Məhkəmə qərarları › İş №2(102)-4834/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4834/2019

04.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4834/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-405/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin (hakim Vaqif Həsənov) 03 oktyabr 2017-ci il tarixli, 2(008)-2923/2 017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 15879 manat məbləğində əsas borc, 2829,68 manat faiz borcu, 95,68 manat cərimə ümumilikdə 18804,36 manat borc, 30 manat məhkəmə üçün, 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx” (Azərbaycan) ASCnin xeyrinə ödənilməsi, tutmanın Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 küçəsi dalan 2-də mülkiyyətində olan 0,01879 ha torpaq sahəsindən ibarət 2 ədəd 1 mərtəbəli 77.5 kvadrat metr yaşayış, o cümlədən 61,1 kvadrat metr yardımçı sahəsən ibarət 5 otaqlı 1A nömrəli evə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 37000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənil məsi, fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Zülfüqar qızı, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh14, Cavabdeh11, Cavabdeh15, Cavabdeh21, Cavabdeh17, Cavabdeh18, Cavabdeh12, Cavabdeh3, Cavabdeh2, Cavabdeh19, Cavabdeh13 və Cavabdeh20 qızının yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmaları və evin boşaldılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Elşad Şamayev, Şeyda Məhərrəmova) 27 fevral 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şə həri Sabunçu rayon məhkəməsinin 03 oktyabr 2017-ci il tarixli saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh1 15879 manat məbləğində əsas borc, 2829,68 manat faiz borcu, 95,68 manat cərimə, ümumilikdə 18804,36 manat borc, 30 manat məhkəmə üçün, 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumu, cəmi 60 manat məbləğində dövlət rüsumunun tutularaq “xxxx”(Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, tutmanın Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 küçəsi dalan 2-də istifadədə olan 0,01879 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 77,5 kvadrat metr yaşayış, 61,1 kvadrat metr köməkçi sahədən ibarət 1a nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiymətinin 65000 manat məbləği ndə müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 banka olan borcu ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra mənzildə yaşayan ailə üzvləri Cavabdeh1, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh14, Cavabdeh11, Cavabdeh15, Cavabdeh21, Cavabdeh17, Cavabdeh18, Cavabdeh12, Cavabdeh3, Cavabdeh2, Cavabdeh19, Cavabdeh13 və Cavabdeh20 qızının yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən məcburi qaydada çıxarılmaqla, evin boşaldılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İşin halları: İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh 14, Cavabdeh11, Cavabdeh15, Cavabdeh21, Cavabdeh17, Cavabdeh18, Cavabdeh12, Cavabdeh3, Cavabdeh2, Cavabdeh19, Cavabdeh13 və Cavabdeh20 qızına qarşı “girovlu istehlak krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2014-cü il tarixli, 135705-CNS-12209 saylı kredit müqaviləsinə əsasən 01 dekabr 2016-cı il tarixə borclu olduğu 15879 manat məbləğində əsas borc, 2829,68 manat faiz borcu, 95,68 manat cərimə ümumilikdə 18804,36 manat borcun, 30 manat məhkəmə üçün, 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 “xxxx”(Azərbaycan) ASC-nin xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymə tinin 35000 məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 küçəsi dalan 2-də mülkiyyətində olan 0,01879 ha torpaq sahəsindən ibarət 2 ədəd 1 mərtəbəli 77,5 kvadrat metr yaşayış, o cümlədən 61,1 kvadrat metr yardımçı sahəsən ibarət 5 otaqlı 1A nömrəli evin açıq hərracdan satılması və vəsaitdən qeyd edilən pul məbləğinin “xxxx”(Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh14, Cavabdeh11, Cavabdeh15, Cavabdeh21, Cavabdeh17, Cavabdeh18, Cavabdeh12, Cavabde h3, Cavabdeh2, Cavabdeh19, Cavabdeh13 və Cavabdeh20 qızı yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı “xxxx” (Azərbaycan) ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsinin ilkin satış qiymətinin 65000 manat müəyyən edilməsi hissədə dəyişdirilərək ilkin satış qiymətinin 37000 manat müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipoteka predm etinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə düzgün nəticəyə gəlməmişdir. İş materiallarında iki fərqli ekspert rəyi mövcuddur. Həmçinin ipoteka müqaviləsi bağlanan zaman müəyyən edilmiş qiymət tamam fərqlidir. Məhkəmə bu hallara əhəmiyyət vermərəyərək ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara v ə hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçı yalnız ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə mübahisələndirir. Cavabdehlər isə qətnamədən kassasiya şikayəti verməmişlər. Ona görə də, qətnamənin mübahisələndiriləməyən hissələr hazırki kassasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, “xxxx” (Azərbaycan) ASC ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2014-cü il tarixli, 135705-CNS-12209 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən istehlak məqsədilə illik 25 % hesablanması şərti ilə 60 ay müddətinə 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə Cavabdeh1 arasında bağlanmış 04.11.2014-cü il tarixli, 135705CNS-12209 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı Razılaşmaya əsasən Cavabdeh1 13 noyabr 2015-ci il tarixinə mövcud olan borcu Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə konvertasiya edilərək, 14700 manat məbləğində borcu illik 28 % hesablanması şərti ilə 60 ay müddətinə uzadılmışdır. Həmçinin, Bank ilə Cavabdeh1 arasında 04.11.2014-cü il tarixli, 135705-CNS-12209 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə" 02 saylı Razılaşmaya əsasən Cavabdeh1 11 mart 2016cı il tarixinə borcu kapitallaşdırılaraq, 15879 manat məbləğində olan borcu illik 28 % faiz hesablanması şərti ilə 60 ay müddətinə uzadılmışdır. 04.11.2014-cü il tarixli, 135706-NEDVİJ3302 saylı daşınmaz əmlakın ipoteka müqaviləsindən görünür ki, “Bank “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 arasında bağlanmış 04.11.2014-cü il tarixli, 135705-CNS-12209 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi üçün Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 küçəsi dalan 2-də mülkiyyətində olan 0,01879 ha torpaq sahəsindən ibarət 2 ədəd 1 mərtəbəli 77,5 kvadrat metr yaşayış, o cümlədən 61, 1 kvadrat metr yardımçı sahəsən ibarət 5 otaqlı 1A nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 47000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri icra edilsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Hazırda iddiaçı qətnaməni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissədə mübahisələndirir. Kassasiya şikayətində iddiaçı əmlakın real bazar qiymətindən yüksək qiymətdə qiymətləndirildiyini qeyd edir. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəs inə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətini müəyyənləşdirərkən qiymətləndirmə ekspertizası keçirmiş, 2017-ci ilə ipoteka predmetinin mövcud bazar dəyəri 37000 manat müəyyən olunmuşdur. Belə ki, “xxxx” MMC tərəfindən 31.07.2017-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 küçəsi dalan 2-də istifadədə olan 0,01879 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 77,5 kvadrat metr yaşayış, 61,1 kvadrat metr köməkçi sahədən ibarət 1a nömrəli fərdi yaşayış evinin mövcud bazar dəyəri 37000 manat təşkil edir. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ilə bağlı “xxxx” MMC-nin 06 yanvar 2019-cu il tarixli rəyindən müəyyən olunur ki, ipoteka predmeti olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, X1 küçəsi dalan 2-də istifadədə olan 0,01879 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 5 otaqlı, 77,5 kvadrat metr yaşayış, 61,1 kvadrat metr köməkçi sahədən ibarət 1a nömrəli fərdi yaşayış evinin, köməkçi tikililərin, həyətyanı ab adlıq işləri, su quyusu, ehtiyat su anbarı nəzərə alınmaqla, bazar dəyəri 65000 manat, torpağın qiyməti 10000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qiymətləndirmə ilə bağlı rəylərə qiymət verərək, hesab etmişdir ki, “xxxx” MMC-nin rəyi kifayət qədər əsaslandırılmış, ipoteka predmetinin mövcud bazar dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmin rəyə istinad edərək hesab etmişdir ki, iddia tələbi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə qismən təmin edilməli, “xxxx” MMC-nin rəyi nəzərə alınmaqla, ilkin satış qiyməti 65000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi evin qiymətləndirilməsi ilə bağlı hansı sübuta qiymət verməsini, hansı səbəbdən evin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC-nin rəyini əsas götürməsini əsaslandırmışdır. İpoteka predmeti olan əmlakla bağlı hərrac hazırki dövrdə keçiriləcəyindən və hərraca çıxarılacaq əmlakın qiyməti ümumiyyətlə hərrac keçirilən dövr üçün orta bazar qiymətləri ilə müəyyən edildiyindən, mənzilin h ərracdan ilkin satış qiymətinin sonuncu verilmiş “xxxx” MMCnin rəyinə istinad etməkdə apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 27 fevral 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “xxxx” (Azərbaycan) ASC-nin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-405/2019 nömrəli iş üzrə 27 fevral 2019-cu il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə iddiaçıya müna sibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar