Məhkəmə qərarları › İş №2(102)-490/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-490/2022

07.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-490/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əsassız hesablanmış borc məbləğinin silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8532/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları DƏDRX tərəfindən verilmiş RX ******* saylı Çıxarışa əsasən ünvan 2 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Abonent haqqında məlumatlara əsasən, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsi İddiaçı istifadəsindədir və həmin qeyri-yaşayış sahəsi diş kabineti kimi fəaliyyət göstərir. Həmin ünvan 12.03.2020-ci il tarixdən Cavabdeh ASC tərəfindən içməli və istehsalat məqsədli su ilə təmin edilmişdir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 12.09.2020-ci il tarixli 27 X8 Sayğacının Dəyişdirilməsinə dair iş əmrindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsində olan sayğac yenisi ilə dəyişdirilmi şdir, çıxarılan sayğacın zavod və Azərsuya məxsus plombu üstündədir, sayğacın elektron hissəsi işləmir. Abonentə sayğacın laboratoriyaya aparılması izah edilmişdir. Həmçinin sayğacın son mexaniki sərfiyyat göstəricisi 03219 olmuşdur. İş materiallarında olan Cavabdeh ASC X6 İdarəsi “X1 Laboratoriyası” tərəfinən 20129/0062314 saylı Rəydən görünür ki, laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur. S.C-ın elektron platası işləmir. S.C-ın qapaqaltı platform hissəsi çatlaqdır. S.C-ın quru hesablama mexanizm hissəsinə su yığılmışdır. Nisbi xətanın təyini üçün yararsızdır. Batareya (E=3,6v) >0.0v) işlək deyil. (K=6 0v)-»0.0v) işlək deyil. S.C təmirə və istismara yararsızdır. İş materiallarında olan X4 görünür ki, İddiaçı 21.09.2020-ci il tarixə 5112 manat borc hesablanmışdır. İş materiallarında olan icraçı Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsinin sahibi Qanuni nümayəndə ünvanlanmış məktubdan görünür ki, Səbail rayonu Sukanal idarəsinin xidməti ərazisində fəaliyyət göstərən, müqavilə nömrəsi 064494 olan obyektin su xətti üzərində 05.10.2012-ci il tarixdə quraşdırılmış, Alfasu-20 markalı 50120129 nömrəli X8 sayğacı 12.09.2020-ci il tarixində çıxarılaraq laboratoriya yoxlamasından keçirilməsi üçün "Azərsu” ASC-nin X6 idarəsinə aparılmış və əvəzinə smart CSS-20 markalı, 220125 nömrəli smart tipli su sayğacı quraşdırılmışdır. Laboratoriyanın 16.09.2020-ci il tarixli 20129/0062314 nömrəli rəyinə əsasən sayğacın əks bağlayıcısı işlənməyib balans bitdikdə su bağlanmayıb sayğac sərf iyyatı qeydə aldığı məlum olmuşdur. Yaranmış borcla bağlı bildirilir ki, sayğacın sərfiyyatı 05.10.2012-12.09.2020-ci illər ərzində 3219 m3 olmuşdur ki, bunun da 2556 m3 istifadə olunmuş, dəyəri ödənilməmiş sərfiyyatdır. Belə ki, sayğacın istismarda olduğu dövr ərzində smart karta cəmi 663 m3 su yüklənmişdir. Həmçinin hazırda su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabda yaranmış borc 4978 manat təşkil edir. Qeyd edilən borc istifadə olunmuş, dəyəri ödənilməmiş su sərfiyyatına görə hesablanmış məbləğin ödənilməmiş hissəsidir. “Sudan istifadə Qaydaları”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabınızda yaranmış qalıq borclarını su təchizatı və kanalizasiya müəssisəsi ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilər. Bunun üçün Səbail Rayon Sukanal İda rəsinə yaxınlaşıb razılıq protokolu imzalamağı tövsiyyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair ərizə və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47 ünvanında yerləşən 23 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 5112 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla tam mülkiyyətindədir. Mənzildən kənarda, yəni ümumi istifadədə olan sahədə SMART tipli su sayğacı (kod-064494, müqavilə-********) quraşdırılıb. Mənzili sınaq müddətinə qeyriyaşayış sahəsi kimi icarəyə vermişdir. Su sayğacı 2020-ci ilin avqust ayında onun adına keçirilib. 27 X8 sayğacının yenisi ilə dəyişdirilməsi ilə əlaqədar Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 04 sentyabr 2020-ci il tarixli sənədə əsasən su sərfiyyatı və çirkab sularının axıntısına dair ümumi olaraq borcu olmayıb. Həmin vaxtdan etibarən yeni quraşdırılmış sayğacın göstəricisinin 28 kubmetr olmasına baxmayaraq (1 kub metrin suyun dəyəri 2,0 manat olmaqla cəmi 56,0 manat təşkil edir) hesaba müxtəlif tarixlərdə 12 dəfəyə 176 manat pul ödəmişdir. Hesablamaya əsasən su sərfinə və tullantıya görə əlavə 120 manat avans qoymuşdur. Sonradan, yəni 2020-ci ilin sonunda ona heç bir əsas olmadan yeni hesab təqdim edilərək ümumi borcunun 5154 manat olduğu və ödəmiş olduğu 176 manat pulun çıxılaraq cəmi 4978 manat ödəyəcəyi barədə bildiriş verilmişdir. Bu cür hesabat məntiqsiz və əsassızdır. Belə çıxır ki, sudan istifadə olundu və yə olunmadı fərqi yoxdur, istənilən məbləğ ödənilməlidir. Kartda isə müəyyən məbləğ olmadıqda, sayğac avtomatik bağlanır. Əsassız hesablanmış məbləğin silinməsi və hesabatın yenidən aparılması məqsədilə 18 dekabr 2020-ci il tarixində Cavabdeh ASCnin rəhbərliyinə elektron poçt vasitəsi ilə müraciət etmişdir. Cavab məktubu tam əsassızdır. O bununla razı deyil. X8 sayğacının yenisi ilə lüzumsuz dəyişdirilməsi işi Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənişlərin bilərəkdən şişirdilməsinə xidmət etməkdən başqa bir şey deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2084/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunaraq, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47 ünvanında yerləşən 23 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 5112 (beş min yüz on iki) manat məbləğində borcu silinmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid X2 izahatında bildirmişdir ki, sayğac onların laboratoriyasına gətirilmişdir və baxış zamanı müəyyən olunmuşdur ki, sayğacın mexaniki hissəsində su olduğu üçün sayğacın hesabatının aparılması mümkün olmamışdır və rəy verilmişdir ki, sayğac təmirə və istismara yararsızdır. Ümumilikdə isə sayğaclar A və B siniflərinə bölünür və siniflər qalxdıqca sa yğacın həssaslığı da artır. A sinif sayğaclarda hesablayıcı hissə suyun içərisində olur, B siniflərdə isə quru hissədə olur. Bu sayğacda donvurma və ya artıq təziq nəticəsində hesablayıcı mexanizmin yerləşdiyi “çaşka” deyilən hissə çatlayıb və ora su daxil olub. Smart sayğaclarda sensor deyilən hissə vardır ki, həmin hissə mexaniki hissə işlədikcə məlumatı elektron hissəyə ötürür, lakin bu sayğacda həmin hissəyə su daxil olduğu üçün ərp və ya digər səbəbdən dolayı sensor məlumatı elektron hissəyə ötürməyib. Sayğacın modelindən aslı olaraq bəzilərində mexaniki hissə əsas götürülür. Çünki hesabatı elektron hissəyə mexaniki hissə ötürür. Lakin, bəzən roliklər var ki, onların işində nasazlıq olanda onlar elektron hissəni əsas götürürlər. Qeyri-əhali sektorunda sayğacın alınması, dövrü yoxlamad an keçirilməsi, dəyişdirilməsi və yeni sayğacın alınması da abonentin öz hesabına həyata keçirilir. Dövrü yoxlama qeyri-əhalidə ildə bir dəfə həyata keçirilir. Bununla bağlı abonent özü də Cavabdehya müraciət edə bilər. Həmçinin, Cavabdeh ASC də dövrü yoxlama vaxtı sayğacı yoxlamadan keçirməklə bağlı müraciət edə bilər. Birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir və həmin qeyri-yaşayış sahəsi diş kabineti kimi fəaliyyət göstərir. Həmin ünvan 12.03.2020-ci il tarixdən Cavabdeh ASC tərəfindən içməli və istehsalat məqsədli su ilə təmin edilmişdir. Habelə, məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan X4 görünür ki, İddiaçı 21.09.2020-ci il tarixə 5112 manat borc hesablanmışdır. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, 12.09.2020-ci il tarixli Cavabdeh ASC tərəfindən tərtib edilmiş 27 X8 Sayğacının Dəyişdirilməsinə dair iş əmri ilə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsində olan sayğac dəyişdilərək plomblanmışdır. Həmin iş əmrindən müəyyən edilmişdir ki, sayğacın mexaniki sərfiyyat göstəricisi 03219 m3 olmuşdur, elektron sərfiyyat göstəricisini müəyyən etmək mümkün olmamışdır. Həmçinin həmin tarixə İddiaçı borcu olmamışdır. Məhkəmə qeyd etmişdir ki, çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi X3 09.10.2012-01.09.2016-cı illər üzrə toplam 663 kub metr sudan sərfiyyat etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh ASC 03219 rəqəmdən 663-ü çıxmışlar (hansı ki, əvvəlki mülkiyyətçi tərəfindən 663 kub metrədək olan hissədə sərfiyyatın haqqı ödənilib) və alınan rəqəmi ikiyə vuraraq yekun nəticəni müəyyən etmişlər. 2012-ci ildən 2016-cı ilə qədər sayğac kodu YYYn adına olmuş və həmin tarixə qədər 908 manat ödəniş olunmuşdur. Onlar arada olan sərfiyyatı tapmaq üçün son göstəricidən həmin sərfiyyatı çıxmışlar və 3219-663=2556 kub metr qalıq qalmışdır. Lakin məhkəmə tərəfindən cavabdehə sayğacı elektron hissəsinin göstəriciləri 03219-a çatana qədər olan ödənişlərin niyə göstərilməməsi soruşulduqda, cavabdeh bu suala cavab verə bilməmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli borc Cavabdeh ASCni n tərəfindən hesablanıldığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdehin nümayəndəsi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47, 23 saylı qeyri-yaşayış sahəsi üzrə İddiaçı 2020-ci il üçün hesablanılmış 5112 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, Cavabdeh ASC tərəfindən mübahisəli borc hesablanaraq abunəçinin sayğacının mexaniki sərfiyyatın son göstəricisindən (03219 m3) əvvəlki abunəçinin 09.10.2012-01.09.2016-cı illər üzrə istifadə olunmuş 663 kub metr çıxıb, bununla da istifadə olunmuş lakin dəyəri ödənilməmiş sərfiyyatı müəyyən etmək (2556 m3) hansı əsasla, hansı qaydalara, t əlimata və ya hansı normativ sənəd əsasında aparılmasını cavabdeh tərəf əsaslandıra bilməmiş və borcun məhz bu qaydada hesablanmasının mənbəyi birinci instansiya məhkəməsinin iclasında müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, borcun yaranma mənbəyi məlum deyildir və əsassız olaraq hesablanmışdır. Buna görə də Cavabdeh ASC tərəfindən İddiaçı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 47 ünvanında yerləşən 23 saylı mənzilin su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə əsassız hesablanmış 5112 manat məbləğində borc silinməlidir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1-ci maddələrinə və «Su təchizatı və tullantı suları haqq ında» Azərbaycan Respublikası Qanununa istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnəmə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən, məruzəçi, Xumar Məhərrəmova və Elnur Həsənov) 25 avqust 2021-ci il tarixli, 2(103)-8532/2021 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmasmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2084/2021 saylı, 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab etmişdir birinci növbədə iddiaçıdan tələb ed ilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, hazırki halda cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının evinə hesablanmış borcun həqiqətən onun tərəfindən real sərf edilmiş suya görə yarandığı sübuta yetirilmədiyindən həmin borcun İddiaçı abunə hesabından silinməli olduğu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsini Azərbayc an Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4-cü və 7.5-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Cavabdeh ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)-8532/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, abonentə məxsus sayğacın elektron hissəsi işləməmiş, hesabat mexaniki göstəriciyə əs asən aparılmışdır. Sayğacın işləməməsi barədə iddiaçı tərəfindən Cəmiyyətə məlumat verilməmişdir. Yalnız Cəmiyyətin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən bu hal müəyyən edilmiş, sayğac çıxarılaraq laboratoriyaya gətirilməsi üçün abonentə təhvil verilmişdir. Labaratoriyanın 16.09.2020-ci il tarixli 20129/0062314 nömrəli rəyində elektron platanın və batareyanın işləmədiyi müəyyən edilmiş, hesabat mexaniki göstəriciyə əsasən aparılmışdır. Sayğacın işlək vəziyyətdə saxlanılmasına və hər hansı bir nasazlıq baş verdikdə məlumat verilməsi istehlakçının vəzifəsidir. Lakin məhkəmə qətnamə çıxararkən bunu nəzərə almamışdır. Apelyasiya məhkəməsi iş üzrə düzgün olmayan normanı tətbiq etmişdir. Belə ki, məhkəmənin istinad etdiyi Qaydaların 7.4-cü bəndi əhali istehlakçıları üzrə xidmətlərin dəyərinin hesablanması qaydasını müəyyən edir. Lakin iş üzrə materiallardan göründüyü kimi iddiaçı qeyri-istehsalçıdır. Qaydaların 7.5-ci bəndi sudan sayğacsız istifadə edən istehlakçılara aiddir. Lakin iş materiallarından da göründüyü kimi iddiaçı su təchizatı və kanalizasiya xidmətlərindən sayğac üzrə istifadə edir. Cavabdehin vəkili həmçinin qeyd etmişdir ki, məhkəməyə sayğacın dəyişdirilmə aktı, 16.09.2020-ci il tarixli 20129/0062314 nömrəli rəyi və abonent hesabat cədvəli təqdim edilmişdir. Həmin sübutlarda elektron hissənin və batareyanın işləmədiyi, mexaniki hissənin işlək vəziyyətdə olduğu, borcun yaranma əsasları, istifadə edilmiş xidmətlərin dəyərinin ödənilməməsi açıq aşkar görünür. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin sübutlara qiymət verməyərək əsassız qətnamə qəbul etmiş ir. Kassasiya şikayətində qeyd edilmişdir ki, yaranmış borcla bağlı bildiririk ki, sayğac həmin obyektə 05.10.2012-ci ildə quraşdırılmış, sayğacın sərfiyyatı 05.10.201212.09.2020-ci illər ərzində 3219 m3 olmuşdur ki, onun da 2556 m3 istifadə olunmuş, lakin dəyəri ödənilmiş sərfiyyatdır. Belə ki, sayğacın istismarda olduğu dövr ərzində smart karta cəmi 663 m3 (dəyəri ödənilən) su yüklənilmişdir. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borc məbləği 2556 m3 × 2 manat= 5112 manat təşkil edir. Qeyd edilən borc iddiaçı tərəfindən istifadə edilmiş, lakin dəyəri ödənilməmiş borc məbləğdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırma aparılmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normaları tətbiq edilmə miş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Prossesual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı eti raz və ya izahatları məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 30 (1-ci hissə) Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: Maddə 2.1.5. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraş dırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Maddə 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək Maddə 4.1.5. istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamə Cavabdeh ASC tərəfindən bütövlükdə mübahisələndirildiyindən tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq kollegiya aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 7.4cü və 7.5-ci bəndlərinə istinad edərək, birinci növbədə iddiaçıdan tələb edilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunun Cavabdeh ASC tərəfindən sübuta yetirilmədiyini, işdəki sənədlərin sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına aldığını qeyd edərək,birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olduğu qənaətinə gəlmişdir. Halbuki istnad olinan “Qaydaların” 7.4 və 7.5-ci maddələri əhali istehlakçıları üzrə sudan sayğacsız istifadə zamanı xidmətlərin dəyərinin hesablanması qaydasını müəyyən edir. İddiaçı qeyri-əhali qrupuna aid olmaqla, sudan sayğac üzrə istifadə etmiş, sadəcə sayşağın elektron hissəsi sıradan çıxdığına görə sayğacın mexaniki hissəsinin qeyd etdiyi sərfiyyata əsasən ödəniş tələb edilmişdir. Sayğacın elektron hissəsi sıradan çıxdıqda onun mexaniki göstəricilərinin hansı əsasla nəzərə alınmaması, 01.09.2016-cı ildən sayğac dəyişilən günə kimi sudan istifadə üzrə hər hansı ödəniş edilməsinin müəyyən edilməməsi, sayğacın göstəricilərinə əsasən tələb edilən ödənişin real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olmasının əlavə hansı sübutlarla təsdiq edilməli olması, hansı əsasla həmin borcun şübhəli olması qətnamədə əsaslandırılmamışdır. Məhkəmə hesab edir ki, borcun yaranma mənbəyinin məlum olmaması və əsassız olaraq hesablanması bar ədə qənaətə gələn apellyasiya məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməmiş, apellyasiya şikayətinin dəlilərini araşdırmamış, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə bax ışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Proses sual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 200 6-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Ona görə də, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 25 avqust 2021-ci il tarixli, 2(103)8532/2021 nömrəli qətnaməsi ləğv edilsin, iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar