Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4856/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin vəkili Rnun və Cavabdeh vəkili Pnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli, 2(103)3084/2019 nömrəli qətnaməsindən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassa siya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim R.Quliyev) 18.12.2015-ci il tarixli, 2(005)-6757/2015 nömrəli qiyabi qətnaməsi ilə İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1na və AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onunla əlaqədar verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən 1 otaqlı 49 saylı mənzilin bağışlanmasına dair Maraqlı şəxs1 İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.05.2008-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsinə əsasən AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 28.06.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim R.Quliyev) 10.09.2018-ci il tarixli, 2(005)-6757/2018 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.12.2015-ci il tarixli, 2(005)-6757/2018 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi, iddia tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim R.Quliyev) 15.11.2018-ci il tarixli, 2(005)-4831/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı, Maraqlı şəxs1, AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi, X14, X12, X13 iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilm əklə “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onunla əlaqədar verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən 1 otaqlı 49 saylı mənzilin bağışlanmasına dair Maraqlı şəxs1 İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10.05.2008ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlama müqaviləsinə əsasən AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 28.06.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim R.Quliyev) 27.11.2018-ci il tarixli, 2(005)-4831/2018 nömrəli qərardadı ilə Bakı şəhə ri Nərimanov rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli, 2(005)-4831/2018 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin tarixinin “15 noyabr 2018-ci il” kimi qeyd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) 06.03.2019-cuiltarixli, 2(103)-3084/2019 nömrəli qətnaməsi ilə 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsi və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli, 2(005)-4831/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 06.03.2019-cuil tarixli qətnaməsindən kassasiya şikayətləri vermişlər. İşin halları: İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1na və AR ƏMDK yanında DƏDRXnin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onunla əlaqədar verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 06.11.2015ci il tarixdə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 bağlanmış, onun mülkiyyətində olan Bakı şəhəri, X.Abbasov küçəsi, 13 saylı evin sahəsi 16.2 kv.m olan 1 otaqlı 49-cu mənzilinin Cavabdeh ilə bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bununla əlaqədar AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən həmin mənzilə verilmiş 28.06.2008-ci il tarixdə dövlət reyestr xidmətindən verilmiş çıxarışın ləğv edilməsi barə də qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili R kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya kollegiyasının mübahisəli qətnaməsi qəbul olunarkən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmiş, şikayətdə qeyd olunan hallar qanunamüvafiq qaydada araşdırılmamışdır. E saylı mənzili X7 dına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Müvafiq mənzilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər əsasında çıxarış verilmişdir. Mü vafiq mənzil 10.05.2008-ci il tarixli, 4-Ə-3/406 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh bağışlanmış və sözügedən mənzil sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18.12.2015-ci il tarixli, 2(005)-6757/2015 nömrəli qiyabi qətnaməsi icra edildikdən sonra iddiaçının 18.03.2016-cı il tarixdə verdiyi etibarnamə əsasında adından çıxış edən X8 müvafiq mənzili 13.05.2016-cı il tarixli, ******* saylı alqı-satqı müqaviləsi əsasında X2 və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra R.Kəmalə müvafiq mənzili 04.10.2016-cı il tarixli, ******* saylı alqı-satqı müqaviləsi əsasında X3 və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra isə 25.12.2017-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsi əsasında Q.Əliyeva mənzili X6, bununla bağlı onun adına çıxarış verilmişdir və mənzil hazırda onun mülkiyyətindədir. Göründüyü kimi İdarə tərəfindən müvafiq mənzillə bağlı daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq düzgün aparılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş göstərilən qiyabi qətnamənin İdarə tərəfindən icra edilməsi birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, məhkəməyə təqdim edilmiş sənədləri düzgün araşdırmamış, mənzilin hazırki mülkiyyətçisinin mülkiyyət hüququnun ləğv edilibedilməməsinə, həmçinin mənzilə dair bağlanmış digər alqı-satqı müqavilələrinin ləğv edilib-edilməməsinə hər hansı müna sibət bildirməmiş və eyni iddia predmeti və eyni tərəflər arasında məhkəmə tərəfindən baxılaraq yekun hüquqi qiymət verilmiş məsələ barəsində təkrar qətnamə qəbul etmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tələblərini kobud şəkildə pozmuş və qanunsuz olaraq iddia tələbini təmin etmişdir. Beləliklə məhkəmələr tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, müvafiq mənzilin hazırki mülkiyyətçisi X14 məhkəmə tərəfindən müvafiq iş üzrə tərəf qismində cəlb edilməmiş, sözügedən məhkəmə qətnaməsi qanunamüvafiq qaydada və düzgün əsaslandırılmamışdır. Məhkəmə tərəfindən düzgün hüquq normalarına istinad edilməmiş, istinad edilmiş hüquq normaları düzgün təfsir edilməmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cuiltarixli, 2(10 3)3084/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və vəkili P kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçının əsaslandığı sübutlar əsassızdır. Birinci vacib məqam ondan ibarətdir ki, hər hansı əqdin etibarsızlığına dair iddia tələblərinin irəli sürülməsi üçün qanunvericiliklə prosessual müddət nəzərdə tutulmuşdur. İdia müddətinin tətbiq edilməsi barədə ərizə verilsə də, məhkəmə bu halı araşdırmamışdır. Məhkəmələrin prosessual müddətin ötürülməsini üzrlü hesab etməsi qanunla müəyyən edilmiş əsaslardan deyildir. Hakimlər uydurma və əsassız mülahizələrinə əsaslanaraq hesab etmişdir ki, iddia müddətinin ötürülməsi üzrlü hesab edilməlidir. Hesab edirlər ki, ilk növbədə iddia müddətinin tətbiqi məsələsinə yenidən baxılmalıdır. Digər tərəfdən iddiaçı ilə cavabdeh arasında iddiaçının saxlanması barədə hər hansı öhdəlik müqaviləsi, şifahi vəd və s. kimi məsələlər olmamışdır. Cavabdeh ailə həyatı qurandan sonra ABŞ-a köçmüş, bununla belə qohumluq münasibətini kəsməyərək daim nənəsi ilə “Skype” vasitəsi ilə əlaqədə olmuş, iddiaçı isə cavabdeh xaricdə olduğu müddətdə bağışladığı mənzili kirayə vermiş və kirayə haqlarını öz tələbatlarına sərf etmişdir. Belə olan halda hər hansı unudulmadan söhbət getməməlidir. Görünür məhkəmələr bağışlama müqaviləsinin müddəalarını ömürlük renta müqaviləsinin müddəaları ilə səhv salmışlar. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin şərtlərində hər hansı bir öhdəlik olmamışdır. Digər tərəfdən birinci instansiya məhkəməsinin hakiminin əs aslandığı qanun normaları bağlanmış müqavilənin etibarsız hesab edilməsinə əsas ola bilməz. İddiaçı ilə cavabdeh arasında ailə hüquq münasibətinin pozulmasından söhbət gedə bilməz. Çünki cavabdeh xaricdə yaşasa da, daim iddiaçı ilə əlaqədə olmuşdur. Digər vacib məqam isə qiyabi qətnaməyə etiraz verildikdən sonra məhkəmə baxışı zamanı tərəflərindən iddiaçıya verilən suallar və iddiaçının cavabları qətnamədə öz əksini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı bağışlama müqaviləsini ləğv etməsinin səbəbləri iddiaçıdan soruşulduqda, iddiaçı oğlunun əməliyyatı üçün təcili pul lazım olduğunu, bu səbəbdən bağışladığı mənzili satmaq niyyətinə gəldiyini bildirmişdir. Buradan aydın olur ki, iddiaçının niyyəti əsassız varlanmaq olmuşdur. Burada heç bir nəvazişdən və qayğıdan söhbət getmir. Göründüy ü kimi, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019cu il tarixli, 2(103)-3084/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh, 3-cü şəxslər X14, X13, X12, 9 saylı Notariat Kontorunun səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün h esab edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili R kassasiya şikayətini müdafiə edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili P kassasiya şikayətini müdafiə edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin halları ndan görünür ki,ünvan 3 ünvanda yerləşən 49 saylı mənzil İddiaçı xüsusi mülkiyyətində olmuş, bu barədə müvafiq reyestr kitabında qeydiyyat aparılmışdır. 10.05.2008-ci il tarixdə Maraqlı şəxs1 bağlanmış bağışlama müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan həmin mənzili nəvəsi Cavabdeh bağışlamış və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 18 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən sözügedən mənzildə İddiaçı özü, onun oğlu, nəvəsi Cavabdeh və 2 azyaşlı uşağı qeydiyyatdadır. Sonradan həmin mənzil yenidən İddiaçı adına qeydə alınaraq onun tərəfindən alqı-satqı müqaviləsinə əsasən 50000 manata X4, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, bundan sonra X13 tərəfindən mənzil alqısatqı müqaviləsinə əsasən 30000 manata X5, on un da adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və nəhayət, X12 tərəfindən həmin mənzil alqı-satqı müqaviləsinə əsasən 40000 manata X1 ki, sonuncunun da adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət huququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Kontitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərsncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən əqd mülki hüquq münasibətinin ə mələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. O, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur (324.1, 324.4, 670.1, 670.3, 673.1.2, 673.1.3, 673.4). İşin faktiki hallarına görə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, X.Abbasov küçəsi 13 saylı evin 49 saylı mənzilini nəvəsi Cavabdeh bağışlayan zaman nəvəsi ilə o, ölənə kimi sonuncu tərəfindən nənəsinə baxılacağına dair razılıq əldə etmişlər. Müqavilə bağlanan ilk illərdə cavabdeh nənəsinə münasibətdə ailə üzvü kimi öz üzərinə düşən mənəvi borcunu yerinə yetirsə də, sonradan iddiaç ını unutmuş, iddiaçının 1922-ci il təvəllüdlü olmaqla, nəvaziş, qayğı, maddi köməyə ehtiyacı olmasının fərqinə varmamış, Azərbaycan Respublikasını tərk edib yaşamaq üçün ABŞ-a köçməsindən sonra isə ümumiyyətlə iddiaçı ilə əlaqəni kəsmiş, Bakıya gəldiyi zamanlarda iddiaçıya baş çəkməmiş, iddiaçıya münasibətdə etinasız davranmış, bir sözlə iddiaçı ilə aralarında bağlanan bağışlanma müqaviləsinin şərtlərini pozmuşdur. Bununla yanaşı, apellyasiya kollegiyası hesab etmişduir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin səbəbini (səbəbləri) üzrlü hesab etməkdə də haqlı olmuşdur. Belə ki, İddiaçı 1922-ci il təvəllüdlü olmaqla bağışlama müqaviləsi bağlayarkən nəvəsinin vədlərini yerinə yetirəcəyini zənn etmiş, cavabdehi öz övladı kimi baxıb-böyütdüyündən, sonu ncunun onun qarşısında olan mənəvi vəzifələrini o, ölənədək icra edəcəyinə uzun müddət ümid etmiş, cavabdeh tərəfindən tənha şəxs kimi unudulucağına uzun müddət ərzində inanmamış, son ümidləri tükənəndən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qiyabi qətnamə qanuni qüvvəsini aldıqdan sonra mübahisəli mənzil iddiaçının adına reyestrdə yenidən qeydə alınmış və ona bu barədə verilmiş çıxarış əsasında iddiaçı həmin mənzili alqı-satqı müqaviləsi ilə satmış, bundan sonra mənzil iki dəfə başqa-başqa şəxslərin adına özgəninkiləşdirilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzili alqı-satqı müqavilələri əsasında əldə edən şəxslər mülki qanunvericiliyi n tələblərinə görə vicdanlı alıcı olub, onların hüquqları qanunla qorunduğundan bu hal da Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və nəticədə iddiaçının iddiasının rədd edilməsini istisna edir. Apellyasiya kollegiyası Cavabdeh apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, həmin apellyasiya şikayətində göstərilən dəlillər bu qətnamənin əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və təmin olunmamalıdır. O ki qaldı DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayətinin dəlillərinə, məhkəmə kollegiyası bu barədə qeyd etmişdir ki, qiyabi qətnamənin sonradan cavabdehin ərizəsi əsasında ləğv edilməsi proseduru mülki prosessual qanunvericiliyin «qiyabi icraat» fəslində öz əksini tapmışdır. Odur ki, məhkəmə qəbul etdiyi qiyabi qətnaməni ləğv edərkən mülki pro sessual qanunvericiliyin hər hansı müddəası pozulmamışdır. Kassasiya kollegiyası kassasiya şikayətlərinin hər ikisinə ilkin münasibətdə qeyd edir ki, hər iki kassasiya şikayətlərinin dəlilləri onlar tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmiş, işə mahiyyəti üzrə baxmağa səlahiyyətli olan apelyasiya instansiyası məhkəməsi hər iki tərəfin apelyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparıb yekun qərar qəbul edərkən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya kollegiyası ilk olaraq 3-cü şəxsin kassasiya şikayətinin dəlili olan kassasiya şikayətinin dəlili olan “birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş göstərilən qiyabi qətnamənin İdarə tərəfindən icra edilməsi birinci instansiya məhkəməsi tərəfind ən nəzərə alınmamış, məhkəməyə təqdim edilmiş sənədləri düzgün araşdırmamış, mənzilin hazırki mülkiyyətçisinin mülkiyyət hüququnun ləğv edilib-edilməməsinə, həmçinin mənzilə dair bağlanmış digər alqı-satqı müqavilələrinin ləğv edilib-edilməməsinə hər hansı münasibət bildirməmiş və eyni iddia predmeti və eyni tərəflər arasında məhkəmə tərəfindən baxılaraq yekun hüquqi qiymət verilmiş məsələ barəsində təkrar qətnamə qəbul etmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tələblərini kobud şəkildə pozmuş və qanunsuz olaraq iddia tələbini təmin etmişdir” dəlili ilə bağlı qeyd edir ki, apelyasiya kollegiyası qiyabi qətnamənin sonradan cavabdehin ərizəsi əsasında ləğv edilməsi prosedurunu mülki prosessual qanunvericiliyin «qiyabi icraat» fəslinin tələblərinə uyğun həyata keçirmişdir. Burada eyni tərəflər arasında eyni predmet barəsində yenidən məhkəmə mübahisəsinin baş verməsindən və Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tələblərinin pozulmasından söhbət gedə bilməz. Odur ki, 3-cü şəxsin kassasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Kassasiya kollegiyası cavabdehin kassasiya şikayətinin dəlili olan “qiyabi qətnaməyə etiraz verildikdən sonra məhkəmə baxışı zamanı tərəflərindən iddiaçıya verilən suallar və iddiaçının cavabları qətnamədə öz əksini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı bağışlama müqaviləsini ləğv etməsinin səbəbləri iddiaçıdan soruşulduqda, iddiaçı oğlunun əməliyyatı üçün təcili pul lazım olduğunu, bu səbəbdən bağışladığı m ənzili satmaq niyyətinə gəldiyini bildirmişdir. Buradan aydın olur ki, iddiaçının niyyəti əsassız varlanmaq olmuşdur. Burada heç bir nəvazişdən və qayğıdan söhbət getmir” dəlili ilə bağlı qeyd edir ki, iş materialları ilə kassasiya şikayətində qeyd edilmiş göstərilən halın mövcud olması öz təsdiqini tapmamış, cavabdeh isə bu barədə hər hansı sübutu şikayətinə əlavə etməmişdir. Ona görə də bu dəlil əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin digər dəlillərinə gəldikdə isə, kassasiya kollegiyası qeyd edir, kassasiya şikayətinin digər dəilləri apelyasiya şikayətinin dəlilləri ilə eynmilik təşkil etmiş və apelyasiya kollegiyası tərəfindən həmin dəlillərə ətraflı və düzgün qiymət verilmişdir. Odur ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsini dəyişiklik etmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, lazımi qaydada əsaslandırmaqla iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməs inin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli, 2(103)-3084/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4856/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4856/2019
04.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver