Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4863/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4863/21 (Açar sözlər: girovun satılması barədə protokolun ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(103)3211/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 14 dekabr 2021-c i il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh "xxxx" BOKT MMC qarşı iddia qaldıraraq, sonuncu ilə onun arasında bağlanmış 27 yanvar 2016-cı il tarixli istehlak kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin, həmin müqavilə üzrə 27 yanvar 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş qizil-zinət əşyalarının satılması haqqında 24 iyul 2019-cu il tarixli protokolun ləğv edilməsi, kredit məbləğinin girov predmetinə yönəldilməsi, girov predmetindən əldə edilmiş vəsait hesabına kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsinin təmin edilməsi və girov predmetinin yerdə qalan hissəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul ed ilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, qanuni qüvvəyə minmiş Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ödəniş günü milli manata məzənnədə 27 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 17.823,79 ABŞ dolları, hesablanmış faiz borcuna görə 5.832,72 ABŞ dolları, cəriməyə görə 50 ABŞ dolları olmaqla, cəmi 23.706,51 ABŞ dollarının tutulub "xxxx" BOKT MMC ödənilməsi, tutmanın girov qoyulmuş İddiaçı məxsus olan 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. 21 yanvar 2019cu il tarixdə qətnamə üzrə icra vərəqəsi verilib və həmin icra vərəqəsi icra edilməsi üçün Şirvan şəhər İcra və Probasiya Şöbəsinə göndərilib. 31 yanvar 2019-cu il tarixdə icra məmuru tərəfindən icra icraatına başlanması haqqında qərar qəbul edilib və həmin tarixdə də icra məmuru tərəfindən borclu İddiaçı tələbin könüllü icrası barədə bildiriş göndərilib. 10 aprel 2019-cu il tarixdə girov predmetinin qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul edilib və "xxxx" MMC tərəfindən girov predmeti olan qızıl-zinət əşyaları 38.112 manat məbləğində qiymətləndirilib. Bundan sonra "xxxx" B OKT MMC Şirvan şəhər İcra və Probasiya Şöbəsinə məktub göndərilərək qızıl-zinət əşyalarını borcun əvəzinə qəbul etdiyini göstərərək icra üzrə icraata xitam verilməsini xahiş edib və icra vərəqəsinə xitam verilməsinin səbəbi kimi İddiaçı tərəfindən 24 iyul 2019-cu il tarixdə girov qoyulmuş çəkisi 284,9 qram olan 585 əyyarlı, çəkisi 417,8 qaram olan 750 əyyarlı qızılzinət əşyalarını satışa çıxarmaq olub. Belə ki, çəkisi 284,9 qram olan 583 əyyarlı, çəkisi 417,8 qram olan 750 əyyarlı qızıl-zinət əşyalarının bir qismi 18.057,6 manata Əşrəf Əşrəfova, digər qismi isə 20.054,4 manata Emin Məmmədova satılıb. 01 avqust 2019-cu il tarixdə Şirvan şəhər İcra və Probasiya Şöbəsinin qərarı ilə icra üzrə icraata xitam verilib. Göründüyü kimi hazırki iddia tələblərinin təmin edilməsi üçün əsaslar yoxdur v ə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Ona görə də iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barəd ə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Qədir Qədirov kassasiya şikayətində göstərilənlənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı vəkili Müşfiq Səmədov və cavabdeh "xxxx" BOKT MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırı lmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apel lyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və i şdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş Şirvan Şəhər Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ödəniş günü milli manata məzənnədə 27 yanvar 2016-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 17.823,79 ABŞ do lları, hesablanmış faiz borcuna görə 5.832,72 ABŞ dolları, cəriməyə görə 50 ABŞ dolları olmaqla, cəmi 23.706,51 ABŞ dollarının tutulub "xxxx" BOKT MMC ödənilməsi, tutmanın girov qoyulmuş İddiaçı məxsus olan 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. 21 yanvar 2019-cu il tarixdə qətnamə üzrə icra vərəqəsi verilib və həmin icra vərəqəsi icra edilməsi üçün Şirvan şəhər İcra və Probasiya Şöbəsinə göndərilib. 31 yanvar 2019-cu il tarixdə icra məmuru tərəfindən icra icraatına başlanması haqqında qərar qəbul edilib və həmin tarixdə də icra məmuru tərəfindən borclu İddiaçı tələbin könüllü icras ı barədə bildiriş göndərilib. 10 aprel 2019-cu il tarixdə girov predmetinin qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul edilib və "xxxx" MMC tərəfindən girov predmeti olan qızıl-zinət əşyaları 38.112 manat məbləğində qiymətləndirilib. Bundan sonra "xxxx" BOKT MMC Şirvan şəhər İcra və Probasiya Şöbəsinə məktub göndərilərək qızıl-zinət əşyalarını borcun əvəzinə qəbul etdiyini göstərərək icra üzrə icraata xitam verilməsini xahiş edib və icra vərəqəsinə xitam verilməsinin səbəbi kimi İddiaçı tərəfindən 24 iyul 2019-cu il tarixdə girov qoyulmuş çəkisi 284,9 qram olan 585 əyyarlı, çəkisi 417,8 qaram olan 750 əyyarlı qızıl-zinət əşyalarını satışa çıxarmaq olub. Belə ki, çəkisi 284,9 qram olan 583 əyyarlı, çəkisi 417,8 qram olan 750 əyyarlı qızıl-zinət əşyalarının bir qismi 18.057,6 manata Əşrəf Əşrəfova, digər qismi isə 20.054,4 manata Emin Məmmədova satılıb. 01 avqust 2019-cu il tarixdə Şirvan şəhər İcra və Probasiya Şöbəsinin qərarı ilə icra üzrə icraata xitam verilib. Daha sonra işdən görünür ki, 27 yanvar 2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı, 06 aprel 2016-cı il tarixdə 750 əyar üzrə hər biri 28,5 və 27,5 qram olmaqla cəmi 56,0 qram 2 komplekt qarnituru alıb. Hazırda, iddiaçının cavabdehə qarşı tələbləri- tərəflər arasında bağlanmış 27 yanvar 2016-cı il tarixli istehlak kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin, həmin müqavilə üzrə 27 yanvar 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş qizil-zinət əşyalarının satılması haqqında 24 iyul 2019-cu il tarixli protokoklun ləğv edilməsindən, kredit məb ləğinin girov predmetinə yönəldilməsindən, girov predmetindən əldə edilmiş vəsait hesabına kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsinin təmin edilməsindən və girov predmetinin yerdə qalan hissəsinin ona qaytarılmasından ibarətdir. Göründüyü kimi iddiaçının hazırda mübahisələndirdiyi fakta, yəni 27 yanvar 2016-cı il tarixli istehlak kredit müqaviləsi üzrə yaranmış kredit məbləğinin ləğvinə dair artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Digər tərəfdən, iddiaçı iddia ərizəsində- 27 yanva r 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş qizil-zinət əşyalarının satılması haqqında 24 iyul 2019-cu il tarixli protokoklun etibarsızlığını deyil, ləğv edilməsindən tələb edib, bunlar isə fərqli anlayışlardır. Belə ki, “hərracın nəticələri haqqında” Protokolun ləğv edilməsini protokol üzrə tərəflər tələb edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş qaydadan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması h ərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlillərin təkrar araşdırımasına lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mü lki Kollegiyasının 30 mart 2021-ci il tarixli, 2(103)-3211/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4863/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4863/2021
14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver