Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-490/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı və vəkili Kərimov Yusif Əli oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 2(103)-10142/2019 saylı qərardadından verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1561/2019 saylı, 01 aprel 2019-cu i l tarixli qərtnaməsi ilə (hakim S.R.Mustafayeva) İddiaçı cavabdeh Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli, 2(103)10142/2019 saylı qərardadı ilə (hakimlər: sədrlik edən və məruzəçi A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)1561/2019 saylı mülki işi üzrə 01 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilməsi, şikayətin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 oktyabr 2019-cu il tarixli, 2(103)- 10142/2019 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli, 2(103)-10142/2019 saylı qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə ərizəçi İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 2(103)-10142/2019 saylı qərardadı ilə (hakimlər: sədrlik edən və məruzəçi A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10142/2018 saylı iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2019-cu il tarixli, 2(103)-10142/2019 saylı qərardadı ilə (hakimlər: sədrlik edən və məruzəçi A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 2(103)-10142/2019 saylı qərardadının giriş hissəsində qərardadın nömrəsi, təsviri-əsaslandırıcı hissəsinin 2-ci səhifəsinin 5-ci sətrində və nəticə hissəsində qərardadın nömrəsi və tarixi, həmçinin qərardad əvəzinə qətnamə kimi yazılanların “2(103)-10142/2019 saylı iş üzrə 05 iyul 2019-cu il tarixli qərardadı” kimi müəyyən olunmaqla yalnışlığın düzəldilməsi qərara alınmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 54 saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında imzalanmış v ə cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 04 noyabr 2016-cı il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, onunla cavabdeh Cavabdeh1 arasında imzalanmış və cavabdeh Bakı şəhəri 54 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş 04 noyabr 2016-cı il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi və cavabdeh Cavabdeh1 11.500 ABŞ dolları pulun (ödənildiyi gün Azərbaycan Respublikası tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), illik beş faiz dərəcəsi hesablanmaqla 4000 manat, əldən çıxmış faydaya görə 4000 manat və mənəvi zərərə görə 10.000 manat məbləğində pulun, məhkəməyə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə 16 oktyabr 2019-cu il qərardadından narazı qalaraq, İddiaçı Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qərardadının ləğv edilib Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2019-cu il tarixli, 2(103)-10142/2019 saylı qərardadından tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilib baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Kərimov Yusif Əli oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə tam səthi yanaşmış, kassatorun məhkəmə müdafiəsindən istifadə etmək hüququnu məhdudlaşdırmış, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək onun təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 54 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Məhkəmə kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını və iddiaçının kassasiya şikayətinin dəllilərini araşdıraraq aşağıdakı göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qərardad ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, qətnamədən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsinə dair apellyasiya instansiyası məhkəməsi nin 05 iyul 2019-cu il qərardadını İddiaçı 01.08.2019-cu il tarixdə qəbzə imza etməklə almışdır. Bundan sonra iddiaçı həmin qərardaddan kassasiya şikayəti verməsi üçün dövlət büdcəsi hesabına vəkillə təmin olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizəyə baxılması 14 oktyabr 2019-cu il tarixə təyin edilmiş və həmin tarixdə iddiaçı ərizəyə baxılmasına zərurət olmadığını, vəkillə müqavilə bağlayaraq qərardaddan kassasiya şikayəti verdiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsi formal mülahizələrə əsasən artıq heç bir hüquqi əsas olmadan vəkillə təmin olunma barədə ərizəyə baxaraq onu təmin etməmiş, mülki prosessual qanunvericiliyin tələbinə zidd olaraq şikayət vermək üçün prosessual müddətin ötürülməsini göstərməklə 16 oktyabr 2019-cu il tarixdə kassasiya şikayə ti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 2(103)-10142/2019 saylı qərardadı ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-490/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-490/2020
04.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver