Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4880/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh1 və Cavabdeh3 İddiaçı MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” haqqında qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi, alınmış mənzillərin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddia çı MTK-nın vəkili və nümayəndəsi Nümayəndə3 və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 iştiraklar ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2773/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı Dərəçiçək” MTK tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. İddiaçı MTK ilə Cavabdeh2 arasında, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbədə ümumi sahəsi 87,6 kv.m. olan 176A saylı izolə olunmuş 2 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair 11 sentyabr 2014-cü il tarixli müqavilə bağlanmışdır. Mənzilin müqavilədə nəzərdə tutulan dəyərinin Cavabdeh2 tərəfindən ödənilməsi barədə İddiaçı MTK-nın direktoru S.Şahid2 imzası ilə ona 11 sentyabr 2014-ci il tarixli maliyyə arayışı verilmişdir.
2. İddiaçı MTK ilə Cavabdeh1 arasında, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbədə ümumi sahəsi 90.0 kv.m. olan 172 saylı izolə olunmuş 2 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair 30 dekabr 2014-cü il tarixli müqavilə, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbədə ümumi sahəsi 125 kv.m. olan 159 saylı izolə olunmuş 3 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair 19 fevral 2015-cü il tarixli müqavilə bağlanmışdır. 30 dekabr 2014-cü il tarixli müqavilədə mənzilin qiyməti 100000 manat müəyyən edilmişdir və Cavabdeh1 tərəfindən mənzilin müqavilədə nəzərdə tutulan məbləğin ödənilməsi barədə İddiaçı MTK-nın direktoru S.Şahid2 imzası ilə 19.02.2015-ci il tarixli maliyyə arayışı verilmişdir. 19 fevral 2015-cü il tarixli müqavilədə mənzilin qiyməti 67.500 manat müəyyən edilmişdir və Cavabdeh1 tərəfindən mənzilin müqavilədə nəzərdə tutulmuş qiymətinin ödənilməsi barədə İddiaçı MTK-nın direktoru S.Şahid2 imzası ilə 30.12.2014-cü il tarixli maliyyə arayışı verilmişdir.
3. İddiaçı MTK ilə Cavabdeh3 arasında, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cu blok, 17-ci mərtəbədə ümumi sahəsi 125 kv.m. olan 171 saylı izolə olunmuş 3 otaqlı mənzilin pay kimi sonuncuya verilməsinə dair 30 dekabr 2014-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 4.1 və 4.2 maddələrinə əsasən mənzilin dəyəri 93.750 manat müəyyən edilmişdir. Müqavilədə nəzərdə tutulan 93.750 manat Cavabdeh3 tərəfindən ödənilməsi barədə İddiaçı MTK-nın direktoru S.Şahid2 imzası ilə ona 30.12.2014-ci il tarixli maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MTK cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli müqavilənin, İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli və 19 fevral 2015-ci il tarixli müqavilənin, habelə İddiaçı MTK ilə Cavabdeh3 arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd edilən həmin müqavilələr heç bir hüquqi qüvvəsi olmayan, formal olaraq bağlanmış müqavilələrdir. Belə ki, kooperativin rəhbərliyinə yaxın olan Aslanov Nəbinin tanışı Azər adlı şəxs kooperativə “ŞAQMAN” maşınlarının ehtiyat hissələrini gətirə biləcəyini bildirmiş, işə başlamaq üçün onun şəxsiyyət vəsiqələrini gətirdiyi 3 nəfərə kooperativin tikdiyi yaşayış binasından mənzil payı ayrılması üçün ilkin müqavilə bağlanmasını xahiş etmişdir. Ona görə də cavabdehlərlə qeyd olunan müqavilələr bağlanmışdır. Sonradan Azərin təklif etdiyi ehtiyat hissələrinə baxış keçirilmiş və məlum olmuşdur ki, təklif olunan ehtiyat hissələrinin əksəriyyəti istifadəyə yararsızdır və buraxılış illəri çox köhnədir. Ona görə də Azərlə kooperativin rəhbərliyi arasında çox ciddi mübahisə yaranmışdır və ehtiyat hissələri qəbul olunmamışdır. Bundan sonra Azər həmin ehtiyat hissələrini Zahid adlı şəxsə satıb, mənzillərin pulunu nağd ödəyəcəyini bildirmişdir. Lakin üstündən 4 il (2018-ci ildə) keçməsinə baxmayaraq bu vədinə də əməl etməmişdir. 2018-ci ilin ortalarında tam olaraq məlum olmuşdur ki, Azər pulu ödəməyəcək. Adlarına müqavilə yazılmış şəxslər də pul ödəməkdən imtina etmişlər. Belə olan halda İddiaçı MTK bağlanmış müqavilələrin etibarsız hesab olunmasına dair idda ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bağlanmış müqavilələr görüntü olaraq, başqa əqdi pərdələmək üçün bağlanmışdır və əslində Azər adlı şəxslə ehtiyat hissələrinin alğı-satqısını özündə ehtiva edir.
6. Cavabdeh1 və Cavabdeh3 İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillərin İd diaçı MTK tərəfindən qeyd olunan mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı MTK ilə aralarında bağlanılmış 19 fevral 2015-ci il tarixli müqavilə üzrə 100.000 manat pulun ödənilməsi, 30 dekabr 2014-cü il tarixli müqavilə üzrə 67.500 manat pulun ödənilməsi, Cavabdeh3 İddiaçı MTK ilə aralarında bağlanılmış 30 dekabr 2014-cü il tarixli müqavilə üzrə 93.750 manat pulun ödənilməsi İddiaçı MTK-nın direktorunun imzası ilə təsdiqlənmiş maliyyə arayışları ilə sübut olunur. Bütün bunlardan sonra, İddiaçı MTK-nın onlarla bağlanılmış bu müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə iddiası absurddur və heç bir qanuni əsasa söykənmir.
8. Cavabdehlə r məhkəmə iclasında birgə ərizə verərək, mübahisə predmeti olan 30 dekabr 2014-cü il və 19 fevral 2015-ci il tarixli müqavilələrin etibarsız hesab olunması üçün qanunla müəyyən edilmiş bir illik iddia müddətlərinin müvafiq olaraq 30 dekabr 2015-ci il və 19 fevral 2016-cı il tarixlərdə başa çatdığını göstərmiş, iddia müddətinin tətbiq olunaraq, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(007)769/2019 nömrəli qətnaməsi ilə (M.Sadıqov) ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmiş, məhkəmə xərcləri tərəflərə aid edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki mübahisələndirilən müqavilələrin görüntü olaraq, başqa əqdi pərdələmək üçün bağlandığı məhkəmə tədqiqi zamanı müəyyən e dilmiş və tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İlkin İddiaçı MTK ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasındakı müqavilələrdən irəli gələn öhdəlik (kooperativin pay haqqının ödənilməsi) cavabdeh tərəfindən icra olunmamışdır, habelə kooperativ bundan irəli gələn hüquqi hərəkətləri (pay haqqını ödəmiş şəxsin kooperativə üzv qəbul olunması barədə üzvlərin ümumi yığıncağının qərarının qəbulu) həyata keçirməmişdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı Mənzil Tikinti Kooperativinə üzv qəbul edilmələrinin mühüm şərtləri olaraq onlar tərəfindən mənzil-tikinti kooperativi binasında mənzil, yaşayış sahəsi əldə etmək üçün pay haqqı ödənilməmişdir və onların kooperativə üzv qəbul olunması barədə mənzil- tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı da qəbul edilməmişdir. Həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən mənzillərin dəqiq ölçüləri, mərtəbələri göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, verilən mənzillərin plan-cizgisi bu qərara əlavə olunmalı idi. Hansı ki, cavabdehlərin həmin şərtlər altında ilkin İddiaçı MTK-nın üzvü olmalarına dair sübutlar cavabdehlərdə yoxdur və məhkəmə tədqiqi ilə də müəyyən edildi ki, belə şərtləri özündə əks etdirən sübutlar ümumiyyətlə mövcud olmamışdır.
12. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən müqavilələr (əqdlər) başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdlərdir. Hansı ki, yalan əqd görünüş xarakteri daşıyır və əgər pərdələnən əqd qanuna və yaxud başqa hüquqi aktla ra uyğun olarsa, yalnız bu halda tərəflər arasındakı münasibətlərə həmin əqdin qaydaları tətbiq edilə bilər, əksinə, əqddə hüquq pozuntusu olarsa, həmin əqd etibarsız hesab edilməlidir
13. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, həmin iddia Cavabdeh1 və Cavabdeh3 tərəfindən qaldırılmışdır, onların tələbinin əsasını mənzillərin dəyərinin tərəflərindən tam ödənildiyi nəzərə alınmaqla, mənzillərin İddiaçı MTK tərəfindən müqavilə üzrə sahibləri kimi onlara təhvil verilməsi təşkil edir. Lakin mənzilin dəyərinin ödənilib-ödənilmədiyi məsələsinə artıq ilkin iddia tələbi daxilində hüquqi qiymət verilmişdir. Müəyyən edilmişdir ki, mənzillərin pay dəyərinin ödənilməsini təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi, ciddi h esabat blankı mövcud olmamaqla, müqavilələrin bağlandığı tarixlərdə verilən arayışlar həmin sənədləri əvəz edəcək mühasibatlıq sənədi sayılmır. Habelə, təhvil verilmələri iddia edilən mənzillərə dair tərəflər arasında bağlanmış müqavilələrin etibarsız, başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdlər olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, qanuni əsaslar olmadığından qarşılıqlı iddia təmin edilməməlidir.
14. Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh1 vəsatəti əsasında dindirilmiş Şahid1 ifadəsi ilə bağlı qeyd etmişdir ki, həmin şahidin verdiyi ifadə (məlumat) qarşılıqlı iddiada irəli sürülən dəlillərlə, habelə işin faktiki müəyyən olunmuş halları ilə uyğunluq təşkil etmir, MPM-nin 76-cı maddəsinin tələbləri baxımından mötəbər sübut qismində qəbul edilməsi ü çün əsaslar yoxdur.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324,337,340, 109-cu maddələrinə istinadla əsaslandırmışdır
16. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin 05.03.2020-ci il tarixli, 2(103)-2882/2020 saylı, qətnaməsi ilə (Ş.Məmmədova (sədrlik edən və məruzəçi), Ə.Qasımov və X.Sarıyev) cavabdehlərin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli 2(007)-769/2019 nömrəli qətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, həmin iddia Cavabdeh 1 və Cavabdeh3 tərəfindən qaldırılmışdır, onların tələbinin əsasını mənzillərin dəyərinin tərəflərindən tam ödənildiyi nəzərə alınmaqla, mənzillərin İddiaçı MTK tərəfindən müqavilə üzrə sahibləri kimi onlara təhvil verilməsi təşkil edir. Lakin mənzilin dəyərinin ödənilib-ödənilmədiyi məsələsinə artıq ilkin iddia tələbi daxilində hüquqi qiymət verilmişdir. Müəyyən edilmişdir ki, mənzillərin pay dəyərinin ödənilməsini təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi, ciddi hesabat blankı mövcud olmamaqla, müqavilələrin bağlandığı tarixlərdə verilən arayışlar həmin sənədləri əvəz edəcək mühasibatlıq sənədi sayılmır. Habelə, təhvil verilmələri iddia edilən mənzillərə dair tərəflər arasında bağlanmış müqavilələrin etibarsız, başqa əqdi pərdələmə k məqsədi ilə bağlanmış yalan əqdlər olduğu müəyyən edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh1 özünün əvvəlki və hazırkı məhkəmə iclaslarında işin faktiki halları ilə bağlı, yəni müqavilələr fərqli tarixlərdə (30 dekabr 2014-cü il tarixdə 2 ədəd, 19 fevral 2015-ci il tarixdə 1 ədəd) bağlandığı halda onun özünün və nümayəndəsi olduğu Cavabdeh3 adına 3 ədəd mənzilə görə pul məbləğini birdəfəyə ödədiyinə, mənzillərin müqavilələrinin və maliyyə arayışlarının ona dərhal verildiyinə, pul məbləğlərinin həcminə, verilmə yerinə və pulun verildiyi şəxslərin kimliyinə dair və s. verdiyi izahatlar həm bir-biri, həm də qarşılıqlı iddia ərizəsində göstərilənlərlə ziddiyyət təşkil edir.
20. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kassasiya şika yəti vermişlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4892/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (sədrlik edən və məruzəçi), G.Quliyev və İ.Xələfov) cavabdeh Sadıqov Şamil Oqtay oğlunun kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2882/2020 saylı, 05.03.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
22. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi qanunvericilikdə etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə, müvafiq normalarda qruplaşdırılm ışdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların arzu edilən hüquqi nəticəni yaratmağa yönəlmiş sağlam (zədələnməmiş) iradələrinin mövcudluğu və bu iradə(lər)nin doğru ifadə edilməsi və məcburi hüquq qaydalarına riayət olunmsı zəruridir. Bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı, onlara riayət olunmadan bağlanmış əqd isə etibarsız sayılır. Əqd etibarsız olduqda hüquqi nəticə doğurmadığı üçün hüquq və öhdəliklər əmələ gətirmir.
23. Kassasiya kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddiaçıların verdikləri bu məlumat, özü-özlüyündə müqavilələrin əhəmiyyətsiz (yalan əqd) olması nəticəsinə gəlmək üçün kifayət deyil. MTK-nın bir şəxsdən mal (tikinti materialı, yaxud şirkətin avtomobi lləri üçün ehtiyyat hissələri və s.) alması müqabilində satıcının, yaxud onun göstərdiyi şəxsin adına mənzil verməsi və bunun müqavilə ilə rəsmiləşdirilməsi həmin əqdin etibarsızlığına dəlalət etmir. Çünki, bu halda tərəflər əşyanın alğı-satqısına dair razılığa gəlmiş və öhdəliklərini qarşılıqlı icra etmiş olurlar. Nəzərə alınmalıdır ki, adına müqavilə və tam ödəniş baradə maliyyə arayışı verilən şəxs mənzili əvəzsiz əldə etmir. Bir qayda olaraq, konkret şəxsin adına müqavilə rəsmiləşdirən və maliyyə arayışı verən MTK, bu sənədləri hansısa qarşılıqlı öhdəliyin icrasına dair razılaşma (tikinti materialı və s. malın verilməsi əvəzində, yəni qarşılıqlı öhdəliyin icrası) nəticəsində tərtib və təsdiq edir. Başqa sözlə, MTK adətən hansısa əmlak (aktivi) əldə edir, bununla satıcıya borclanır və h əmin öhdəliyin əvəzini mənzillə ödəyir. Əks halda, yəni MTK-nın əvəzini almadığı mənzilə dair maliyyə arayışı verməsi inandırıcı deyil. Odur ki, yuxarıda göstərilən qaydada razılaşma və hesablaşma hallarında MTK qarşısında kreditor olan şəxs mənzilin özünün və ya göstərdiyi üçüncü bir şəxsin adına sənədləşdirilməsini istəyə bilər.
24. Kassasiya kollegiyası hesab etmişdir ki, yuxarıda göstərilən münasibətlər çərçivəsində MTK tərəfindən şəxsə maliyyə arayışının verilməsi, əksi sübut edilmədikcə mal vermiş (satmış) tərəfin öz öhdəliyini yerinə yetirdiyinə dəlalət edir. Odur ki, MTK mənzillərin əvəzində malın (hazırkı işin halları baxımından avtomobil ehtiyyat hissələrinin) verilmədiyini, yaxud verilsə də, onların yararsız olduğunu iddia etdikdə bu halları sübut etmək yükü MTK-nın üzərinə düşü r. O da diqqətdən qaçırılmamalıdır ki, sübut edilmiş olsa belə həmin hallar müqavilənin etibarsız sayılmasına deyil, müqavilə icra edilməmişsə onun ləğv olunmasına, qüsurlu şəkildə icra edilmişə tərəfin müqavilədən imtina edərək düşdüyü zərərin əvəzinin ödənilməsi tələbinə əsas ola bilər. Çünki, yuxarıda qeyd olunduğu kimi müqavilə, arzu olunan hüquqi nəticəni əmələ gətirmək üçün tərəflərin qarşılıqlı iradə bəyanlarıdır. Tərəflər bu bəyanlarla keçərli şəkildə razılaşdıqda etibarlı müqavilə bağlanmış və öhdəliklər yaratmış olur. Bir tərəfin bu razılaşma üzrə verdiyi malın keyfiyyətsiz olması əqdin etibarsızlığına deyil, əqddən irəli gələn öhdəliyin lazımi şəkildə icra edilməməsinə dəlalət edir. Ona görə də, qanunverici şəxsin müqavilə öhdəliyini pozmasına görə digər tərəf qarşısında məsuliy yətini Mülki Məcəllənin 421-ci və 447- ci maddələrində ətraflı şəkildə tənzimləmişdir (§ 32, 34). Bu məsələlər isə iddialarda qaldırılmadığı üçün hazırkı işin araşdırma predmetini təşkil etmir. b) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)-2773/2021 saylı qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 769/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiasının rədd edilməsi, iddiaçılar Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı MTK-ya qarşı “alınmış mənzillərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 171 nömr əli mənzil, izolə olunmuş 3 otaqlı mənzillər İddiaçı MTK tərəfindən mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı MTK ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış müqavilələrlə tərəflər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli binada rekvizitləri və qiymətləri dəqiq şəkildə göstərilən 159, 171 və 172 nömrəli mənzillər üzərindəki pay hüququnun Gözəlovlara satılmasını razılaşdırmışlar (bu məzmunda qarşılıqlı iradələrini yazılı müqavilələrdə bəyan etmişlər). Tərəflər arasında sözügedən yaşayış sahələrinə pay hüquqlarının alğı-satqısına dair müqavilələr bağlanmış, bu əqdlər tərəflər üçün hüquqi nəticələr doğurmuşdur. Yəni, İddiaçı MTK-nın sözügedən mənzi lləri inşa edərək təhvil vermək, Cavabdeh1 və Cavabdeh3 isə onların dəyərini ödəmək öhdəlikləri yaranmışdır. Mənzillərin dəyərinin tam ödənilməsi faktı MTK tərəfindən həm müqavilələrdə, həm də maliyyə arayışlarında təsdiqlənmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin iş üzrə hüquqi mövqeyini nəzərə alaraq qeyd etmişdir ki, qanunvericilikdə etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə, müvafiq normalarda qruplaşdırılmışdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların arzu edilən hüquqi nəticəni yaratmağa yönəlmiş sağlam (zədələnməmiş) iradələrinin mövcudluğu və bu iradə(lər)nin doğru ifadə edilməsi və məcb uri hüquq qaydalarına riayət olunması zəruridir. Bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı, onlara riayət olunmadan bağlanmış əqd isə etibarsız sayılır. Əqd etibarsız olduqda hüquqi nəticə doğurmadığı üçün hüquq və öhdəliklər əmələ gətirmir. Əgər müqavilənin tərəfi əqdin etibarsızlığına istinad edirsə, buna səbəb kimi göstərdiyi faktiki halları sübuta yetirmək əqdin etibarsızlığını iddia edənin üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, hazırkı işdə müqavilələrin etibarsızlığı tələbini İddiaçı MTK irəli sürdüyü üçün bu halı sübuta yetirmək vəzifəsi ona aiddir.
28. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin mövqeyinə uyğun araşdırmaya əsasən qeyd etmişdir ki, yuxarıda göstərilən münasibətlə r çərçivəsində MTK tərəfindən şəxsə maliyyə arayışının verilməsi, əksi sübut edilmədikcə mal vermiş (satmış) tərəfin öz öhdəliyini yerinə yetirdiyinə dəlalət edir. Odur ki, MTK mənzillərin əvəzində malın (hazırkı işin halları baxımından avtomobil ehtiyat hissələrinin) verilmədiyini, yaxud verilsə də onların yararsız olduğunu iddia etdikdə bu halları sübut etmək yükü MTK-nın üzərinə düşür. O da diqqətdən qaçırılmamalıdır ki, sübut edilmiş olsa belə həmin hallar müqavilənin etibarsız sayılmasına deyil, müqavilə icra edilməmişsə onun ləğv olunmasına, qüsurlu şəkildə icra edilmişə tərəfin müqavilədən imtina edərək düşdüyü zərərin əvəzinin ödənilməsi tələbinə əsas ola bilər. Çünki, yuxarıda qeyd olunduğu kimi müqavilə, arzu olunan hüquqi nəticəni əmələ gətirmək üçün tərəflərin qarşılıqlı iradə bəyanlarıdır. Tərəflər bu bəyanlarla keçərli şəkildə razılaşdıqda etibarlı müqavilə bağlanmış və öhdəliklər yaratmış olur. Bir tərəfin bu razılaşma üzrə verdiyi malın keyfiyyətsiz olması əqdin etibarsızlığına deyil, əqddən irəli gələn öhdəliyin lazımi şəkildə icra edilməməsinə dəlalət edir. Ona görə də, qanunverici şəxsin müqavilə öhdəliyini pozmasına görə digər tərəf qarşısında məsuliyyətini Mülki Məcəllənin 421-ci və 447-ci maddələrində ətraflı şəkildə tənzimləmişdir. Bu məsələlər isə iddialarda qaldırılmadığı üçün hazırkı işin araşdırma predmetini təşkil etmir Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
29. İddiaçı MTK kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması, ilkin iddia tələbinin təmin, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayətində iddiaçı tərəfindən işin faktik halları barədə əvvəllər irəli sürülmüş dəlillər təkrarlanmış, şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericilik aktlarının tələbləri pozulmuşdur. Belə ki, sübutlar düzgün qiymətləndirilməmiş, işə faktlar, sübutlar əsasında baxılmamış və nəticədə, iddiaçının hüquqlarını kobud surətdə pozan əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə baxışı zamanı cavabdehin haqlı olduğunu göstərən hallara düzgün qiymət verilməmiş və ya nəzərə alınmamışdır. Məhkəmə qətnaməsində daxili ziddiyyətlər mövcuddur. Cavabdehlərin etirafedici, yəni iddiaçıya avtomobil ehtiyat hissəsi verməli olmalarına dair izahatları olduğu halda, hakim bunlara hüquqi qiymət vermədən tərəflər arasında sadəcə mənzil alğı-satqı müqaviləsinin bağlandığı qənaətinə gəlmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
31. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın vəkili Nümayəndə3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.
33. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci mad dəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir.
34. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
35. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üz rə araşdırma aparmır və onlara qiymət vermir.
36. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə
178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüq uqu olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya). Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız v arlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılma masından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə
340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərd ələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müra ciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
40. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edi lmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. İ şin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında sözügedən yaşayış sahələrinə pay hüquqlarının alğı-satqısına dair müqavilələr bağlanmış, bu əqdlər tərəflər üçün hüquqi nəticələr doğurmuşdur. Yəni, İddiaçı MTK-nın sözügedən mənzilləri müqavilə tərəfinə təhvil vermək, Cavabdeh1 və Cavabdeh3 isə onların dəyərini ödəmək öhdəlikləri yaranmışdır. Mənzillərin dəyərinin tam ödənilməsi faktı MTK tərəfindən həm müqavilələrdə, həm də maliyyə arayışlarında təsdiqlənmişdir. Mülki Məcəllənin 178.8-ci maddəsinin müqavilələrin bağlandığı tarixdə qüvvədə olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mü lkiyyət hüququ əldə edirlər. Digər tərəfdən, nəzərə alınmalıdır ki, kreditorun xeyrinə lazımınca icra nəticəsində öhdəliyə xitam verilir.
43. Kassatorun apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin 04.11.2020-ci il tarixli qərarında qeyd olunan göstərişləri nəzərə almaması barədə dəlili də əsassızdır. Çünki apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən iş üzrə Ali Məhkəmənin qərarında verilən göstərişlərə əməl etmiş, maddi hüquq normalarının tətbiqi ilə bağlı mövqelərini nəzərə almışdır.
44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araş dırma aparılmır, onlara qiymət verilmir.
45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)2773/2021 saylı qətnaməsi İddiaçı MTK-ya aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.