Məhkəmə qərarları › İş №2(102)-4864/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4864/2021

07.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4864/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc sənədinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, Cavabdeh vəkili Əhmədov İftixar Hüseyn oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3145/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 01.02.2019-cu il tarixli borc qəbzinə əsasən İddiaçı X2 12.000 manat borclu olduğunu bildirmiş, bu məbləği ona qısa zaman müddətində qaytarmağı söz vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli, 2(004)- 3095/2019 saylı qətnaməsinə əsasən İddiaçı 12.000 manat məbləğində borc pul və ödənilmiş 30 manat dövlət rüsumunun X1 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04.03.2020-ci il tarixli qərardadına əsasən keçirilmiş xəttşünaslıq ekspertizasının 04.05.2020-ci il tarixli, 4/198 saylı rəyinə əsasən İddiaçı adından olan 01 fevral 2019-cu il tarixli borc qəbzinin əlyazma mətni və imza - İddiaçı tərəfindən ic ra olunmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “borc sənədinin etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Cavabdeh 12.000 manat borcunun olmasına dair 01.02.2019-cu il tarixli borc sənədinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin ortalarında icra məmuru tərəfindən Yasamal rayon İcra və Probasiya şöbəsinə dəvət olunduqdan sonra ona məlum olmuşdur ki, Cavabdeh ona qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış və onun xeyirinə 12.000 manat məbləğində pulun tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə müraciət edərkən guya ona 12. 000 manat məbləğində borcunun olması barədə onun əlyazmasından ibarət kağıza istinad etmişdir (iddia ərizəsinə əlavə edilmişdir). Həmin mülki işə 2019-cu il tarixdə məhkəmədə baxılmış və iddia tələbinin tam təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilmişdir. Daha sonra onun ərizəsi əsasında qiyabi qətnamə ləğv edilmiş və işə həmin məhkəmədə yenidən baxılsa da, yenə də Cavabdeh iddiası təmin edilmişdir. Daha sonra bu qətnaməni apellyasiya qaydasında mübahisələndirmək məcburiyyətində qalmışdır və həmin iş hazırda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Bildirir ki, o, heç vaxt Cavabdeh borc və ya hər hansı məqsədlərlə pul almamışdır. Bankdan öz adına kredit götürə bilmədiyinə görə Cavabdeh adına kredit götürülməsini ondan xahiş etmiş və krediti göt ürdükdən sonra onun pulunu qaytaracağını bildirmişdi. O, əvvəl bu təklifi qəbul etmiş, lakin sonradan öz adına bankdan kredit götürməyinin mümkün olmadığını bildirmişdir. Beləliklə, Cavabdeh ilə olan şifahi sövdələşməsi baş tutmadığından, yəni özü üçün öz adına bankdan pul götürə bilmədiyindən cavabdeh qarşısında hər hansı borc öhdəliyi yaranmamışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2612/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 01.02.2019-cu il tarixdə İddiaçı qəbzə imza edən zaman iddiaçının qeyd etdiyi əsaslar üzrə, yəni ona Cavabdeh tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilməməsi, pulun iddiaçının adına mədaxil edilməsi ilə bağlı heç bi r sənəd və sübut mövcud olmaması və s. halların olması, bununla da iddiaçıya yalan vəd verilməsi, bu səbəbdən də 01.02.2019-ci il tarixli borc sənədinin aldatma nəticəsində bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetmir.

6. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barəsində ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi borc sənədi zamanı ehtimal olunan hüquqlarının pozulmasından, yəni 01.02.2019-cu il tarixdən məlumatlı olmuş (iddiaçı tərəfin izahatlarından müəyyən edilir ki, ona həmin vaxt bankdan 12.000 manat götürülüb veriləcəkdi, lakin sonradan cavabdeh bundan imtina etmişdir. Göründüyü kimi, iddiaçı tərəfin öz verdiyi ifadələrə istinad edilməklə onu müəyyən etmək olur ki, pulun cavabdeh tərəfindən ona verilmədiyi an, iddiaçı aldad ıldığını dərk etmiş olur və hüquqlarının pozulmasını bilməli olduğu vaxt həmin tarixdir), o, əqdin etibarsız olması ilə bağlı tələblərini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354, 337, 339-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı qətnamədən şikayət verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3145/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.V.Tanrıverdiyev və Ş.Ə.Məhərrəmova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Mə hkəməsinin 2(005)-2612/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh İddiaçı apellyasiya şikayətində 01.02.2019-cu il tarixdə qəbzə imza edən zaman ona Cavabdeh tərəfindən həmin miqdarda pul vəsaitinin heç bir zaman verilmədiyini, pulun onun adına mədaxil edilməsi ilə bağlı heç bir sənəd və sübut mövcud olmadığını, bununla da ona yalan vəd verilməsini, bu səbəbdən də 01.02.2019-ci il tarixli borc sənədinin aldatma nəticəsində bağlanmasını göstərsə də, qeyd olunan hallarla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

11. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01.02.2019-cu il tarixli borc sənədi və bu sənədin imzalanmasına qədərki danışıqlar və münasibətlərdən bəlli olur ki, bu sənəd tərtib edilib imzalanarkən tərəflərin niyyəti və iradə ifadələri tamamilə fərqli olmuşdur. Belə ki, həmin sənədi tərtib edərkən iddiaçının niyyəti və iradə ifadəsi vəd olunan pulu əldə etməyə yönəlsə də, cavabdehin niyyəti və iradə ifadəsi pul vermək barədə yalandan vəd verməklə iddiaçını aldadaraq bu sənədi imzalatmağa köklənmişdir. Cavabdehin izahatları, həmçinin suallara verdiyi cavablar arasındakı ziddiyyətlər həqiqətən də 01.02.2019-cu il tarixli borc s ənədinin aldadılmaqla imzaladılmasını bir daha təsdiq edir. Həmçinin iddia müddətinin tətbiqi ilə bağlı məsələdə də məhkəmələr səhvə yol vermişdir. Belə ki, işin həqiqi hallarından görünür ki, cavabdeh tərəfindən bankdan kredit götürülərək iddiaçıya verilməsi barədə tərəflər arasında razılıq əldə edilməsinə, məhz bununla bağlı banka getmələrinə baxmayaraq, sonradan cavabdeh krediti götürməkdən imtina etmişdir. İddiaçı isə banka getməzdən əvvəl mübahisələndirilən borc sənədini imzalamasını unutmuş və bu səbəbdən cavabdehin Yasamal Rayon Məhkəməsində qaldırdığı borc tələbinə dair mülki iş üzrə məhkəmə araşdırması zamanı həmin sənədin onun tərəfindən imzalanmamasını bildirmiş və ona görə də məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İddiaçı ekspertizanın nəticəsi bəlli olduqdan sonra həmin sənədin onun tərəfindən imzalandığını bilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh vəkili Əhmədov İftixar Hüseyn oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mü lki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə

389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə

406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Maddə

407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nai l olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətin də işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

19. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin (maddə 418.3).

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apelly asiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. 23.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ konstitusiya hüquq və azadlıqlarının təminatlarından biridir. 24.Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 25.Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir.

26. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (MPM-in 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

27. Prosesdə iddianın predme ti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

28. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər.

29. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir;

30. İkincisi, id diaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 31.Üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. 32.Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddianın predmeti kimi iddiaçının özünün tərtib edib imzaladığı qəbz çıxış edir. İddiaçı həmin qəbzi borc münasibətlərinə d air müqavilə kimi qələmə verib onun aldatma yolu ilə tərtib edildiyini bildirməklə etibarsız sayılmasını tələb edir. 33.Məhkəmələr bu qəbzi məhz müqavilə kimi qəbul etmişdir. 34.Lakin müqavilə dedikdə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. 35.Qanunvericilik müqavilənin forması üçün də tələblər irəli sürərək Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilmədiyi hallarda, müqavilənin əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana biləcəyini müəyyən edir. 36.Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirmə yə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 37.Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Sadə yazılı müqavilə isə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. 38.Göründüyü kimi müqavilə mütləq şəkildə iki və daha çox şəxslər arasında imzalanmış sənəd şəklində olmalıdır. Lakin iddianın predmeti olmuş qəbz bu əlamətlərə malik deyildir. Həmin qəbz müqavilə deyil, tərəflər arasında mübahisə yaranacağı halda sübut kimi qəbul edilə bilər. Bu o deməkdir ki, iddiaçı aralarında baxılmış məhkəmə mübahisəsi zamanı qətnamənin çıxarılması üçün istinad etdiyi sübutun etibarsız sayılmasın tələb edir. 39.Halbuki, bu qəbzi iddiaçı İlahə Əhmədovanın ona qarşı pul tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatınd a olmuş 2(004)-3095/2019 saylı mülki işə baxılarkən mübahisələndirərək bu qəbzin onun tərəfindən yazılmadığını, orada olan imzanın onun tərəfindən icra edilmədiyini bildirmişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası ilə onun bu dəlilləri təkzib edilmiş, müəyyən edilmişdir ki, həmin qəbz və orada olan imza məhz İddiaçı tərəfindən icra edilmişdir. 40.Lakin indi iddiaçı həmin qəbzi başqa əsaslarla mübahisələndirir. 41.Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 24cü maddəsində hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqlarının olduğu elan olunmaqla yanaşı göstərilir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan s ui-istifadəyə yol verilmir. 42.Konstitusiyasnın 72-ci maddəsinin İİ hissəsində də göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından irəli gələn vəzifələr daşıyır. 43.Bu baxımdan iddiaçı iştirak etdiyi məhkəmə prosesində iddia tələbinin ağlabatan müddətdə, prosessual qənaətlilik çərçivəsində həllinə səy göstərməyə, ondan asılı olan etiraz və mülahizələri vaxtında məhkəməyə bildirməyə, ona verilmiş hüquqlardan suiistifadə etmədən ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə şərait yaratmağa borcludur. 44.Tərəfin bu cür hərəkət etmək vəzifəsi MPM-nin 47-ci maddəsində də təsbit edilərək göstərilir ki, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 45.Tərəflərdən bu cü r prosessual vicdanlılıq tələbi həm də işlərdə ağlabatan müddətlərdə baxılmasını təmin edir. Əks halda məhkəmə proseslərinin uzun müddət davam etməsinə səbəb ola bilər. Sübutların başqa icraat vasitəsi ilə mübahisələndirilməsi təcrübəsi isə, ümumiyyətlə məhkəmə qərarlarının sabitliyinin pozulmasına, mübahisələrin sonsuza qədər uzadılmasına, nəticədə məhkəmə müdafiəsinin səmərəsizliyinə gətirib çıxarar. 46.İşə baxmış məhkəmə kollegiyası bu halları nəzərə almamış, sözügedən sübutun həmin sübutun aid olduğu işdə mübahisələndirilməsi imkanlarının tükəndiyini müəyyən etməmişdir.

47. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş ha llarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3145/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar