Məhkəmə qərarları › İş №2(102)-4886/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4886/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4886/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Xammal və X17 Mərkəzi "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3980/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cəbrayıl Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(072)-13/2018 nömrəli icra vərəqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, iddia tələbi qismən təmin edilərək, cavabdehlər İddiaçı, X2 və X1 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17R000006395 nömrəli kredit razılaşması üzrə 42.440,54 (qırx iki min dörd yüz qırx dollar əlli dörd sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 11.475,07 (on bir min dörd yüz yetmiş beş dollar yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 5.347,51 (beş min üç yüz qırx yeddi dollar əlli bir sent) ABŞ dolları məbləğində cərimə borcu, 17K000000105 nömrəli kredit razılaşmas ı üzrə isə 4.988,61 (dörd min doqquz yüz səksən səkkiz dollar altmış bir sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 535,66 (beş yüz otuz beş dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 1.364,70 (bir min üç yüz altmış dörd manat yetmiş qəpik) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, hər iki razılaşma üzrə ümumilikdə 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ dolları məbləğində pul vəsaiti, məhkəməyə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Abşeron rayo nu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cəmi 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçü n ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait hesabına borcun tam ödənilməsindən və hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsaitin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı, X2 və X1 ümumi qaydada tutulması qət edilmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin Respublika Xammal və Əmtəə Birjası Cavabdehnə ünvanladığı 04 fevral 2020-ci il tarixli hərracın keçirilməsi haqqında sifariş məktubunun təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli 2(072)-13/2018 nömrəli icra vərəqəsinin icrasını təm in etmə məqsədilə tələbin girov predmeti olan İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinə yönəldilməsi 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat qiymətə müəyyən edilməklə satılması ilə bağlı hərracın keçirilməsi xahiş olunmuşdur. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair 19 iyun 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qır x qəpik) manat - 15% = 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 06 iyul 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. FM Express məktub və bağlama daşınması xidmətinin 150027 nömrəli qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə 22 iyun 2020-ci il tarixdə məlumatlandırılmışdır; “Birja yenilikləri” qəzetinin 19-25 iyun 2020-ci il tarixli 214 nömrəli nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 10 mart 2020-ci il tarixə təyin edilmiş b irinci hərracı baş tutmadığından müvafiq əmlakın 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 01 sentyabr 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh açıq hərracın keçirilməsinə dair 19 avqust 2020-ci il tarixli 02 nömrəli bildirişin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat - 15% = 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasın da təkrar hərracın keçirilməsi 01 sentyabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “Birja yenilikləri” qəzetinin 19 avqust 2020-ci il tarixli 216 nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 10 mart 2020-ci il tarixə təyin edilmiş birinci hərracı baş tutmadığından müvafiq əmlakın 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat məbləğində açıq auksion formasında təkrar hərracın keçirilməsi 01 sentyabr 2020-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. FM Express məktub və bağlama daşınması xidmətinin 152241 nömrəli qəbzinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı keçiriləcək təkrar hərracın vaxtı və yeri barədə 24 avqust 2020-ci il tarixdə məlumatlandırılmışdır. “Atribut” qəzetinin 05-12 sentyabr 2020-ci il tarixli 21 (364) nömrəli buraxılışının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin 4-cü mərtəbəsində yerləşən iki otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilinin 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat qiymətə satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq təkrar hərracın baş tutmaması barədə elan dərc edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış 04 sentyabr 2020-ci il tarixli təklif məktubunun müvafiq qayd ada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Atribut” qəzetinin 04 sentyabr 2020-ci il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) manat qiymətə tələbkara təklif edilmişdir; Respublika Xammal və Əmtəə Birjası Cavabdeh 18 sentyabr 2020-ci il tarixli hərracın yekunları barədə 30/05 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik ) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 37.337,44 (oruz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Xammal və X17 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hes ab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Xammal və X17 Mərkəzi Cavabdeh ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus mənzilin açıq hərracda satılması barədə hərracın keçirilməsi barədə yekun protokolunun etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X2 və X1 müştərək qaydada "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17R000006395 nömrəli kredit razılşaması üzrə 42.440,54 (qırx iki min dörd yüz qırx dollar əlli dörd sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 11.475,07 (on bir min dörd yüz yetmiş beş dollar y eddi sent) ABŞ dolları məbləğində faiz borcu, 5.347,51 (beş min üç yüz qırx yeddi dollar əlli bir sent) ABŞ dolları məbləğində cərimə borcu, 17K000000105 nömrəli kredit razılaşması üzrə isə 4.988,61 (dörd min doqquz yüz səksən səkkiz dollar altmış bir sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 535,66 (beş yüz otuz beş dollar altmış altı sent) ABŞ dolları məbləğində faiz borcu, 1.364,70 (bir min üç yüz altmış dörd manat yetmiş qəpik) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, hər iki razılaşma üzrə ümumilikdə 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ dolları məbləğində pul vəsaiti, məhkəməyə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilə yönəldilməsi, İddiaçı mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 50,38 kv.metr ümumi sahədən ibarət 42 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına cəmi 66.152,09 (altmış altı min bir yüz əlli iki dollar doqquz sent) ABŞ doll arı məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu və 20 (iyirmi) manat məbləğində xidmət haqqı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait hesabına borcun tam ödənilməsindən və hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra qalan vəsaitin cavabdehə qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər İddiaçı, X2 və X1 ümumi qaydada tutulması qət edilmişdir. X5, X9, X3, X6 və X7 qarşı 42.698,90 (qırx iki min altı yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində əsas borc, 6.042,85 (altı min qırx iki manat səksən beş qəpik) manat məbləğində faiz borcu, 182,94 (bir yüz səksən iki manat doxsan dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 48.924,69 (qırx səkkiz min doqquz yüz iyirmi dörd manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun X4 alınaraq iddiaçı şəxsə ödənilməsi, tələbin X5 məxsus olan ünvan 2 ünvanda yerləşən 0,01605 ha torpaq sahəsində yerləşən birmərtəbəli, üç otaqlı, ümumi sahəsi 133 kv.metr olan fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzildə qeydiyyatda olan cavabdehlərin və onların ailə üzvlərinin evdən çıxarılmaları, tutmanın evə yönəldilməsi, həmin mənzilin məcburi qaydada boşaldılaraq ilkin satış qiymətinin 100.000 (bir yüz min) manat müəyyən edilməklə açıq hərracda satılması və əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən məbləğlərin banka ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Apelyasiya məhkəməsinə şikayət verilsə də təmin edilməmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli icra vərəqəsinə əsasən iş icra edilməsi üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamənin icrası zamanı ona məxsus əmlak üzərində hərracın keçirilməsi üçün Respublika Xammal və Əmtəə Birjası Cavabdehnə göndərilmişdir. Lakin Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən 04 sentyabr 2020-ci il tarixdə ona yalnız "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə edilən təklifin surəti göndərilmişdir. Qeyd edilməlidir ki, hər hansı bir tarixdə keçirilmiş hərracla bağlı xəbərdar edilməmiş və hər hansı məlumatlandırma olmamışdır. Eləcə də bilərəkdən onun iştirakı təmin edilməmiş və evin qiyməti həddindən artıq aşağı salınaraq tələbkarın özünə satılması üçün təklif məktubu göndərilmişdir. Onun hərracın yekunları barədə protokolla bağlı şikayəti iki istiqamətdədir: hərracın keçirilməsi ilə bağlı ona lazımi qaydada məlumat verilməməsi və mənzilinin qat-qat aşağı qiymətə tələbkara satılması, dolayısıyla mənimsənilməsi. Bir daha qeyd edilməlidir ki, mübahisələndirdiyi hərracın keçirilməsi ilə bağlı ona rəsmi məlumat (bildiriş) verilməyib, hərrac prosesinin gedişindən yalnız bu yaxınlarda icra şöbəsində olarkən xəbərdar olmuşdur. İcra və Probasiya Şöbəsi tərəfindən onun mənzili qiymətləndirilməmiş və birbaşa olaraq hərraca çıxarılmışdır. Nəzəriyyəyə görə, daşınmaz əmlakın qiymətləndirilməsi prosesi konkret obyektin qiy mətləndirilmənin keçirildiyi yaxud onunla bağlı əməliyyatın aparılacağı vaxt mövcud şəraitə uyğun olaraq əsaslandırılmış dəyər ekvivalentinin alınmış sifariş əsasında müəyyənləşdirilməsidir. Lakin hərrac prosesini aparan Məhdud Məsuliyyətli Cəmiyyəti onun mənzilinin dəyərini bilərəkdən aşağı salaraq tələbkarın istəyini yerinə yetirmiş və əmlakı tərəbkara satmışdır. Lakin hərracı həyata keçirən Məhdud Məsuliyyətli Cəmiyyəti yuxarıda sadalanmış hallara konkret daşınmaz əmlak obyektinin xüsusiyyətlərini, əhatəsini, hansı ərazidə yerləşməsini, sosial-iqtisadi obyektlərə yaxınlığını, torpaq sahəsi üzərində inşa edilmiş əmlakın dəyərini nəzərə almamışdır. Bununla da hesab edir ki, həmin hərrac protokolu Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun deyildir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-571/2021) İddiaçı cavabdeh Azərbaycan Xammal və X17 Mərkəzi Cavabdehnə, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış 04 sentyabr 2020ci il tarixli təklif məktubu ilə İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin təkrar hərracının baş tutmaması barədə “Atribut” q əzetinin 04 sentyabr 2020-ci il tarixli nömrəsində dərc edilmiş, müvafiq əmlak təkrar hərracdan 25% aşağı qiymətə, yəni 28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) manat qiymətə tələbkara təklif edilmişdir. Respublika Xammal və Əmtəə Birjası Cavabdeh 18 sentyabr 2020-ci il tarixli hərracın yekunları barədə 30/05 nömrəli protokolu ilə İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1A nömrəli evin, 42 nömrəli mənzilinin ilkin satış qiyməti 43.926,40 (qırx üç min doqquz yüz iyirmi altı manat qırx qəpik) manat qiymətə alınmadığından, 15% aşağı qiymətə 37.337,44 (otuz yeddi min üç yüz otuz yeddi manat qırx dörd qəpik) manat qiymətə təkrar hərraca çıxarılmış, təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə-28.003,08 (iyirmi səkkiz min üç manat səkkiz qəpik) man at olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 tərəfindən əldə edilmişdir. İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sü butlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev, iş № 2(103)-3980/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)3980/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmə mişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməkl ə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etməd ikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinin həmin dövrdə olan redaksiyasına əsasən hərracın təşk ilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qan unlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xar akterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və müvafiq məhkəmə tərəfindən qiymətləndirilmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiy asının 2(103)-3980/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar