməsi və s.) torpaq aktlarının surətlərini götürmüş, lakin nə iddiaçılar, nə də övladları tərəfindən ona torpağa dai r etibarnamə verilməmiş, işdə olan etibarnamə isə onlar tərəfindən imzalanmamışdır.
7. Üçüncü şəxs X7 ərizə ilə müraciət edərək, bildirmişdir ki, mübahisəli torpaq sahəsi xx.xx.2005-ci il tarixdə Cavabdeh2 Cabbar oğluna, sonradan isə ona satılaraq aralarında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçıların 15 il sonra mübahisələndirdikləri torpaq sahəsi xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Bundan başqa, alğı-satqı müqaviləsi bağlanarkən satılması nəzərdə tutulan daşınmaz əmlakla bağlı zəruri sənəd, yəni iddiaçıların adına verilmiş dövlət aktı onların özləri tərəfindən notariat orqanına təqdim edilmişdir. Bu ziddiyyət isə onu deməyə əsas verir ki, iddiaçılar torpaq sahəsinin satılmasından həmin vaxtdan məlumatlı olmuşlar.
8. İddiaç ılar məhkəmə iclasında verdikləri izahatlarında iddianı müdafiə edərək bildirmişlər ki, 2006-cı ildə aqrar islahat zamanı onların və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsini satmaq qərarına gəlmiş və övladlarının da razılığı ilə həmin sahəni hər hektarı 200 manat olmaqla Q Əliyevə satmışlar. Bundan 2-3 il sonra Q zəng edərək, torpağın başqa bir şəxsə də satıldığını bildirmiş, lakin onlar bunu təkzib etmişlər. Sonradan araşdırma apardıqda isə həqiqətən də torpaq sahəsinin HMikayılovun adına verilmiş etibarnamə əsasında xx.xx.2005-ci il tarixdə cavabdehə satılmasını bilmişlər. xx.xx.2005-ci il tarixli etibarnamədəki birinci və ikinci imzalar onlara aid olsa da, digər imzalar övladlarına aid olmamaqla, Q2in, Kın və Fin adından çəkilmiş imzalar başqa şəxslər tərəfindən icra edilmi şdir. Etibarnamə verilən vaxt Q2 və K Şəki şəhərində deyil, digər ünvanda yaşamışlar. Onların və övladlarının mübahisəli torpaq sahəsinin cavabdehə satılması kimi bir niyyətləri olmamış, torpaq sahəsi qeyri-qanuni yolla sonuncunun adına rəsmiləşdirilmişdir.
9. Üçüncü şəxslər X20, X5, X1 K Əziz oğlu və X15 (iddiaçıların övladları) iddianı müdafiə edərək, bildirmişlər ki, aqrar islahat zamanı onlara ayrılmış torpaq sahəsinin sonradan valideynlərinin imzaladıqları etibarnamə əsasında cavabdehə satılmasını eşitmişlər. Halbuki, 05.04. 2005-ci il tarixli etibarnamədəki imzalar onlara məxsus deyil.
10. Digər üçüncü şəxs X9 da iddianı müdafiə edərək, bildirmişdir ki, iddiaçılarla alğı-satqı müqaviləsi imzalayaraq mübahisəli torpaq sahəsini almış, həmin sahədən bir il müddətində istifadə etsə də, s onradan maneələrlə qarşılaşmış, dəqiqləşdirmə apardıqda torpaq sahəsinin xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsi əsasında başqa şəxsə də satıldığını bilmiş, bu məsələni iddiaçıların diqqətinə çatdırdıqda isə onlar torpaq sahəsinin ondan başqa şəxsə satılmadığını bildirmişlər.
11. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2021-ci il tarixli, 4/1445 nömrəli rəyində qeyd olunmuşdur ki, İddiaçı1 və ailə üzvləri adından olan xx.xx.2004-cü il tarixli etibarnamənin kserosurətində “İmza” qrafasında “4” rəqəminin qarşısında “K” sözü - X18 tərəfindən icra olunmuş, “5” rəqəminin qarşısında “F” sözü - X20 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, “3” rəqəminin qarşısında “Q 2” sözünün və imzanın X15 tərəfindən icra olunub-olunmamasını təsviri hissənin 3-cü bəndində göstərilən səbələrə görə (tədqiq olunan yazıda və imzada həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması, sərbəst xətt və imza nümunələrinin təqdim edilməməsi) müəyyən etmək mümkün olmamışdır. “4” rəqəminin qarşısında imza, tədqiqi hissənin 4-cü bəndində göstərilən səbəblər görə (imzanın kserosurət olması, cizgilərinin tam və aydın əks olunmaması, hərf və cizgilərin başlama və bitmə nöqtələrini izləməyin mümkün olmaması) tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə əsasən həmin imzanın X18 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün olmamışdır. “4” rəqəminin qarşısındakı “kenan” sözündə - X18 tərəfindən qəsdən dəyişdirilməklə icra olunması faktı müəyyən edilməmişdir. Nəticənin 2-4-cü bəndində göstərilən yazıların və imzaların konkret icraçıları müəyyən edilmədiyindən qərarın ekspert qarşısında qoyulmuş qəsdən dəyişdirilməklə icra edilib-edilməməsi sualları üzrə tədqiqat aparılmamışdır.
12. Şəki Rayon Məhkəməsinin 2(075)-18/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakim Elçin Mehdiyev) mübahisəli torpaq sahəsinin X10, XƏziz qızına, X12, Nağıyeva (Heydərova) F Əziz qızına, X13 aid hissələrdə Cavabdeh2 satılmasına dair hissəsində etibarsız hesab edilməsi barədə iddia baxılmamış saxlanılmışdır.
13. Qərardad belə əsaslandırılmışdır ki, adları qeyd olunan üçüncü şəxslər mübahisəli torpaq sahəsinin iddiaçılarla yanaşı eyni hüquqa malik mülkiyyətçiləri ol malarına baxmayaraq, həmin torpaq sahəsinin paylarına düşən hissəsinin etibarsızlığı ilə bağlı heç bir iddia irəli sürməmişlər, eyni zamanda onların adlarından çıxış edə bilmələri üçün iddiaçılar tərəfindən də məhkəməyə heç bir etibarnamə təqdim edilməmişdir.
14. Birinci instansiya məhkəməsinin eyni tarixli qətnaməsi ilə iddia rədd olunmuş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçılara aid edilmişdir.
15. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçılar özlərinin və ailə üzvlərinin mülkiyyətində olmuş mübahisəli torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər h ərəkətləri etməyi X2 etibar etmiş və hmin etibarnamədəki imzaların özləri tərəfindən icra edilməsini izahatları ilə təsdiq etmişlər. Mübahisəli torpaq sahəsinin iddiaçılara aid hissəsinin verdikləri etibarnamə əsasında H.Mikayılov tərəfindən cavabdehə satılmasında qanunvericiliyin tələbləri pozulmamış, bu səbədən də, iddiaçılar onlar arasında bağlanmış xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinin mübahisəli torpaq sahəsinin özlərinə aid hissəsinin satılması hissəsində etibarsız hesab edilməsini tələb etməkdə haqlı deyildirlər.
16. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 324, 329.2, 337, 362.1, 389.1, 390.1, 567, 646.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələri nə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçılar və üçüncü şəxs X9 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Apellyasiya şikayətləri eyni məzmunda belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli torpaq sahəsi iddiaçıların və övladlarının ümumi birgə mülkiyyətlərində olmuş, hər birinin ayrı-ayrılıqda payları müəyyən edilməmişdir. Bu halda isə, torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün bütün mülkiyyətçilərin razılığı alınmalı idi. Bundan başqa, məhkəmə, xətşünaslıq ekspertizası təyin edərək, etibrnamədəki imzaların üçüncü şəxslərə aid olmadığını müəyyən etdikdən sonra, onlara münasibətdə alğı-sa tqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsini baxılmamış saxlamış, üçüncü şəxslərin hər hansı iddia tələblərinin olmadığını gördüyü və iddiaçıların etibarnamədəki imzaların özləri tərəfindən icra edildiyini bildirdikləri halda, hansı zərurətdən xətşünaslıq ekspertizası təyin etməsini əsaslandıra bilməmişdir.
19. Apelyasiya baxışında İddiaçı1 məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, 2005-2014-cü illərdə qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləmiş, mbahisəli torpağı 2005-ci ildə Q Əliyevə satmışdır. Bir dəfə maşını ilə evə gedərkən əvvəllər tanımadığı şəxslərlə qarşılaşmış və həmin şəxslər iş görmək üçün onlara torpaq aktının lazım olduğunu, tərəfindən bunun səbəbini soruşduqda isə kəndə sərmayə yatıracaqlarını bildirmişlər. Həmi n şəxslərin yanında əvvəllər sovxoz direktoru olmuş şəxs də olmuş və o, bələdiyyə sədri kimi qəsəbə üçün xeyirli olacağını fikirləşib torpaq aktının surətini onlara təqdim etmiş, elə maşının içində o və arvadı Solmaz sənədi imzalamışlar. Fikirləşmişdir ki, əgər həmin şəxslər alğısatqı etmək istəsələr, sənədin əsli olmadığından edə bilməyəcəklər.
20. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-616/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, həmçinin qeyd etmişdir ki, id diaçılar tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, iddiaçılar mübahisəli əmlakla bağlı alğı-satqı müqaviləsinin bağlanmasından təxminən 16 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti ötürmüşlər.
22. Eyni zamanda, Kollegiya hesab etmişdir ki, iddiaçıların sonradan bu iddia ilə məhkəməyə müraciət etməsi əmlakı vicdanlı əldə edən cavabdehlərin hesabına kompensasiya edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Üçüncü şəxs X9 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasın ı xahiş etmişdir.
24. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçıların xx.xx.2005-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsini aldatma yolu ilə imzalamaları məhkəmə tərəfindən tam araşdırılmamış və sonda düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, mübahisəli sahə guya qəsəbə üçün sərmayə qoyulacağı adı altında müəyyən sənədlərə imza etdirilməklə aldadılaraq satılmışdır. Məhkəmə isə aldadılma yolu ilə tərtib edilmiş alğı-satqı müqaviləsinə istinad etmiş və əsassız olaraq iddiaçıların övladları barədə zərurət olmadığı halda xətşünaslıq ekspertizası keçirmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).
27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəf li əqd həmin şəxsə qarşı mübahisə edilir
29. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
30. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
31. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədi ni, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
32. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səla hiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
33. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı kassatora aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən ed ilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
43. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarıma görə, üçüncü şəxs X9 iddiaçılarla alğı-satqı müqaviləsi imzalayaraq 17,37 hektar torpaq sahəsi almışdır. Torpağı alandan sonra həmin torpaq sahəsindən bir il müddətində istifadə etsə də, sonradan torpaq sahəsindən istifadədə maneələrlə qarşılaşmışdır. Belə ki, dəqiqləşdirmə apardıqda iddiaçılar tərəfindən ona satılmış torpaq sahəsinin 13 aprel 2005ci il tarixli alğı-satqı müqaviləsi əsasında digər bir şəxsə də satıldığ ını bilmişdir. O, bu məsələni iddiaçıların diqqətinə çatdırdıqda, İddiaçı1 torpaq sahəsinin ondan başqa digər şəxsə satılmadığını demişdir.
44. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətləri üzrə araşdırmanı davam etdirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Çünki iddiaçılar mübahisəli əmlaklarla bağlı alğı-satqı müqaviləsinin bağlanmasından təxminən 16 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötürmüşdür.
45. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
46. İşə baxmış məhkəmə kollegiyanın qənaətinə görə iddiaçının sonradan bu iddia ilə məhkəməyə müraciət etməsi əmlakı vicdanlı əldə edən cavabdehlərin hesabına kompensasiya edilə bilməz. Çünki əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır.
47. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsalandırması və gəldiyi nəticə ilə razılaşır. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən i şdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-616/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi X6 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir