Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4841/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(103)-2630/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aş ağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Bakı X3 Departamenti işçiləri tərəfindən İddiaçı məxsus olan, ünvan 1 ünvanda yerləşən evdə qazdan istifadə qaydalarının pozulması barədə 2018-ci ilin fevral ayından 2019-cu ilin avqust ayına qədər 18 akt tərtib olunmuş, hər bir akta əsasən itirilmiş qazın bərpası barədə hesabat aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00000) cavabdeh tərəfindən tərtib edilmiş 19 ədəd akt əsasında hesablanmış 2.947,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əs aslandırmışdır ki, ona məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi qəzalı olduğuna görə, evinin sökərək yenidən tikilməsinə icazə verilməsi üçün 2014-cü ildə Binəqədi İcra Hakimiyyətinə müraciət etmişdir və həmin evi sökərək hissə-hissə tikməyə başlamışdır. Evin yenidən tikildiyi dövrdə qazdan istifadə olunmurdu. Hal-hazırda da evi tam tikib qurtarmamışdır. Qonşuluqda fərdi yaşayış evi var və orada qazdan qanunsuz istifadə olunur. Lakin Cavabdeh İB-nin işçiləri tərəfindən həmin qanunsuz qaz xəttinə görə onun evinə cərimə yazmışlar. Cavabdehə müraciət etdikdə ona bildirmişlər ki, əlavə qaz xəttindən istifadə etdiyi üçün 19 dəfə dəymiş ziyan hesablanmış və 2.947,2 manat borcu vardır. Aktlardan xəbəri olmadığını bildirmiş və aktlara baxarkən məlum olmuşdur ki, hər akta eyni şəkil ə lavə edilmişdir. Bu borcdan, Cavabdeh İB tərəfindən ona qarşı Binəqədi Rayon Məhkəməsində iddia qaldıranda xəbər tutmuşdur. Məhkəmədə sübut olunmuşdur ki, həqiqətən onun tərəfindən əlavə qaz xəttindən istifadə edilməyib. Cavabdeh İBnin nümayəndəsi tərəfindən məhkəməyə ərizə ilə müraciət edilmiş və iddia ərizəsi geri götürülmüşdür. Bununla bağlı Binəqədi Rayon Məhkəməsi tərəfindən 29.08.2019-cu il tarixli 2(001)5323/2019 saylı qərardad çıxarılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na əsasən baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət akt tərtib olunaraq aktın bir nüsxəsi istehlakçıya verilməlidir. Bundan başqa, Cavabdeh əməkdaşları tərəfindən qaz cihazlarının saatlıq qaz sərfinə uyğun hesabatın aparılması hansı əsaslarla və ya sənədlərlə müəyyən edildiyi bəlli deyil, həmçinin bu cür hesablama metodikasının aparılmasına, eləcə də həmin hesablamanın aparılmasına hüquq verən müvafiq normativ hüquqi aktların mövcud olmadığına görə, həmin hesabat obyektiv, əsaslı və qanuni hesab edilə bilməz.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(011)-3096/2020 nömrəli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia tələbinin təmin edilməsi, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00000) cavabdeh tərəfindən tərtib edilmiş 19 ədəd akt əsasında hesablanmış 2.947,20 manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən dövlət rüsumuna görə 30 (otuz) manat və ekspertiza tədqiqatının dəyəri ol araq 102 manat pulun dövlət nəfinə tutulması qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, 11 ünvanda yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdehnə məxsus qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olduğu müəyyən edilməsinə axmayaraq, cavabdeh tərəfindən həmin qoşulma vasitəsi ilə iddiaçının və ya başqa şəxslərin təbii qazdan qanunsuz istifadə etməsi araşdırılmadan itirilmiş qazın bərpa olunması məqsədi ilə qərarlar qəbul etməsi, həmçinin bu həmin qərarlarda sərfiyyatın hansı qanunvericilik normalarına əsasən hesablanmasının müəyyən olunmaması, bununla da həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin bu aktı qəbul etmiş orqanın üzərinə düşməsinə baxmayaraq, sübuta yetirilməməsi təsbit edilmişdir.
6. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müddəalarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3096/2020 saylı iş üzrə 29.10.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, İddiaçı iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(103)2630/2021 saylı qətnaməsi ilə (hakimlər Ş.Məmm ədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələblərinin əsaslı və təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi iş üzrə 01.04.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh İB-nın qanunla müəyyən edilən qaydada iştirakını təmin etməyərək cavabdehin konstitusion hüququ ilə yanaşı mülki prosessual qanunvericiliyin təməl prinsiplərindən olan “çəkişmə” və “tərəflərin bərabərlik” prinsiplərini də pozmuşdur. 01.04.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclası barədə bildiriş cavabdehə 05.04.2021-ci il tarixdə, yəni məhkəmə iclası keçirildikdən 4 gün sonra çatmışdır.
12. Birinci instansiya məhkəməsinin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, Xocəsən qəsəbəsi, Yeni yol küçəsində yerləşən 11 saylı fərdi yaşayış evini qazla təchiz edən Cavabdeh İB-nə məxsus qaz xəttinə sayğacdan kənar qoşulma olmuşdur. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə razılaşmamış, əsassız ola raq həmin qoşulma vasitəsi ilə iddiaçının və ya başqa şəxslərin təbii qazdan qanunsuz istifadə etməsinin araşdırılmamasına, itirilmiş qazın bərpa olunması məqsədi ilə qərarlar qəbul edilməsi və həmin qərarlarda sərfiyyatın hansı qanunvericilik normalarına əsasən hesablanmasının müəyyən olunmamasına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi də aşağı instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış, apelyasiya şikayətini təmin etməmişdir. Ekspert rəyi, iddiaçının təbii qazdan qanunsuz istifadə etməsinə dair onun ünvanında çəkilmiş fotoşəkillərlə və eləcə də iddiaçının adına qeydiyyata alınmış abonent saldosu ilə biri-birini tamamlayır. Həmçinin abonent saldolarını tədqiq etməyən məhkəmələr, Cavabdeh İB tərəfindən iddiaçı barəsində aktların tərtib edildiyi tarixlərdə iddiaçının smar t qaz sayğacı üzrə təbii qazdan istifadəyə görə nə qədər pul ödədiyini araşdırmamışlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.
15. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
18. Mülki hüquqların müdafiəsi üsulları Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsulla rla həyata keçirilir. Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun Maddə
3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. 18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunu Maddə
13. Qazın pаylаnmаsı və sаtılmаsı
8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işi n hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 418.4.5. işə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdehin kass asiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
26. Belə ki, məhkəmə kollegiyası ilk növbədə cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyinə dair dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər əsaslıdır.
27. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələbinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməlidir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
28. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilir, şahidlər, ekspertlər, mütəxəssislər və tərcüməçilər isə məhkəmə bildirişi vasitəsilə məhkəməyə çağırılırlar. (Azərbaycan Respublikası MPM-nin 138.1-ci və 138.2-ci maddələri).
29. Məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Məhkəmə bildirişi “Poçt haqqında” Azərbaycan Respublikasını n Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. (Azərbaycan Respublikası MPM-nin 134.1.4 və 135.1-ci maddələri).
30. İş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsinin 21.01.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti mümkün sayılmış və şikayətə baxılması 01.04.2021-ci il tarixdə saat 09:20-yə təyin edilmişdir. Həmin məhkəmə iclasına çağırılması barədə cavabdehə göndərilən bildiriş cavabdehə “Axundova” soyadlı işçisinə xəbərnaməyə imza etdirilməklə 05.04.2021-ci il tarixdə çatdırılmışdır.
31. Bu o deməkdir ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə yuxarıda göstərilən qanunvericilik normalarının tələbinə uyğun qaydada məlumat verilməmişdir. Bu da qətnamənin ləğv edilməsi üçün MPM-nin 418.4.5-ci maddəsində müəyyən olunan əsaslardan biridir.
32. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və yenidən baxılması üçün göndərilməlidir.
33. Məhkəmə kollegiyası eyni zamanda işə yenidən baxan məhkəmənin diqqətinə aşağıdakı halları çatdırmağı zəruri sayır.
34. İş materiallarından göründüyü kimi hazırkı mübahisə abonentin cavabdehə məxsus ümumi qazpaylayıcı qaz xəttinə ayrı-ayrı vaxtlarda küstar üsulla qanunsuz qoşulmaqla təbii qazdan sayğacdan kənar istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlıdır.
35. Məhkəmə, təbii qazdan sayğacdan kənar istifadə olunmasına dair işin mübahisələndirilən halına müvafiq araşdırma apar madan yalnız aşağıda göstərilən cümlə ilə qiymət verilmişdir: “İşin araşdırılmış halları ilə İddiaçı məxsus Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, 11 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdehnə məxsus qaz xəttinə sayğacdan kənar əlavə qoşulma olduğu müəyyən edilməsinə axmayaraq, cavabdeh tərəfindən həmin qoşulma vasitəsi ilə iddiaçının və ya başqa şəxslərin təbii qazdan qanunsuz istifadə etməsi araşdırılmadan itirilmiş qazın bərpa olunması məqsədi ilə qərarlar qəbul etməsi, həmçinin, həmin qərarlarda sərfiyyatın hansı qanunvericilik normalarına əsasən hesablanmasının müəyyən olunmaması, bununla da həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin bu aktı qəbul etmiş orqanın üzərinə düşməsinə baxmayaraq, sübuta yetiri lməməsi təsbit edilmişdir”.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə görə məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddənin məzmunundan da göründüyü kimi ekspert rəyi sübut növlərindən biridir, məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən ekspert rəyinə, abonent saldosuna eləcə də işdə olan digər sübutlara düzgün qiymət verilməmişdir. Sübutun qiymətləndirilməsi, mövcud sübutların tutuşdurulmaqla işin digər halları ilə müqayisəli təhlilini ehtiva edir. Məhkəmənin qətnaməsində sübutların bu cür qiymətləndirilməsi görünmür.
37. İş materiallarından görünür ki, iddiaçı son ödənişi 2015-ci ilin fevral ayında 10 manat etmişdir. İddiaçı 2018-ci ilin fevral və mart aylarında qazdan sayğacdan kənar istifadə edilməsi barədə tərtib olunmuş aktlara imza etmiş, bunlara dair hər hansı eriraz bildirməmişdir.
38. Məhkəmələrin “qaz xəttindən qanunsuz qoşulmuş borunun iddiaçının həyətinə deyil cavabdeh tərəfindən həmin qoşulma vasitəsi ilə iddiaçının və ya başqa şəxslərin təbii qazdan qanunsuz istifadə etməsinin araşdırılmaması” barədə dəlili, yalnız iddiaçının qanunsuz qoşulan qazın onun evinə aid olmaması barədə izahatına əsaslanır.
39. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər.
40. Bundan başqa, məhkəmələrin cavabdeh tərəfindən tərtib olunmuş qərarlarda sərfiyyatın hansı qanunvericilik normalarına əsasən hesablanmasının müəyyən olunmamasına istinad olunan əsaslandırması qüsurlud ur. Çünki, qaz sərfiyyatının hesablanmasında əsas götürülmüş qanun norması ilk dörd aktda qeyd olunmasa da, qalan aktlarda (və ya akta əsasən aparılmış hesabatlarda) əksini tapmışdır.
41. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüququ normalarının düzgün tətbiqini yoxlamaq üçün, işin faktik halları tam araşdırılmış olmalı, məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxıldıqdan sonra qiymət verilmiş olmalıd ır.
43. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 aprel 2021-ci il tarixli, 2(103)-2630/2021 saylı qətnaməsi ləğv edi lsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.