Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4856/2021 25.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(103)2922/2021 saylı qətnaməsindən cavabdeh Nəzirova Sinayəddin Əlifağa oğlunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “bağışlama müqa vilənin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsinə qismən dəyişiklik edilib, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılıb. 06 iyul 2021-ci il tarixdə Cavabdeh1 kasasiya şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə daxil olub və Ali Məhkəmənin hakiminin 30 iyul 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilərək, işə kasasiya qaydasında baxılması 21 sentyabr 2021-ci il tarixə, saat 10:40-a təyin edilib. 24 avqust 2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi məktubla Ali Məhkəməyə müraciət edərək, İddiaçı da qətnamədən kasasiya şikayəti verd iyini göstərib, kasasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apelyasiya Məhkəməsinə geri qaytarlmasını xahiş edib. Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 30 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, 24 avqust 2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi məktubla Ali Məhkəməyə müraciət edərək, İddiaçı da qətnamədən kasasiya şikayəti verdiyini göstərib, kasasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş edib. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsində göstərilir ki, kasasiya məhkəməsi işə baxarkən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 kasasiya şikayətinin icraa ta qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 30 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarmalı və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı Cavabdeh1 və digərlərinə qarşı “bağışlama müqavilənin etibarsız hesab edilməsi” iddiasına dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 30 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş kasasiya baxışından çıxarılaraq sonrak ı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4856/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4856/2021
25.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver