Məhkəmə qərarları › İş №2(102)-4900/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4900/2020

23.10.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4900/2020 23.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)263/2019 saylı qətnaməsindən İddiaçı şirkəti tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş № 2(001)-455/2018) İddiaçı şirkətinin Cavabdeh qarşı şirkətin saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin oradan çıxarılması, torpaq sahəsin in boşaldılaraq şirkətin istifadəsinə qaytarılması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Eyvazov, F.Ş.Talışinski və Z.Ə.Əliyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli qərarı ilə Biləcəri Bələdiyyəsinin hüdudları daxilində 500 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə Cavabdeh ayrılmış və sonuncu tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. 2016-cı ilin oktyabr ayında İddiaçı şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cava bdeh tərəfindən inşa edilmiş tikilinin Azərbaycan Respublikasının neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında xx xxxxxxxx 2004-cü il tarixli sazişlə şirkətin istifadəsinə verilmiş 1 saylı mədənin 5-ci sahəsində yerləşən neft quyusunun təhlükəsizlik zolağı daxilində yerləşməklə özbaşına tikili olmasını və s. əsas göstərməklə özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin oradan çıxarılıb torpaq sahəsinin boşaldılmaqla şirkətin istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək cavabdehin fərdi yaşayış evi tikdiyi torpaq sahəsinin dövlətə məxsus olmasını, Bələ diyyənin öz səlahiyyət həddini aşmaqla həmin torpaq sahəsini cavabdehə verməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin mər uzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı hesab edir ki, cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi yuxarıda göstərilən sazişlə şirkətə verilmiş neft quyusunun təhlükəsizlik zolağında yerləşir və orada inşa edilmiş ev özbaşına tikilidir. Apelyasiya instansiyası məhkəməsi şirkətin iddia tələbinin rədd olunmasını əsaslı sayarkən cavabdehin fərdi yaşayış evi inşa etdirdiyi torpaq sahəsinin Biləcəri Bələdiyyəsinin xx xxxxxx 2 006-cı il tarixli qərarı ilə cavabdehin istifadəsinə verildiyini, şirkət tərəfindən Bələdiyyənin qərarının qanuniliyini mübahisələndirsə də, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmamasını, Bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçıya satılmamışdan əvvəl müvafiq orqanlara, o cümlədən Binəqədi rayon qaz istismarı idarəsinə, Binəqədi elektrik istismar şəbəkəsinə torpaq sahəsinin eskiz layihəsi əlavə edilməklə məktub göndərilməsinə baxılmayaraq torpaq sahəsinin ayrılmasına heç bir etirazın olmamasını və s. əsas göstərmişdir. Şirkət tərəfindən cavabdehə məxsus evin neft quyusunun təhlükəsizlik zolağı daxilində tikilməsi iddia olunsa da, apelyasiya icraatı zamanı təyin edilmiş məhkəmə tikintitexniki ekspertizası təd qiqatın nəticəsi barədə verilmiş rəylə şirkətin həmin dəlili təsdiq olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehə məxsus evin sökülməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinin tələblərinə və eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsinə zidd olduğundan cavabdehin uzun illər ərzində yaşadığı və daimi yaşayış yeri kimi istifadə etdiyi, kommunal xidmətlərlə, o cümlədən qaz və elektrik xətti ilə təmin olunduğu evdən çıxarılması və evin sökülməsi üçün əsaslar yoxdur. İşin müəyyən olunmuş həmin halları ilə əlaqədar kassasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətna mə işdə olan sübutlara düzgün qiymət verilməklə, tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar