Məhkəmə qərarları › İş №2(102)-4854/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4854/2021

23.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4854/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X7, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X4 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia – evə köçürülmə və evdən çıxarılma, qarşılıqlı iddia – alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X33 oğlunun, cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının, vəkili Vəkil1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3409/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(008)7366/2018 №-li qətnaməsinə əsasən iddia tələbinin təmin edilərək, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının cavabdeh X17 ilə birgə nikahdan anadan olmuş 25.12.2009-cu il təvəll üdlü X18 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(103)-6803/2019 №-li qətnaməsinə əsasən cavabdeh X10 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 3m-01/2020 №li qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(103)6803/2019 №-li qətnaməsinin ləğv edilməsi ilə bağlı Ali Məhkəmənin Plenumuna təqdimatın verilməsinə dair İddiaçı müraciəti əsassız olduğu üçün təmin edilməmişdir. AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adından X16 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943 ünvanında yerləşən 178,7 kv.m torpaq sahəsini İddiaçı satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 sentyabr 2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin 08 avqust 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh Maştağa qəsəbəsi Savalan y/massivi 943F nömrəli evdə qeydiyyatsız yaşayır. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 07 avqust 2014-cü il tari xli etibarnamənin surətindən görünür ki, X3 adından X16 Bakı şəhəri Maştağa qəsəbəsi Savalan y/massivində yerləşən 200 kv.m torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, sənədləri Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və digər hərəkətləri 01.04.2020-ci il tarixədək etməyi Cavabdeh etibar etmişdir. Tədiyyə (vergi) bildirişlərindən görünür ki, Cavabdeh Savalan yaşayış massivi ümumi sahə № 943 üçün 2015-2017-ci illər, 2018-2020-ci illər üçün əmlak vergisi, 2014-2017-ci illər, 2018-2020-ci illər üçün torpaq vergisini ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsi, cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı uşağı ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu barədə adına çıxarış vardır. Buna baxmayaraq, o, mülkiyyətində olan evə köçə bilmir, öz əmlakından istifadə edə bilmir. Belə ki, cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı X14 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı övladı ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yeni yaşayış mas sivində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 03 dekabr 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(103)-6803/2019 №-li qətnaməsi ilə cavabdeh Müşfiq Cavadovun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin iddiaçıya və cavabdehə aidiyyəti yoxdur. Göründüyü kimi onun ailə üzvü olmayan iddiaçının evində yaşaması və evin yaşayış sahəsindən istifadə etməsi onun konstitusion hüququ olan mülkiyyət hüququnu kobudcasına pozur. Onun mülkiyyətindəki fərdi yaşayış evinə k öçə bilməməsinin səbəbi cavabdehin qanunsuz hərəkətləridir. Belə ki, hər dəfə o, evinə gedərkən cavabdeh dava-dalaş salır, qəsdən münaqişəli vəziyyət yaradır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı notariat ofisində 31 iyul 2019-cu il tarixdə X12 ilə İddiaçı arasında bağlanmış 178,7 kv.m torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17 sentyabr 2019cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş dir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı oğlu X19 ilə birgə nikahda olan vaxt fərdi yaşayış evinin inşa edilməsi üçün ünvan 2 ünvanında 2009cu ildə torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində yaşayış evi tikildikdən sonra 2014cü ildə aralarında olan münaqişə nəticəsində yoldaşı onları ataraq Rusiya Federasiyasına getmişdir. Bundan sonra o, həmin evin inşasını davam etdirərək qapılarını, pəncərələrini almış və evi yaşayış üçün tam yararlı vəziyyətə gətirmişdir. Həmin torpaq sahəsinə dair ona torpaq sahəsini aldıqları X12 tərəfindən 07 avqust 2014-cü il tarixdə etibarnamə verilmişdir. İnşa etdikləri yaşayış evinin bütün kommunal xidmətləri üzrə müqavilələr onunla bağlanmış və bütün sayğaclar bugün də onun adındadır. 2016-cı ildə yoldaşı ilə barışaraq y enə həmin evdə yaşamışlar. 2018-ci ildə artıq birgə yaşayışları mümkün olmadığı üçün ayrılmışlar. Bundan sonra yoldaşı öz valideynlərini həmin evə yerləşdirərək onu evə buraxmamışlar. Evə girmək istədikdə ona və övladına xəsarətlər yetirmişlər. Bundan sonra o, mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya məhkəməsində izahat verərkən X19 torpaq sahəsinin bibisi oğlu X11 məxsus olmasını bildirmiş və 3-cü şəxs qismində iştirak edən X16 da bunu təsdiq etmişdir. İndi isə əmisi İddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasını iddia edir. Bu açıq aşkar onun inşa etdiyi və illərlə yaşadığı əmlakının əlindən alınması üçün qurulmuş bir oyundur. Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədikdən sonra tələsik olaraq faktiki ona məxsus evə dair 31 iyul 2019-cu il tarixdə X12 ilə İddiaçı arasında 178,7 kv.m torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləni X3 əvəzinə X16 imza etmişdir. Bundan sonra 17 sentyabr 2019-cu il tarixdə həmin torpaq sahəsində yerləşən evə dair çıxarış alınmışdır. Halbuki, həmin evin onlar tərəfindən inşa olunması və onun orada davamlı yaşaması Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ilə tam sübuta yetirilmişdir. Qeyd etdiyi hallardan da həmin evə dair alınmış çıxarışın qeyri-qanuni yolla rla alınması açıq-aşkar görünür. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Z.Hacıyev, iş № 2(008)-3053/2020) ilkin iddia tələbinin təmin edilməsi, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı azyaşlı övladı 25.12.2009-cu il təvəllüdlü X18 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evindən çıxarılması, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsi, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmi şdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qanunun qeyd olunan tələbinə uyğun qaydada İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə ilkin iddia tələbi üzrə cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı azyaşlı övladı ilə birlikdə həmin fərdi yaşayış evindən çıxmamaları maneçilik törədir. Beləliklə, işin hallarına əsasən İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evi üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçir mək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Məhkəmə, qarşılıqlı iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının mübahisəli evə dair artıq məhkəmə qərarı ilə köçürülməsinə dair dəlilləri ilə bağlı bildirir ki, sözügedən məhkəmə qərarlarının hazırki işdə preyudisiallığı yoxdur. Belə ki, həmin vaxtı mübahisəyə baxılarkən evin hüquqi statusu olmayıb, başqa sözlə özbaşına tikili olub. Bu işdə ilkin iddiaçı mülkiyyətçi qismində çıxış edərək onun hüquqlarının müdafiəsini məhkəmədən tələb edir. Eyni zamanda qarşılıqlı iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının mübahisəli evə dair alıqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbinin əsaslarından biri kimi, mübahisəli evin yerləşdiyi torpaq sahəsinə da ir onun adına etibarnamə olmasını əsas gətirməsi tamamilə əsassızdır. İlkin olaraq məhkəmə qeyd edir ki, həmin etibarnamənin vaxtı bitmiş, bundan başqa etibarnamənin mahiyyəti etibar edilən tərəfindən etibar etmiş şəxsin mənafeyinə uyğun hərəkət etməsidir, həmçinin etibar edən (keçmiş mülkiyyətçi) səxs mübahisəli evi özgəninkiləşdirməklə ora olan hüququnu artıq itirmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən narazı qalan cavabdeh-iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)3053/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə qərarı qanunilik və əsaslılıq meyarlarına cavab vermir. Həmçinin, hazırkı iş üzrə birinci instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız ilkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə onun tərəfindən irəli sürülən dəlilləri nəzərə almadan ilkin iddia tələbini təmin etmiş, qarşılıqlı iddianı isə rədd etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbi t olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Hazırki mübahisə üzrə qətnaməyə nəzər saldıqda qarşılıqlı iddianın hansı səbəbdən təmin edilməməsi əsaslandırılmır. Yalnız İddiaçı mülkiyyətçi olmasını və onun mülkiyyət hüquqlarının məhdudlaşdırıldığını qeyd edir. İşin mübahisəsiz hallarıdır ki, qeyd edilən torpaq sahəsinin, onun üzərindəki fərdi yaşayış evinin inşası və təmir xərclərinin böyük hissəsini məhz A.Məmmədxanlı və valideynləri tərəfindən qarşılanıb. Torpaq sahəsinə və evə dair bütün kommunal ödənişlər və vergilər də bu günədək də onun tərəfindən qarşılanır. Evdə oğlu ilə birlikdə uzun illərdir ki, yaşayır və evdən maneəsiz istifadəsi məhz qanuni qüvvədə olan məhkəmə qərarı əsasında həyata keçirilir. Dolayısı ilə qanunsuz tikili olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ məhkəmə qərarı əsasında tanınmışdır. Belə olan halda qanunvericiliyin tələbidir ki, ev özəlləşdirilən və ya özgəninkiləşdirilən halda A.Məmmədxanlının buna dair müvafiq razılığı tələb olunurdu. Lakin, nə evin özəlləşdirilməsi zamanı, nə də evin satılması zamanı buna dair razılığı alınmamışdır. Ümumiyyətlə, evin özəlləşdirilməsi və alqı-satqısı A.Məmmədxanlının xəbəri olmadan keçmiş həyat yoldaşının qohumları arasında gizlin baş tutmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, qanunsuz tikili rəsmiləşdirilən (qeydə alınan) zamanı reyestr xidmətinin əməkdaşları tərəfindən ora baxış keçirilməli və müvafiq qeydiyyat işləri aparılmalıdır. Bundan sonra evin və torpaq sahəsinin plan -sxemi tərtib olunaraq müvafiq çıxarışda öz əksini tapmalıdır. O, 2011-ci ildən bu günədək fasiləsiz olaraq oğlu ilə birlikdə həmin evdə yaşayır. Bu günədək reyestr xidmətinin əməkdaşları bir dəfə də olsa həmin ünvanda olmayıblar. Belə olan halda evin çıxarışının necə əldə edilməsi də naməlumdur. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev, iş № 2(103)-3409/2021) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3053/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, Məmmə dxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı övladı 25.12.2009-cu il təvəllüdlü X18 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evindən çıxarılması, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsinə dair ilkin iddia tələbinin rədd edilməsi, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Bakı şəhəri, 51 saylı notariat ofisində X12 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hes ab edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş 17 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X6 verilməsi üçün İddiaçı X8 xeyrinə AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilən 2000 manatın tutulması qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, nikahda olduqları dövrdə X20 ilə Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs, Savalan yeni yaşayış massivində yerləşən, 2019-cu ilə kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, M.V.Cavadovun bibisi oğlu X8 adına etibarnaməsi olan torpaq sahəsində birlikdə inşa edi lmiş evdə uzun müddət davamlı olaraq yaşamaları, həmin evin inşa edilməsində, saxlanmasında bu və ya digər formada Cavabdeh rolu, əməyi və zəhmətinin olması işin mübahisəsiz halı olmaqla apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ilə müəyyən edilmiş hallarındandır. Mübahisəli evdə birgə nikah dövründə yaşadıqları dövrdə Bakı şəhəri, Maştağa qəsəbəsi Savalan y/massivində yerləşən 200 kv.m torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, sənədləri Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və digər hərəkətləri 01.04.2020-ci il tarixədək etməyi X3 adından X1 Ayşən Vaqif qızına etibar edilməsinə dair 07 avqust 2014-cü il tarixli etibarnamə də verilmişdir. Lakin ailə münasibətləri pozulandan so nra Cavabdeh mübahisəli evdə yaşamalarına maneələr olduğundan iddiası üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi ilə onun uşağı ilə həmin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yeni yaşayış massivində yerləşən özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Qeyd edilən qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən 19.07.2019-cu il tarixdə dəyişdirilmədən saxlanıldıqdan sonra ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 24.07.2019-cu il tarixdə X6 verilmiş **********64 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943 ünvanında yerləşən 0,1 2 ha torpaq sahəsi tam mülkiyyəti hüququ üzrə qeydiyyata alınmışdır. AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən isə X3 adından X16 Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943 ünvanında yerləşən 178,7 kv.m torpaq sahəsini İddiaçı 2000 manata satmışdır. Müqavilədə satıcı yerində X3 əvəzinə 27.03.2018-ci il tarixdə 17 saylı notariat ofisində verlmiş 1189 reyestr nömrəli etibarnamə əsasında X16 imza etmişdir. Həmçinin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmasını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən 17 sentyabr 2019-cu il qeydiyyat tarixli çıxarış veriləndən 6 ay sonra İddiaçı hazırki ilk iddia ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Buna qədər isə 17.12.2019-cu il tarixdə Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi artıq icra edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 3m-01/2020 №-li qərardadı ilə İddiaçı müraciəti əsassız olduğu üçün təmin edilməmişdir. Sözügedən müraciət Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(103)-6803/2019 №-li qətnaməsinin ləğv edilməsi ilə bağlı Ali Məhkəmənin Plenumuna təqdimatın verilməsi ilə bağlı olmuşdur. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddianın hüquqi həllinin qarşılıqlı iddianın həllindən asılı olmasına diqqət yetirməyərək ilk növbədə ilk iddia üzrə tələblər ə hüquqi qiymət verilməsini zəruri saymaqda səhvə yol vermişdır. Belə ki, ilk iddiaçı məhz mübahisəli evə dair mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ilk iddianı qaldırsa da, qarşılıqlı iddiaçı sözügedən mülkiyyətlə bağlı sənədin qanuniliyini mübahisələndirmişdir. Belə olan halda birinci instansiya məhkəməsi ilk növbədə ilk iddianın əsasını təşkil edən hüquqi sənədin mübahisələndirilməsinə dair dəlillərə qiymət verməli, mülkiyyət hüququna dair sənədin qanuniliyini şübhə altına alınmaması üçün kifayət qədər mötəbər sübutlar olduğu təqdirdə ilk iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verməli idi. Kollegiya həmçinin qeyd edir ki, ilk baxışdan ilk iddia rəsmi hüquqverici sənədə istinadən verildiyindən mülkiyyətçi olan şəxsin mülkiyyəti üzərində hüquqlarının pozulması ilə bağlı irəl i sürülən dəlilər ağlabatan sayıla bilərdi. Lakin ilk iddiada irəli sürülən dəlillər üzrə qarşılıqlı iddianın dəlilləri baxımından mübahisələndirilən alqı-satqı müqaviləsinin qanuni əsaslarla olub-olmaması və çıxarışın verilməsinin əsasları ilə bağlı müəyyən araşdırmalar aparılması tələb etdiyi halda birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli araşdırmamışdır. Halbuki, kollegiya qeyd edir ki, müqavilə tərəflərin arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malikdir. Bu baxımdan, təqdim olunmuş rəsmi hüquqi sənədlərdə və yazılı müqavilədə əks olunmuş məlumatları təkzib edən t ərəfin dəlilləri o halda qəbul oluna bilər ki, həmin dəlillər bir-birinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olsun və ən əsası, rəsmi sənədlərdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etsin. Hazırki işdə də qarşılıqlı iddia üzrə cavabdeh onun adına rəsmiləşdirilmiş alqı-satqı müqaviləsində əksini tapmış məlumatların doğru olmaqla həqiqəti əks etdirməsinə dair sübutlar təqdim etməyə borclu olduğu halda birinci instansiya məhkəməsi qarşılıqlı iddianın dəlilləri üzrə ümumiyyətlə araşdırma aparmayaraq bu iddiaya mübahisəyə başlarkən evin hüquqi statusunun olmaması (özbaşına tikili olması) hazırda isə ilkin iddiaçının mülkiyyətçi qismində çıxış edərək onun hüquqlarının müdafiəsini məhkəmədən t ələb etməsi baxımından yanaşmışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının iddia tələblərini əsassız sayarkən mübahisəli evə köçürülməsinə dair sözügedən məhkəmə qərarlarının hazırki işdə preyudusiallığı olmamasını düzgün olaraq qeyd etsə də, hazırki işin halları baxımından nəzərə almamışdır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Həmçinin də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikas ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı mübahisəli evin alqı-satqı müqaviləsində əksini tapmış 2000 manat məbləğin formal olmasını, evi qardaşı oğlu X5 əslində 40000 manata almasını, müqavilə bağlanarkən evə baxmamasını, buna ehtiyac olmamasını, evin həmin vaxt boş olmayaraq orada Cavabdeh oğlu ilə yaşamalarını etiraf etmişdir. İşin materiallarından görünür ki, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının cavabdeh X15 qarşı mənzilə köçürülmə işinə baxılarkən həmin iş üzrə X16 şahid qismində ifadə verərək mübahisəli evin yerləşdiyi tor paq sahəsinin 2008-ci ildə etibarnamə əsasında almasını, Müşviq Cavadovun orada evin tikilməsində bənnalıq etməsinə dair kommunal xidmətlərin hamısının Cavabdeh adına keçirilməsini göstərərək, bunu kommunal xərclərdən azad olunması məqsədi ilə edildiyini bildirmişdir. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında 3-cü şəxs qismində verdiyi izahatında mübahisəli torpaq sahəsinin ona məxsus olmasını, Maştağa sakini X12 adlı şəxsdən almasını, sonuncunun məhkəmədən məlumatı olmasını, lakin torpağı ona satdığından məhkəməyə gəlməyə maraqlı olmamasını, həmin torpaqdakı mübahisəli evin də onun puluna tikilməsini, yaxın günlərdə də çıxarışı alacağını göstərmişdir. Lakin bunlara baxmayaraq hazırki iş üzrə birinci instansiya məhkəməsi isə X3 adından X8 Bakı şəhəri Maştağa qəsəbəsi Sa valan y/massivində yerləşən 200 kv.m torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparmağı, sənədləri Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və digər hərəkətləri 01.04.2020-ci il tarixədək etməyi Cavabdeh etibar etməsinə dair 07 avqust 2014-cü il tarixli etibarnamə verməsinin səbəblərini araşdırmamış, evin bütün kommunal xidmətlərinin hamısının Cavabdeh adına olmasına, sonuncu tərəfindən də 2015-2017-ci illər, 2018-2020-ci illər üçün əmlak vergisi, 2014-2017-ci illər, 2018-2020-ci illər üçün torpaq vergisini ödəməsi kimi işin mühüm və diqqətə layiq məqamlarına hər iki iddia tələblərinin əsaslılığı baxımından düzgün hüquqi qiymət verməmişdir. Mübahisəli evə dair mülkiyyət hüququ X3 adına 24.07.2019-cu il tarixdə qeydi yyata alınmasına baxmayaraq, o heç vaxt Cavabdeh mübahisəli evdən çıxması və mənzilin ona təhvil verməsi və ya evi satmaq niyyətinin olması barədə xəbardar etməmiş, bunu iddia etməmiş, 31.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi barədə də ona məlumat verməmişdir. Həmçinin də İddiaçı mübahisələndirilən alqı-satqıdan və 17 sentyabr 2019-cu il qeydiyyat tarixli çıxarışı aldıqdan sonra Cavabdeh mübahisəli evdən çıxması və mənzilin ona təhvil verməsi ilə bağlı ona xəbərdarlıq etməmiş, bu barədə yalnız Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsi icra edildikdən və həmin qətnamənin dəyişdirilmədən saxlanılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2019-cu il tarixli 2(103)6803/2019 №-li qətnaməsinin ləğv edilməsi ilə bağlı Ali Məhkəmənin Pl enumuna təqdimatın verilməsinə dair müraciətinin əsassız olduğu üçün təmin edilməməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2020-ci il tarixli 3m-01/2020 №-li qərardadının qəbul edilməsindən sonra hazırki ilk iddia ərizəsi ilə müraciət etmişdir. İşin faktiki araşdırılmış halları ilə də müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli 2(008)-7366/2018 №-li qətnaməsindən sonra mübahisəli evin sənədləşdirilməsi üçün Cavabdeh adına müvafiq etibarnamə qüvvədə olmasına baxmayaraq X3 adına özəlləşdirilməsi prosesinə başlanılmış, sözügedən qətnaməyə apellyasiya icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsində baxılan dövrdə və 19 iyul 2019-cu il tarixli 2(103)-6803/2019 №-li qətnaməsi qəbul edilən vaxt həmin prosesin getməsi barədə X5 fərqli olaraq X20 tərəfindən apellyasiya instansiyası məhkəməsinə məlumat (apellyasiya şikayətində) verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməklə evin 31.07.2019-cu il tarixdə İddiaçı satılması ilə bağlı alqı-satqı müqaviləsinin bağlanması və müvafiq çıxarışın da verilməsi barədə məlumat vermək hüququndan istifadə etməmişdir. Halbuki, kollegiyanın qənaətinə görə X2 Müşvüq Vəlhəd oğlunun bibisi oğlu olmaqla, şahid və 3-cü şəxs kimi məhkəmələrdə iştirak edərək Cavabdeh iddiası üzrə işə baxılmasının nəticəsi barədə məlumatlı olduqları halda bu barədə əmi İddiaçı xəbəri olmaması, eləcə də onun Ali Məhkəməyə ünvanladığı müraciətində göstərdiyi kimi məhkəmə qətnamələrindən 17.09.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra xəbər tutm ası qətiyyən inandırıcı olmamaqla işin müəyyən edilmiş faktiki hallarına uyğun olmamışdır. X3 (həmçinin X8) mübahisəli evi satmaq və İddiaçı isə həmin evi həqiqətən də almaq niyyətləri var idisə bu barədə həmin evə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə köçürülmüş və hazırki vaxta kimi orada yaşamağa davam edən Cavabdeh məlumatlandırmaqlarına onlara heç kim və heç nə maneə olmamışdır. Mübahisəli evin sənədləşməsinə dair Cavabdeh adına etibarnamə qüvvədə ola-ola, onun Müşviq Cavadovla ailə münasibətləri kəsildiyi üçün, birgə nikah dövründə birlikdə inşa etdikləri mübahisəli evə köçürülməsini və həmin evə hər hansı formada aidiyyatını tam kəsmək üçün ən azından X3 Cavabdeh adına olan etibarnaməni ləğv etdirmədən, onun X8 adına olan (27.03.2018-ci ildə verilmiş) digər etibarnamədən isti fadə etməklə X3 adına özəlləşmə prosesinə başlayaraq müvafiq çıxarış əldə edilməsi, sonradan alqı-satqı müqaviləsi bağlayaraq əvvəl sonuncunun adına çıxarış alınması, daha sonra isə İddiaçıla alqı-satqı müqaviləsi bağlayaraq onun adına yeni çıxarış alınması kimi bütün hərəkətlər Cavabdeh uşağı ilə uzun müddət, davamlı olaraq yaşadığı, qanuni qüvvəsi almış məhkəmə qətnaməsi ilə köçürüldüyü mübahisəli evdən çıxarılmasına hesablanmışdır. Mübahisəli evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh ilə keçmiş ərinə faktiki məxsus olması isə 07 avqust 2014-cü il tarixli etibarnamənin məzmunundan aydın olur. Belə ki, X3 adından məhz X16 imza edərək özünün etibarnamə ilə aldığını və özünə məxsus olmasını iddia etdiyi mübahisəli 200 kv.m torpaq sahəsinin sənədlərini toplamağı, özəlləşdirmə işlərini aparma ğı, sənədləri Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə təqdim edib adına sərəncam verməyi və digər hərəkətləri 01.04.2020-ci il tarixədək etməyi Cavabdeh etibar etmişdir. Birinci instansiya məhkəməsində işə baxılması dövründə qeyd edilən etibarnamənin artıq hüquqi qüvvədən düşməsinə baxmayaraq kollegiya bu sənədin mövcudluğu mübahisəli evin faktiki olaraq Cavabdeh ilə X10 birgə nikah dövründə birlikdə inşa etdikləri evin məhz onların yaşaması üçün nəzərdə tutulmasını təsdiq edən sübut növü kimi qiymətləndirir. Cavabdeh torpaq vergisi ödəyicisi olmasını təsdiq edən iş materiallarında olan Maştağa bələdiyyəsinin müvafiq şəhadətnaməsi, eləcə də, həmin ünvanda elektrik enerjisi və qaz istehlakçısı olmasına dair sənədlər də bu sübut növlərinə aiddir. İlkin İddiaçı və qarşılı qlı iddia üzrə üçüncü şəxs X8, eləcə də X3 hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətlədirir. Kollegiya birinci instansiya məhkəməsinin hər iddia üzrə mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə hazırki mübahisənin araşdırılması zamanı Bakı şəhəri, 51 saylı notariat ofisində 31 iyul 2019-cu il tarixdə X12 ilə İddiaçı arasında bağlanmış 178,7 kv.m torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, görünüş üçün formal bağlanmasına düzgün hüquqi qiymət verməyərək həmin müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd olmasına müvafiq qaydada hüquqi qiymət verməyərək ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etmə klə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, Cavabdeh AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfi olmasa da, bu müqavilə onun qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə köçürüldüyü mübahisəli evdə yaşamaq hüququna birbaşa və tam məhdudlaşdırdığı üçün onun bu müqaviləni mübahisələndirmək hüququ yaranmışdır. Belə ki, ilk növbədə Cavabdeh həmin evə münasibətdə evin yerləşdiyi torpaq sahəsini sənədləşdirmək üçün özündə geniş səlahiyyətlər əks etdirən etibarnaməsi olmuş və bu etibarnamə onu verən şəxs tərəfindən ləğv edilməmiş, hazırki iş məhkəmə baxışında olan dövrdə müddət qutardığı üçün qüvvədən düşmüşdür. Halbuki, Cavabdeh bu etibarnamədən istifadə etməkdə sərbəst idi və ondan yararlana bilə rdi. Lakin özünün məhkəmə kollegiyasında verdiyi izahatından göründüyü kimi, o bunu həyat yoldaşından kənar, onun icazəsi olmadan edə bilməzdi. Çünki yaşadıqları ev onların birlikdə ərsəyə gətirdikləri ev olmaqla onun da həmin evin inşasında böyük əziyyəti olmuşdur. O, üstünlük hüququndan istifadə edərək bu etibarnamədən ilk olaraq istifadə etsə idi, ona qarşı hazırki iddianın qaldırılmasına hüquqi əsas olmazdı. Beləliklə də, ona qarşı ədalətsizlik baş vermiş və bu haqsızlıq hazırki vaxta kimi davam edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkillər Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyas ı məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3409/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməklə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızına qarşı “evə köçürülmə və evdən çıxarılma tələbinə dair” ilk iddiasının tam həcmdə təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia tələbinin tamamilə rədd edilməsi, ilk iddia üzrə İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ümumi sahə, 943F say lı evə köçürülməsi, ilk iddia üzrə cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı övladı – 25.12.2009-cu il təvəllüdlü X18 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ümumi sahə, 943F saylı evdən çıxarılması barədə yeni qərar qəbul edilməsini xahiş edir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (vəkil X33 oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(103)-3409/2021 nömrəli qətnaməsinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi və Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı övladı 25.12.2009-cu il təvəllüdlü X18 ilə birlikdə İddiaçı mükiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massıvı ümumi sahə 943F n ömrəli fərdi yaşayış evindən çıxarılması, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçürülməsi, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri ona yönəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsi ilə qət etmişdir ki, «X6 verilməsi üçün İddiaçı X8 xeyrinə 31 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsində qeyd edən 2000 manat tutulsun. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılması qət edilsə də, müqavilədə qeyd edilən məbləğ niyə X6 verilməsi üçün sonuncunun adından müqavilə bağlayan X8 xeyrinə İddiaçı tutulmalıdır. Məhkəmə A.Məmmədxanlının subyektiv hüququnun olması halını formal əsaslarla əsaslandırmışdır. Mübahisə predmeti ilk iddiaçının mülkiyyətidir. Lakin o, həmin evə köçə bilmir. Bu isə ilk iddiaçının mülkiyyət hüquqlarının kobud pozulmasıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, vəkili X33 oğlu kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Cavabdeh Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızı, vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək, təmin olunmamasını xahiş etdilər. Digər şəxs lər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən i ddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - ə mlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5.-ci maddəsinin tələbinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin huquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4.-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1-ci maddəsinin tələblərinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqda n yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi dü zgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətb iq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə «Cavabdeh AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfi olmasa da, bu müqavilə onun qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə köçürüldüyü mübahisəli evdə yaşamaq hüququna birbaşa və tam məhdudlaşdırdığı üçün onun bu müqaviləni mübahisələndirmək hüququ yaranmışdır. İlk növbədə Cavabdeh həmin evə münasibətdə evin yerləşdiyi torpaq sahəsini sənədləşdirmək üçün özündə geniş səlahiyyətlər əks etdirən etibarnaməsi olmuş və bu etibarnamə onu verən şəxs tərəf indən ləğv edilməmiş, hazırki iş məhkəmə baxışında olan dövrdə müddət qurtardığı üçün qüvvədən düşmüşdür. Halbuki, Cavabdeh bu etibarnamədən istifadə etməkdə sərbəst idi və ondan yararlana bilərdi. Lakin özünün məhkəmə kollegiyasında verdiyi izahatından göründüyü kimi, o bunu həyat yoldaşından kənar, onun icazəsi olmadan edə bilməzdi. Çünki yaşadıqları ev onların birlikdə ərsəyə gətirdikləri ev olmaqla onun da həmin evin inşasında böyük əziyyəti olmuşdur. O, üstünlük hüququndan istifadə edərək bu etibarnamədən ilk olaraq istifadə etsə idi, ona qarşı hazırkı iddianın qaldırılmasına hüquqi əsas olmazdı. Beləliklə də, ona qarşı ədalətsizlik baş vermiş və bu haqsızlıq hazırki vaxta kimi davam edir.» Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin və ilkin iddianın rədd edilməsin ə əsas kimi mübahisəli evə ilk iddia üzrə cavabdehin köçürülməsi ilə bağlı qanuni qüvvədə olan qətnamənin olmasına, o cümlədən mübahisəli evin cavabdehlə onun həyat yoldaşının rəsmi nikahda olduqlar müddətdə birgə vəsait əsasında tikilməsinə, həmin evin yerləşdiyi torpaq sahəsinə ona etibarnamə verilməsinə istinad etmişdir. Bu nəticəyə gələrkən isə yalnız ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddiaçının izahatına və 01.04.2020-ci il tarixədək qüvvədə olan etibarnaməyə əsaslanmışdır. İşdə olan digər sübutlar isə faktiki olaraq qiymətləndirmədən kənarda qoyulmuşdur. Məhkəmə kollegiyası qanuni qüvvədə olan qətnamənin mövcud olması və həmin qətnamənin Cavabdeh mübahisəli evə köçürülməsinə əsas olması və Cavabdeh digər tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair subyektiv hüquq verməsi ilə bağlı gəlmiş olduğu mövqeyi ilə qismən razılaşır. İlkin olaraq qeyd edilməlidir ki, Cavabdeh evə köçürülmə ilə bağlı tələbi İddiaçı yönəlməmişdir. Onun tələbi məhz öz həyat yoldaşına yönəlmişdir, həmin işin araşdırılmış hallarının nəticəsi olaraq Cavabdeh mübahisəli evə istifadə hüququnun tanınmasının (müəyyən olunmasını) mümkünsüzlüyü (özbaşına tikili olmasına görə) əsas götürülərək, yalnız evdə digər tərəfin yaşadığı şərtlər daxilində yaşamaq imkanı yaradılmışdır. Baxılan işin araşdırılmış halları isə onun mənzilə köçürülməsi və oradan əvvəlki şərtlər daxilində istifadə imkanını davam etdirməsi mübahisəsizdir. Belə olan halda məhkəmənin onun mənzildən çıxarılmalı olmaması ilə bağlı gəlmiş olduğu nəticəsi ədalətli və işin araşdırılmış hallarına uyğun olmu şdur. Lakin həmin qətnamə heç bir halda mübahisəli evə münasibətdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı Cavabdeh subyektiv hüquq verilməsi əsası kimi qəbul oluna bilməz. İlkin olaraq ona görə ki, həmin qətnamə işdə iştirak etməyən və tərəf olmayan şəxslər üçün məcburi olmadığı kimi baxılan iş üçün digər tələblərə münasibətdə preyudisial əhəmiyyəti də yoxdur. Hazırkı işin halları baxımından, apellyasiya instansiya məhkəməsi formal əsaslardan çıxış etməməli, müqavilənin etibarsızlığı üçün faktiki əsasların mövcud olması və bunların hansı maddi hüquq normaları ilə dəstəklənməsini müəyyən etməli və bundan sonra ilkin iddianın və qarşılıqlı iddianın qarşılıqlı olaraq qiymətləndirilməsini təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə hə r hansı araşdırmanın aparılmasını təmin etməmiş və birinci instansiya məhkəməsinin həmin hissələr üzrə gəlmiş olduğu nəticəsi ilə razılaşmamasına dair mövqeyi isə ziddiyyətli olmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin nəticəsi olaraq tərəflərin ilkin vəziyyətə qaytarılmalı olmasını müəyyən edərkən faktiki olaraq mübahisəli evin yerləşdiyi torpaq sahəsinin və fərdi yaşayış evinin ilkin adına qeydiyyata alınan şəxsin mülkiyyətində qalmasına əhəmiyyət verməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydın lıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Bundan əlavə, apellyasiya məhkəməsi mübahisələndirilən hissələr üzrə nəticəyə gələrkən tələbin hüquqi əsasının seçilməsində ziddiyyətli mövqedən çıxış etmiş, hansı dəlillərin müqavilənin etibarsızlığı üçün əsas yaratması və bunun hansı maddi hüquq normaları ilə dəstəkləndiyini əsaslandırmamışdır. Bu hallar isə onu təsdiq edir ki, apelyasiya məhkəməsi tərəfindən qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə, habelə müvafiq maddi hüquq normalarına uyğun əsaslandırılmasına dair prosessual tələblərə riayət edilməmişdir. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya m əhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi (Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı övladı 25.12.2009-cu il təvəllüdlü X18 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fər di yaşayış evindən çıxarılmasına dair ilk iddianın rədd olunması hissəsi istisna olmaqla) göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Odur ki, qətnamə qismən ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəyə istinad olunan maddələrinin tələblərinin tətb iqinin mümkünlüyünə hüquqi qiymət verilməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3409/2021 nömrəli iş üzrə 14 aprel 2021-ci il tarixli qətnaməsi «İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evinə köçü rülməsinə dair ilkin iddia tələbinin rədd edilməsi, Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Bakı şəhəri, 51 saylı notariat ofisində X12 ilə İddiaçı arasında bağlanmış AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və tərəflərin əvvəlki vəziyyətə qaytarılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş 17 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X6 verilməsi üçün İddiaçı X8 xeyrinə AN-İ ******* №-li 31 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd edilən 2000 manatın tutulması» hissələrində ləğv edilsin və həmin hissələrdə iş baxılması üçün geri qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissədə - Məmmədxanlı (Cavadova) Ayşən Vaqif qızının azyaşlı övladı 25.12.2009-cu il təvəllüdlü X18 ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Savalan yaşayış massivi ümumi sahə 943F nömrəli fərdi yaşayış evindən çıxarılmasına dair ilkin iddia tələbinin rədd edilməsi» hissəsində dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar