Məhkəmə qərarları › İş №2(102)-4893/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4893/2020

21.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4893/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)13571/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova, iş № 2(005)-3663/2019) İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Ofisinə və üçüncü şəxs X3 qarşı ərizənin etibarsız hes ab edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, X2 cavabdeh 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat kontorunda xx xxxxxx 2019-cu il tarixdə təsdiq olunaraq reyestrində 8i-6084 nömrəsi ilə qeyd edilmiş imtina ərizəsinin etibarsız hesab edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, X.A.Cəmilova, İ.K.Xəlilov) müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Ofisinə qarşı ərizə nin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşin halları: Tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan xx xxxxxx 2016-cı il tarixdə X4 adında bir uşaqları olmuşdur. xx xxxxxxxx 2018-ci il tarixdə X5 1 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat kontorunda imzaladığı ərizə ilə xx xxxxxx 2016-cı il təvəllüdlü X1 xx xxx 2021-ci il tarixədək İddiaçı ilə birlikdə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtmasına etirazının olmadığını bildirmiş, xx xxxxxx 2019-cu il tarixdə isə həmin notariat konturuna ərizə ilə müraciət edərək xx xxxxxxxx 2018-ci il tarixli ərizəyə xitam verilməsini xahiş etmişdir. 2019-cu ilin iyul ayında İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat O fisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli imtina ərizəsinin etibarsız hesab edilərək xx xxxxxxxx 2018-ci il tarixli ərizənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayə ti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs N Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilm iş hallarından görünür ki, X5 1 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Kontoruna xx xxxxxxxx 2018-ci il tarixli ərizə verərək, xx xxxxxx 2016-cı il təvəllüdlü X1 xx xxx 2021-ci il tarixədək İddiaçı ilə birlikdə istənilən xarici ölkəyə gedib qayıtmasına heç bir etirazının olmadığını bildirmiş, xx xxxxxx 2019-cu il tarixli ərizə ilə yenidən həmin notariat kontoruna müraciət edərək xx xxxxxxxx 2018-ci il tarixli ərizəyə xitam verilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, X2 razılıq ərizəsindən imtina etməsini onun sərbəst iradə ifadəsinə uyğun olmaqla, bu barədə qarşı tərəfə hər hansı bir məlumat verilməsinin məcburi formasının müəyyən edilməməsinə əsaslanmış və g əldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 324.5, 404.1 və Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması Qaydaları haqqında təlimatın 14-cü bəndinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin irad ə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Göyçay Rayon Məhkəməsində X3 qarşı atanın icazəsi olmadan uşağın ölkə hüdudlarından kənara aparılmasına icazə verilməsi tələbi ilə iddia qaldırılmış, iddia tələbi təmin edilmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun sayır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar