Məhkəmə qərarları › İş №2(102)-4835/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4835/2021

12.10.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4835/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Məmmədova Rəna Əlirza qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4835/21 (Açar sözlər: ilkin müqavilənin ləğv edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(103)3644/2021 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə 12 oktyabr 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Cavabdeh1 ilə aralarında notarial qaydada bağlanmış 30 dekabr 2016-cı il tarixli ilkin müqavilənin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə ödənilmiş 100.000 manat, Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış 25.875 manat, əldən çıxmış fayda qismində 18.400 manat, 25.000 manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 169.275 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (s ədrlik edən, hakim A.S.Məmmədov) iddia qismən təmin edilərək, iddiaçı ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış 30 dekabr 2016-cı il tarixli ilkin müqavilənin ləğv edilməsi və Cavabdeh1 100.000 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli ilkin müqavilənin şərtlərinə görə Cavabdeh1 sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən yaşayış binasının 2-ci blok, 4-cü mərtəbədə yerləşən 2 otaqlı 88 saylı mənzili iddiaçıya satmağı və müqavilə bağlandığı andan 01 yanvar 2017-ci il tarixədək mənzili iddiaçıya təhvil verməyi öz öhdəsinə götürüb. İlkin müqavilə notarial qaydada təsdiq edilib. Mənzilin dəyəri olaraq 100.000 manat pul vəsaiti iddiaçı tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh1 ödənilib. Lakin Cavabdeh1 müqavilə şərtlərini pozaraq mənzili iddiaçıya təhvil verməyib. Hazırda mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Ona görə iddia ilkin müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə ödənilmiş 100.000 manat pulun Cavabdeh1 tutulub iddiaçıya qaytarılması hissəsində təmin edilməlidir. Eyni zamanda iddia tələbləri mənəvi zərərə görə 25.000 manat, hesablanmış faizə görə 25.875 manat, əldən çıxmış faydaya görə 18.400 manat pulun tutulması hissələrində əsassızdır və bu hissələrdə iddia tələbləri kifayət qədər əsaslandırılmayıb. Ona görə də iddia tələbləri bu hissələr də rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 386.1, 443.4, 449.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsa slandırıb ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 386.1, 425-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslındırıb. Cavabdeh1 kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə ba xarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, Cavabdeh1, vəkili Vəkil2, Cavabdeh2 və üçüncü şəxs Bakı şəhəri, 14 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci bəndinə əsasən, ö hdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət verm ir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətl əndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. C avabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmamasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli ilkin müqavilənin şərtlərinə görə Cavabdeh1 sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən yaşayış binasının 2-ci blok, 4-cü mərtəbədə yerləşən 2 otaqlı 88 saylı mənzili iddiaçıya satmağı və müqavilə bağlandığı andan 01 yanvar 2017-ci il tarixədək həmin mənzili iddiaçıya təhvil verməyi ö z öhdəsinə götürüb. İlkin müqavilə notarial qaydada təsdiq edilib. Mənzilin dəyəri olaraq 100.000 manat pul vəsaiti iddiaçı tərəfindən notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Cavabdeh1 ödənilib. Lakin Cavabdeh1 müqavilə şərtlərini pozaraq mənzili iddiaçıya təhvil verməyib. Hazırda mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında sözügedən mənzilin gələcəkdə alqı-satqısına dair ilkin müqavilə bağlanıb və həmin müqavilənin şərtlərinə uyğun ol araq iddiaçı sözügedən mənzilin dəyəri olan 100.000 manat pulu Cavabdeh1 ödədiyi halda, sonuncu mənzili şərtləşdirdikləri vaxtda boşaldıb iddiaçıya təhvil verməməklə müqavilənin şərtlərini pozub. Mülki qanunvericiliyə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (Mülki Məcəllənin 421-ci maddəsi). Göründüyü kimi Cavabdeh1 sözügedən ilkin müqaviləni əhəmiyyətli dərəcədə pozması, yəni onun digər tərəfə- iddiaçıya vurduğu zərər (mənzili razılaşdırılmış vaxtda boşaldıb təhvil verməməsi) nəticəsində sonuncunun həmin müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması mülki iş materialları ilə istisna edilmir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 -ci bəndinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Bu baxımdan ape llyasiya instansiyası məhkəməsi, iddianı mübahisələndirilən hissədə təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbay can Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(103)3644/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar