Məhkəmə qərarları › İş №2(102)-4866/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4866/2019

12.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4866/2019 12.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-160/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yasamal Rаyоn Məhkəməsinin (A.Ş.Mirzəzadə) 2(004)-1000/2018 nömrəli, 14 mart 2018-ci il tarixli, qətnаməsi ilə İddiaçı Cavabdeh Mənzil Tikinti Koorporativinə qarşı “da şınmaz əmlakın təhvil verilməsi və s.” tələbinə dair iddiasının qismən təmin edilməsi, ünvan1-də yerləşən binanın birinci mərtəbəsində sahəsi 102 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi və həmin qeyriyaşayış sahəsinə dair hər hansı üçüncü şəxslərlə əqd bağlanmasının Cavabdeh MTK-ya qadağan olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli) 2(103)-160/2019 nömrəli, 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 14 mart 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ünvan1-də yerləşmiş binanın 1-ci mərtəbəs ində yerləşən 102 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin (market) İddiaçı adına rəsmiləşdirilməsi barədə 17.10.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh Mənzil Tikinti Korporativinə qarşı “daşınmaz əmlakın təhvil verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Yasamal rayonunda yerləşən, Cavabdeh MTK arasında cavabdeh tərəfindən inşa edilən çoxmərtəbəli binanın 1-ci mərtəbəsində, qeyri-yaşayış sahəsində dəyərini tam ödəməklə 102 kv.m qeyriyaşayış sahəsini almışdır. Bu barədə aralarında 17 oktyabr 2014-cü il tarixli müqavilə bağlanmış və dəyərini tam ödəməsi barədə elə həmin tarixli maliyyə arayışı verilmişdir. İlk dövrdə binada təmir tikinti işləri davam etdiyi üçün o da yekunu gözləmişdir. Heç bir mübahisə olmamışdır. Lakin hazırda MTK-nin rəhbərliyi ona aid olan qeyri-yaşayış sahəsinə köçməyinə və təmir işləri aparmağına mane olur. Faktiki olaraq əslində bütün hüquqları, İddiaçıya məxsus olan daşınmaz əmlaka sahiblik və digər hüquqları tam məhdudlaşdırmışdır. Göstərilənlərə əsasən, Cavabdeh MTK-ya məxsus Cavabdeh y/s ünvan1-də yerləşən qeyri-yaşayış sahəsinə hər hansı müdaxilənin qadağan olunmasını, həmin qeyri-yaşayış sahəsinin cavabdehə təhvil verilməsi vəzifəsinin qoyulmasını, Cavabdeh MTK-ya məxsus Cavabdeh y/s ünvan1-də yerləşən qeyri-yaşayış sahəsi barədə hər hansı 3-cü şəxslərlə əqd bağlanmasının qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməs i” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinin sədri X3 ilə Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 5 ünvanında 2 girişli, 16 yaşayış mərtəbəsi və 256 mənzildən ibarət binanın tikintisini aparan X5 ilə bağlanmış, 01 mart 2007-ci il tarixli və 25 dekabr 2008-ci il tarixli müqavilələrə görə 31 dekabr 2009-cu il tarixədək olan müddətdə sonuncu podratçı kimi layihə-smeta sənədlərinə uyğun olaraq binanın karkasının tikilməsi, hörgü və suvaq işlərinin görülməsi, plastik qapı-pəncərələrin, dam örtüyünün quraşdırılması, fasadın rənglənməsi və digər işləri - cəmi ******* ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə ******* manat dəyərində qiymətləndirilmiş iş həcmini öz material ları və işçi qüvvəsi hesabına icra edərək binanın tikintisini tam başa çatdırıb sifarişçiyə təhvil verməli olduğu halda, 2006-cı ilin oktyabr ayından 2010-cu ilin fevral ayınadək olan müddətdə öhdəsinə götürdüyü işlərin icra olunması üçün mənzil-tikinti kooperativinin rəhbərliyi tərəfindən müxtəlif şəxslərə satılmaqla pul vəsaitləri ona verilmiş, yaxud aldığı tikinti materiallarına və yerinə yetirdiyi işə görə barter qaydasında ödənilmiş 71 ədəd mənzilin qismən dəyərini təşkil edən ******* ABŞ dolları, yəni ******* manat vəsaiti əldə etməsinə baxmayaraq, həmin müddət ərzində yalnız ******* ABŞ dollarını, yəni ******* manatı binanın tikintisinə sərf edərək işləri yarımçıq qoyub, qalan pul vəsaitlərini tikintini materialla təchiz etmiş X6 ödənilməli olan 255600 ABŞ dolları, yəni 200646 manat ı X2 ödənilməli olan 54777 ABŞ dolları, yəni 43000 manatı, Cavabdeh MTK-ya məxsus olan ******* ABŞ dolları, yəni 791951 manatı isə şəxsi ehtiyaclarına xərcləyərək, ümumilikdə vahid niyyətlə ******* ABŞ dolları, yəni ******* manat vəsaiti özgənin ona etibar edilmiş külli miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. O, 16 oktyabr 2017-ci il tarixli qərarla iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış, daha sonra isə MTK-ya vurulmuş maddi zərərin ödənilməsi üçün, kooperativ iş üzrə mülki İddiaçı qismində tanınmışdır. X8 Cavabdeh MTK tərəfindən tikintiyə ayrılmış 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı 152.8 kv.m sahəsi olan 165 nömrəli mənzili 21.01.2009-cu il tarixli müqavilə əsasında X7 adlı şəxsə satmışdır. X7 tərəfindən ona ödənilmiş 81 400 manat pul və saiti, yəni mənzilin dəyəri isə Cavabdeh Mənzil-Tikinti Kooperativinə ödənilməmişdir. Bu fakt istər X8 barəsində aparılan cinayət işi, istərsə də mülki icraat qaydasında Cavabdeh MTK tərəfindən verilmiş iddia tələbi üzrə çıxarılmış məhkəmə aktında öz təsdiqini tapır. Bundan başqa həmin fakt X8 tərəfindən yazılmış və Cavabdeh MTK-nın sədri X9-a ünvanlanmış ərizə ilə də təsdiq edilir. Həmin ərizədə “X8 Cavabdeh MTK tərəfindən tikintiyə ayrılmış 2-ci giriş, 7-ci mərtəbə, 3 otaqlı 152.8 kv.m sahəsi olan 165 nömrəli mənzili MTK-ya qaytararaq, X7 tərəfindən ödənilmiş 81400 manat pul vəsaitinin tərəfindən geri qaytarılması öhdəliyini öz üzərinə götürmüşdür. Bundan başqa qeyd edilən hal X7 tərəfindən Cavabdeh MTK-nın sədri X9-a ünvanlanmış ərizə ilə də öz təsdiqini tapır. Belə ki, Vəkil Zərgərov ə rizəsində “X7-in adına sənədləşdirilmiş 3 otaqlı, 152.8 kv.m-dən ibarət, binanın 2-ci girişi, 7-ci mərtəbəsində yerləşən mənzilin əvəzində ona Cavabdeh MTK-nin ünvan1də, 1-ci blokunda yerləşən 102 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin verilməsini xahiş etmiş, həmin mənzilin isə sənədlərinin əslinin isə məhkəməyə təqdim olunduğundan hal-hazırda həmin sənədlərin əslini geri qaytara bilmədiyini, ona görə də həmin sənədlərin əslinin məhkəmədən alıb Cavabdeh MTK-ya təqdim ediləcəyini öhdəsinə götürmüş, hazırki vəziyyətdə isə 102 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı adına sənədləşdirilməsini xahiş etmişdir. Bu səbəbdən Cavabdeh MTK tərəfindən tikilməkdə olan Bakı şəhəri, M.Xiyabani küçəsində yerləşmiş binanın İ mərtəbəsində yerləşən 102 kv.m-də ibarət qeyriyaşayış sahəsinin (market) İddiaçı adına rəsmiləşdirilməsi barədə 17.10.2014-cü il tarixli müqavilə tərtib edilmişdir. Lakin müqavilə imzalanan zaman İddiaçı orada iştirak etməmiş, müqaviləyə imza etməmiş, həmin müqavilə üzrə isə Cavabdeh MTK-ya hər hansı bir möbləğdə pul ödəməmişdir. Ümumilikdə isə 17.10.2014-cü il tarixli müqavilə görünüş üçün bağlanmış bir əqddir. Bu səbəbdən həmin əqd məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Eyni zamanda sonuncu mənzilə görə X7 tərəfindən ödənilmiş pul vəsaiti isə X8 tərəfindən mənimsənilmişdir. İddiaçı 17.10.2014-cü il tarixli müqavilə üzrə Cavabdeh MTKya hər hansı bir pul vəsaiti ödəməmiş, ümumilikdə isə həmin müqavilənin bağlanmasında iştirak etməmiş, müqavilə isə tərəfindən imza edilməmişdir. Göstərilənlərə əsasən, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili ilk iddia təl əbinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, ünvan1-də yerləşmiş binanın 1-ci mərtəbəsində yerləşən 102 kv.m-də ibarət qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi barədə 17.10.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-160/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi q ətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)160/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlan ılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməl idir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instnbasiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, binanın mübahisələndirilən sahəsi 102 kv.m. deyil, 140 kv.m-dən ibarət olmaqla 14 aprel 2013-cü il tarixli müqavilə ilə 140.000 manata X1, sonuncu isə həmin sahəni 24 oktyabr 2016-cı il tarixdə Maraqlı şəxs satmışdır. Maraqlı şəxs kimi dəvət olunan hər iki şəxs mübahisələndirilən sahənin məhz onlara verilmiş 140. kv.m-lik sahə olduğunu təsdiq edirlər. Elə olduğu təqdirdə mübahisələndirilən sahəyə dair müqavilə ilk olaraq X4 ilə bağlanmışdır. İddiaçı ona ayrılmış 102 kv.m. sahənin hansı ərazidən ibarət olmasına dai r heç bir sübut təqdim edə bilməmişdir. Belə ki, ayrılan sahənin istinad nöqtələri, cizgisi, ərazinin yerləşə miqyasına dair heç bir sənəd mövcud deyil. Ona görə həmin sahənin məhz 140-lik sahənin daxilində olub-olmamasını və yaxud başqa ərazidə yerləşməsini müəyyən etmək üçün zəruri ekspertizanın keçirilməsi də mümkün deyil. Qeyd olunan sübutların məcmusu ilə bağlı apellyasiya isntansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış müqavilə əslində qeyri-yaşayış sahəsinin real olaraq alınması ilə bağlı olmamış, uydurma əqd olmuşdur. Çünki əslində tərəflər qeyri-yaşayış sahəsinin satılması barədə razılığa gəlməmiş, həmin sənədlər X7 adlı şəxsin borclu olduğu X12 adlı şəxsə əmlakının olması görüntüsü yaratmaq niyyəti ilə bağlanmışdır. Hansıki, belə əqdlər bağlanması Cavabdeh MTK-da adi hallar (həmin kooperativlə bağlı işlərin təcrübəsi göstərir) olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Göstərilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd olunan Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Sözügedən Məcəllənin 337.5. maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllə də onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırkı işdə 17.10.2014-cü il tarixli etibarsız əqd üzrə pulun alınması sübuta yetirilmədiyi üçün MMnin 337.5. maddənin hüquqi nəticələrinin tətbiqi istisnadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə lidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməl i olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət ed ilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-160/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-160/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar