Məhkəmə qərarları › İş №2(102)-4892/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4892/2020

04.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4892/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MTK-nın Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh1 və Cavabdeh3 İddiaçı MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” haqqında qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə və onun bağlanması, əqdin etibsrsızlığı, yalan əqd) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı MTK-nın vəkili X1, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəl i iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MTK ilə cavabdehlər arasında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli binada yaşayış sahələrinə pay hüquqlarının alqısatqısına dair 4 ədəd müqavilə bağlanmışdır.

2. Cavabdeh2 ilə bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli müqaviləyə əsasən, sonuncuya binanın 3-cü blok, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 87,6 kv.m olan 176 a saylı mənzil - izolə olunmuş 2 otaqdan ibarət bir pay kimi verilmiş, mənzilin dəyəri 55.188 manat razılaşdırılmış və bu məbləğin ödənildiyi göstərilmişdir. Bununla yanaşı, MTK-nın direk toru tərəfindən Cavabdeh2 adına mənzilin (müqavilədəki rekvizitlər göstərilməklə) dəyərinin tam ödənilməsinə dair xx xxxxxxxx 2014-cü il tarixli maliyyə arayışı verilmişdir.

3. Cavabdeh3 ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli müqaviləyə əsasən, sonuncuya binanın 3cü blok, 17-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125 kv.m olan 171 saylı mənzil - izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi verilmiş, mənzilin dəyəri 93.750 manat razılaşdırılmış və bu məbləğin ödənildiyi göstərilmişdir. Bununla yanaşı, MTK-nın direktoru tərəfindən Cavabdeh3 adına mənzilin (müqavilədəki rekvizitlər göstərilməklə) dəyərinin tam ödənilməsinə dair xx xxxxxx 2014-cü il tarixli maliyyə arayışı verilmişdir.

4. Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2014-cü il tarixli müqaviləyə əsasən, sonuncuya binanın 3cü blok, 17- ci mərtəbəsində yerləşən, ümumi sahəsi 90,0 kv.m olan 172 saylı mənzil - izolə olunmuş 2 otaqdan ibarət bir kimi verilmiş, mənzilin dəyəri 67.500 manat razılaşdırılmış və bu məbləğin ödənildiyi göstərilmişdir. Bununla yanaşı, MTK-nın direktoru tərəfindən Cavabdeh1 adına mənzilin (müqavilədəki rekvizitlər göstərilməklə) dəyərinin tam ödənilməsinə dair xx xxxxxx 2014-cü il tarixli maliyyə arayışı verilmişdir.

5. Cavabdeh1 ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli müqaviləyə əsasən, sonuncuya binanın 3cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m olan 159 saylı mənzil - izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi verilmiş, mənzilin dəyəri 100.000 manat razılaşdırılmış və bu məbləğin ödənildiyi göstərilmişdir. Bununla yanaşı, MTK-nın direktoru tərəfindən Cavabdeh1 adına mənzilin (müqavilədəki rekvizitlər göstərilməklə) dəyərinin tam ödənilməsinə dair xx xxxxxx 2014-cü il tarixli maliyyə arayışı verilmişdir.

6. İddiaçı MTK bildirir ki, həmin müqavilələr formal olaraq bağlanmışdır, hüquqi qüvvəsi yoxdur. Belə ki, müqavilələr kooperativin rəhbərliyinə yaxın olan Nəbi Aslanovun tanışı Azər adlı şəxs tərəfindən kooperativə “Şaqman” maşınlarının ehtiyyat hisələrinin verilməsi müqabilində, işə başlamaq üçün sonuncunun göstərdiyi şəxslərin, yəni cavabdehlərin adına bağlanmışdır. Sonradan təklif edilmiş ehtiyyat hissələrinə baxış keçirilərkən əksəriyyətinin istifadəyə yararsız olması məlum olmuş və adları çəkilən şəxslər arasında mübahisə yaranmışdır. Nə Azər adlı şəxs, nə də cavabdehlər mənzillərin pulunu ödəməmişlər. Ona görə də MTK hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Beləliklə, müqavilələr görüntü olaraq, başqa əqdi pərdələmək üçün bağlanmışdır.

7. Cavabdeh1 və Cavabdeh3 isə bildirirlər ki, aldıqları mənzillərin pulunu tam şəkildə ödəmişlər, bu fakt həm müqavilədə, həm də maliyyə arayışında qeyd edilmişdir. MTK-nın iddiası heç bir qanuni əsasa söykənmir, Mənzillərin onlara təhvil verilməsini istəsələr də MTK-nın rəhbərliyi bunu etməmişdir. Eyni zamanda İddiaçı MTK-nın müqavilələrin etibarsız sayılmasına dair tələbi üzrə qanunla müəyyən edilmiş müddətlər ötürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MTK ilkin iddia ilə məhkəməyə müraciət edərək, yuxarıda sadalanan müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi yuxarıda göstəri lən qaydada əsaslandırılmışdır (§ 6).

9. Eyni zamanda Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələblərinin təmin olunaraq, müqavilələrdə qeyd olunan mənzillərin dəyərinin tərəflərindən tam ödənildiyini nəzərə alıb 159, 172 və 171 nömrəli mənzillərin İddiaçı MTK tərəfindən müqavilə sahiblərinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişlər. İddia tələbi yuxarıda göstərilən qaydada əsaslandırılmışdır (§ 7).

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim M.Sadıqov) xx xxxxxx 2019-cu il tarixli, 2(007)769/2019 nömrəli qətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilmişdir.

11. Məhkəmə İddiaçı MTK -nın iddianın qismində istinad etdiyi faktiki halları mötəbər məlumat kimi qəbul edərək hesab etmişdir ki, müqavilələr görüntü olaraq, başqa əqdi pərdələmək üçün bağlanmışdır. Bu hal məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır.Belə ki, cavabdehlər yaşayış sahəsi əldə etmək üçün pay haqqı ödəməmişlər. Ödəməni təsdiq edən ciddi hesabat blankı (mədaxil qəbzi təqdim edilməmişdir. Bundan əlavə, cavabdehlərin kooperativə üzv qəbul olunması barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı qəbul olunmamışdır, onların İddiaçı MTK-nın üzvü olmalarına dair sübutları yoxdur və belə sübutlar ümumiyyətlə mövcud olmamışdır. Mənzillər cavabdehlərə təhvil verilməmiş və onlar iddianı ilkin iddia irəli sürüldükdən sonra qaldırmışlar. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sədrlik edən və məruzəçi), Ə.Qasımov və X.Sarıyev) xx xxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xa hiş etmişlər.

15. Kassasiya şikayətinin dəlilləri qarşılıqlı iddianın əsaslandırılması ilə eyni məzmunludur (§ 7, 9). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın vəkili X2, kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

18. Cavabdeh1 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3- cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 20. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 21. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (xx xxxxxx 2017-ci il t arixli, Xnömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

23. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

24. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

25. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

27. Maddə 385.1. Öhdə liyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

30. Maddə 403.1- 403.2. Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə gös tərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər.Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər.

31. Maddə

405. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağl amaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

32. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

33. Maddə

435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır.

34. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

35. Maddə

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

36. Maddə 662.1-662.2. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müva fiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. İşin yuxarıda göstərilən faktiki hallarından aydın olur ki, İddiaçı MTK ilə Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış müqavilələrlə tərəflər Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli binada rekvizitləri və qiymətləri dəqiq şəkildə göstərilən 159, 171 və 172 nömrəli mənzillər üzərindəki pay hüququnun Gözəlovlara satılmasını razılaşdırmışlar (bu məzmunda qarşılıqlı iradələrini yazılı müqavilələrdə bəyan etmişlər).

42. Nəzərə alınmalıdır ki, müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Mülki hüquq subyektlərinin sağlam iradə bəyanlarını əks etdirən razılaşmaları etibarlıdır. Başqa sözlə, müqavilənin bağlanmış sayılması üçün hər iki tərəf qarşılıqlı olaraq bir hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən, zədələnməmiş iradələrini bəyan etməlidirlər. Məhz belə müqavilə etibarlı şəkildə bağlanmış sayılır və hüquqi nəticə (tərəflər üçün hüquq və öhdəliklər) yaradır (§ 23-24, 27, 29, 31).

43. Bu hüquq qaydaları hazırkı işin faktiki hallarına tətbiq edildikdə aydın olur ki, tərəflər arasında sözügedən yaşayış sahələrinə pay hüquqlarının alqı-satqısına da ir müqavilələr bağlanmış, bu əqdlər tərəflər üçün hüquqi nəticələr doğurmuşdur. Yəni, İddiaçı MTK-nın sözügedən mənzilləri inşa edərək təhvil vermək, Cavabdeh1 və Cavabdeh3 isə onların dəyərni ödəmək öhdəlikləri yaranmışdır.

44. Mənzillərin dəyərinin tam ödənilməsi faktı MTK tərəfindən həm müqavilələrdə, həm də maliyyə arayışlarında təsdiqlənmişdir. Mülki Məcəllənin 178.8-ci maddəsinin müqavilələrin bağlandığı tarixdə qüvvədə olan redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Digər tərəfdən, nəzərə alınmalıdır ki, kreditorun xeyrinə lazımınca icra nəticəsində öhdəliyə xitam verilir (§ 22, 35).

45. Bununla belə işdən görünür ki, İddiaçı MTK mənzilləri təhvil vermək öhdəliyini icra etməmiş və səbəb kimi müqavilələrin etibarsız olmasını göstərmişdir.

46. Kollegiya vurğulayır ki, qanunvericilikdə etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə, müvafiq normalarda qruplaşdırılmışdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların arzu edilən hüquqi nəticəni yaratmağa yönəlmiş sağlam (zədələnməmiş) iradələrinin mövcudluğu və bu iradə(lər)nin doğru ifadə edilməsi və məcburi hüquq qaydalarına riayət olunmsı zəruridir. Bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı, onlara riayət olunmadan bağlanmış əqd isə etibarsız sayılır. Əqd etibarsız olduqda hüquqi nəticə doğurmadığı üçün hüquq və öhdəliklər əmələ gətirmir.

47. Əgər müqavilənin tərəfi əqdin etibarsızlığına istinad edirsə, buna səbəb kimi göstərdiyi faktiki halları sübuta yetirmək əqdin etibarsızlığını iddia edənin üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 37).

48. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut k ifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

49. Hazırkı işdə müqavilələrin etibarsızlığı tələbini İddiaçı MTK irəli sürdüyü üçün bu halı sübuta yetirmək vəzifəsi ona aiddir.

50. İddiaçı MTK tələbinin əsası kimi müqavilələrin X adlı şəxs tərəfindən kooperativə “Şaqman” maşınlarının ehtiyyat hisələrinin verilməsi müqabilində işə başlamaq üçün bağlanması, sonradan isə təklif edilmiş ehtiyyat hissələrinin əksəriyyətinin istifadəyə yararsız olmasının aşkar edilməsi, bu səbəbdən mübahisənin yaranması, X adlı şəxsin və ilkin iddia üzrə cavabdehlərin mənzillərin pulunu ödəmədiklərini göstərir. MTK bu hallara istinadən müqavilələrin başqa əqdi pərdələmək üçün bağlandığını və hüquqi qüvvəsinin olmadığın ı qeyd edir.

51. Göründüyü kimi, ilkin iddiaçının söykəndiyi etibarsızlıq şərti Mülki Məcəllənin 340.2-ci maddəsində nəzərdə tutulan yalan əqd institutuna uyğun gəlir.

52. Kollegiya vurğulayır ki, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələləyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin hər ikisinin qəsdi ilə əhatə olunur.

53. Hazırkı işdə İddiaçı MTK, mənzillərin satılm asına dair ilkin iddia üzrə cavabdehlərlə bağlanmış müqavilələrlə əslində MTK ilə Azər adlı şəxs arasında avtomobil ehtiyyat hissələrinin alqsatqısına dair müqavilənin pərdələndiyini, dolaysı ilə mənzillərə dair müqavilələrin yalan əqd olduğunu bildirir.

54. Cavabdeh1 və Cavabdeh3 isə müqavilələri mənzilləri almaq məqsədilə bağladıqlarını, onların dəyərini tam ödədiklərini bildirir, başqa əqdi pərdələmək məqsədini təkzib edirlər.

55. Buna baxmayaraq, adları çəkilən şəxslər arasında İddiaçı MTK-nın göstərdiyi məzmunda münasibətlərinin olması, mübahisələndirilən müqavilələrin məhz başqa əqdi pərdələmək məqsədilə bağlanmasını, bu hərəkətlərin Cavabdeh1 və Cavabdeh3 da iradəsi ilə edilməsi, bu cür pərdələmənin tərəflərə nə məqsədə xidmət etməsi, başqa sözlə müqavilə tərəflərinin hansı üçüncü ş əxslər qarşısında və hansı məqsədlə mənzillərin alqı-satqı müqaviləsini bağlayırlarmış kimi görünmək niyyətində olmalarına dair mötəbər sübutlar təqdim edilməmişdir.

56. Buna baxmayaraq məhkəmələr sübutları mötəbərlilik və kifayətedənlik baxımından düzgün qiymətləndirməmiş, yalnız İddiaçı MTK-nın bildirdiyi məlumatlarla kifayətlənməklə müqavilələri etibarsız saymışlar. Halbuki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM, maddə 88).

57. Əqdlərin etibarsızlığı sübuta yetirilmədiyi halda isə müqavilələrin yaratdığı hüquqi nəticə baxımından qarşılıqlı iddiaçıların tələbləri mülkiyyətin müdafiəsinə dair normalar ç ərçivəsində qiymətləndirilməli və onlara düzgün hüquqi qiymət verilməlidir (§ 20, 21).

58. Kollegiya diqqətdən qaçırmamışdır ki, iş materiallarında qarşılıqlı iddiaçıların mənzillərin dəyərinin bir hissəsinin (350.000 manat) nəğd pulla, qalanının isə (250.000 manat dəyərində) maşın ehtiyyat hissəsi verilməklə ödəmələrinə dair izahatları vardır. Bu fakt tərəflər arasındakı münasibətlərdə (hesablaşmalarda) maşın ehtiyyat hissələrinin verilməsi haqqında ilkin iddiaçının verdiyi məlumatlarla müəyyən mənada üst-üstə düşür.

59. Lakin nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçıların verdikləri bu məlumat, özü-özlüyündə müqavilələrin əhəmiyyətsiz (yalan əqd) olması nəticəsinə gəlmək üçün kifayət deyil.

60. Ona görə ki, MTK-nın bir şəxsdən mal (tikinti materialı, yaxud şirkətin avtomobilləri üçün eht iyyat hissələri və s.) alması müqabilində satıcının, yaxud onun göstərdiyi şəxsin adına mənzil verməsi və bunun müqavilə ilə rəsmiləşdirilməsi həmin əqdin etibarsızlığına dəlalət etmir. Çünki, bu halda tərəflər əşyanın alqı-satqısına dair razılığa gəlmiş və öhdəliklərini qarşılıqlı icra etmiş olurlar. Nəzərə alınmalıdır ki, adına müqavilə və tam ödəniş baradə maliyyə arayışı verilən şəxs mənzili əvəzsiz əldə etmir. Bir qayda olaraq, konkret şəxsin adına müqavilə rəsmiləşdirən və maliyyə arayışı verən MTK, bu sənədləri hansısa qarşılıqlı öhdəliyin icrasına dair razılaşma (tikinti materialı və s. malın verilməsi əvəzində, yəni qarşılıqlı öhdəliyin icrası) nəticəsində tərtib və təsdiq edir. Başqa sözlə, MTK adətən hansısa əmlak (aktivi) əldə edir, bununla satıcıya borclanır və həmin öhdəliyin əvəzini mənzillə ödəyir. Əks halda, yəni MTK-nın əvəzini almadığı mənzilə dair maliyyə arayışı verməsi inandırıcı deyil. Odur ki, yuxarıda göstərilən qaydada razılaşma və hesablaşma hallarında MTK qarşısında kreditor olan şəxs mənzilin özünün və ya göstərdiyi üçüncü bir şəxsin adına sənədləşdirilməsini istəyə bilər.

61. Məlum olduğu kimi qanunverici üçüncü şəxsin xeyrinə müqavilə bağlanılmasını mümkün sayır. Bu elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Belə müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər (§ 30).

62. Beləliklə, yuxarıda göstərilən qaydada razılaşma və hesablaşma ilə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və qarşılıqlı öhdəliklər icra edilmiş sayılır. Xüsusilə də nəğd pul vəsaiti verilmədən mənzilin tam ödənişinə dair maliyyə arayışının təqdim edilməsi, bir qayda olaraq MTK-nın əldə etdiyi əmlakın əvəzini ödəməsinə dəlalət edir. Bu səbəbdən hazırkı işdə qarşılıqlı iddiaçılara maliyyə arayışı verilməsinə baxmayaraq, nəğd pul ödənişinə dair mədaxil qəbzinin olmamasının müqavilələrin etibarsızlığına dəlalət edən fakt kimi qiymətləndirilməsi əsaslı yanaşma sayıla bilməz.

63. Öhdəliklərin bu qaydada (alınmış malın əvəzində əşya verilməsi yolu ilə) icrası nəinki mülki qanunvericiliyə zidd deyil, hətta müvafiq normalarla tənzimlənir.

64. Belə ki, mülki hüquq münasibətlərinin subyektləri dəyişdirmə müqaviləsi ilə bir əşyanın alınması müqabilində digər əşyanı n qarşı tərəfə verilməsini razılaşdıra bilərlər. Təsadüfi deyil ki, bu kimi hallarda dəyişdirmə müqaviləsinə alqı-satqıya dair qaydalar tətbiq edilir (§ 36).

65. Hətta əşyaların dəyişdirilməsi əvvəlcədən razılaşdırılmasa belə, satıcı (kreditor) müqavilədə nəzərdə tutulandan (məsələn, pulun ödənilməsindən) başqa bir icranı (məsələn, əşya verilməsini) qəbul etmək hüququna malikdir (§ 33). Dolayısı ilə, kreditor başqa icranı qəbul etdikdə borclunun öhdəliyi yerinə yetirilmiş sayılır.

66. Əks yanaşma mülki hüquq subyektlərinin faktiki işgüzar münasibətlərinə zidd olduğu kimi, bu münasibətlərin sərbəstliyini və sürətliliyini təmin edən mülki qanunvericiliyə də uyğun gəlmir.

67. Belə ki, Mülki Məcəllənin 1.2-ci maddəsində mülki dövriyyəni təmin etmək Məcəllənin vəzifələrindən biri kimi nəzərdə t utulmuş, 6.1-ci maddəsində mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsipləri kimi təsbit edilmişdir. Gözardı edilməməlidir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (MM, maddə 6.2).

68. Odur ki, mülki hüquq qaydaları (o cümlədən əqdin etibarsızlığına dair normalar) tətbiq edilərkən məsələyə formal mülahizələrlə yanaşılmamalı, tərəflərin münasibətlərinin həqiqi xarakteri, bu mü nasibətlərə tətbiq edilən qaydaların məqsədi və şərtləri, o cümlədən mülki qanunvericiliyin əsas prinsipləri nəzərə alınmalıdır.

69. Məhkəmə kollegiyası onu da bildirir ki, yuxarıda göstərilən münasibətlər çərçivəsində MTK tərəfindən şəxsə maliyyə arayışının verilməsi, əksi sübut edilmədikcə mal vermiş (satmış) tərəfin öz öhdəliyini yerinə yetirdiyinə dəlalət edir. Odur ki, MTK mənzillərin əvəzində malın (hazırkı işin halları baxımından avtomobil ehtiyyat hissələrinin) verilmədiyini, yaxud verilsə də onların yararsız olduğunu iddia etdikdə bu halları sübut etmək yükü MTK-nın üzərinə düşür. O da diqqətdən qaçırılmamalıdır ki, sübut edilmiş olsa belə həmin hallar müqavilənin etibarsız sayılmasına deyil, müqavilə icra edilməmişsə onun ləğv olunmasına, qüsurlu şəkildə icra edilmişə tərəfin müq avilədən imtina edərək düşdüyü zərərin əvəzinin ödənilməsi tələbinə əsas ola bilər. Çünki, yuxarıda qeyd olunduğu kimi müqavilə, arzu olunan hüquqi nəticəni əmələ gətirmək üçün tərəflərin qarşılıqlı iradə bəyanlarıdır. Tərəflər bu bəyanlarla keçərli şəkildə razılaşdıqda etibarlı müqavilə bağlanmış və öhdəliklər yaratmış olur. Bir tərəfin bu razılaşma üzrə verdiyi malın keyfiyyətsiz olması əqdin etibarsızlığına deyil, əqddən irəli gələn öhdəliyin lazımi şəkildə icra edilməməsinə dəlalət edir. Ona görə də, qanunverici şəxsin müqavilə öhdəliyini pozmasına görə digər tərəf qarşısında məsuliyyətini Mülki Məcəllənin 421-ci və 447-ci maddələrində ətarflı şəkildə tənzimləmişdir (§ 32, 34). Bu məsələlər isə iddialarda qaldırılmadığı üçün hazırkı işin araşdırma predmetini təşkil etmir.

70. Beləliklə, göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddianı təmin edib tərəflər arasında bağlanmış müqavilələri etibarsız saymaqla və qarşılıqlı iddianı rədd etməklə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını səhv tətbiq etmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də qətnamə ləğv edilməli, yuxarıda göstərilən hallar nəzərə alınmaqla, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

71. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 və Cavabdeh3 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın x nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar