Məhkəmə qərarları › İş №2(102)-4849/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4849/2021

14.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4849/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X14 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayəti icraata qəbul edildikdən sonra digər şəxsin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyinə görə, icraata qəbul qərardadının ləğv edilərək işin kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət t ərkibdə, X7 oğlunun katibliyi, iddiaçı “X14 Azərbaycan” QSC-nin nümayəndəsi X3, vəkili X4 və cavabdehin vəkili X5 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-58/2021 saylı qətnaməsindən iddiaçı “X14 Azərbaycan” QSC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı “X14 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qismində tanınması və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4608/2015 saylı, 05.10.2015-ci il tarixli qətnaməsi üzrə tutulmalı olan 1.307.215,22 manat kredit borcunun, 16,50 manat poçt xərclərinin və 30 manat dövlət rüsumun un Cavabdeh aid olunmaqla, müştərək qaydada ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3589/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı, 05.10.2015-ci il tarixli qətnaməsinə əsasən "xxxx" MMC-dən, X1 və X6 müştərək qaydada tutulmalı olan 1.185.104,49 manat əsas borc, 121.110,73 manat faiz borcu, 1000 manat cərimə borcu, cəmi 1.307.215,22 manat və 16,50 manat poçt xərcləri və 30 manat dövlət rüsumu, Cavabdeh "xxxx" MMC-dən aldığı miras payına mütənasib surətdə, yəni 23,328 pay sayına (1 ədədin nominal dəyəri 100 manat, cəmi 2.332,80 manat) uyğun olaraq tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qət namədən narazı qalan iddiaçı “X14 Azərbaycan” QSC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh də qətnamədən apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-58/2021 saylı qətnaməsi ilə hər iki apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-4608/2015 saylı, 05.10.2015-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almış hissələri nə zərə alınaraq, yekun məhkəmə aktına əsasən "xxxx" MMC-dən, X2 və X6 müştərək qaydada tutulmalı olan 1.287.822,31 manat pulun 2332,80 manat həddində müştərək qaydada Cavabdeh tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi kassasiya şikayəti verərək, qətnamənin miras payın dəyərinin müəyyən olunması hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-58/2021 saylı qətnaməsindən iddiaçı tərəf kassasiya şikayəti vermişdir və kassasiya şikayəti 04.08.2021-ci il tarixl i qərardadla icraata qəbul edilərək, baxılması üçün 14 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili Fuad Əyyubzadə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-58/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən də kassasiya şikayəti verildiyini, lakin onların kassasiya şikayətinin Ali Məhkəməyə göndərilmədiyini bildirmiş və bunun araşdırılması üçün işin apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İş materiallarından və cavabdehin vəkilinin təqdim etdiyi sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)58/2021 saylı qətnaməsinin surətinin cavabdehə göndərilməsi barədə zərf 24 may 2021-ci ildə poçt müəssisəsinə verilm iş, lakin cavabdehə çatdırılmamış və məhkəməyə qaytarılmışdır. Bundan sonra cavabdeh ona qətnamənin surətinin başqa ünvana göndərilməsini xahiş etmiş və qətnamənin surəti cavabdehə çatdırılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti tərtib etmişdir. Cavabdehin vəkili tərəfindən təqdim edilmiş “poçt göndərişi” çekindən görünür ki, onun tərəfindən 06.09.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə sifarişli xəbərnaməli məktub göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, “X14 Azərbaycan” QSC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-58/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbil edilməsi barədə 04.08.2021-ci il tarixli qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla Bakı Apellyasiya Məhkə məsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 406-cı maddəsinə görə kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-nin 408-ci maddəsində kassasiya şikayətinin geri qaytarılması üçün nəzərdə tutulmuş əsaslar müəyyən edildikdə apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətini geri qaytarması tələb olunur. Həmin Məcəllənin 409-cu maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsində göstərilir ki, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. İşin hazırki prosessual vəziyyəti – cavabdehin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi – MPM-nin 41 7.1.7-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtlərinə uyğundur və icraata qəbul qərardadı ləğv edilərək iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin daxil olub-olmamasını, daxil olmuşsa kassasiya şikayətinin MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı, habelə kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olub-olmamasını araşdırıb müvafiq qərar qəbul etməli, qanunun tələblərinə cavab verdiyi halda cavabdehin kassasiya şikayətini də baxılması üçün göndərməli, əks halda iddiaçının kassasiya şikayətinə baxılması üçün iş materiallarını Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 408, 409 və 417.1.7-ci maddələrini rəhbər tutaraq Qərara aldı: “X14 Azərbaycan” QSC-nin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-58/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbil edilməsi barədə 04.08.2021-ci il tarixli qərardad ləğv edilsin. İş kassasiya baxışından çıxarılsın və cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası MPM-nin 407-409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar