Məhkəmə qərarları › İş №2(102)-4852/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4852/2019

04.07.2019 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4852/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-52/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xəzər rayon məhkəməsinin (hakim Rəşad Həsənov) 09 iyun 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X9, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Elşad Şamayev, Xəyal Sarıyev) 04 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qə bul edilməklə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh2 adına 16 may 2018-ci il tarixdə verilmiş 2V-109 reyestr nömrəli, cavabdeh X7 adına 16 may 2018-ci il tarixli 2V-108 reyestr nömrəli, Cavabdeh3 adına verilmiş 17 may 2018ci il tarilxi 2V-113 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrin doğuracağı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən miras əmlakın Cavabdeh2, X14, İddiaçı və Cavabdeh3 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, x1dan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə Cavabdeh2, X14, İddiaçı və Cavabdeh3 hər birinin payının ¼ hissədə müəyyən olunması qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Qanun üzrə vərəsəlik hüququhaqqında şəhadətnamənin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, Bakı şəhəri 7 saylı Dövlət notariat kontoru t ərəfindən Cavabdeh2 adına 16 may 2018-ci il tarixdə verilmiş 2V-109 reyestr nömrəli; Cavabdeh1 adına 16 may 2018-ci il tarixli 2V-108 reyestr nömrəli, Cavabdeh3 adına verilmiş 17 may 2018-ci il tarixli 2V-113 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrdən irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, X25 Starçuk küçəsi ev 11, mənzil 4 ünvanda yerləşən miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh2 adına 16 may 2018-ci il tarixdə verilmiş 2V-109 reyestr nömrəli, cav abdeh X7 adına 16 may 2018-ci il tarixli 2V-108 reyestr nömrəli, Cavabdeh3 qııznın adına verilmiş 17 may 2018-ci il tarilxi 2V-1113 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrin doğuracağı bütün hüquqi nəticələrin etibarsız hesab edilərək həmin şəhadətnamələr əsasında cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 adlarına ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini miras mənzildə ondan başqa digər vərəsələrin yaşamaması, idarə olunması və qorunub saxlanması üçün hər hansı bir tədbir görməmələri, miras mənzilin bütün kommunal və digər xərclərini özünün ödəməsi, notariat işinə əlavə edilmiş 2017-ci ilin noyabr və 2018-ci ilin yanvar ayında verilmiş MİS-in arayışı və 2 ədəd komunal xidmətlərin ödənişinə dair qəbzlərin mirasın cavabdehlər tərəfındən faktiki qəbul edilməsi üçün sübut kimi qəbuledilməz olması, cavabdehlərin mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti heç bir üzürlü səbəb olmadan ötürmələri, belə olduğu halda cavabdehlərin adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün onun razılığının mütləq qaydada tələb olunması, cavabdehlərin mirasın qəbulu ilə bağlı mirasın açıldığı vaxtdan qanunla müəyyən edilmiş müddət ərzində deyil, 17 il susduqdan sonra notariat kontoruna müraciət etmələri, cavabdehlər vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət edərkən, mərhum anaları x1nın ölüm haqqında şəhadətnaməsinin əslini deyil, 24 noyabr 2017ci il tarixdə alınmış arayışı təqdim etmələri, miras əmlaka dair çıxarışı təqdim edə bilməmələrı, mirasa dair çıxarış verilməsi üçün DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə 01.12.2017-ci il tarixdə notariusun müraciət etməsi kimi halların məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsi ilə əsaslandırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehlə rin mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş 6 ay müddəti 16 ildən artıq ötürdüklərini müəyyən etdiyi halda, apellyasiya instansiyası məhkəməsi hansı əsasla cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehlər Cavabdeh2, X14 və Cavabdeh3 mirasın qəbul etmələri faktını müəyyən edərək onların hər birinin payının 1/4 hissədə müəyyən etməsi aydın deyildir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi əsassız nəticəni əsaslandırmaq üçün qətnamədə qeyd etmişdir ki, işdən, tərəflərin izahatlarından, eləcə də şahid ifadələrindən, həmçinin, o da məlum olur ki, mərhum Bikə Pirimovanın qırx mərasimindən sonra mirasın daşınar hissəsini bölərək, evin miras qoyana məxsus əksər əşyalarını İddiaçı, paltartikən maşını Cavabdeh2 vermişlər. Bundan başqa, qədimi xalçalar X19 Pirimov arasında bölü şdürülmüş, xxxa gümüş sırğa və nazik qızıl üzük, qızıl saat verilmişdir.Məhkəmənin istinad etdiyi şahidlərdən biri X3, hazırkı iş üzrə cavabdeh X5ümayəndəsi qismində məhkəmə iclaslarında iştirak etmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bu barədə müvafiq qeyd vardır.Azərbaycan Respublikası MPMnin 104.4.2-ci maddəsinə əsasən vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə-mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər şahid qismində dindirilə bilməzlər. x1dan qalan miras əmlakın daşınar əmlaka aid bir hissəsinin cavabdehlər tərəfindən qəbul edilməsinə dair birinci və apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, mərhum analarına məxsus bir ədəd paltartikən maşın olub ki, o da bu günə qədər id diaçıdadır. Belə olan halda cavabdehlərin hansısa paltartikən maşının, qədimi xalçaların şəkillərini və mərhum analarına aid olmayan qızıl zinət əşyalarını məhkəməyə göstərərək guya həmin əşyanı miras əmlak kimi qəbul etmələrinə dair gətirdikləri dəlil məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməzdi. Həmin əşyaların kimə məxsus olması və hansı dəyərdə olması barədə iş materiallarında heç bir mötəbər sübut yoxdur. Apellyasiya instsansiya məhkəməsinin qəbul etdiyi qətnaməsi miras əmlakın cavabdehlər tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və cavabdehlərin həmin miras əmlakdə paylarının müəyyən edilməsi hissəsində qeyri qanuni və əsassız olmaqla yanaşı, işin həqiqi hallarına uyğun olmadan çıxarıldığından ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi X3 və Cavabdeh2 nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiy ası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, X4 ilə X8 birgə nikahından İddiaçı, X15, X14, C avabdeh2 və Cavabdeh2 doğulmuşlar. Cavabdeh2 evlənməməmiş, övladı olmamışdır. X4 12 may 1976-cı ildə, miras qoyan X16 05 avqust 2001-ci ildə, X11 09 avqust 2011-ci ildə, X15 isə 13 yanvar 2012-ci ildə ölmüşlər. Bakı şəhəri, Xəzər rayonu, X25 Starçuk küçəsi, ev 11, 4 saylı mənzil 27.04.2018-ci il tarixdə mərhum x1nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almışdır. Cavabdehlər 30.11.2017-ci il tarixdən notariat orqanına müraciət edərək, mirasa dair adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Notariat orqanı tərəfindən x1dan miras qalmış mənzilə dair hər birinin payı ¼ hissə olmaqla cavabdehlərdən xxxun adına 16.05.2018-ci il, Cavabdeh2 adına 16.05.2018-ci il və Cavabdeh3 adına 17.05.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqın da şəhadətnamələr verilmiş, eləcə də mirası qəbul etmiş İddiaçı gəlmədiyindən ona aid ¼ hissədə payı açıq saxlayaraq qəbul etməsini İddiaçı yazılı müraciətlə təklif edilmişdir. Hazırda iddiaçı cavabdehlərin adlarına verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığını, həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların ləğvini, eləcə də miras əmlakın onun tərəfindən faktiki qəbul olunması faktının müəyyən edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı notariat orqanına müraciət etməklə dövlət tərəfindən təminat verilən vərəsəlik hüququnu həyata keçirməsi üçün lazımı sənədi ala bilməsi mümkün olduğundan iddia tələbi miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair hissədə təmin edilə bilməz. Digəp vərəsələrdən heç biri mirasın iddiaçı tərəfindən qəbul olunmasını inkar etmir. Eləcə də cavabdehlərin mirası qəbul etmələri öz təsdiqini tapdığından və qəbul edilmiş miras onun açıldığı gündən onların mülkiyyəti sayıldığından notariat orqanı mirası qəbul etmiş vərəsələrə miras əmlak barədə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verməkdə haqlı olmuşdur, onların verilən vərəsəlik hüququna dövlət tərəfindən təminat verilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki iş üzrə miras mərhum X8 05 avqust 2001-ci ildə vəfat etməsi ilə açılmışdır. Vərəsə olan cavabdehlər x1nın 05.08.2001-ci il tarixdə ölümündən, yəni miras açıld ığı gündən 16 ilə yaxın müddət keçdikdən sonra 30.11.2017-ci il tarixdən başlayaraq mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanına müraciət etmişlər və notariat orqanı da onların müraciətlərini nəzərə alıb 2018-ci ildən onlara vərəsəlik şəhadətnamələri vermişdir. Qanunvericiliyin tələblərinə görə miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasa dair şəhadətnamənin verilməsi ilə bağlı müraciət olunduqda notarius birbaşa mirasın qəbuluna dair şəhadətnamə verə bilməz, bu halda mirasın qəbul edilməsi müddətinin ötürülübötürülməməsi məsələsinin müzakirəsi məhkəmə qaydasında aparılmalıdır. Yalnız məhkəmə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti üzrlü səbəb olduğu halda uzada bilər. Müddətlə bağlı məhkəmə qaydasından yeganə istisna hal isə müddət bitdikdən sonra b ütün vərəsələrin mirasın qəbul edilməsinə razı olmalarıdır. Notariat işindən isə görünür ki, notarius mirasın açıldığı vaxtdan 17 il sonra müraciət etmiş vərəsələrə birbaşa, yəni mirasın qəbul edilmə müddəti ilə bağlı məhkəmə aktı olmadan vərəsəlik şəhadətnaməsi vermiş, üstəlik, mirasın qəbul edilməsi müddəti ilə bağlı hazırki iş üzrə iddiaçı vərəsənin razı olub-olmamasını müəyyən etməmişdir. Halbuki, “Notariat haqqında” qanunun 57-ci maddəsinə görə mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə mir as qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Apellyasyia məhkəməsinin qənaətinə görə qanunun sadalanan normalarının pozulması ilə aparılmış notariat hərəkətləri nəticəsində cavabdehlərə verilmiş Qanun üzrə vərəsəlik şəhadətnamələri və həmin şəhadətnamələrin hüquqi nəticələri etibarlı sayıla bilməz və bu hissədə iddia tələbi əsaslıdır. Miras əmlaka dair iddiaçı və cavabdehlərin vərəsəlik hüquqlarına gəlincə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, x1nın qırx mərasimindən sonra evin ona məxsus əksər əşyala rı oğlu İddiaçı, paltartikən maşın isə digər oğlu Cavabdeh2 verilmişdir. Bundan başqa qədimi xalçalar oğlanları Cavabdeh2 və xxx arasında bölüşdürülmüşdür. x1a yalnız gümüş sırğa və nazik qızıl üzük və qızıl saat çatmışdır. x1subay olduğu üçün ona heç nə verilməmiş, o özü də bir şey tələb etməmişdir. Eləcə də şahid X10 ifadəsində göstərmişdir ki, İddiaçı ailə qurandan sonra mübahisəli mənzildə yaşamağa başlamış, x1 öləndən sonra İddiaçı arvadının şəhərdə işləməsi səbəbindən bir müddət şəhərə köçüb yaşayıb, bir-iki ildən sonra yenə həmin evə qayıtmışdır. Bir müddət sonra Yaşar Buzovnada özü üçün ev tikdirib ora köçmüş, miras mənzil sahibsiz qalmışdır. Evin sahibsiz qalmaması üçün qardaşlar qərara gəlmişlər ki, evi satsınlar, bununla bağlı İddiaçı bildirmişlər, sonuncu isə məhkəməyə müraciət etmişdir. Həmçinin, işə əlavə edilmiş 130 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 08 may 2018-ci il tarixli arayışdan görünür ki, mərhumə X16 Bakı şəhəri, Xəzər rayonu, X25 Starçuk küçəsi, ev 11, 4 saylı mənzildə qeydiyyatda olmuş və 05.08.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra mənzildə abadlıq işlərini oğlanları X14, İddiaçı, Cavabdeh2 aparmışlar və mənzil kommunal xidmətlərini birgə ödəmişlər. İşdə olan 29.11.2017-ci il tarixli 182813 nömrəli və 08.05.2018-ci il tarixli 196902 nömrəli mədaxil qəbzlərindən görünür ki, mənzil kommunal xidmət haqqı X14 tərəfindən Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə ödənilmişdir. İş materiallarından aydın olur ki, mübahisəli mənzilə dair ödəmə sənədləri və bildirişlər X18, x1nın adına, telefon xidmətlərindən istifadə üzrə ödəmə sənədləri İddiaçı adına tərtib edilmişdir. İşdən, tərəflərin izahatlarından, eləcə də şahid ifadələrindən, həmçinin, o da məlum olur ki, mərhum Bikə Pirimovanın qırx mərasimindən sonra mirasın daşınar hissəsini bölərək, evin miras qoyana məxsus əksər əşyalarını İddiaçı, paltartikən maşını Cavabdeh2 vermişlər. Bundan başqa, qədimi xalçalar X19 Pirimov arasında bölüşdürülmüş, xxxa gümüş sırğa və nazik qızıl üzük, qızıl saat verilmişdir. Beləliklə, işin hallarından məlum olur ki, vərəsələr miras əmlak barədə hərəkətsiz qalmamış, miras açıldığı vaxtdan mübahisəli mənzildə abadlıq işləri aparmış, mənzil kommunal xidmətlərini ödəmişlər. Eləcə də tərəflər mirasın bir hissəsi sayılan daşınar əmlaklara yiyələnməklə mirası tamamilə qəbul etmişlər. Belə ki, onların mirasın bir h issəsini qəbul etmələri, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, mirası tam qəbul etmələri sayılır. Odur ki, iş üzrə tərəflərin mirası vaxtında qəbul etmiş sayılaraq onların hər birinin miras əmlaka daxil olan mənzilin ¼ hissəsinə vərəsəlik hüquqları tanınmalıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı kassasiya şikayəti qismən təminedilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qa rşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvan 1 ünvanında yerləşən miras əmlaka iddiaçı və cavabehlərin hər birinin ¼ hissədə payını müəyyən etməklə iddia tələblərindən kənara çıxmışdır. Qanunvericilikdə hazırkı halda məhkəmənin iddia tələblərindən kənara çıxması üçün müstəsna hallar nəzərdə tutulmamışdır. İddiaçı tələbində miras onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, cavabdehlə rin adına miras əmlakla bağlı verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların hüquqi nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehlər X14, Cavabdeh2 və Cavabdeh3 tərəfindən mirasın qəbulu faktını və miras əmlakdan hər birinə ¼ hissədə payın olmasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi şəhadətnamələrin doğuracağı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşın maz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlar ləğv edilməsini qət etmişdir. Lakin iş materiallarında Vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında cavabdehlərə, yaxud üçüncü şəxslərə verilmiş hər hansı çıxarış əlavə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməyərək qeyri-müəyyən qətnamə qəbul etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlərin adına olan Vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi, cavabdehlər tərəfindən mirasın qəbul ediliməsi faktı müəyyən edilməsi, x1dan miras qalmış mirasın Cavabdeh2, X14, İddiaçı və Cavabdeh3 hər birinin payının ¼ hissədə müəyyən olunması hissədə qüvvədə saxlanıla b ilməz. Həmçinin həmin tələblər iddianın təmin olunmuş hissələri, yənicavabdehlərin adına verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələrin doğuracağı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, iddiaçı Yaşar Məmmədov tərəfindən mirasın qəbul faktının müəyyən edilməsi tələbləri ilə qarşılıqlı bağlı olmaqla bir birini tamamlayır, bu tələblərə ayrıayrılıqda baxılması mümkün deyildir. Ona görə də apellyasyia instansiyası məhkəməsi qətnamə ididaçının kassasiya şikayətinə əsasən bütövlükdə ləğv olunmalıdır iş yeni apellyasiya baxışına göndərilməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutl arı tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq ü çün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kolle giyasının 2(103)-52/2019 nömrəli iş üzrə 04 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar