Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4850/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər - X5, X16, X9, X31, X22, X17, X32, X23, X, X cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: Miras əmlakın qəbul edilməsi, məhkəmə qətnaməsinin ziddiyətli olması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbasoğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgüloğluvə Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçıBəhman oğlunun Cavabdeh qarşı (üçüncü şəxslər - X5, X16, X9, X31, X22, X17, X32, X23, Xi, X İdarəsi cəlb edilməklə) mülkiyyət hüququ və vərəsəlik hüququ haqqında şəhadətnamələrin və bağışlanma müqaviləsinin qismən ləğv e dilməsi, onların əsasında verilmiş çıxarışın ləğv olunması, eləcədə miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-709/2022 nömrəli,16 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X18 ilə X 03 avqust 1950-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşlar, nikah bağlandıqdan sonra ərə X, arvada isə Xsoyadı verilmişdir.
2. Onların birgə nikahlarından hazırki iş üzrə İddiaçı X və Cavabdeh anadan olmuşdur.
3. Xanlar rayonu Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə Xanla r rayonu Azad kəndində yerləşən 2,37 ha kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsi X19, X10, Cavabdeh BX və İddiaçı X mülkiyyətlərinə verilmiş, Torpağa mülkiyyət hüququna dair JN-0046 seriyalı, KOD 50802018 nömrəli Dövlət aktı işlənmişdir.
4. Xanlar rayon Aqrar İslahat Komissiyasının 03 noyabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə Xanlar rayonu, Mixaylovka kəndində yərləşən 0,02 ha torpaq sahəsi X10 və Cavabdeh X mülkiyyətinə verilmiş, Torpağın mülkiyyətə verilməsinə dair JN-008A seriyalı, KOD 50802028 nömrəli Dövlət aktı işlənmişdir.
5. X18 05 fevral 2000-ci il tarixdə ölmüşdür.
6. Xanlar rayon Dövlət Notariat Kontoru tərəfindən 03 sentyabr 2003-cü il tarixli 2V-159 nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsas ən, 05 fevral 2000-ci il tarixdə vəfat etmiş X2 qalmış arvadı Xanlar rayonu Mixaylovka kəndində yaşayan X11 nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır.
7. Xanlar rayon Dövlət Notariat Kontoru tərəfindən 03 sentyabr 2003-cü il tarixli 2V-160 nömrəli verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 05 fevral 2000-ci il tarixdə vəfat etmiş X6 vərəsələri Xanlar rayonu Mixaylovka kəndində yaşayan həyat yoldaşı X24 və qızı Cavabdeh hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır.
8. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən, Xanlar rayon Mixaylovka kəndində yerləşən 3 (üç) yaşayış o tağının, yaşayış sahəsi 46,4 kv.m-dən ibarət olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xanlar rayon notariat kontorunun 03 sentyabr 2003-cü il tarixli 2V-1-59 və 2V-160 reyestr nömrəli, vərəsəlik şəhadətnaməsi əsasında X11 3/4 və Cavabdeh 1/4 hissəsi adına qeydə alınmışdır. 9. 11 dekabr 2008-ci il tarixli müqaviləyə əsasən, X3 rayonu Mixaylovka kəndində 0,02 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 yaşayış otağı ümumi sahəsi 64,5 kv.m, yaşayış sahəsi 46,4 kv.m, köməkçi sahəsi 18,1 kv.m ¾ hissəsindən ibarət fərdi yaşayış evini qızı Cavabdeh bağışlamış, sonuncunun mülkiyyət hüququna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11 fevral 2009-cu il tarixli MH seriyalı ******* nömrəli çıxarış verilmişdir.
10. Göygöl Rayon Məhkəməsinin 01 iyun 2020- ci il tarixli 2(066)-554/2020 nömrəli, qətnaməsi ilə, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Göygöl rayonunun Bənövşəli (Mixaylovka) kəndində yerləşən 1 mərtəbəli olmaqla 3 (üç) otaqlı yaşayış sahəsindən cavabdehlər İddiaçı X və X istifadə hüququna xitam verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçıBəhman oğlu Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 03 sentyabr 2003-cü il tarixli 2V-1 59 nömrəli mülkiyyət hüququ və 2V-160 vərəsəlik hüququ, 11 dekabr 2008-ci il tarixli 4Ə-4-711 nömrəli bağışlama müqaviləsinin qismən ləğv edilməsi, 11 fevral 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və ona düşən payı müəyyən etməklə vərəsəlik hüququnun tanınması barəd ə qətnaməçıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi azaldılmışdır).
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X4 ilə anası X24 1988-ci ildən Göygöl (keçmiş Xanlar) rayonunun Mixayılovka kəndində məskunlaşmışlar. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N və N saylı hərbi hissəsində xidmət etdiyi dövrlərdə və hərbidən təxrisolunduqdan sonra X4nun mülkiyyətində olan Göygöl rayonunun Bənövşəli (Mixaylovka) kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı yaşayış evində qeydiyyatda olmuş və yaşamışdır. Həmin zaman yüksək əmək haqqı aldığına görə maddi köməklik edərək Xanlar rayon notariat kontorunun 10 yanvar 1994-cü il tarixli 1-1 nömrəli evin alqı-satqı müqaviləsinə əsasən Xanlar rayon X37 adına sovxozun balansında olan X anlar rayon Mixayılovka kəndində yerləşən 42,0 kv.m üç yaşayış otaqları və təsərrüfat damı - tövlədən ibarət əmlakı X4nun adına almışlar. X4, anası ƏX Cavabdeh və iddiaçı həmin evdə qeydiyyatda olduqları üçün Xanlar rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il tarixli 16 nömrəli qərarı ilə 2,37 ha kənd təsərrüfatlı məhsulları təyinatlı torpaq sahəsi verilmiş və Dövlət aktı qeydiyyat kitabında 3231 nömrəl ilə qeydiyyata alınmaqla Torpağa Mülkiyyətə dair 27 dekabr 1999-cu il tarixli, JN 0066 KOD 50802018 nömrəli Dövlət aktı tərtib olunmuşdur. X4 07 fevral 2000-ci il tarixdə vəfat etmiş və bütün dəfn xərclərini o çəkmiş, eləcədə həmin fərdi yaşayış evində yaşamışdır. 2000-ci ildə X12 ilə faktiki ailə qurmuş və 14 may 2002-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər, həmçinin birgə nikahları ndan 19 yanvar 2001-ci il tarixdə Xu, 21 iyun 2004-cü il tarixdə X26 və 07 iyun 2013-cü il tarixdə X27 anadan olmuşlar. Daimi olaraq atasının adına aldığı evə gedib-gəlməklə ailəsilə birlikdə həmin evdən istifadə etmişlər və qeydiyyatda olmuşlar. Lakin oğlu X həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar 12 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsində olduğu zaman məlum olmuşdur ki, Cavabdeh mülkiyyətində olan Göygöl rayonunun Bənövşəli (Mixaylovka) kəndində yerləşən 1 mərtəbəli olmaqla 3 (üç) otaqlı yaşayış sahəsindən iddiaçı və oğlunun istifadə hüququna Göygöl Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(066)-554/2020 nömrəli qətnaməsi ilə xitam verilmiş və Göygöl rayon X21 və Şəxsiyyət qrupu tər əfindən qeydiyyatdan çıxarılmışlar. Məhkəməyə müraciət etdikdən sonra 12 oktyabr 2020-ci il tarixdə sözügedən qətnamənin surətini rəsmi qaydada almışdır. Göygöl Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(066)-554/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlər İddiaçı BXn və onun uşaqları Xu, X26 və X13 Göygöl rayonu Bənövşəli ( Mixaylovka) kəndində ona məxsus olan fərdi yaşayış evində istifadə hüquqlarına xitam verilməklə onların həmin evdən pasport qeydiyyatından çıxarılmışlar. Həmin qətnamə əsassız və qanunsuz olduğundanapellyasiya şikayəti vermişdir. Belə ki, Cavabdeh məhkəmədə onun qardaşı olduğunu bildirməmiş, özünün və qonşunun yalan ifadələri ilə 05 fevral 2000-ci il tarixdə vəfat etmiş X4nun ölümündən sonra onun da faktiki vərəsə olduğunu gizlətmişdir. Atasının vərəsəsi Cavabd eh və anası X7 başqa heç kimin olmadığını və Xanlar rayon notariat kontorunda 03 sentyabr 2003-cü il tarixdə notariat qaydada adlarına sənədləşdirmişlər. AX 20 oktyabr 2020-ci il tarixli **********67 nömrəli məktuba əsasən Xanlar rayon notariat kontorunun 10 yanvar 1994-cü il tarixli 1-1 nömrəli Xanlar rayon X37 adına sovxozun balansında olan evin və ya mənzillərin alqı-satqı müqaviləsinə əsasən Xanlar rayonu, Mixaylovka kəndində yerləşən 42,0 kv.m üç yaşayış otaqları və təsərrüfat dami - tövlədən ibarət əmlakın X1. Xanlar rayon İcra Hakimiyyəti Başçısının Yeni Zod kəndi üzrə nümayəndəliyinin 08 oktyabr 1994-cü il tarixli 058 nömrəli arayışında X6 Xanlar rayonu, Mixaylovka kəndində Mədəniyyət evinə gedən yolun sag tərəfində 25 metr uzunu, 5 metr eni olan torpaq sahəsindən istifadə etməsini və 28 mart 1995-ci il tarixli 420 nömrəli arayışında X6 Xanlar rayonu, Mixaylovka kəndində 930,0 kv.m torpaq sahəsində 46,4 kv.m üç yaşayış otağının, 53,0 kv.m ümumi sahəsi olan yaşayış evinin olduğu göstərilmişdir. Xanlar rayon notariat kontorunun 03 sentyabr 2003-cü il tarixli 2V-1-59 nömrəli mülkiyyət hüququ haqqında və 2V-1-60 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən Xanlar rayonu, Mixaylovka kəndində 218,0 kv.m torpaq sahəsində yerləşən 46,4 kv.m üç yaşayış otaqlarının, 6,6 kv.m örtülü eyvanını, 2,4 kv.m tamburun, 8,0 kv.m açıq eyvandan ibarət olan bu fərdi yaşayış evinin X6 adından X11 3/4 hissə və Cavabdeh 1/4 hissə adlarına keçirilmiş və onların adlarına 03 sentyabr 2003-cü il tarixli 35 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Dövlət Torpaq və Xəritəçə kmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən X10 və Cavabdeh Bəhmən qızının adlarına Xanlar rayonu, Mixaylovka kəndində yerləşən 0,02 ha torpaq sahəsinə 21 oktyabr 2002-ci il tarixli JN-008A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Göygöl rayon notariat kontorunun 11 dekabr 2008-ci il tarixli 40-4-711 nömrəli bağışlama müqaviləsinə əsasən X24 əmlakda olan payını Cavabdeh bağışlamış və Göygöl rayonu, Mixaylovka kəndində 0,014 ha torpaq sahəsində yerləşən bu fərdi yaşayış evinə 11 fevral 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilmişdir. Gəncə "ASAN xidmət" mərkəzində notariat ofisinin 13 fevral 2020-ci il tarixli 4Ə-418 nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsində Cavabdeh əmlakı X15 bağışladığı göstərilmiş, lakin 14 fevral 2020-c i il tarixli 441 nömrəli arayışında Ə-418 nömrəli bağışlama müqaviləsinin elektron notariat informasiya sistemində səhvən təsdiq olunduğu üçün müqavilənin qeydə alınmamasını xahiş etmişdir. Göründüyü kimi bacısı Cavabdeh qardaşı olduğunu gizlətmişdir.
13. İcraat zamanı X5, X16, X9, X31, X22, X17, X32, X23 iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişlər.
14. Göygöl Rayon Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli, 2(066)-293/2021 nömrəli (hakim Q.Abbasov) qətnaməsi ilə iddia təmin edilərək, Göygöl rayon notariat kontorunun 03 sentyabr 2003-cü il tarixli, 2V-159 mülkiyyət hüququ və 2V-160 vərəsəlik hüququna dair vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi; 03 sentyabr 2003-cü il tarixli vərəsəlik şəhadətnaməsi əsasında verilmiş 6/1053A nömrəli X11 və Cavabdeh adına olan qeydiyyat vəsiqəsinin lə ğv edilməsi; 11 dekabr 2008-ci il tarixli 4Ə-4-711 nömrəli bağışlanma müqaviləsinin qismən ləğv edilməsi; 11 fevral 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət olunmuşdur.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, notariat işi aparılarkən miras qoyanın birinci növbəli vərəsəlrin dairəsi müəyyən edilməmişdir. Eyni zamanda notarius miras əmlaka dair şəhadətnamə verərkən qanunla müəyyən edilmiş 6 aylıq müddətin keçməsinə, mərhumun ölümündən 3 il 5 ay keçməsinə baxmayaraq qanunvericiliyin tələblərini pozaraq Şəhadətnamə vermişdir.
16. Məhkəmə gəldiyi nəticəni Respublikası Mülki Məcəlləsinin 152, 1133, 1159, 1166, 1243, 1246 maddələrinəistinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən narazı qalan Cavabdeh apell yasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia müddəti tətbiq edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qardaşı İddiaçı iddia müddətini ötürməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Belə ki, iddiaçı ailəsi ilə birlikdə 2002-ci ildən hazırki günədək mülkiyyətində olan Abşeron rayonu Sulutəpə qəsəbəsi ilə Hökməli qəsəbəsi arasında yerləşən ərazidə 0,02 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində yaşayır. Atasının sağlığında və onun ölümündən sonra mübahisəli əmlakda yaşamaqla mirası qəbul etmişdir. İddiaçı isə mirasa faktiki sahiblik etməmişdir. Həmçinin anasının miras əmlakı ona bağışladığını iddiaçı bilmiş və susmuşdur. Atasının vəfa tından 18 il keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, ilkin olaraq fərdi yaşayış evi atasının mülkiyyətində olmuşdur. Atası 2000-ci ildə vəfat etmiş və dəfn mərasimdə İddiaçı iştirak etmişdir. Mübahisəli evdə iddiaçı qeydiyyatda olasada, orada yaşamamışdır. Atasının vəfatından sonra İddiaçı 1 il həmin evdə anası ilə birlikdə yaşamış və ailə quraraq 2002-ci ilin sentyabr ayından Bakı şəhərində yaşamışdır. Atasının vəfatından sonra, yəni 2000-ci ilin iyul ayında Rusiya Federasiyasından qayıtmış, 2003-cü ildən isə anasının yanına gəlmiş və vəfat edənədək birlikdə yaşamışlar. Digər qardaş və bacıları öz evl ərində yaşamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən İddiaçıBəhman oğlu apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, atasının ölümündən sonra anası ilə birlikdə təxminən bir il həmin evdə yaçamış, lakin mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. Qeydiyyatı həmin evə olsada sonradan başqa yaşayış yerinə köçmüşdur. Hazırda isə Bakı şəhərində yaşayır. İddiaçıBəhman oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədənsa xlanılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 izahatında bildirmişdir ki, atasının ölümündən sonra İddiaçı anası ilə birlikdə mübahisəli evdə bir müddət yaşamış, lakin sonradan evlənərək həmin rvdən getmişdir. Anası ilə birlikdə bacısı Validə evdə yaşamış və mirasın qəbulu ilə bağlı notaqriat orqanına müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə aldə etmişlər. İddiaçi 20 il müddət keçdikdən sonra hazırkı iddı ilə məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 və X9 da X5 ilə eyni məzmunlu izahat vermişlər.
23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-709/2022 nömrəli iş üzrə 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Muradov (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və F.Mehtiyev) apellyasi ya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmişdir.
24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mirasın kütləsinə Göygöl rayonunun Bənövşəli (Mixaylovka) kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evində X8 payıdır. X19 05 fevral 2000-ci ildə vəfat etmiş və bu tarixdən də onun ½ əmlakı üçün vərəsəlik açılmışdır.
25. İddiaçı BX atasının ölümündən sonra anası ilə birlikdə müəyyən müddət ərzində fərdi yaşayış evində yaşasa da, lakin sonuncu 2001-ci ildən həmin evdən getmişdir. Fərdi yaşayış evində iddiaçının anası, 2003-cü ildən isə bacısı - Cavabdeh yaşamışdır. Sonuncu hazırda da həmin evdə yaşayır. İddiaçı atasının ölümündən sonra mirasa faktiki sahiblik etmək üçün həmin əmlakı faktiki cəhətdən ələ keçiri b ona sahib durmamışdır. Nəzərə almaq lazımdır ki, mirasın qəbulu vərəsənin-iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir. İşin halları bu aspektən araşdırılan zaman müəyyən edilir ki, iddiaçı miras əmlakı öz mənafeyi üçün, yəni əmlakın saxlanması və normal təsərrüfatın aparılmasına yönələn hərəkətlər etməmişdir. Bu yanaşmaya bariz nümunə ondan ibarətdir ki, iddiaçı mirasın açıldığı vaxtdan təxminən 20 il müddət keçdikdən sonra miras əmlakla bağlı mübahisə açmışdır. Digər tərəfdən iddiaçının atasının dəfn mərasimini təşkil etməsi bununla ba ğlı miras əmlakda müəyyən müddət yaşaması mirasın qəbuluna yönəlmiş hərəkət kimi qiymətləndirilə bilməz. Çünki iddiaçının bu addımları mirası qəbul etməkdən daha çox mənəvi borcunun ödənilməsi yəni, atasının yas mərasimini yola vermək niyyəti ilə əhatə olunmuşdur. Bütün bu təhlillər onu deməyə əsas verir ki, mirasın qəbulu ilə bağlı İddiaçı davranışı mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilə bilməz.
26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 530, 532, 552, 553-maddələrinəistinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi xahiş etmişdir.
28. Kas sasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi özü də müəyyən etmişdir ki, iddiaçı atasının ölümündən sonra onu yas mərasimini təşkil etmiş və anası ilə birlikdə həmin evdə yaşayaraq miras əmlaka sahiblik edərək, mirası faktiki qəbul etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, atasının ölümündən sonra iddiaçı 5 il müddətində həmin evdə yaşamışdır. Məhkəmə bu müddəti mirası faktiki olaraq qəbul etmə kimi qəbul etməməsini qətnamədə əsaslandırmamışdır.
29. Cavabdeh özü mirasə qəbul etmə müddətini ötürmüş, lakin məhkəmə bu hala da qiyətverməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişd irlmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə (01 sentyabr 2000-ci ilədək qüvvədə olan)
31. Maddə.
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
32. Maddə
530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.
33. Maddə
532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
34. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzi ndə, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
35. Maddə
553. Mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarı: 36. “...əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (su byektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sah iblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş h üququnun pozulmasına səbəb olur”. Mülki Prosessual Məcəllə
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadı n ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
49. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən prosessual pozuntuya yol vermiş, iş üzrə ziddiyətli nəticəyə gəlmişdir.
50. Belə ki, məhkəmənin qəbul etdiyi qətnamənin təsviri-əsaslandırma hissəsindən görünür ki, məhkəmə qətnaməsini əsaslandırarkən, iddiaçının hər hansı bir formada miras əmlakı qəbul etmədiyini göstərmiş, iddia tələbinin rədd edilməsi qənatinə gəlmişdir.
51. Lakin qətnamənin nəticə hissəsində cavabdehin apellyasiya şikayətini təmin edərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apellyasiya instansiyası məhkəməsi yuxarıda əsaslandırdığı mövqeyə zidd olaraq iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir.
52. Göründüyü kimi, məhkəmənin qəbul etdiyi qətnamə ziddiyətli olmaqla, anlaşılan deyil və qətnamə prosessual normalarının tələblərinin pozulması ilə çıxarılmışdır.
53. MPM-nin 220.1-ci maddəsinə görə, qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır.
54. Məcəllənin 220.5-ci maddəsinə görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərc lərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.
55. Bundan başa məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddiaçının iddia tələbi bir neçə hissədən ibarətdir.
56. İddiaçının tələbinin bir hissəsi mərhum atasında miras qalmış əmlakın cavabdeh tərəfindən qəbul edilməsin dair notariat orqanı tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi təşkil edir.
57. Bundan sonrakı tələblər isə həmin şəhadətnamə nəticəsində əldə edilmiş hüquqlar, dövlət reyestrində aparılmış qeyd, mübahisəli əmlaka dair bağlanmış bağışlama müqaviləsi təşkil edir.
58. Göründüyü kimi iddia tələbinin əsaslılığının yoxlanması ilk növbədə mübahisəli miras əmlakla bağlı notariat orqanı tərəfindən verilmiş Vəsərəlik şəhadətnaməsinin əsaslılığının yoxlanılmasından asılıdır.
59. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə iddia tələbinin faktiki əsasının təşkil edən hallarla bağlı hər hansı bir araşdırma aparmamış, miras qoyanın ölümündən 3 ildən çox müddət keçməsinə baxmayaraq notariusun hansı əsaslarla miras əmlaka dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsinə qiymət verməmiş, mübahisələndirilən şəhadətnamə verilərkən iddiaçının da mərhumun birinci növbə vərəsə olmasını, onun payının nəyə görə nəzərə alınmamasını, onun vərəsəliyə çağırılıb-çağırılmaması məsələləri ilə bağlı hüquqi qiymətləndirmə aparmamış, tələbin qeyd edilən hissəsinə bu aspektdən qiymət verm əyərək maddi hüquq normalarının tələblərini pozmuşdur.
60. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
61. Bundan başqa apellyasiya instansiyası məhkəməsi qətnaməsini əsaslandırarkən işdə olan sübutları MPM-nin 88-ci maddəsinə uyğun qiymətləndirməmişdir
62. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
63. Belə ki, işin mübahisə edilməyən hallarına əsasən tərəflərin X4 05 fevral 2000-ci il tarixdə ölmüş və həmin tarixdən miras açılmışdır.
64. Tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə müahisəsi ilə bağlı Göygöl Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(066)-554/2020 nömrəli qətnaməsindən müəyyən edilir ki, həmin iş üzrə iddiaçı Cavabdeh iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsində İddiaçı 2005-ci ilədək mübahisəli ünvanda yaşamasını göstərmişdir.
65. Belə olan halda qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçı X miras açılan vaxtdan etibarən 5 il müddətində miras əmlakda yaşamışdır.
66. Lakin apellyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmiş, iddiaçının miras açıldığı vaxtdan 5 il müddətində miras əmlakı faktiki olaraq qəbul edib, faktiki idarə edib- etməməsini araşdırmamışdır.
67. Mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir.
68. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əml aka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barəd ə qəbzlər və digər ödəmə sənədləri ola bilər.
69. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri).
70. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmək barədə ərizə verməklə, nə də miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etmədiyi qənatinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.
71. MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnam əsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir.
73. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəm əsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
74. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
75. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçıBəhman oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-709/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsi ləğv ed ilsin və mülki işyenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.