Məhkəmə qərarları › İş №2(102)-4864/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4864/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4864/2020 01.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4864/20 (Açar sözlər: ipotekada olan avtomobili etibarnamə əsasında alan şəxsin ipoteka qoyana hesablanmış kompensasiyanı almaq hüququ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), X2 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, İddiaçının vəkili Əliyev Vasif Əli oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-698/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şi kayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx xxxx 2014-cu il tarixli "xxxx" əsasən Bank VTB ASC-dən 14604 ABŞ dolları məbləğində kredit götürməklə avtomobli almışdır. İddiaçı bank ödənişlərinə 2015-ci ilin mart ayından başlamış, 2015-ci ilin fevral və dekabr aylarında Azərbaycan manatı devalvasiyaya uğramışdır. İddiaçı kreditin bir hissəsini ödəmiş və sonrakı dövrlərdə çətinliklər yarandığına görə avtomaşını etibarnamə ilə Cavabdeh satmışdır. Banka borclu qalmış vəsaitin qalıq hissəsi sonuncu tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən, X3 Palatası tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə İddiaçı 5112.69 manat kompensasiya hesablanmışdır. Ad ına etibarnamə verilməsindən istifadə edən Cavabdeh banka müraciət edərək həmin vəsaiti almışdır. Hazırda tərəflər həmin məbləğin kimə çatması ilə bağlı mübahisə edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Maliyyə X1 tərəfindən iddiaçıya hesablanmış 5112 manat kompensasiyanın, 72.42 manat maddi ziyan, 750 manat vəkilə ödənilmiş vəsait, 5000 manat mənəvi ziyanın, ümumilikdə 10934.42 manat borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır: xx xxxx 2014-cu il tarixli, 127941-CNS-6346 nömrəli "xxxx" əsasən Bank VTB ASC-nin müştəri xidmətləri idarəsi ndən 36 ay müddətinə 14604 ABŞ dolları məbləğində kredit götürmüş və bu müqavilə ilə nəzərdə tutulmuş pul öhdəlikləri "ipoteka" və "zaminlik" müqavilələri ilə təmin edilmişdir. Tərəflər arasında olan kredit münasibətləri dolların məzənnəsində baş vermiş əhəmiyyətli dəyişikliklə əlaqədar daha sonra yuxarıda qeyd olunan kredit müqaviləsinə xx xxxxxx 2016cı il tarixli 127941-CNS-6346/1 saylı əlavə razılaşma üzrə davam etdirilmişdir. Devalvasiya nəticəsində ABŞ dolların məzənnəsinin manata münasibətdə yüksəlməsi ilə əlaqədar kredit ödənişində yaranmış çətinliklərdən irəli gələn zərurətlə bağlı xx xxxx 2017-ci il tarixli, AC seriyalı, 245189 nömrəli "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə" əsasən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan "KİA Sportage" markalı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, iddiaçı avtomobili satmaq və kredit borcunu birdəfəlik bağlamaq qərarına gəlmişdir. Bu məqsədlə alıcı Cavabdeh ilə görüşərək, avtomaşının ümumi satış dəyərinin 6553 ABŞ dollarından ibarət hissəsini ondan alaraq, qalan 6253 ABŞ dollar məbləğini isə xx xxxxxx 2019-cu il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödəniləcəyi barədə razılığa gəlmişlər. Bu razılaşma ilə əlaqədar iddiaçı səlahiyyətli orqanlara notarial təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli ərizə təqdim etmiş, eyni zamanda həmin gün ona nəqliyyət vasitəsini idarə etmək hüququ verən, eləcə də, diqqətsizlik edərək təkçə avtomobilə deyil, iddiaçıya məxsus bütün əmlak və hüquqlara dair xx xxxxxx 2020-ci ilədək etibarlı olan baş etibarnamə vermişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-c u il tarixli Fərmanına əsasən, X3 Palatası tərəfindən qeyd edilən kredit müqaviləsi üzrə İddiaçı 5112.69 manat kompensasiya hesablanmışdır. Adına etibarnamə verilməsindən istifadə edən Cavabdeh banka müraciət edərək həmin vəsaiti almışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-1951/2019 saylı qətnaməsi ilə (hakim Ruslan Əlizadə) iddia qismən təmin edilmiş, Cavabdeh 5112 manat kompensasiya və 500 manat vəkil haqqı tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəllənin 21, 445.2.1, 445.7, 449.1, 778.1, 779.1, 782, 1096 və 1097.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Hüseynov (sərlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) xx xxx 2020-ci il tarixli, 2(107)-698/2020 nömrəli qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)1951/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq, iddia tələbini rədd edərkən Azərbaycan Respublikasının Mülki Məcəllənin 431.1, 431.2, 1091.1-1092.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək qətnamə nin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431 və 1092.1-ci maddələrinə istinad edərək iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə Cavabdeh etiraz göndərərək bildirmişdir ki, iddiaçının bank qarşısında öhdəliyi tam şəkildə məhz cavabdeh tərəfindən banka ödənildiyindən, kredit müqaviləsi iddiaçı ilə bank arasında olduğu üçün kompensasiya məbləğinin iddiaçıya hesablanmasına baxmayaraq həmin məbləğ ona çatmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Əliyev Vasif Əli oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-1092.2-ci maddələrinə görə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edən şəxs əsassız varlanan şəxs (varlanmış şəxs) sayılır. Əsassız varlanma yalnız o zaman ba ş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahid liyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Həmin Məhkəmə müba hisəyə Mülki Məcəllənin 431.2-ci və 431.3-cü maddələrini tətbiq etməklə, eləcə də, əsassız varlanmanı nizama salan maddi hüquq normalarını tətbiq etməklə qiymət vermişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə borclu (iddiaçı) əleyhinə olmadığından, kreditor (bank) üçüncü şəxsin (cavabdehin) təklif etdiyi icranı qəbul etmişdir. İddiaçının bank qarşısında öhdəliyi tam şəkildə (iddiaçı tərəfindən banka ödənilən hissəni iddiaçıya, qalıq hissəsini banka) məhz cаvаbdeh tərəfindən bаnkа ödənildiyindən, kredit müqаviləsi iddiaçı ilə bаnk аrаsındа оlduğu üçün ölkə Prezidentinin məlum Fərmаnı əsаsındа 5112 manat məbləğində kompensasiya məbləğinin iddaçıya hesаblаnmasına baxmayaraq həmin məbləğ cavabdehə çatmalıdır. Çünki, cavabdehin həm iddiaçıya verdiyi, həm də banka ö dədiyi pul xarici valyutada-ABŞ dolları ilə olmuşdur. Həmin məbləğin iddiaçıya verilməsi onun əsasız varlanması demək olardı. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, avtomobilə dair cavabdehin adına etibarnamə verilməsi alqı-satqı kimi dəyərləndirilə bilməz. Tərəflərin niyyəti məhz əmlakın alqı-satqısına yönəlmiş olsa da, ipoteka ilə yüklü edilmiş və dövlət qeydiyyatına alınmış həmin əmlaka münasibətidə hüquqi vəziyyət dəyişməmiş qalır-müqaliə tərəfi (kredit və ipoteka) iddiaçı olvei, hüquq və vəzifələr ona aid olmuşdur. Bundan başqa, cavabdeh etibarnamə ilə çıxış edərək məhz iddiaçıya hesablanmış vəsaiti götürmüşdür. Etibarnamə üçüncü şəxslər qarşısında təmsilçilik üçün verilmiş səlahiyyətdir. Etibarnamə ilə əldə edilmiş hüquqlar etibar edənə məxsusdur. Cavabdeh etibarnamə əsasında əldə etdiklərini iddiaçıya verməli idi. Eyni zamanda vəsaitin iddiaçıya verilməsi halında onun əsassız varlanması barədə məhkəmənin gəldiyi qənaət də əsaslı deyil. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1091.1-ci maddəsi o şəxsi əsassız varlanan şəxs sayır ki, o, hüquqi əsas (müqavilə əsası və ya qanuni əsas) olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş olsun. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, cavabdeh iddiaçının adından verilmiş etibarnamə ilə onun adından çıxış edərək ona hesablanmış vəsaiti götürmüşdür. Tapşırığın mahiyyətinə uyğun olaraq əldə olunan etibar edənə verilməlidir. Kompensasiyanın iddiaçıya verilməsinin onu əsassız olaraq varlandıra biləcəyi fikri düzgün deyil. Əldə olunanın iddiaçıya verilməsinin əsassız varlanma hesab edilməməsi üçün iki vacib şərt mövcuddur: 1) iddiaçı tələb olunan pulu cavabdehin əmlakı hesabına deyil, dövlət hesabına əldə etmişdir; 2) kompensasiya iddiaçıya qanuna əsasən (Fərmana uyğun olaraq) müqavilə tərəfi olaraq hesablanmışdır. Əsassız varlanmadan irəli gələn maddi hüquq normalarını cavabdehin xeyrinə tətbiq etmək üçün əsaslar ümumiyyətlə yoxdur. Çünki cavabdehin həmin vəsaiti alması üçün nə qanuni əsas və nə də müqavilə əsası mövcud olmamış, iddiaçı cavabdehi bu məqsədlə səlahiyyətləndirməmişdir. Qeyd olunan dəyərləndirməni nəzərə alaraq kollegiya hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən iş üzrə qətnamə ləğv edilməli və yenidən baxılması üçün qaytarılmalıdır. İşə yenidən baxılarkən tələbin qanuni əsası ilə bağlı düzgün dəyərləndirmə a parılmalı və onun nəticəsindən asılı olaraq yekun qərar qbul edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-698/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar