Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4843/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin pəncərələrinin qarşısında olan hasarın cavabdehin vəsaiti hesabına sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin pəncərələrinin qarşısında 2 metr 98 santimetr hündürlüyündə 12 metr uzunluğunda dəmir şiferdən çəkdirmiş olduğu hasarın cavabdehin vəsaiti hesabına sökülməsi ” tələbinə dair iddia üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-888/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şirvan ərazi idarəsi tərəfindən verilmiş Daşınmaz Əmlakın Texniki pasportuna əsasən həmin sənəd Saatlı şəhəri Məşədi Əzizbəyov küçəsində yerləşən 1990-cı ildə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 73,8 kv.m, köməkçi sahəsi 60,6 kv.m, ümumi sahəsi 134,4 kv.m olan 16 nömrəli fərdi yaşayış evi, reyestr nömrəsi **********98-10301, hüquq subyekti İddiaçıdur, tərtib edilmə tarixi, 06 aprel 2011 -ci il, inventar nömrəsi 3036/908-1dir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH, ******* nömrəli çıxarışa əsasən Saatlı şəhəri Məşədi Əzizbəyov (Dədə Qorqud) küçəsində yerləşən 1990- cı ildə tikilmiş, 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 73,8 kv.m, köməkçi sahəsi 60,6 kv.m, ümumi sahəsi 134,4 kv.m olan 16 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 179 nömrəli vərəqində qeydiyyat aparılmışdır.
3. JN-1619A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Saatlı rayon Aqrar İslahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 sayl ı qərarına əsasən Saatlı şəhər ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir.
4. Şirvan Layihə-Tədqiqat idarəsinin mütəxəssis rəyinə əsasən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən çəkilmiş dəmir şiferdən olan mübahisəli hasar Saatlı rayon Aqrar islahat Komissiyasının 18 may 1998-ci il tarixli, 05 saylı qərarına əsasən JN1619A, KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsində yox, istifadəsində olan torpaq sahəsində yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı Cavabdeh ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətim də olan fərdi yaşayış evinin pəncərələrinin qarşısında 2 metr 98 santimetr hündürlüyündə 12 metr uzunluğunda dəmir şiferdən çəkdirmiş olduğu hasarın cavabdehin vəsaiti hesabına sökülməsi tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 1989-1990- cı illərdə tikilmiş fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir və hal-hazırda da, həmin evdə yaşayır. Cavabdeh Balaxan oğlu isə onun yaxın qonşusudur. Cavabdeh 19 fevral 2020-ci ildə onun evinin divarından 72 santimetr ara məsafəsi saxlamaqla evinin pəncərəsinin qarşısında 2,98 metr hündürlükdə, 12 metr uzunluğunda dəmir şiferdən hasar çəkmişdir. Həmin hasar onun evinin pəncərəsinin 2/3 hissəsinin qarşısını almaqla evinə düşən tə bii işıqdan və havalandırmadan məhrum etdiyi üçün xüsusi mülkiyyətində olan fərdi yaşayış evində normal yaşaya bilmir. Bununla əlaqədar Saatlı rayon İHB-nın Saatlı şəhər İƏD üzrə nümayəndəsinə və Saatlı rayon İH-nin Tikinti və Arxitektura şöbəsinin müdirinə müraciət etmiş, həmin səlahiyyətli şəxslər əraziyə baxış keçirərək çəkilmiş hasarın sökülməsini cavabdehə təklif etmişlər. Lakin cavabdeh buna etiraz edərək qanunsuz hərəkətlərini hələ də davam etdirir. Odur ki, pozulmuş hüququnun bərpası üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
7. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı məxsusdur və hal-hazırda da yaxın qonşuluq şəraitində yaşayırlar. Belə ki, ke çmiş vaxtlarda onunla yaşadığı evlə Nizaminin yaşadığı evin həyətyanı sahəsinin hasarı tor məftillə çəkilmişdir. Lakin sonradan iddiaçı 1989- 1990-cı illərdə hazırda yaşadığı evi tikdirərkən evin divarını tor məftillə olan hasara söykəmiş, evinin iki pəncərəsini isə onun həyətyanı torpaq sahəsinə açmışdır. Son zamanlara qədər, yəni Nizami onunla qonşuluq münasibətlərinə xələl gətirən hərəkətlər edəndək aralarında narazılıq olmamışdır. Lakin Nizami evinin pəncərəsindən onun həyətini müşahidə altında saxlamasını, bəzən telefonla kameraya çəkməsini bildikdən sonra həyətyanı torpaq sahəsində sərbəst olmamış, mülkiyyətindən istədiyi kimi istifadə edə bilməmişdir. Bununla bağlı Nizamiyə iradını biidirsə də, müsbət nəticə ə\də etmədiyini görüb 2020-ci iidə bəmin tor məftil çəkilmiş hasarı sökərək Nizaminin evindən 72 santimetr aralıda öz torpaq sahəsində 2.60 metr hündürlükdə, 12 metr uzunluğunda dəmir şiferdən hasar çəkmiş, hazırda da həmin hasar Nizaminin yaşadığı evin pəncərələrindən təbii işığın düşməsinə və havalandırılmasına hər hansı maneçiliyi yoxdur.
8. Saatlı Rayon Məhkəməsinin (bundan sonra — birinci instansiya məhkəməsi) 19 iyun 2020-ci il tarixli, 2(055)-614/2020 saylı qərardadı ilə (hakim İxtiyar Abuşov) iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması AR ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
9. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1475 nömrəli ekspert rəyindən görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh tər əfindən çəkilmiş dəmir şiferdən olan mübahisəli hasar Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarına əsasən JN-1619A, KOD 90801004 saylı torpağın mülkiyyətəT'veritməsinə dair şəhadətnamə ilə Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0.10 ha həyətyanı torpaq sahəsindən kənarda, istifadəsində olan torpaq sahəsində yerləşən iddiaçı fərdi yaşayış evinin pəncərələri ağ plastik materialdan olmaqla, hər birinin eni 1.86 metr, hündürlüyü isə 1.57 metrdir. Pəncərələrin otğaın döşəmə səviyyəsindən hündürlüyü 0.76 metr, yer səviyyəsindən hündürlüyü isə 1.78 metrdir. Mübahisəli hasar ilə pəncərələr arasındä məsafə 0.84 metrdir. Həmin hasar iddiaçının fərdi yaşayış evinin üst hissəsindən 0.7 metr aşağıda yerləşir. Həmçinin mübahisə predmet i olan hasarın ilkin iddia üzrə İddiaçı məxsus evin pəncərəsindən təbii işığın düşməsinə və havalandırılmasına mane olub-olmamasını müəyyən etmək tikinti-texniki ekspertinin səlahiyyətinə aid deyildir. Mülki iş materiallarında cian “Texniki Pasportun” “Tikintilərin mərtəbələr üzrə planı” bölməsində (i.v. 15) iddiaçının fərdi | yaşayış evinin pəncərələri öz əksini tapmışdır. Həmçinin iddiaçının fərdi yaşayış evinin xarici cıvarının hündürlüyü 4 metr olduğuna, həmin fərdi yaşayış evi ilə cavabdeh tərəfindən inşa olunmuş hasar arasındakı məsafə 1.2 metr (4x0.3) olmalı olduğu halda, faktiki 0.84 metr olduğuna görə bu ara məsafəsi Azərbycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə ziddir.
10. Birinci instansiya məhkəməsinin 2(055)-04/2 021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi (hakim İxtiyar Abuşov) ilk iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə İddiaçı xüsusi mülkiyyətində olan Saatlı şəhəri Dədə Qorqud küçəsində yerləşən 16 saylı fərdi yaşayış evinin 0.84 metrliyində cavabdeh Balxan oğlu tərəfindən 12 metr uzunluğunda dəmir şiferdən ıiş hasarın cavabdehin hesabına iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən jhərsalma və tikinti qanunvericiliyinin tələbləri nəzərə alınmaqla 1.2 metr məsafəyə qədər geri çəkilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, cavabdeh mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcə görə 112.70 manatın alınaraq AR ƏMDK-nin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və ekspertiza xərcinə 50 manatın alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edi lmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin araşdırılan halları, iş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, sökülməsi tələb olunan 12 metr uzunluğunda dəmir şiferdən çəkilmiş hasar lazımi icazələr olmadan hazırda Saatlı Bələdiyyəsinə məxsus olan torpaq sahəsində inşa edilmişdir. Bundan başqa, cavabdeh həmin hasarın çəkilməsi üçün tikinti işlərinin həyata keçirilməsinə icazənin İverildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin də iddiaçının [mülkiyyətində olan fərdi yaşayış evinin xarici divarının hündürlüyü 4 metr olmasına baxmayaraq, 1989-1990-cı illərdə inşa edilmiş fərdi yaşayış evi ilə cavabdeh tərəfindən 2020- oi ildə inşa olunmuş hasar arasındakı məsafə 1,2 metr (4 x 0,3) olmalı olduğu halda faktiki olaraq 0.84 metrliyindədir. Bundan başqa, həmin hasar hazırda Saatlı Bələdiyyəsinə məxsus olan torpaq sahəsində yerləşməsinə baxmayaraq, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Saatlı Bələdiyyəsi inşa edilmiş evinin mülkiyyətçisi kimi iddiaçının qanuni mənafeyinə toxunur. Ona qörə də iddiaçı tərəfindən sökülməsi tələb edilən dəmir hasarın müvafiq icazələr olmadan ınşa edilməsi, hazırda həmin hasarın cavabdehin sahibliyində və istifadəsində olmaqla iddiaçının qanuni mənafeyinə toxunması, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülən tələbin qismində, yəni tərəflərin hüquqlarını pozmayan, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olan hissədə təmin edilməsi üçün kifayətdir.
12. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi 12 metr uzunluqunda dəmir şiferdən çəkilmiş kasarın şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsini təsdiq edən ekspert rəyi mötəbərsübut kimi qəbul edilməlidir. Odur ki, 12 metr uzunluqundan dəmir şiferdən çəkilmiş mübahisəli hasar cavabdehin hesabına iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri nəzərə alınmaqla 1.2 metr məsafədə geri çəkilməlidir.
13. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbi üzrə iddia ərizəsini araşdıraraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının izahatından başqa iddia tələbinin əsasında duran ünvan 2 ünvanında yerləşən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçının həyətinə açılan iki pəncərənin bağlanmasına əsas olan halları təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddiaçının izahatı isə özlüyündə sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Odur ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170,1, 170.2, 180.1, 180.4, Azərbaycan Respublikası Şəhərsama və Tikinti Məcəlləsinin 69.2, 69.5.2-1, 73.1, 80-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 8.1,9.1, 14.2, 76.1,88, 119.1, 217.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılqlı i ddia üzrə iddiaçı cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər — Zaur Allahyarov - sədrlik edən və məruzəçi, Zeynal Zeynalov, Müşfiq Həsənov) 21 sentyabr 2021-ci il tarixli, 2(106)- 2584/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Saatlı Rayon Məhkəməsinin 2(055)-04/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. c) Kassasiya instansiya sı məhkəməsindəki birinci icraat
18. Qətnamədən narazı qalan cavadeh Cavabdeh Mehti oğlu kassasiya şikayəti vermişdir.
39. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-718/2022 xx.xx.2022-ci il tarixli qərarı (hakimlər — Mehparə Əhmədova- sədrlik edən və məruzəçi, Ələsgər Əliyev, İsmayıl Xəlilov) ilə İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)2584/2021 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edildiyi hissəsində ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
40. Məhkəmə hesab etmişdir ki, ilk iddiaçı iddia tə ləbini onun evinin pəncərələrinin şüşəsinin 2/3 hissəsindən çox hissəsinin qarşısının ilk iddia üzrə cavabdeh tərəfindən çəkilmiş dəmir hasarla kəsilməklə onun təbii havalandırma və işıqdan məhrum edilməsi ilə əsaslandırmış və bu əsasla həmin hasarın sökülməsini tələb etmişdir, işə baxmış birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərardadla məhkəmə mühəndis texniki ekspertizası təyin etmiş, həmin qərardadda 2-ci sualda dəmir şiferdən olan hasarın ilk iddiaçıya məxsus evin pəncərəsindən təbii işığın düşməsinə və havalandırılmasına mane olub-olmaması sualı ekspert qarşısında qoyulmuş, xx.xx.2021-ci il tarixli rəydə qeyd edilən sual üzrə maneə olub-olmadığını müəyyən etməyin ekspertin səlahiyyətinə aid olmadığı qeyd edilmiş və bu suala cavab verilməmişdir.
41. Lakin b irinci instansiya məhkəməsi hasarın Tikinti və Şəhərsalma Məcəlləsinin 69.5.2-1 ci maddəsinin tələblərinə zidd olmasına istinad edərək ilk iddia tələbini qismən təmin etmişdir. Halbuki tələbin əsasını ilk iddiaçının yaşayış evinin təbii işıqdan və havalandırmadan məhrum olması təşkil etmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası da bu hala əhəmiyyət verməmiş və bu barədə hər hansı məhkəmə araşdırmasını həyata keçirməmişdir. Digər tərəfdən apelyasiya kollegiyası birinci instansiya məhkəməsinin ilk iddia tələbini qismən təmin edərkən iddia tələbindən kənara çıxmasını da nəzərə almamışdır. Belə ki, ilk iddiaçı həmin hasarın sökülməsini tələb etdiyi halda, birinci instansiya məhkəməsi iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə olmadan hasarın geri çəkilməsi qənaətinə gəlmişdir. c) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
42. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh apellyasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, MM-nin 135-ci maddəsinə uyğun olaraq torpaq sahəsi və üzərindəki ayrıla bilməyən hissə, yəni çəpər birlikdə vahid obyekt hesab edilir. Məhkəmə qətnamə qəbul edərkən, Bələdiyyə tərəfindən verilmiş rəyi də nəzərə almaqla, öz qətnaməsində qeyd edilən torpaq sahəsinə münasibətdə cavabdehin istifadə hüququnu tanımışdır. Bu cür istifadədə qanunsuzluq istisnadır. Belə ki, cavabdehin torpaq sahəsindən istifadə etməsinə qeyd edilən Mülki Məcəllənin tor pağın mülkiyyətçisi qismində çıxış edən bələdiyyə etiraz etmir. Yəni MM- nin 152-ci maddəsinin tələblərinə müvafiq olaraq cavabdeh bu halda daşınmaz əmlakın istifadəçisi qismindədir. Məhkəmə qətnamə qəbul edərkən hasarın geri çəkilməsini qət etməklə istifadəçi qismində cavabdehin həmin torpaq sahəsinin hasarın digər tərəfində qalan hissəsinə münasibətdə istifadə hüququndan məhrum olacağını nəzərə almamışdır. Qeyd edilən huquq AİHM-nin müvafiq qətnamələrində “mülkiyyətə dair gözlənti” qismində təsnifləşdirilir. Yəni şəxsin vicdansız sahiblikdən uzaq olmaqla, mülkiyyətçinin razılığı əsasında həmin torpağa gələcəkdə mülkiyyətə dair gözləntiləri mövcuddur və bu da təbii haldır. Məhkəmə qətnamə qəbul edərkən eyni zamanda MM-nin 171 -ci maddəsinə uyğun olaraq iddiaçının qonşusu olan cavabdehin t əsirinə dözməli olub-olmamasını araşdırmamışdır. Belə ki, müvafiq ekspertiza rəyində işığın düşmə bucağı, işıqlandırmanın hansı ölçüdə kəsildiyi, günün hansı saatlarında, yəni işıqlı və ya qaranlıq saatlarında işığın önünün neçə saat kəsildiyi və ya ümumiyyətlə kəsilmə halının mövcudluğuna, o cümlədən havalandırmaya əngəl olub olmamasına münasibət bildirməmişdir. Fikirlərincə məsələyə qonşu təsirinə dözübdözməmək cəhətindən baxılmalı, ümumiyyətlə, təsirin olub-olmaması araşdırılmalıdır. O cümlədən yekun olaraq əgər belə bir təsir varsa, cavabdehin qeyd edilən torpaqdan istifadə hüququnu bu formada məhdudlaşdırmaqdan fərqli olaraq çıxış yolu qismində hasarın hündürlüyünün azaldılaraq iddiaçının olduğu təqdirdə işığa və havaya əlçatanlığının təminedilməsi zəruri qənaət qismində etibarlıdır. Qətnamə tərəflərin dəlilləri və işin gedişində təqdim edilən digər sübutlar əsasında qəbul edilməlidir. Eyni zamanda MPM-nin 13-cü maddəsinə uyğun olaraq Məhkəmənin rəhbər tutmalı olduğu normativ aktların siyahısı məlumdır. MPM-nin 217.2-ci maddəsinə uyğun olaraq məhkəmə mübahisəli huquq münasibətlərinin yarandığı zaman qüvvədə olan hüquq normalarını tətbiq etməli idi. Məhkəmə qətnaməsindən də göründüyü kimi, tərəflər arasında hasarın keçən əsrin 50-ci illərindən mövcud olmasına dairhər hansı mübahisə yoxdur. Eyni zamanda bu iş materiallarında olan digər sübutlarla da tanınır. 60 ildən çox mövcud olan çəpər MPM-nin 9.3, 13 və köhnələrək əvvəlki yaralılığını itirdiyindən onun müasir materiallarla yenidən qurulması zəruri olmuşdur. Buna görə də məftil zəncirbənddən olan hasarın dəmir şifer lə əvəzləşdirilməsi hasarın yenidən tikilməsi kimi yox, onun yaxşılaşdırılması üçün yenilənməsi kimi başa düşülməli idi. Bu halda isə bu münasibətlərə 2013-cü ildə qanuni qüvvəyə minmiş “Şəhərsalma və Tikinti” müddəalarının şamil edilməsi, fikirləricə məhkəmənin prosessual pozuntuya yol verməsinə dəlalət edir. Məhkəmə tərəfindən ekspertiza təyin edilərkən ümumiyyətlə işin mahiyyətinə zidd ekspertiza təyin edilmişdir. Belə ki, məsələ yəni iddia işıqlandırmanın və havalandırmanın qarşısının alınmasına dair qoyulsa da, Məhkəmə tərəfindən tikinti ekspertizası təyin edilmişdir. Ekspertin rəyini incələyən zaman görünür ki, ekspert onun qarşısında qoyulan işıqlandırma və havalandırmanın pozulmasına dair sualı onun bilik dairəsindən kənar olduğuna görəcavablandırmadan saxlamışdır. Onun nümayəndəsi nin bu halın dəqiqləşdirilməsi məqsədilə verdiyi vəsatət rədd edilmişdir. Halbuki, bu halda əlavə ekspertiza təyin edilməklə iddianın əsas mahiyyətini özündə ehtiva edən işıq və hava məsələlərinə müvafiq ekspert və ya bu sahə üzrə mütəxəssis rəyi əldə edilməli idi. Qeyd edilən halın Məhkəmənin öz qətnaməsində münasibət bildirilməli əsas hallardan biri olmasına rəğmən, məsələ münasibət bildirilmədən açıq qalmışdır və bu hal da MPM-nin 218.1-ci maddəsinin tələblərinə ziddir və prosessual pozuntudur.
43. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
44. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 may 2022-ci il tarixli, 2(106)-888/2022 nömrəli qətnam əsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Orxan İsmayılov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunan hissəsində ləğv edilib, həmin hissə üzrə yeni qətnamə qəbul edilmişdir, iddia rədd edilmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını düzgün müəyyən etməyərək, tərəflərin məhkəmə çəkişməsi hüququnu pozaraq maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməyərək, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozuntusu ilə ilk iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Bununla da ilk iddia tələbi üzrə gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsini qaçılmaz etmişdir.
46. Məhkəmə kollegiyası işdə olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiq edərək müəyyən etmişdir ki, ilk iddiaçı iddia tələbini onun evinin pəncərələrinin şüşəsinin 2/3 hissəsindən çox hissəsinin qarşısının ilk iddia üzrə cavabdeh tərəfindən çəkilmiş dəmir hasarla kəsilməklə onun təbii havalandırma və işıqdan məhrum edilməsi ilə əsaslandırmış və bu əsasla həmin hasarın sökülməsini tələb etmişdir. İşə baxmış birinci instansiya məhkəməsi xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərardadla məhkəmə mühəndis texniki ekspertizası təyin etmiş, həmin qərardadda 2-ci sualda dəmir şiferdən olan hasarın ilk iddiaçıya məxsus evin pəncərəsindən təbii işığın düşməsinə və havalandırılmasına mane olub-olmaması sua lı ekspert qarşısında qoyulmuş, xx.xx.2021-ci il tarixli rəydə qeyd edilən sual üzrə maneə olub-olmadığını müəyyən etməyin ekspertin səlahiyyətinə aid olmadığı qeyd edilmiş və bu suala cavab verilməmişdir. Lakin birinci instansiya məhkəməsi hasarın Tikinti və Şəhərsalma Məcəlləsinin 69.5.2-1 ci maddəsinin tələblərinə zidd olmasına istinad edərək ilk iddia tələbini qismən təmin etmişdir. Halbuki tələbin əsasını ilk iddiaçının yaşayış evinin təbii işıqdan və havalandırmadan məhrum olması təşkil etmişdir. İşə mahiyyəti üzrə baxmış məhkəmə bu hala əhəmiyyət verməmiş və bu barədə hər hansı məhkəmə araşdırmasını həyata keçirməmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan rəydə hasarın ilk iddiaçının fərdi yaşayış evinin pəncərəsinin üst hissəsindən 0.7 metr aşağıda yerləşməsi də göstərilmişdir ki, bu xüsusat özü də ilk iddiaçının evinin təbii işıqla və havalandırılması ilə kifayət edən xüsusat olmuşdur ki, bu xüsuata da birinci instansiya məhkəməsi hər hansı münasibət bildirməmişdir, ilk iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi də əsas və mötəbər sübut kimi yalnız ekspert rəyinə istinad etmişdir.
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamışdır. Belə ki, ilkin İddiaçı ilə Cavabdeh arasında cavabdehin ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətimdə olan fərdi yaşayış evinin pəncərələrinin qarşısında 2 metr 98 santimetr hündürlüyündə 12 metr uzunluğunda dəmir şiferdən çəkdirmiş olduğu hasarın cavabdehin vəsaiti hesabına sökülməsi olmuş, tələbin əsasını isə yaşayış evinin təbii işıqdan və havalandırmadan məh rum olması təşkil etmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi dəmir şiferdən çəkdirmiş olduğu hasarın cavabdehin vəsaiti hesabına sökülməsini onun yaşayış evinin təbii işıqdan və havalandırmadan məhrum olması əsasını yoxlamadan tkilinin Tikinti və Şəhərsalma Məcəlləsinin 69.5,2-1-ci maddəsinin tələblərinə uyğun (fərdi yaşayış evinin xarici divarının hündürlüyü 4 metr olduğuna, həmin fərdi yaşayış evi ilə cavabdeh tərəfindən inşa olunmuş hasar arasındakı məsafə 1,2 metr (4 x 0,3) olmalı olduğu halda, faktiki olaraq 0,84 metr olduğuna görə bu ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə ziddir.) olmaması qənaətinə gəlməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə nəzərə almamışdır ki, mübahis əli hasarın yerində 60 ilə yaxın müddət əvvəldən tor məftildən hasar mövcud (bu faktı həm ilkin iddiaçı həm də ilkin iddia üzrə cavabdeh işin mübahisəsiz halı kimi qəbul etmişlər,) olmuş, hazırki hasar həmin köhnə tor məftildən olan hasarın yerində könəldiyinə görə çəkilmişdir. Bütün bunlar əsas verirdi ki, tor məftildən olan hasarın çəkilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəlki tarixə təsadüf etməsi və məcəllənin normaları mübahisəyə tətbiq edilə və normalara uyğunsuzluq əsası ilə ilk iddia tələbi təmin edilməsin.
48. Bundan başqa o, da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1 -ci maddəsinin və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bun unla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392İVQ nömrəli qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanın 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən halların 3-cü bəndində qeyd olunur ki, 2 metr 20 santimetrdən hündür hasarların inşasına yol verilən hallar metalm torlardan (məftillərdən), təbii və ya süni əkmələrdən, dekarativ və ya sadə üsulla quraşdırılmış (cilalanmış) metal materiallardan hazırlanmış hasarlara aid edilmir.
49. Yə ni, ilk iddia üzrə cavabdehin ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin pəncərələrinin qarşısında 2 metr 98 santimetr hündürlüyündə 12 metr uzunluğunda dəmir şiferdən çəkdirmiş olduğu haşar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəlki tarixə təsadüf etməklə qanunsuz tikili hesab oluna bilməz. O. ki, qaldı həmin hasarın hünürlüyü səbəbindən ilk iddiaçının yaşayış evinin təbii işıqdan və havalandırmadan məhrum olması tələbinin məhkəmə tərəfindən əsaslı etməsinə, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə də, razılaşmır. Çünki verilmiş ekspert rəyində hasarın ilk iddiaçının fərdi yaşayış evinin pəncərəsinin üst hissəsindən 0.7 metr aşağıda yerləşməsi göstərilmişdir. Bu isə ona dələlət edir ki, ilk iddiaçının evinin təbii işıqla və havalandırılması üçün kifayət qədər məsafə mövcuddur. Hansı ki, bu hal da birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan faktiki hallar kimi nəzərə alınmamışdır.
50. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddiaçı dəmir hasarın sökülməsini tələb etdiyi halda, birinci instansiya məhkəməsi iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə olmadan hasarın geri çəkilməsi barədə də qətnamə qəbul etmişdir. Halbuki, ilk iddiaçının hasarın geri çəkilməsi barədə iddia predmeti mövcud olmamışdır. Bu isə həmin xüsusat üzrə birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmasını göstərir.
51. Məhkəmə kollegiyası işdə olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətimdə olan fərdi yaşayış evinin pəncərələrinin qarşısında 2 metr 98 santimetr hündürlüyündə 12 metr uzunluğunda dəmir şiferdən çəkdirmiş olduğu hasarın cavabdehin vəsaiti hesabına sökülməsi tələbində haqlı olmamış, cavabdeh X1 tərəfindən ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinin pəncərələrinin qarşısında 2 metr 98 santimetr hündürlüyündə 12 metr uzunluğunda dəmiş şiferdən çəkdirmiş olduğu hasar qanunsuz tikili hesab olunmamaqla yanaşı həmin hasarın hündürlüyü səbəbindən ilk iddiaçının yaşayış evinin təbii işıqdan və havalandırmadan məhrum olması gətirib çıxarmır. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütü faktiki halları aydınlaşdırmamış; qətnamədə göstərilən nəticələr isə işin faktiki hallarına uyğun olmamaqla məhkəmə aktının apellyasiya qaydasında ləğvi üçün əsaslar mövcud olmuşdur.
52. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 157.8, 170.1, 170.2, 171.1, 171.2, 171.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin hasarın çəkildiyi torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindədir, mülkiyyətində deyil. Cavabdehin mülkiyyətində olmayan torpaq sahəsi üzrə sərəncam verməyə, bələdiyyə ərazisi sayılan torpaq sahəsində hasar inşa etməyə haq qı yoxdur.
21. Həmçinin metal şiferdən çəkilmiş hasarın qanunsuz olması mütəxəssis və ekspert rəyi ilə təsdiq olunmuşdur və əsas kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndina istinad olunmuşdur.
22. Məhkəmə 60 il bundan əvvəl orada tor məftilin olmasını mübahisələndirir. Halbuki həmin vaxt buna görə mübahisə olmayıb. Mübahisə dəmir şiferdən hasar çəkilən zaman yəni, xx.xx.2020-ci il tarixdə yaranmışdır.
23. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 25, 60, Mülki Məcəllənin 152.1, 157.4, 169, 170, 178.1, 180.1, 180.4, MPM-nin 9.1, 14.1, 88, 217, 218.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr ə şyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
29. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
30. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
31. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
32. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alın a bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
33. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məh kəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi halla rına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-888/2022 nömrəli mülki iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.