Məhkəmə qərarları › İş №2(102)-485/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-485/2022

28.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-485/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Yusubova Şəmsiyyə Səfdər qızına qarşı iş üzrə QƏRARİ iş № 2(102)-485/22 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaması) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, cavabdeh Cavabdeh1 və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cava bdehlər Cavabdeh1 və Yusubova Şəmsiyyə Səfdər qızına qarşı “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3184/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Yusubova Şəmsiyyə Səfdər qızının kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 09.06.2020-ci il tarixli etibarnamə ilə ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ona düşən hissəsi barəsində sərəncam verməyi Cavabdeh2 etibar etmişdir.

2. Cavabdeh2 iddiaçının verdiyi etibarnamə əsasına 11.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya məx sus olan 16,6 kv.m hissəsini 40.000 manata digər Cavabdeh1 satmışdır.

3. Cavabdeh1 ilə Cavabdeh2 ər-arvaddırlar.

4. Mübahisə alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə iddia ərizəsi verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış müqavilənin və Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsində Abşeron rayon 2 saylı Notariat ofisi və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd ediliblər.

7. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 iddiaçını aldadaraq həyat yoldaşı Cavabdeh2 (hazırkı üzrə cavabdeh) adına etibarnamə almış dır.

8. Cavabdeh2 həmin etibarnamə ilə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya düşən 16,6 kv.m hissəsini Cavabdeh1 satmışdır.

9. Cavabdeh1 etibarnamə alarkən iddiaçıya etbarnaməni sadəcə onun əvəzindən sənədləşmə işlərini aparmaq üçün aldığını bildirmiş, lakin əsl niyyəti başqa olmuşdur.

10. İddiaçı sonradan həmin etibarnaməni ləğv etdirsə də, etibarnamənin ləğv edilməsindən əvvəl alqı-satqı müqaviləsi artıq bağlanmışdı.

11. Alqı-satqı müqaviləsi təmsilçinin özü barəsində bağlanmış əqddir. Buna görə də etibarsız hesab edilməlidir.

12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.2, 340.1 və 359.33-cü maddələrinə istinad etmişdir.

13. Cavabdeh1 iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçını 30 ildən artıq müddətdir ki, tanıyır, həm də iddia çı onun işçisi olub; - iddiaçı ilə birlikdə onlar notariusa getmiş və notariusda iddiaçı digər Cavabdeh2 sözügedən qeyri-yaşayış sahəsini Cavabdeh1 satması üçün etibarnamə vermişdir; - qeyri-yaşayış sahəsini 40000 manat qiymətləndiriblər. Alqı-satqı baş tutduqdan sonra Cavabdeh1 40.000 manatı bankdan çıxarıb, iddiaçıya avtomobildə pul ödəmiş və sonra iddiaçını evinə kimi ötürmüşdür.

14. Cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə veriblər, ərizəni belə əsaslandırıblar ki, alqı-satqı müqaviləsi 11 iyun 2020-ci ildə bağlanmış, iddiaçı etibarnaməni 07 iyul 2020-ci ildə ləğv etdirmiş, 10 avqust 2020-ci ildə isə məhkəməyə müraciət etməklə, bir aylıq müddəti ötürmüşdür.

15. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1683/2021 saylı, 06 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələ bi təmin edilməmişdir. (hakim İlkin Rüstəmli )

16. Birinci instansiya məhkəməsi işdəki sübutlara istinadən müəyyən edib ki, mübahisədə adı keçən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsinə dair notariat kontorunda Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi təsdiq edilərkən həmin sahənin həbsdə və yüklü olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı notarius alqı-satqı müqaviləsini təsdiq edərkən mübahisəli qeyri-yaşayış sahəsinin üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir.

17. Birinci instansiya məhkəməsi qeyd edib ki, ünvan 2 ünvanında yerləşən i ddiaçıya məxsus qeyri-yaşayış sahəsinə dair notariat kontorunda Daşınmaz Əmlakın alqısatqı müqaviləsi bağlanılarkən notariat orqanı tərəfindən qanunvericiliyin bütün tələblərinə riayət olunmuş, yəni həmin sahənin yüklülüyünə dair arayış «Elektron notariat» informasiya sistemi vasitəsi ilə real vaxt rejimində əldə edilmiş, lazımı sənədlər tələb edilmiş, satıcının əmlaka dair olan mülkiyyət hüququ, o cümlədən satıcının nümayəndəsinin əmlaka dair sərəncam vermək hüquqları yoxlanılmış və yalnız bundan sonra alqı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuşdur. Bu səbəbdən alqı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə təsdiq olunduğundan, onun etibarsızlığına heç bir əsas yoxdur. Bundan başqa iddiaçı tərəfindən cavabdehin adına etibarnamə verilərkən həmin etibarnamə m əhz ancaq sözügedən əmlakın özgəninkiləşdirilməsi üçün verilmiş və notarius tərəfindən etibarnamə verilməsinin hüquqi nəticələri barədə etibar edən lazımi qaydada məlumatlandırılmışdır.

18. Birinci instansiya məhkəməsi vurğulayıb ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəslə ndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur.

19. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, müqavilə qanunda nəzərdə tutulmuş şərtlərə əməl edilməklə bağlan ıldığından və onun etibarsızlığı üçün iddiaçı tərəfindən gətirilən dəlillərin heç bir əsası olmadığından, iddia tələbləri əsassızdır, ona görə də təmin olunmamalıdır.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 337.1, 362.1, 362.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 45, 46 və 47-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İddiaçı apellyasiya şikayəti verib qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

23. Mübahisə predmeti barəsində mü stəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron rayon 2 saylı Notariat ofisinin notariusu X3 iddia ilə bağlı bildirib ki, İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsinin ona düşən hissəsinə (16,6 kv.m) dair Yusubova Şəmsiyyə Səfdər qızının adına 09.06.2020-ci il tarixdə etibarnamə verilən zaman həmin etibarnamənin məzmunu izah edilmiş, İddiaçı etibarnamənin məzmunu ilə tanış olduğunu bildirmişdir. Həmin qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar cavabdehlər Yusubova Şəmsiyyə Səfdər qızı və Cavabdeh1 tərəfindən İddiaçı pul ödənilib-ödənilməməsindən xəbəri yoxdur.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3184/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Ra yon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(009)-1683/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı ilə Cavabdeh1 arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 16,6 kv.m hissəsinin alqı-satqısına dair 11.06.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və bunun nəticəsində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi qət edilmişdir. (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Namiq Cəfərov)

25. Apellyasiya məhkəməsi işdəki sübutlarla müəyyən edib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.10.2020-ci il tarixli, № **********11 nömrəli məktubuna əsasən ünvan 3 ünvanında yerləşən qeyri-ya şayış sahəsinə dair Cavabdeh1, X1 və İddiaçı adlarına (ümumi birgə payda) 10.06.2005-ci il tarixli, 005356 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh1, X1 və İddiaçı adlarına (ümumi birgə payda) 09.04.2020-ci il tarixdə dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsinin ona düşən hissəsinin (16,6 kv.m) üzərində sərəncam verməsi, satması, bağışlaması, ipoteka (girov) qoyması və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməsinə dair Yusubova Şəmsiyyə Səfdər qızının adına 09.06.2020-ci il tarixdə Abşeron rayon 2 saylı Notariat ofisinin notariusu X3 tərəfindən təsdiq edilmiş etibarnamə vermişdir. Həmin etibarnamənin verilməsindən 2 gün sonra, 11.06.2020-ci il tarixdə İddiaçı adından ünvan 2 ünvanında yerləşən qeyri- yaşayış sahəsinin ona məxsus olan 16,6 kv.m hissəsini 40.000 manat müqabilində alıcı Cavabdeh1 satılmasına dair notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləni satıcı İddiaçı adından qeyd edilən etibarnamə əsasında alıcı Cavabdeh1 arvadı Cavabdeh2 imzalamışdır. ünvan 4 ünvanladığı 268 və 269 nömrəli məktublarda 40.000 manat pulun Cavabdeh2 verilməsi üçün bankda depozit hesabına qəbul olunması xahiş olunmuşdur. 12-46 və 12-38 nömrəli qəbzlərin surətindən görünür ki, 40.000 manat məbləğində pul vəsaiti bank tərəfindən depozit hesabına qəbul edilmişdir. Həmin alqı-satqı müqaviləsinin bağlanmasından 1 ay müddət ötməmiş, 07.07.2020-ci il tarixdə İddiaçı notarial qaydada ərizə verərək Yu subova Şəmsiyyə Səfdər qızının adına 09.06.2020-ci il tarixdə verilmiş etibarnaməni ləğv etdirmişdir. Hazırda qeyd edilən qeyri- yaşayış sahəsinin 16,6 kv.m sahəsi X1, 33,3 kv.m isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

26. Apellyasiya məhkəməsi qeyd edib ki, mübahisələndirilən 11.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının adından verilmiş etibarnamə əsasında hərəkət edən Cavabdeh2 alıcı qismində çıxış edən Cavabdeh1 arvadıdır. Başqa sözlə, iddiaçı (təmsil olunan), Cavabdeh2 həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, cavabdeh isə iddiaçının maraqlarından deyil, öz maraqlarından hərəkət edərək mübahisəli daşınmaz əmlaka iddiaçının payını ə rinin adına rəsmiləşdirmiş, əldə olunan vəsait iddiaçıya (təmsil olunana) verilməmiş və hazırda mübahisələndirilən hissə ümumi birgə əmlak kimi ərinin adına qeydiyyatdadır. Bu isə o deməkdir ki, qanunvericiliyin etibarnamə institutu ilə bağlı tələbləri pozulmuşdur.

27. Apellyasiya məhkəməsi onu da vurğulayıb ki, işin mübahisəli halı həmin qeyriyaşayış sahəsinin iddiaçıya məxsus hissəsinin satılmasına iddiaçının həqiqətən razı olub- olmaması, yəni bunun onun iradəsi zədələnmədən həyata keçirilib-keçirilməməsi ilə bağlıdır. İddiaçının iradəsini təmsilçi vasitəsilə həyata keçirməsi qanunla qadağan edilməmişdir. Lakin həqiqətən də mübahisəli daşınmaz əmlaka payının satılmasında iddiaçının həqiqi iradə ifadəsi olsaydı, alqı-satqı müqaviləsini iddiaçı özü şəxsən notariat orqanında imza etməklə bağlayardı. Belə ki, İddiaçı və Cavabdeh1 mübahisəli qeyriyaşayış sahəsinin paylı mülkiyyətçiləri olmuş və qeyd edilən müqavilənin ər-arvad münasibətlərində olan cavabdehlərin öz aralarında bağlaması iddiaçının sərbəst iradə ifadəsinin olmamasına və alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd olmaqla əsas məqsədin iddiaçının payının mümkün olduğu qədər qısa müddət ərzində iddiaçının adından çıxarılmasına yönəlmiş olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas verir.

28. Apellyasiya məhkəməsi pulun ödənilməsi barədə dəlillərə münasibətdə göstərib ki, Cavabdeh1 arvadı Cavabdeh2 ilə aralarında imzalanmış alqı-satqı müqaviləsi üzrə notariusun depozit hesabında köçürülmüş 40.000 manat pulu çıxarıb iddiaçıya ödədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdi r. İşin faktiki halları ilə iddiaçının mülkiyyətində olan payını satılmasına həqiqətən razılıq verdiyi təsdiq olunmur. Hansı ki, Mülki Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nətic ələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir və əhəmiyyətsizdir.

29. Apellyasiya məhkəməsi müqaviləni etibarsız sayıb, bunun nəticəsində Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı ləğv etməklə yanaşı, etibarsız hesab edilən əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görməyib və bunu belə əsaslandırıb ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtinə görə restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Hazırkı işdə isə cavabdehlər ərarvad olmaqla öz maraqlarından hərəkət edərək mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsini öz xeyirlərinə rəsmiləşdirmişlər.

30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllə nin 337.1, 337.2, 337.5, 339.3, 340 və 359.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdehlər Cavabdeh1 və Şəmsiyyə Yusubova (Vəkil1) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

32. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarını pozulması ilə çıxarılıb. Belə ki, apellyasiya məhkəməsinin özünü də qeyd etdiyi kimi iddiaçının iradəsini təmsilçi vasitəsi ilə həyata keçirilməsi qanunla qadağan edilməyib. Etibarnamə qanunvericiliyin tələblərinə uyğun qaydada tərib edilib. Bunu həmin etibarnaməni təsdiq edən notarius da məhkəmə də bildirib; - iddiaçı alqı-satqı müqaviləsi nəticəsində 40000 manat pul almış, sonradan kənar təsirlər vasitəsilə daha çox pul almaq məqsədilə etibarnaməni aldatma yolu ilə verdiyi bəhanəsi ilə ləğv etdirmiş, apellyasiya məhkəməsi də buna hüquqi qiymət verməmişdir; - bundan əlavə, kəsici müddətə məhkəmə diqqət yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri

33. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh1 və onun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

35. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil2 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməmə sini xahiş etdilər.

36. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon 2 saylı Notariat ofisi və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğun un əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymə tli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiy a məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyas ı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlm işdir.

41. İddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı barədədir. İddiaçı tələbini onunla əsaslandırıb ki, Cavabdeh2 verdiyi etibarnamə əsasında, sonuncu iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin bir hissəsini öz əri olan digər Cavabdeh1 satmaqla, özü barəsində əqd bağlayıb.

42. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə də mübahisələndirilən 11.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının adından verilmiş etibarnamə əsasında hərəkət edən Cavabdeh2 alıcı qismində çıxış edən Cavabdeh1 arvadıdır. Başqa sözlə, iddiaçı (təmsil olunan), Cavabdeh2 həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və yenə onun maraqlarından çıxış etmək səlahiyyəti vermiş, cavabdeh isə iddiaçının maraqlarından deyil, öz maraqlarından h ərəkət edərək mübahisəli daşınmaz əmlaka iddiaçının payını ərinin adına rəsmiləşdirmiş, əldə olunan vəsait iddiaçıya (təmsil olunana) verilməmiş və hazırda mübahisələndirilən hissə ümumi birgə əmlak kimi Cavabdeh2n əri Cavabdeh1 adına qeydiyyatdadır.

43. Nəzərə alınsa ki, Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin tələbləri baxımından nikah vaxtı ar-arvadın ümumi gəlirləri hesabına əldə edilən əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir, belə olan halda təmsil edən Cavabdeh2 təmsil edilənin adından öz əri ilə alqı-satqı müqaviləsi bağlaması təmsilçinin (Cavabdeh2) təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaması sayılmalıdır. Təmsilçinin təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməməsi da Mülki Məcəllənin 359.3-cü maddəsində təsbit edilib. Başqa sözlə, müəyyən edilib ki, 11.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıb. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd də etibarsızdır. (Mülki Məcəllə, maddə 337.1)

44. Buna görə də məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayəti üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 25-30-cu bəndlərində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi mübahisənin qanuni həlli ilə bağlı zəruri olan halları araşdırmış, ədlərin təmsilçi vasitəsilə bağlanması, etibarsızlığı, restitusiya və s. barədə hallara qiymət verərək mübahisəni tətbiq edilməli olan hüquq normaları baxımın düzgün həll etmişdir.

45. Məhkəmə kollegiyası apel lyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması barədə kassasiya şikayətinin dəlillərini yuxarıda göstərilənlərə əsasən formal mülahizələr kimi qiymətləndirir.

46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Yusubova Şəmsiyyə Səfdər qızının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3184/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar