Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4893/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı üzrə QƏRARİ Açar sözlər: əsassız hesablanmış borc məbləğinin silinməsi 18.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3576/2022 nömrəli,17 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, mənzil 23 (bundan sonra – qeyri – yaşayış sahəsi) İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən diş kabineti kimi fəaliyyət göstərir və xx.xx.2020-ci il tarixdən Cavabdeh ASC tərəfindən içməli və istehsalat məqsədli su ilə təmin edilmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixə 5112 manat borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qeyri-yaşayış sahəsinin su tə chizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 5112 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, SMART-KART tipli su sayğacının yenisi ilə dəyişdirilməsi ilə əlaqədar Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 04 sentyabr 2020-ci il tarixli sənədə əsasən su sərfiyyatı və çirkab sularının axıntısına dair ümumi olaraq borcu olmayıb. Həmin vaxtdan etibarən yeni quraşdırılmış sayğacın göstəricisinin 28 kubmetr olmasına baxmayaraq (1 kub metrin suyun dəyəri 2,0 manat olmaqla cəmi 56,0 manat təşkil edir) hesaba müxtəlif tarixlərdə 12 dəfəyə 176 manat pul ödəmişdir. Hesablamaya əsasən su sərfinə və tullantıya görə əlavə 120 manat avans qoymuşdur. Sonradan, yəni 202 0-ci ilin sonunda ona heç bir əsas olmadan yeni hesab təqdim edilərək ümumi borcunun 5154 manat olduğu və ödəmiş olduğu 176 manat pulun çıxılaraq cəmi 4978 manat ödəyəcəyi barədə bildiriş verilmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2084/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli borc cavabdeh tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi qeyri-yaşayış sahəsi üzrə iddiaçıya 2020-ci il üçün hesablanılmış 5112 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir
7. Məhkəmə hesab e tmişdir ki, borcun yaranma mənbəyi məlum deyildir və əsassız olaraq hesablanmışdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnəmə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Babayev sədrlik edən, məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 25 avqust 2021-ci il tarixli, 2(103)-8532/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmasmış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmışdır.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci növbədə iddiaçıdan tələb edilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir.
12. Kollegiya hesab etmişdir ki, hazırki halda cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının evinə hesablanmış borcun həqiqətən onun tərəfindən real sərf edilmiş suya görə yarandığı sübuta yetirilmədiyindən həmin borcun iddiaçın ın abunə hesabından silinməli olduğu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir
13. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü və 7.5-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)-8532/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi dair qərar qəbul edilməsini xahiş etmişlər.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, abonentə məxsus sayğacın elektron hissəsi işləmə miş, hesabat mexaniki göstəriciyə əsasən aparılmışdır. Sayğacın işləməməsi barədə iddiaçı tərəfindən cavabdehə məlumat verilməmişdir. Yalnız əməkdaşla tərəfindən sayğaca baxış keçirilərkən bu hal müəyyən edilmiş, sayğac çıxarılaraq laboratoriyaya gətirilməsi üçün abonentə təhvil verilmişdir. Labaratoriyanın xx.xx.2020-ci il tarixli 20129/0062314 nömrəli rəyində elektron platanın və batareyanın işləmədiyi müəyyən edilmiş, hesabat mexaniki göstəriciyə əsasən aparılmışdır. Sayğacın işlək vəziyyətdə saxlanılmasına və hər hansı bir nasazlıq baş verdikdə məlumat verilməsi istehlakçının vəzifəsidir. Lakin məhkəmə qətnamə çıxararkən bunu nəzərə almamışdır.
16. Kassator hesab etmişdir ki, apelyasiya məhkəməsi iş üzrə düzgün olmayan normanı tətbiq etmişdir. Belə ki, məhkəmənin istinad etdiyi Qaydala rın 7.4-cü bəndi əhali istehlakçıları üzrə xidmətlərin dəyərinin hesablanması qaydasını müəyyən edir. Lakin iş üzrə materiallardan göründüyü kimi iddiaçı qeyri-istehsalçıdır. Qaydaların 7.5-ci bəndi sudan sayğacsız istifadə edən istehlakçılara aiddir. Lakin iş materiallarından da göründüyü kimi iddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən sayğac üzrə istifadə edir.
17. Kassasiya şikayətində o da qeyd olunmuşdur ki, məhkəməyə sayğacın dəyişdirilmə aktı, xx.xx.2020-ci il tarixli 20129/0062314 nömrəli rəyi və abonent hesabat cədvəli təqdim edilmişdir. Həmin sübutlarda elektron hissənin və batareyanın işləmədiyi, mexaniki hissənin işlək vəziyyətdə olduğu, borcun yaranma əsasları, istifadə edilmiş xidmətlərin dəyərinin ödənilməməsi açıq aşkar görünür. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutlara qiymət verməyərək əsassız qətnamə qəbul etmişir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)490/2020 nömrəli 7 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: Elşanə Vəliyeva – məruzəçi, Elşad Şamayev, Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
19. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, Sayğacın elektron hissəsi sıradan çıxdıqda onun mexaniki göstəricilərinin hansı əsasla nəzərə alınmaması, xx.xx.2016-cı ildən sayğac dəyişilən günə kimi sudan istifadə üzrə hər hansı ödəniş edilməsinin müəyyən edilməməsi, sayğacın göstəricilərinə əsasən tələb edilən ödənişin real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olmasının əlavə hansı sübutlarla təsdiq edilməli olması, hansı əsasla həmin borcun şübhəli olması qətnamədə əsaslandırılmamışdır.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, borcun yaranma mənbəyinin məlum olmaması və əsassız olaraq hesablanması barədə qənaətə gələn apellyasiya məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, apellyasiya şikayətinin dəlilərini araşdırmamış, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur.
21. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 385.1, 386.1-ci, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.5, 4.1.3, 4.1.5- ci maddələri nə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3576/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Xəyal Sarıyev) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.
23. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı qeyri-əhali istehlakçısıdır. Sayğacın sərfiyyatı xx.xx.2012-xx.xx.2020-ci illər ərzində 3219 m3 olmuş, onun 2556 m3 istifadə olunmuş, lakin dəyəri ödənilmiş sərfiyyatdır. Belə ki, sayğacın istismarda olduğu dövr ərzində smart karta cəmi 663 m3 (dəyəri ödənilən) su yüklənilmişdir. H azırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc məbləği 2556 m3 × 2 manat= 5112 manat təşkil edir. Qeyd edilən borc iddiaçıya məxsus mübahisəli ünvanda istifadə edilmiş, lakin dəyəri ödənilməmiş borc məbləğdir. Bu səbəbdən də cavabdeh həmin məbləği iddiaçıdan tələb etməkdə haqlı olmuşdur.
24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1-ci, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1.5, 4.1.3, 4.1.5- ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (V əkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
27. Kassator şikayətini əsaslandırarkən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu, MPM-in 88 və 175-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu
31. Maddə 30 (1-ci hissə). Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə d üzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”
32. Maddə 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.
33. Maddə 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək Maddə 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlər ində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçının vəzifəsidir. Mülki Prosessual Məcəllə
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halla rı araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla form al əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstəri lən hallar işin materiallarına uyğun olsun.
48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə ko llegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3576/2022 nömrəli,17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.