Məhkəmə qərarları › İş №2(102)-4841/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4841/2019

04.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4841/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh1-nin vəkili Rnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.2019-cu il tarixli, 2(103)-2842/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim F.Abdıyev) 19.10.2018-ci il tarixli 2(005)4002/2018 nömrəli qətnaməs i ilə İddiaçı cavabdehlər Cavabdeh1-nə və Cavabdeh2-nə qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon İcra və Probasiya şöbəsi, X2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, E.Şamayev, X.Sarıyev) 18.02.2019-cuiltarixli, 2(103)-2842/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19.10.2018-ci il tarixli 2(005)-40 02/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1-nə və Cavabdeh2-nə qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba rayon İcra və Probasiya şöbəsi, X2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “hərrac təşkilatının hərracın yekunları barədə protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 20.07.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Quba rayon İcra şöbəsinin sifariş məktubuna əsasən Cavabdeh2 tərəfindən mülkiyyət hüququ əsasında ona məxsus olan E məhəllədə yerləşən 0.03 ha torpaq sahəsi və həmin torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 89.7 kv.m yaşayış, 158.5 kv.m yardımçı sahə olmaqla, ümumilikdə 248.2 kv.m sahəən ibarət olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin satılması ilə əlaqədar keçirilmiş hərracın, “xxxx” MMC tərəfindən tərtib edilmiş 13.04.2018-ci il tarixli, 48 nömrəli “Hərracın yekunları barədə protokol”un, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 13.04.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barə də müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili P kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində iddiaçının hərracın keçirilməsi barədə bildirişləri alması, hərrac barədə məlumatlı olması və ümumiyyətlə hərracın qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamışdır. Halbuki bildirişlər sözügedən ünvanda nə iddiaçı, nə də başqa şəxs tərəfindən qəbul edilməmişdir. Başqa sözlə, nə ipotekaqoyan iddiaçının, nə də borcalanın ipoteka predmeti ilə əlaqədar ilkin və təkrar hərrac keçirilməsindən xəbəri olmamış və həmin hərracların keçirilməsinin vaxtı və yeri barədə ipotekaqoyan və borcalana bildirişlər göndərilməmişdir. İpotekqoyan və borcalana göndərildiyi iddia edilən 29.01.2018-ci il tarixdə hərracın keçirilməsi barədə bildirişin iddiaçı tərəfindən qəbul edilməsini göstərən SS443533351 Az indeks nömrəli və X2 tərəfindən qəbul edilməsini göstərən SS443533379 Az indeks nömrəli xəbərnamədəki imzaların heç biri həmin şəxslərə məxsus deyil. Bu barədə vəsatətlə məhkəməyə müraciət edilərək, birinci instansiya məhkəməsinin hakimindən məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi tələb olunsa da, məhkəmə nədənsə ekspertiza keçirilməsindən imtina etmişdir. Bu hal hər iki instansiya məhkəməsində bild irilsə də, məhkəmələr qəbul etdikləri qətnamədə bu hala münasibət bildirməmişlər. Bundan başqa, hərrac təşkilatı tərəfindən hərracın qanunvericiliyin tələbləri pozularaq keçirildiyi, hərrsacın keçirilməsinə 30 təqvim günü qalmış kütləvi informasiya vasitəsində elan dərc edilməsinə baxmayaraq, “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinə 15 gün qalmış bu barədə kütləvi informasiya vasitələrində təkrar elan dərc edilmədiyi apelyasiya instansiyası məhkəməsinin diqqətinə çatdırılsa da, apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticəni təkrarlamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.2019cuiltarixli, 2(103)-2842/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmi n edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili P Cavabdeh2-nin, üçüncü şəxslər X2, Quba rayon İcra və Probasiya Şöbəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1-nin vəkili R kassasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya instan siyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında yaranmış kredit öhdəliklərinin təminatı olaraq İddiaçı məxsus olan E məhəllədə yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərindəki 89.7 kv.metr yaşayış, 158,5 kv.metr yardımçı sahə olmaqla, 248 kv.metr ümumi sahədən ibarət olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evini Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmişdir. X1 Cavabdeh1 Aç ıq Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən Banka borcu yaranmış və nəticədə Bank ona qarşı yaranmış borc məbləğinin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Mübahisəyə məhkəmə qaydasında baxılmış və nəticədə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-277/2017 nömrəli, 30 avqust 2017-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsi əsas və cərimə borcunun tutulması hissəsində ekspert rəyi nəzərə alınmaqla dəyişdirilmiş, iddiaçı Cavabdeh1-nin xeyrinə tutulması qət edilən əsas borcun məbləği azaldılaraq 44.641,78 manat, cərimə borcunun məbləği azaldılaraq 135,10 manat həddində müəyyən edilmiş, qətnaməni qalan hissədə dəyişdirilmədən saxlanılmış, borc məbləği ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı məxsus olan E məhəllədə yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərindəki 89.7 kv.metr yaşayış, 158,5 kv.metr yardımçı sahə olmaqla, 248 kv.metr ümumi sahədən ibarət olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilmiş, ipoteka predmetinin satışından əldə olunmuş vəsaitdən 50.171,16 manat məbləğin iddiaçı Cavabdeh1-nin xetrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunmuş likvid dəyəri 75.000 manat məbləğində müəyyən olunması, iddia ərizəsinin verilməsinə görə 30 manat ödənilmiş dövlət rüsumu cavabdeh İddiaçı Cavabdeh1-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və onun əsasında verilmiş icra vərəqəsi üzrə aparılmış icra tədbirləri nəticəsində Cavabdeh2 t ərəfindən hərrac keçirilmiş, bu barədə bildirişlər göndərilmiş, qəzetlərdə elanlar yerləşdirilmiş, lakin birinci və təkrar hərracda alıcı olmadığından, hərrac baş tutmamış elan edilmiş və ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 47.812 manat məbləğində pula ipoteka saxlayan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə təklif edilmiş və təklif qəbul edilərək onun tərəfindən 47.812 manata alınmış və bu barədə 13.04.2018-ci il tarixdə həracın nəticələri barədə yekun protokol tərtib edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdir ilmədən saxlanması qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verməklə mü bahisənin həllinə düzgün yanaşmışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən m üddət göstərilməlidir (415.2). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər (416.1.). Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (416.2.). “İpoteka haqqında” Qanununa əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün be hin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır (maddə 42.1). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbay can Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.02.2019-cu il tarixli, 2(103)2842/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar