Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4890/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh LPO CavabdehAçıq Səhmdar Cəmiyyətinə qarşı QƏRARDAD (Açar sözlər: ləğv prosesində olan banka qarşı iddianın yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, X1 (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək haqqı tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3719/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi əsasında İddiaçı Cavabdeh ASC-nin Audit Komitəsinin sədri vəzifəsində işləmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 23(103)-130/2020 nömrəli qərardadı ilə Cavabdeh ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-yə ləğvedici təyin olunmuşdur.
3. Ləğv prosesində olan Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli, 157/K-2 saylı əmri ilə ASC-nin Audit Komitəsinin sədri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, sonuncu iş günü xx.xx.2020-ci il müəyyən olunmuşdur.
4. Bu ndan sonra İddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, son haqq-hesab aparılmaqla 2020-ci ilin may-sentyabr ayları üçün ona əmək haqqı (üstəgəl hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi) və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin Banka (Ləğvediciyə) həvalə edilməsi, ona 2020-ci ilin aprel ayı üçün ödənilməli olan əmək haqqının dördüncü növbəli kreditor tələbi kimi qeydə alınmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 23(103)-10/2021 nömrəli qərardadına əsasən “Son haqq-hesab apararaq 2020-ci ilin maysentyabr ayları üçün iddiaçıya əmək haqqı (üstəgəl hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi) və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilmə sinin Banka (Ləğvediciyə) həvalə edilməsi” hissəsində iddia tələbi mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı Cavabdeh ASC-də əmək müqaviləsi əsasında işləmiş və onlar arasında əmək hüquq münasibətləri yaranmışdır. Hazırda tərəflər arasında yaranmış mübahisəyə iflas proseduru çərçivəsində baxılmalı olmadığından iddiaçının iddia tələbi “son haqq-hesab apararaq 2020-ci ilin may-sentyabr ayları üçün iddiaçıya əmək haqqı (üstəgəl hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi) və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin Banka “Ləğvediciyə) həvalə edilməsi” hissəsində mümkün sayılmamalıdır.
6. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2-3(103)-10/2021 nömrəli qərarı ilə iddiaçının t ələbi “iddiaçıya 2020-ci ilin aprel ayı üçün ödənilməli olan əmək haqqının dördüncü növbəli kreditor tələbi kimi qeydə alınması” hissəsində təmin edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Banklar haqqında” Qanunun 82.1.5-ci maddəsinə əsasən bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri ödənişlərin növbəliliyində 4-cü növbədədir. Buna görə də, aprel ayı üzrə əmək haqqı dördüncü növbəli kreditor tələbi kimi qeydə alınmalıdır.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2-3(103)-10/2021 nömrəli qərardadından iddiaçının, 23 fevral 2021-ci il tarixli, 2-3(103)10/ 2021 nömrəli qərarından isə Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətləri Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-3(102)-9/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı hazırki iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, son haqq hesab aparılaraq 2020-ci ilin may-sentyabr ayları üçün ona əmək haqqı (üstəgəl hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi) və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
9. İddia tələbi onunla əsasl andırılmışdır ki, əmək müqaviləsinə iddiaçının təşəbbüsü (ərizəsi) ilə 2020-ci ilin sentyabr ayının 14-ü sonuncu iş gün olmaqla xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrlə xx.xx.2020-ci il tarixdə tanış edilmiş və elə həmin gündə ona əmək kitabçası təhvil verilmişdir. Lakin bu zaman iddiaçı ilə son haqq-hesab aparılmamışdır. 2020-ci ili aprel, may, iyun, iyul, avqust və sentyabr ayları üçün əmək haqqı, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməmişdir. Hələ əmək müqaviləsi qüvvədə olduğu dövrdə iddiaçı aylarla ona əmək haqqının ödənilməməsi ilə bağlı xx.xx.2020-ci il tarixdə ləğv prosesində olan Cavabdeh ASC-nin («Cavabdeh») ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna («Ləğvedici»), xx.xx.2020-ci il tarixdə isə Azərbaycan Respubl ikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmişdir. Ləğvedicinin ƏƏSMN-nə və iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda əmək haqqının ödənilməməsinin səbəbi kimi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına istinad olunmuşdur.
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdeh - ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz olunması təklif edilmiş, lakin iddiaçı tərəf buna razı olmamışdır. İddiaçının vəkili cavabdehin əsl cavabdehlə əvəz olunması təklifi ilə bağlı izahatında göstərmişdir ki, iddiaçının əmək müqaviləsi cavabdehlə bağlanmışdır, yəni iddiaçının işəgötürəni cavabdeh olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək məhz işəgötürənin vəzifəsidir. Buna görə də iddiaçının birbaşa ləğvedicinin özünə qarşı hər hansı tələb irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Ləğvedicinin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur.
12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək bildirmişdir ki, tələb üzrə cavabdeh ləğv prosesində olan Cavabdeh ASC deyil, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmalı idi. Çünki 2020-ci ilin aprel ayından Cavabdeh ASC-nin səlahiyyətləri ləğvediciyə verilmişdir. Cavabdeh bankın bağlanması barədə Azərbaycan Respublikası Mə rkəzi X3 19 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının 3.2-ci bəndinə əsasən, Cavabdeh ASC-nin Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvlərinə əmək haqqı üzrə ödənişlərin verilməsi dayandırılmışdır. Həmçinin müvafiq ləğvedicinin təyin olunmasından sonra da iddiaçıya hər hansı əmək funksiyalarının icrası tapşırılmamış və onun tərəfindən işdən çıxan tarixə kimi işçi statusunda heç bir əmək vəzifələri icra edilməmişdir. Eyni zamanda yuxarıda qeyd olunan faktiki vəziyyətin rəsmi təsdiqi ondan ibarətdir ki, iddiaçı öz ərizəsində 2020-ci ilin may-sentyabr ayları üzrə ödənişlər tələb edir. Lakin 2020-ci ilin 04 avqust tarixindən 09 sentyabr tarixinə kimi həmin şəxs xəstə olmuş və bu barədə əmək qabiliyyətinin olmaması vərəqəsini banka təqdim etmişdir.
13. Bakı şəhəri Nəsimi Ra yon Məhkəməsinin 2(006)-576/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir.
14. Məhkəmə işin halları kimi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ASC-də əmək müqaviləsi üzrə çalışmış və çalışdığı dövrdə işlədiyi Cavabdeh ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı Cavabdeh ASC müflis elan edildikdən sonra, əmək müqaviləsinə xitam verilənədək yaranmış əmək haqqının ona verilməsini xahiş etmişdir.
15. Məhkəmə bildirmişdir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASCdən ödənilməmiş əmək haqqının və məzuniyyət pulunun ödənilməsini tələb etməsinə baxmayaraq, ləğv prosesində olan Cavabdeh ASC həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdeh - ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz olunmasını təklif edilsə də, iddiaçı tərəf buna razı olmamışdır.
16. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz.
17. İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-dən ödənilməmiş əmək haqqı nın və məzuniyyət pulunun ödənilməsini tələb etməsinə baxmayaraq, ləğv prosesində olan Cavabdeh ASC həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir.
18. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13 iyun 2017-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsin hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.
19. Məhkəmə hesab etmişdir ki, iddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçı nın müstəsna hüququdur.
20. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 44.1, 59.4, 60.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 48, 50.3, 14.2, 77.1, 88, 217.4-cü və “Banklar haqqında” Qanunun 62, 71ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
23. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3719/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
26. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı Cavabdeh ASC-nin müflis elan edilməsindən sonra yaranmış əmək haqqını tələb etmişdir ki, bu halda artıq ləğv prosesində olan Cavabdeh ASC-yə ləğvedici kimi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Yaranmış əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə hesablanan pul tələbi isə bank müflis elan edildikdən sonra Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan Cavabdeh ASC-nin aktivlərindən (yığımlarından) gələn gəlirlər hesabına təmin olunmalıdır. Çünki Cavabdeh ASC-nin müstəqil hesabı yoxdur və gələn gəlirlərə, yığılan vəsaitlərə nəzarət və sərəncam verilməsi səlahiyyəti ləğvedici kimi Əmanətlərin Sığortalanması Fonduna məxsusdur. İddiaçı isə bank müflis elan edildikdən sonra əmək münasibətlərini ləğv prosesində olan Cavabdeh ASC ilə deyil, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə davam etdirmişdir.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, ləğv pr osesində olan Cavabdeh ASC İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır.
28. Kollegiya hesab etmişdir ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-dən ödənilməmiş əmək haqqının və məzuniyyət pulunun ödənilməsini tələb etməsinə baxmayaraq, ləğv prosesində olan Cavabdeh ASC həmin ödənişin hesablanaraq ödənilməsi ilə bağlı iddiaçının qarşısında öhdəlik daşımır və o, hazırki iş üzrə əsl cavabdeh deyildir.
29. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlara əsasən haqlı sayıla və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin ol una bilər. İddiaçının cavabdeh qismində göstərdiyi şəxs isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz.
30. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1, 44.1, 59.4-cü, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 217.4-cü və Banklar haqqında” Qanunun 62-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (vəkili Nümayəndə4) kassasiya şikayəti vermişdir.
32. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, qətnamədəki mövqe ilə məhkəmə şəxslə onun təmsilçisini qarışdırı r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Həmin Qanunun 71.3-cü maddəsinə görə banka təyin edilmiş ləğvedici b ankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Beləliklə, ləğvedici cavabdehin qanuni nümayəndəsidir və sonuncunun orqanlarının səlahiyyətləri ləğvediciyə məxsusdur. Kommersiya qurumlarının dövlət reyestrində cavabdehin qanuni təmsilçisi qismində ləğvedicinin icraçı direktoru X2 göstərilmişdir. Qətnamədəki mövqe rəhbər tutulsa, cavabdeh kimi ümumiyyətlə onu göstərmək lazım idi. İddiaçı ilə əmək müqaviləsinə ləğv prosesində olan Cavabdeh ASC-nin əmri əsasında xitam verilmişdir. Əmrin özü də cavabdehin rəsmi blankında çap edilib, iddiaçının da məhz cavabdehin Audit Komitəsinin sədri vəzifəsindən azad edilməsi qeyd olunub. Əmri də Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru məhz cavabdehin ləğvedicisi qismində imzalayıb. Qətnamədəki mövqe məhz onu nəzərə almır ki, ləğvedici əmri Əmanətlərin Sığortalanması qismində deyil, məhz cavabdehin ləğvedicisi kimi imzalayıb. İddiaçı ləğvedicinin işçisi olmayıb, onunla əmək münasibətləri mövcud olmayıb. İddiaçının əmək münasibətləri cavabdehlə olub, onun işçisi olub. Qətnamədə deyilir ki, “Cavabdeh ASC-nin müstəqil hesabı yoxdur”. Məhkəmənin bu qənaəti heç nə ilə təsdiq olunmur. Mülki Məcəllənin 43.1-ci maddəsində deyilir: “Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquq ları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.
33. Bundan başqa kassator bildirmişdir ki, “Mülki Məcəllənin 60.2 və 61.7-ci maddələrinə uyğun olaraq, hüquqi şəxsin mövcudluğuna son qoyulma anına qədər hüquqi şəxs hüquq qabiliyyətini saxlayır, hüquqi şəxsin, konkret halda bankın müflis elan edilməsi bank fəaliyyəti ilə məşğul olan qurumun hüquq qabiliyyətini dayandırmır, yəni müflis elan olunmuş bank qurumu iflas proseduru çərçivəsində hüquqi şəxs kimi fəaliyyətini davam etdirir.” Deməli, cavabdehin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, müstəqil balansı vardır, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir və s. “Banklar haqqında” Qanunun 82.1.2-ci və 82.1.3-cü maddələrinə əsasən Əmanətl ərin Sığortalanması Fondunun özü ləğv prosesində olan bankların kreditorudur. Ləğvedici misal üçün o halda cavabdeh ola bilər ki, söhbət kreditor tələbinin qeydiyyatından getmiş olsun. Məsələn, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-3(102)3/2022 №-li və xx.xx.2022-ci il tarixli 2-3(102)-4/2022 №-li aktlarında bu qəbildən olan işlərə baxılıb. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmiş, mövqeyini aşağı instansiya məhkəmələrində verdiyi izahatının dəlillərinə uyğun əsaslandırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır:... d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı o lmayan əmək haqqı almaq.
36. Maddə
172. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
37. Maddə
178. Müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77 və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanu nvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunu
38. Maddə
68. Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır.
39. Maddə 71.3. Banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.
40. Maddə 71.7. Bu Qanunun 59.2-ci və 71.1-ci maddələrinə əsasən təyin edildiyi gündən ləğvedici aşağıdakı səlahiyyətləri həyata keçirir:... 71.7.1. bankın idarə olunması üzrə bütün səlahiyyətləri, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətlərini həyata keçirir;... 71.7.6. istənilən zaman bankın əməkdaşları ilə bağlanılmış əmək müqavilələrinə xitam verir.
41. Maddə 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından: 42. 1.1.bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 43. 1.2.banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır; 44. 1.3.bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «“Banklar haqqı nda” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 13 iyun 2017-ci il tarixli qərarı 45. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllən in 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır.
46. Lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əmək haqqı ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
48. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə i craata xitam verilir.
49. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
50. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
51. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassa siya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
55. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbu l edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
59. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına əsasən, İddiaçı Cavabdeh ASC-də əmək müqaviləsi üzrə çalışmış və çalışdığı dövrdə işlədiyi Cavabdeh ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçı Cavabdeh ASC müflis elan edildikdən sonra əmək müqaviləsinə xitam verilənədək yaranmış əmək haqqının ona ödənilməsini tələb edir. İddiaçı bu tələbini Ləğv prosesində olan Cavabdeh ASC-nə yönəldib.
60. İşə baxmış məhkəmələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qəra rına istinadla hesab etmişlər ki, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-dən ödənilməmiş əmək haqqının və məzuniyyət pulunun ödənilməsini tələb etməsinə baxmayaraq, ləğv prosesində olan Cavabdeh ASC hazırki iş üzrə əsl cavabdeh deyildir. Məhkəmə iclasında iddiaçıya cavabdehin əsl cavabdeh - ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz olunması təklif edilsə də, iddiaçı tərəf buna razı olmamışdır.
61. İşə baxmış məhkəmələrin verilmiş iddia üzrə ləğv prosesində olan Cavabdeh ASC-nin əsl cavabdeh olmaması barədə mövqeyi əsaslıdır.
62. Azərbaycan Respublikası MPM-nin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
63. L akin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli qərarında ləğv prosesində olan banklara qarşı işlərdə MPM-nin 54.2-ci maddəsindən fərqli qayda müəyyən edilərək qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2. 1-ci maddəsinə əsasən imtina olunmalıdır.
64. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
65. Göründüyü kimi birinci instansiya məhkəməsində iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalı idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilib mahiyyəti üzrə baxılmışdır.
66. Nəzərə alınmalıdır ki, MPM-nin 153-cü maddəsinə əsasən qəbul edilməsindən imtina olunmalı əsaslar mövcud olduğu halda iddia ərizəsi səhvən icraata götürüldükdə və ya icraata xitam verilməsi üçün əsaslar icraat za manı yarandıqda, məhkəmə MPM-nin 261-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməlidir.
67. Buna görə də qətnamə ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.
68. İddiaçıya izah olunur ki, hazırki tələblə Cavabdeh ASC-nin ləğvedicisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
69. Məhkəmə kollegiyası yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPMnin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3719/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.