Məhkəmə qərarları › İş №2(102)-4856/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4856/2023

01.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4856/2023 01.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının Ali Məhkəməsi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARDAD Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyanın hakimi X2 (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyanın hakimi Hüseynov İlqar Kamil oğlundan ibarət hakimlərin qarışıq tərkibi Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1325/2023 nömrəli iş üzrə 06 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 kassasiyasının mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə şəhəri H.Əliyev prospekti 60 ünvanda inşa edilmiş qeyri-yaşayış sahələrinin cavabdehlərin hesabına sökülməsinə, torpaq sahəsinin iddiaçıya təhvil verilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bərdə Rayon Məhkəməsinin 2(021)-133/2023 nömrəli iş üzrə 30 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayət vermişdir.

4. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1325/2023 nömrəli iş üzrə 06 iyul 2023-cü il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş məhkəmə aid iyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir.

5. X4 Məhkəməsinin icraatında olan vaxt Cavabdeh2 vəkili Vəkil 25 avqust 2023-cü il tarixdə həmin məhkəməyə ərizə təqdim edərək, mülki işin dayandırılmasını xahiş etmişdir. Ərizədə göstərilmişdir ki, cavabdeh Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2023-cü il tarixli qərardadını əldə etməmişdir, bunun müqabilində məhkəmə müdafiəsi hüququndan tam yararlana bilməmişdir. Hazırda həmin qərardadın əldə edilməsi üçün yazılı müraciətləri vardır.

6. Gəncə Apellyasiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli məktubu ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1325/2023 nömrəli iş üzrə 06 iyul 2023-cü il tarixli qərardadı Cavabdeh2 göndərilmişdir.

7. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1177 /2023 nömrəli iş üzrə 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2-2(102)-636/2023 nömrəli iş üzrə 25 oktyabr 2023-cü il tarixli qərarı ilə X4 Məhkəməsinə qaytarılmışdır.

9. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, “... iş materiallarından göründüyü kimi iş ümumi məhkəmədən kommersiya məhkəməsinə və yaxud tərsinə göndərilməklə aidiyyətlə bağlı fikir ayrılığı məsələsi yaranmamış, bunun əksinə Bərdə rayon Məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2023-cü il 6 iyul tarixli, 2(104) -1325/2023 saylı qərardadı ilə isə həmin qətnamə ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsinin həmin qərardadından isə kassasiya şikayəti verilməmişdir.”

10. Cavabdeh2 ilə Vəkil arasında 26 oktyabr 2023-cü il tarixdə müqavilə bağlanmış, eyni tarixdə də Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2023-cü il tarixli qərardadından kassasiya şikayəti verilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları v ə onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmu ş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndiril miş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrak ı gündən başlanır; Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 1 35.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Maddə 404-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir; Maddə 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir; Maddə

405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində; Maddə 407.1. Kassasiya şikayəti bu məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasi ya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa; Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır; Maddə 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

15. Məhkəmə aktlarından verilən kassasiya şikayətinin formasını müəyyən edən “Kassasiya şikayətinin forması” adlı “Əlavə 3” (3 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş v ə MPM-ə daxil edilmişdir.

16. Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarə: “Qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”

17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli Qərarı: “Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Hakimlərin qarışıq tərkibi şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir.

19. İlk olaraq, MPM-in “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavəsi ndə kassasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, kassasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaq la göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Kassasiya şikayəti verən şəxsin tələbi hissəsində isə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

20. Göründüyü kimi, kassasiya şikayəti verən şəxs şikayətini ilk öncə “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavə ilə tələb olunan cədvəl formasına uyğunlaşdırmalı, daha sonra həmin forma daxilində məzmun şərtlərinə əməl etməlidir.

21. Kassasiya şikayətlərinin müəyyən edilmiş forma tələblərinə əməl edilməklə verilməsinin məcburiliyi onunla bağlıdır ki, məhkəmə aktlarından verilən kassasiya şikayətinin formasını müəyyən edən 3 saylı Əlavə qanunla təsdiq edilmiş və MPM-ə daxil edilmişdir.

22. Bundan əlavə, kassasiya şikayətinin adıçəkilən Əlavədə nəzərdə tutulmuş formada verilməsi məhz MPM-in 407.1-ci maddəsinin tələbidir. Həmin normada MPM ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətinə dair tələblər göstərilmiş, Məcəllənin digər 408.1.1-ci maddəsi isə 407.1-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayətinin geri qaytarılmalı olduğunu müəyyən etmişdir.

23. Lakin cavabdehin kassasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Kassasiya şikayətinin forması” adlı 3 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərti b edilməmişdir. Belə ki, Əlavənin 4.3-cü bəndinin tələbinə zidd olaraq, şikayət olunan qərardadın alınma tarixi kassasiya şikayətində göstərilməmişdir.

24. Sözügedən tələbə əməl olunması ona görə vacibdir ki, yuxarı məhkəmədə aşağı instansiya məhkəməsinin aktının tərəfə hansı tarixdə təqdim olunması barədə dəqiq məlumat olsun, başqa sözlə, tərəfin məhkəmə aktını həqiqətən onun şikayətdə göstərdiyi tarixdə alıb-almamasını məhkəmə yoxlaya bilsin.

25. Bu müstəvidə, işdən məlum olur ki, Cavabdeh2 vəkili Vəkil hələ 25 avqust 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyul 2023-cü il tarixli qərardadını əldə etmək üçün yazılı müraciət etdiyini bildirmiş, bundan sonra isə Gəncə Apellyasiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli məktubu ilə qərardad Cavabdeh2 göndər ilmişdir.

26. İş materiallarından o da müəyyən edilir ki, vəkili Vəkilla müqavilə 26 oktyabr 2023-cü il tarixdə bağlanmış, hazırkı kassasiya şikayəti də məhz həmin tarixdə verilmişdir. Bu da o qənaəti formalaşdırır ki, cavabdeh 25 avqust 2023-cü il tarixli ərizədən, yaxud Gəncə Apellyasiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli məktubundan sonra qərardadı artıq əldə etmiş olsa da, vəkil ilə müqavilə bağlana qədər artıq müddəti ötürdüyü üçün qərardadın dəqiq alınma tarixini kassasiya şikayətində göstərməmişdir.

27. Beləliklə də, cavabdehin kassasiya şikayəti 3 saylı Əlavə ilə nəzərdə tutulan forma və məzmuna uyğun tərtib edilməmiş, 06 iyul 2023-cü il tarixli qərardaddan 26 oktyabr 2023-cü il tarixdə şikayət verilməklə MPM-lə nəzərdə tutulan 10 günlük prosessual müddət hər bir halda b uraxılmışdır.

28. Apellyasiya instansiya məhkəməsi də qeyd edilən hallara diqqət etməmiş, qanunun imperativ göstərişlərini nəzərə almayaraq kassasiya şikayətini qaytarmalı olduğu halda, baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir.

29. Hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya qeyri-mümkün sayılmalı və şikayət onu verən tərəfə qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 407 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1325/2023 nömrəli iş üzrə 06 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət cavabdeh ə qaytarılması üçün iş həmin apellyasiya instansiya məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar