Məhkəmə qərarları › İş №2(102)-4870/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4870/2019

04.07.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4870/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh X6 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-211/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin (hakim Fərrux Qasımov) 28 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X9 qarşı Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 38 saylı fərdi yaşayış evinə dair 30 noyabr 2016-cı il tarixdə Bakı şəhəri 18 saylı Notariat kontorunda bağlanmış beh müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 04 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncu ilə aralarında Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 38 saylı fərdi yaşayış evinə dair 30 noyabr 2016-c ı il tarixdə Bakı şəhəri 18 saylı Notariat kontorunda bağlanmış beh müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandılmışdır ki, Cavabdeh ilə Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 38 saylı fərdi yaşayış evinə dair onun, eləcə də qardaşı X1in xəbəri olmadan 30.11.2016-cı il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunda qanunsuz olaraq beh müqaviləsi bağlanmışdır. Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 38 saylı fərdi yaşayış evi atasının vəfatından sonra 1/3 hissəsinə pay (X2, İddiaçı, X1) hüquqları tanınmışdır. Hazırda həmin fərdi yaşayış evi üç hissədə paylı mülkiyyətdədir. X16 05 fevral 2017-ci il tarixdə özünü asaraq vəfat etmişdir. Hadisə yerini müayinə zamanı onun cibindən yazılı vərəq aşkar edilmiş və hə min vərəqdə ölümünə səbəb kimi Cavabdeh, X3un və X4in adı qeyd edilmişdir. Bu hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanmış və aparılmış ekspertizanın nəticəsi olaraq həmin vərəqdə əks olunan yazının X17ə aid olduğu müəyyənləşmişdir. 30.11.2016-cı il tarixli beh müqaviləsi aldatma nəticəsində bağlanmışdır. Müqavilədə fərdi yaşayış evinin ümumi satış qiyməti 20000 manat, ödənilən behin məbləği 15300 manat göstərilmiş və guya həmin 15300 manat beh onlara verilmişdir. Qeyd olunan fərdi yaşayış evinin qiyməti 20000 manat deyil, 90000 manat olmuş, cavabdeh tərəfindən onlara pul verilməmiş və aralarında heç bir razılıq əldə olunmamışdır. Onlar üç qardaş ata evləri olan Bakı şəhəri, Maştağa qəsəbəsi, Xanlar küçəsi, 38 saylı fərdi yaşayış evini satıb öz aralarında bölmək i stəmişlər. Onların adından sənədləşmə işlərini görmək üçün qardaşları X6ə etibarnamə vermişlər. X17 evi 90000 manata satdığını və yanvar ayının axırına kimi pulu verəcəklərini bildirmişdir. Cavabdeh X17i aldadaraq beh müqaviləsi bağlamışdır. Yanvar ayının axırı Cavabdeh qardaşına əsl üzünü göstərdikdən sonra qardaşı buna dözməyib onların yanında günahkar olduğunu hesab edərək 05 fevral 2017-ci il tarixdə özünü asaraq öldürmüşdür. Beh müqaviləsində onun və qardaşının X2in adından imza edən şəxs kimi X2 adı qeyd olunmuşdur. Lakin müqavilənin 1.1-ci bəndində 15300 manat pulun məhz şəxsən onlara verildiyi göstərilmişdir. Həmin behin hansı şəkildə onlara verilməsi və ya veriləcəyi müqavilədə göstərilməmişdir. Belə əməliyyatlar bank vasitəsi ilə həyata keçirilməlidir. Beh müqaviləsi qanuni əsasl arla bağlanmamış və müqavilədə qeyd olunan 15300 manat pul onlara verilməmişdir. Beh müqaviləsinin mövcudluğundan qardaşı vəfat edəndən 40 gün sonra məlumatı olmuşdur. X14 yas mərasimindən sonra Zabrat qəsəbəsində kirayədə yaşadığı evdən ona aid olan əşyaları götürdükdə həmin müqavilə yaşıl rəngli qovluqdan aşkar olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin və apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə si maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə işdə olan sübutları tam, hərtərəfli vəobyektiv araşdırmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh X13 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı, X10 və X4 paylı mülkiyyətindədir. Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış 30 noyabr 2016-cı il tarixli beh müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə görə 15300 manat məbləğində pulu X5, İddiaçı və X7 beh vermişdir. X10, İddiaçı və X1na satdıqları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sənədlərini 2 il ərzində toplayıb beh daxil olmaqla əmlakı 20000 manata satmağı, X13 isə qalan 4700 manatı 1 il müddətinə ödəməyi öz öhdəsinə götürmüşdür, müqavilə bağlanan zaman Faiq və İddiaçılərin əvəzinə etibarnamə əsasında X8 iştirak etmişdir. 05 noyabr və 15 noyabr 2016-cı il tarixli, müvafiq olaraq X2 və İddiaçı X3 verdikləri etibarnamələrin surətlərindən görünür ki, X2 X3 və İddiaçı bütün əmlakını idarə etmək, sərəncam vermək, bütün əqdləri bağlamaq, notariat kontorunda təmsil etmək, notariat kontorunda bütün əməliyyatları yerinə yetirmək, müqavilələr bağlamaq, pul almaq və s. hüquqları tanınmışdır. İddiaçı, X3 və X2 tərəfindən imzalanmış 13 dekabr 2016-cı il tarixli ərizədə göstərilmişdir ki, onlar həmin evi satmış, evə dair ödənilmiş pul X8 tərəfindən onlara tam olaraq ödənilmişdir. 16.08.2018-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində göstərilir ki, 13 dekabr 2018-ci il tarixli ərizə müvafiq olaraq İddiaçı, X10 və X12 tərəfindən imzalanmışdır. T ərəflər beh müqaviləsinin etibarlılığını mübahisələndirirlər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında notariat qaydada təsdiq edilmiş beh müqaviləsi var. Həmin müqavilə ilə tərəf İddiaçı, X10 və X12ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 20000 manata satmağı öhdəsinə götürmüş, digər tərəf Cavabdeh bunun müqabilində 15300 manat məbləğində beh vermiş, 4700 manat qalıq məbləğini isə bir il müddətində ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi həmin müqavilədə cavabdehin 15300 manat məbləğində pulu verməsi təsdiq olunmuşdur. İddiaçı müqavilənin etibarsız əqd olmasını israr edir. Müqaviləni İddiaçı və X4 əvəzindən etibarnamələr əsasında X8 imzalamışdır. Müvafiq etibarnamələr qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Həmçinin iş mater iallarında tərəflər arasındakı beh müqaviləsinin mövcudluğunu təsdiq edən 13 dekabr 2016-cı il tarixli ərizə də var. Ərizənin İddiaçı və X2 tərəfindən imzalanması birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xətşünaslıq ekspertizası ilə təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış notariat qaydada təsdiq olunmuş beh müqaviləsinin və yuxarıda qeyd olunmuş 13 dekabr 2016-cı il tarixli ərizənin mövcudluğu, həmin müqavilənin və ərizənin tərəfi olaraq iddiaçının onu imzalaması müqavilənin və ərizənin məzmunca həqiqi olması prezumpsiyasına dəlalət edir. Hazırkı işdə iddiaçı notariat qaydada təsdiq olunmuş beh müqaviləsinin eibarsız olması dəlilini irəli sürdüyü üçün bununla bağlı sübutlar təqdim etmək onun üzərinə düşür. Əgər tərəf yaz ılı sənədin etibarsızlığına istinad edirsə, elə tutarlı sübutlar gətirməlidir ki, yazılı sübutun həqiqi olmamasını birmənalı təsdiq etmiş olsun. Lakin iddiaçı bu vəzifənin öhdəsindən gələ bilməmişdir. Hazırkı iş üzrə yekun qərar qəbul edilərkən tərəflərin sübutetmə vəzifəsinin öhdəsindən gəlmələri və məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsas götürülür. Göründüyü kimi iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmamışdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi heç bir halı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələbləri nin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı k assasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-211/2019 nömrəli iş üzrə 04 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar