Məhkəmə qərarları › İş №2(102)-4878/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4878/2022

01.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4878/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2521/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, ödənilmiş 36600 manat vəsaitin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi, sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla İddiaçı arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması, maddi zərərin ödənilməsi üçün 5000 ABŞ dolları pul vəsaitinin, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin cavab deh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İşin hallarına görə, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 25000 ABŞ dolları borc pul verilmiş, həmin borcun qaytarılma tarixi xx.xx.2017-ci il müəyyən olunmuşdur.

4. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli daşınmazın əmlakın alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 36600 (otuz altı min altı yüz) manat qarşılığında Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanında yerləşən ümumi sahəsi 31.1 kv/m olan qeyri-yaşayış binası iddiaçıya satmışdır.

5. Nəsimi RPİ-nin 19-cu PŞ-in xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən Cavabdeh izahatında müqavilənin bağlanılmasından bir il sonra Zaura ola n borcunu ödəməsini və buna görə qeyri-yaşayış sahəsini qaynanası X1 adına keçirməsini bildirmişdir.

6. Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının və “Tələbin könüllü icrası haqqında” bildirişinə əsasən, Cavabdeh İddiaçı xeyrinə 25000 ABŞ dolları borc pul və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə icra sənədi üzrə icraata başlanılmış, tələbin 10 gün müddətində icrası edilməsi tələbkardan xahiş edilmişdir. 7. 29.07.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərara əsasən Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir.

8. İddiaçı bildirir ki, alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.1 kv/m olan qe yri-yaşayış binası onun mülkiyyətinə verilsə də, qeyriyaşayış binası daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınmışdır. Sözügedən qeyri-yaşayış binası ondan sonra başqa şəxsə hansısa qanunsuz yollarla satılmışdır. O, dəfələrlə cavabdehlə əlaqə saxlayaraq ya ödənilmiş vəsaiti geri qaytarmasını, ya da sözügedən qeyri-yaşayış binasını qeyd-şərtsiz onun ixtiyarına verməsini tələb etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Həmçinin, onunla cavabdeh arasında xx.xx.2016-cı il tarixində notarial qaydada kredit müqaviləsi də bağlanmışdır. Lakin cavabdeh bu müqavilədən də irəli gələn öhdəlikləri yerinə yetirmir. Nəticədə ona 36600 manat və 4 il ərzində aylıq minimum 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 108600 (yüz səkkiz min aİtı yüz) manat ziyan dəymişdir.

9. Ca vabdeh bildirir ki, qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilə formal olaraq bağlandırmışdır. Belə ki, o Zaur Əliyev adlı şəxs ilə razılaşaraq xx.xx.2016-cı ildə Zaurdan 25000 (iyirmi beş min) ABŞ dolları borc pul almışdır. Həmin pulun sənədləşdirilməsi üçün sonuncunun təkidi ilə onunla iddiaçı arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 25000 (iyimi beş min) ABŞ dolları pulun guya iddiaçı tərəfindən ona verildiyinə dair formal (uydurma) kredit müqaviləsi bağlanmışdır. Bu kredit müqaviləsinin etibarsız sayılması üçün Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış və hal-hazırda bununla bağlı mülki iş üzrə icraat davam edir. Bundan başqa, Zaur Əliyevin təkidi və tələbi ilə onun verdiyi 25000 ABŞ dolları borcun təminat altına alına bilməsi üçün yenə həmin tarixdə, yenə 14 Saylı Notariat Kontorunda ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satın aldığını bildirmişdir. İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-də verdiyi izahatında Zaurun onun həyat yoldaşı olduğunu (əslində həyat yoldaşı deyil), bundan başqa xx.xx.2016-cı il tarixində həm də 25000 ABŞ dolları verərək ondan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satın aldığını bildirmişdir. Belə çıxır ki, iddiaçı eyni gün ona həm 25000 ABŞ dollar borc pul verib, həm də 25000 ABŞ dollarına ondan mağazanı satın alıb. Bu fakt da tərəflər arasında olan xx.xx.2016-cı il tarixli borc müqaviləsi və alqı-satqı müqaviləsinin tamamilə formal (uydurma) olduğunu təsdiq edir. Bunlardan başqa, o, 25000 ABŞ dolları pulu Zaur Əliyevdən alıb və həmin pulu Zaur Əliyevə 2018-ci ildə ta m həcmdə geri qaytarıb. Bütün bunları şahidlər və onunla mərhum Zaur Əliyev arasındakı whatsapp mesajları da sübut edir. İddiaçı, Zaur Əliyevin vəfatından (2019-cu ilin yanvar ayında vəfat edib) sonra ona qarşı icra qeydini göndərib və borcu tələb etdiyi kimi, həm də formal alqısatqı müqaviləsinin icrasını tələb edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-637/2021 nömrəli, 8 dekabr 2021ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) ilk və qarşılıqlı iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə ilk iddia ilə bağlı qeyd etmişdir ki, məhkəmədə mübahisələndirilən borc məbləği və həmin borcla bağlı kredit müqaviləsi üzrə icra qeydi olan icra sənədi verilmiş, bu icra sənədi üzrə borcun ödənilməsi ilə bağ lı tədbirlər görülmüş və nəticədə icra icraatına xitam verilmişdir. Belə olan halda, iddiaçı tərəfindən icra sənədi üzrə cavabdehdən yenidən həmin borcun tələb edilməsinə dair iddia qaldırılmışdır ki, bu hal da həmin tələbin mülki icraat qaydasında baxılmasını və eyni məsələ ilə bağlı qərar qəbul edilməsini mümkünsüz edir.

12. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, kredit müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlandığı halda, cavabdeh məhkəməyə xx.xx.2021-ci il tarixində müraciət edərək, əqdin etibarsızlığı nəticələri ilə bağlı bir illik müddəti ötürmüşdür. Qarşılıqlı iddia tələbinin qalan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin tələblər borc müqaviləsinin etibarsız sayılması tələbindən törəmə olduğundan qarşılıqlı iddianın əsas hissəsi təmin olunmadığı üçün bu hissə si də təmin olunmamalıdır.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 354.1, 377.1, “İcra haqqında” Qanunun 6.1-6.1.9. 20.1.5, 20.4, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin edilməsi, alqı-satqı müqaviləsi üzrə 36.600 manat ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti ilk iddia ərizəsinin dəlilləri təkrarlanmaqla əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, mübahisə alqı-satqı müqaviləsi üzrə tələblə əlaqədar olsa da, məhkəmə başqa müqaviləyə (kredit müqaviləsinə) münasibətdə qətnamə qəbul etmişdir. Notaria l qaydada bağlanmış müqavilə məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır.

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddia ərizəsinin rədd olunması hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayət onunla əsaslandırmışdır ki, qətnaməsi onun iddiasının rədd olunması hissəsində qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, onunla cavabdeh a rasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi formal olaraq, yəni ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona satılmasının gələcəkdə icrasının təmin olunması üçün bağlanmışdır. xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh heç bir pul vəsaiti, o cümlədən 25.000 ABŞ dolları verməmişdir.

19. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Bakı Şəhəri 14 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixli borc müqaviləsinə dair notariat işinin təqdim olunmuş surətindən 25.000 ABŞ dolları pulun iddiaçı tərəfindən cavabdehə verilməsi müəyyən olunmamışdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2521/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və m əruzəçi), R.Eyvazov və F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilk iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsinin etibarsız sayılması, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.3, 337.4-cü maddələrini istinad etməklə tərəflərin izahatı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və apellyasiya instansiyası mə hkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini, ilk iddia ərizəsinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsini, bu mümkün deyilsə, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixində qeyriyaşayış sahəsinin qiyməti 36.600 manat olmayıb, təxminən 90.000 manata yaxın olub. Heç kim, 90.000 manata yaxın olan bir əmlakı 36.600 manata satmaz. Mübahisəli alqısatqı müqaviləsi xx.xx.2016-cı il tarixində bağlanıb, iddiaçı isə həmin tarixdən 4 il sonra məhkəmədə iddia qaldırıb. Əgər həmin alqı-satqı formal müqavilə deyildisə, yəni Zaurun verdiyi 20000 USD pulun təminatı kimi bağlanmış bir müqavilə deyildisə, onda nə üçün iddiaçı həmin müqavilə bağlanandan sonra 4 il gözləyib və daha sonra, yəni 2019-cu ildə Zaur vəfat edəndən sonra məhkəmədə iddia qaldırıb həmin əmlakı tələb edib. xx.xx.2016-cı il tarixində 36600 manat ABŞ dolları məzənnəsi ilə 21500 ABŞ dolları olub. Bu durum da onu göstərir ki, həmin alqı-satqı müqaviləsi Zaur ilə Emil arasında olan 20.000 ABŞ borc pulun təmin olunması üçün bağlanıb, yəni formal xarakterdədir. Bunlardan başqa, qəbzdən pulun Məmmədzadə tərəfindən məxaric olunması təsdiq olunmur. Böyük bir ehtimalla pul Zaur tərəfindən mədaxil edilib və onun tərəfindən də məxaric olunub. Məhkəmələr iddia müddətinin ötürülməsi ilə bağlı verilən ərizəyə heç bir münasibət bildirməyərək qanunvericiliyi pozduğu kimi, həm də Azərbaycan Respublikası Mülki 372-ci, 373-cü, 1095-ci və digər maddələ rini digər qanunvericilik aktları pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

27. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

28. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər

36. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

38. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının hissəvi ləğvi xahiş edilsə də, ilk və qarşılıqlı iddia tələbləri bir-biri ilə bağlı olduqlarına görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv ed ilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

42. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

43. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, ilk və qarşılıqlı iddia tələbləri xx.xx.2016-cı il tarixli müqavilələrlə bağlıdır.

44. İddiaçı bildirir ki, sözügedən qeyri-yaşayış binası qanunsuz yollarla başqa şəxsə satıldığından mənzilin alınması üçün ödədiyi vəsait ona qaytarılmalıdır.

45. Cavabdeh bildirir ki, onlar arasında bağlanmış borc və alqı-satqı müqavilələri tamamilə formal (uydurma) olmuş, alqı-satqı müqaviləsi borc müqaviləsinin təminatı qismində bağlanmış, həmin borc 2018-ci ildə tam həcmdə ödənilmişdir.

46. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni iddiaçının məhkəmə iclasında verdiyi izahatla əsaslandırmışdır.

47. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

48. İddia tələbləri əqddən irəli gələn tələblər olduğundan ilk növbədə həmin əqdlərin etibarlı olub-olmamasına qiymət verilməlidir.

49. Əqdin etibarlı olub-olmamasına qiymət verilərkən nəzərə alınmalı olan hallar bunlardan ibarətdir ki, iddiaçı iddia ərizəsində cavabdehin kredit müqaviləsi üzrə bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsinin iclasında kredit müqaviləsinin formal olaraq, yəni ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ona satılmasının gəl əcəkdə icrasının təmin olunması üçün bağlandığını, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehə heç bir pul vəsaiti, o cümlədən 25.000 ABŞ dolları vermədiyini bildirmişdir. Digər tərəfdən, borc müqaviləsinə dair notariat işinin surətindən 25.000 ABŞ dolları pulun iddiaçı tərəfindən cavabdehə verilməsi müəyyən olunmamışdır.

50. Həmçinin, hər iki müqavilə eyni tarixdə bağlanmış, nəticə etibarilə borclu (cavabdeh) borc aldığı gün öz daşınmaz əmlakını borcverənə (iddiaçıya) satmışdır. Buna görə də, həmin müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasının müəyyən olunması vasitəsilə alqı-satqı müqaviləsinin alınmış borcun təminatı qismində bağlanıbbağlanmamasına hüquqi qiymət verilməlidir.

51. Bununla yanaşı, alqı-satqı müqaviləsi bağlandıqdan sonra qeyri-yaşayış sahəsi daş ınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmamışdır. Belə ki, iş materiallarından iddiaçının daşınmaz əmlakın onun adına qeydiyyata alınması üçün dövlət reyestrinə müraciət etməsi müəyyən olunmur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən, tərəflərin sonrakı hərəkətləri müqavilənin təfsiri zamanı nəzərə alınmalı olan haldır.

52. Mülki Məcəlləyə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir (maddə 340.1).

53. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi borc müqaviləsinin etibarsız sayılmasına dair nəticəyə gələrkən yalnız iddiaçının apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahata əsaslanmış, bununla da sübutların qiymətləndirilməsinə dair mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

54. Belə ki, MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti ol an başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, ta m və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.

58. Lakin, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan digər sübutları nəzərə almadan, iddiaçının izahatını digər sübutlarla yanaşı qiymətləndirmədən, iddiaçının öz leyhinə verdiyi izahata əsaslanmaqla və iş materiallarında olan digər sübutları təkzib etməklə borc müqaviləsinin etibarsız sayılması barədə nəticəyə gəlmişdir.

59. Məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia tələbinin təmin olunan hissəsindən kassasiya şikayəti verilməməsinə baxmayaraq, ilk və qarşılıqlı iddia tələbləri bir-biri ilə bağlı və bir-birindən asılı tələblər olduğundan həmin tələblərə birlikdə yenidən apellyasiya instansiyası məhkəməsinin icraatında baxılmalıdır.

60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxılarkən kassasiya instansiyası məhkəməsinin hazırkı qərarında şərh edilən göstərişlərə uyğun olaraq ilk və qarşılıqlı iddia tələblərinə baxmalı və tərəflərin təqdim etdikləri sübutlara MPM-nin 88-ci maddəsinə uyğun qiymət verməklə mübahisəni həll etməlidir.

61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

62. Ona görə də, kassasiya kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2521/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ləğv olun sun, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar