Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4855/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-360/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Nuriyev, iş № 2(007)-308/2017) İddiaçı cavabdeh “xxxxxxxxxxxxxx” QSC-yə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırk ı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Mərdanova, E.M.Həsənov və Ş.Ə.Məhərrəmova) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı “xxxxxxxxxxxxxx” QSC-də satış meneceri vəzifəsində işləmiş və həmin tarixdə İddiaçı ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx xxxxxxx 2015-ci il tarixdə İddiaçı anbardan alınan mal-materiallara görə QSC-yə 235.437,00 manat məbləğində borcunun olması barədə üzləşmə aktı tərtib olunmuş, həmin müqavilə İddiaçı, QSC-nin direktoru və təftiş komissiyasının üzvləri tərəfindən imzalanmışdır. xx xxxxxxx 2015-ci il tarixdə QSC-nin baş direktoru ilə İddiaçı arasında “xxxxxxxxxxxxxx” QSC-nin anbarlarından alınan mal-materialllara görə mövcud borcun etirafı haqqında müqavilə bağlanmış və həmin müqavilədə İddiaçı “xxxxxxxxxxxxxx” QSCyə 235.437,00 manat məbləğində nəzərdə tutulmuş qaydada və şərtlərlə həmin məbləğdə mal-materialları ən geci 1 il ərzində QSC-yə geri təhvil verməyi və ya onun dəyərində olan nağd pul vəsaitini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə xx xxxxxxx 2015-ci il tarixli üzləşmə aktı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilmişdir. QSC-nin baş direktorunun xx xxxxxx 2016-cı il tarixli əmrinə əsasən İddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən çıxarılması barədə əmrin ləğv edilməsi, kompensasiyanın, maddi və mənəvi zərərin ödənilməsi bar ədə məhkəmədə iddia qaldırmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. 2016-cı ilin oktyabr ayında İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxxx 2015-ci il tarixli üzləşmə aktını və borcun etirafı barədə müqaviləni bağlamağa cavabdeh tərəfindən məcbur edilməsini, əslində isə QSC-dən hər hansı bir material almamasını və cavabdehə borcunun olmamasını, ödəniş cədvəlindəki imzanın isə ümumiyyətlə ona məxsus olmamasını və s. əsas göstərməklə xx xxxxxxx 2015-ci il tarixli üzləşmə aktının, həmin tarixli borcun etirafı haqqında müqavilənin və cədvəl formasında tərtib edilmiş üzləşmə aktının etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məh kəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin ziddiyyətli sübutlar əsasında, şahid və ekspert ifadələrinin təhrif olunmaqla çıxarılmasını, məhkəmənin sübut kimi istinad etdiyi qaimə-fakturaların əsllərinin məhkəməyə təqdim olunmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi m əsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı QSC-yə “məişət əşyaları və satışı” şöbəsinin satış meneceri vəzifəsinə qəbul olunmuş, üzərinə tam maddi məsuliyyət götürməklə bilavasitə həmin şöbənin mallarının satışını həyata keçirmişdir. İddiaçı tərəfindən QSC-nin anbarlarından götürülmüş malların dəyəri QSC-yə ödənilmədiyindən onun fəaliyyəti auditor tərəfindən yoxlanılmış və xx xxxxxx 2015-ci il tarixli müstəqil auditor rəyi ilə 2015-ci ilin sonuna 213.889 manat məbləğində malların dəyərinin QSC-yə qaytarılmaması müəyyən olunmuşdur. İşdən görünür ki, iddiaçı xx xxxxxxx 2015-ci il tarixli üzləşmə aktını, həmin tarixli borcun etirafı haqqında müqaviləni, eləcə də, cədvəl formasında tərtib edilmiş üzləşmə aktını imzalamaqla QSC-yə məxsus malların dəyərini qaytarmamasını etiraf etmişdir. xx xxxxxxx 2015-ci il tarixli üzləşmə aktını və borcun etirafı haqqında müqavilələri işdən çıxarılmaq hədəsi altında imzalamasını iddia etsə də iddiaçı məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmiş və tələbinin həmin hissədə əsaslı olmasını sübuta yetirə bilməmişdir. Cədvəl formasında tərtib edilmiş üzləşmə aktındakı imzanın ona məxsus olmamasını iddia ed ən İddiaçı iddia ərizəsində göstərdikləri isə ekspert rəyi ilə təkzib olunduğundan iddiaçının bu barədə olan dəlili də əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcbu retmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Mübahisə predmeti olan akt və müqavilənin cavabdehin hədəsi altında tərtib edilməsi təsdiq olunmadığından onların etibarsız sayılması üçün əsaslar olmamışdır. İddiaçının QSC-nin anbarlarından götürdüyü malların dəyərini ödəməməsi iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də təsdiq olunduğundan, iddiaçının QSC-yə hər hansı borcunun olmaması və etibarsızlığı tələb olunan akt və müqavilənin hədə altında tərtib olunması barədə kassasiya şikayətinin dəliləri əsaslı sayıla bilməz. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nətic ə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4855/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4855/2020
15.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver