Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4900/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qanuni nümayəndəsi Nümayəndə1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh13, X4, Bakı şəhəri 6 saylı notariat ofisinə, İsmayıllı rayon notariat ofisinə, Bakı şəhəri 51 saylı notariat ofisinə, Bakı şəhəri 9 saylı notariat ofisinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, 9 saylı Qəbələ Ərazi İdarəsinə, habelə üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş X9 İdarəsinə qarşı “bağışlama müqavilələrinin, alqı-satqı müqaviləsinin və onlara əsasən verilmiş mülkiyyət sənədlərinin etibarsız hesab edilməsi, həmin əmlakların mirasa daxil edilməsi və miras paylarının mü əyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, apellyasiya şikayəti verməyən tərəfin kassasiya şikayəti verməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(103)2286/2023 nömrəli qərardadından Cavabdeh11 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(007)23/2022 nömrəli qətnaməsi ilə (hakim H.M.Əhmədova) İddiaçı qanuni nümayəndəsi Nümayəndə1 iddia tələbi qismən təmin edilərək: İsmayıllı rayonu, İvanovka kəndi, Krasnoarmeyskaya küçəsi 82 ünvanında yerləşən fərdi yaşayış evinə dair İsmayıllı rayon notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-154 reyestr nömrəli bağışlama müqaviləsinin və onun əsasında həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-180 reyestr nömrəli bağışlama müqaviləsinin və onun əsasında həmin mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiy yatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon 3123-cü məhəllə ünvanında yerləşən 110 saylı mənzilə dair Cavabdeh10 MTK ilə Cavabdeh9 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin və sonuncunun adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, həmin əmlakların miras əmlaka daxil edilməsi, həmin əmlakların və “BMC" markalı, 90NK861 dövlət qeydiyyat nişanlı, “BMC” markalı, 90NK862 dövlət qeydiyyat nişanlı, “BMC” markalı, 90NK863 dövlət qeydiyyat nişanlı, “BMC” markalı, 90NK865 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E270 CDİ” markalı, 10EV059 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hər birinə dair İddiaçı 1/3 hissədə miras payının, ünvan 3 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 4 xx.xx.2018-ci il tarixli 4Ə1089 reyestr nömrəli bağışlama müqaviləsinin, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 4 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli müqavilənin və onlar əsasında həmin mənzilə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsinin və onun əsasında həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışın, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851t ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reyestrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tari xli, 4Ə-161 reyestr nömrəli, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reyestrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqavilələrinin və həmin müqavilələr əsasında Cavabdeh13 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş müvafiq çıxarışların ləğv edilməsi, həmin əmlakların hər birinə dair İddiaçı 1/6 hissədə məcburi miras payının müəyyən edilməsi, 90NK864 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X5 ilə bağlanmış 28 fevral 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 manat pul vəsaiti üzərində vərəsə İddiaçı 1/3 hissədə olmaqla 8334 manat miras payının müəyyən edilməsi və həmin vəsaitin Cavabdeh11 İddiaçı xeyrinə tutulması, ünvan 1 ünvanında yerləşən 7 nömrəli mənzilə dair Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (xx.xx.2019-cu il tarixli əlavə və dəyişikliklər barədə sazişin şərtləri nəzərə alınmaqla) icarə müqaviləsi əsasında əldə edilmiş 33355,00 manat gəlirin 1/3 hissəsi olan 11118,00 manat vəsaitin Cavabdeh2 İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Cavabdehlər Cavabdeh1 ayrı-ayrılıqda, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 isə birgə apellyasiya şikayətləri verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(007)-23/2022 nömrəli qətnaməsinin iddianın təmin olunması hissəsində l əğv edilməsi və iddianın həmin hissədə rədd edilməsini xahiş etmişlər.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2023-cü il tarixli, 2(103)-2286/2023 nömrəli qətnaməsi ilə (hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) cavabdehlər Cavabdeh1 tərəfindən ayrılıqda, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(007)-23/2022 nömrəli qətnaməsi qismən, iddia tələbinin Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 53 ünvanında yerləşən 30 saylı mənzilə dair ünvan 4 xx.xx.2018-ci il tarixli 4Ə-1089 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov r ayonu, Təbriz küçəsi 54 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair ünvan 4 xx.xx.2018-ci il tarixli, 4Ə-1222 reyestr nömrəli bağışlama müqaviləsi, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-165 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 851 T ünvanında yerləşən bağ evinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-162 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-160 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 852/t saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-164 reyestr nömrəli bağışlama müqaviləsi, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 527a saylı bağ sahəsinə dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-163 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********40 reyestr nömrəli dövlət reyestrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-161 reyestr nömrəli bağışlama müqaviləsi, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahəsinə (**********31 reyestr nömrəli dövlət reyestrindən çıxarış əsasında) dair Bakı şəhəri 6 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2019-cu il ta rixli, 4Ə-159 reyestr nömrəli bağışlama müqaviləsinə aid hissələrdə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin əqdlərə aid hissədə təmin edilməmiş, qətnamə apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh11 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2023-cü il tarixli, 2(103)-2286/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(103)-2286/2023 nömrəli qərardadı ilə hakim İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) Cava bdeh11 tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(103)-2286/2023 nömrəli qətnaməsindən şikayətin verilməsi nəzərdə tutulmadığından (yolverilməz olduğundan), kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinin mənasına görə məhkəmə aktından yalnız tələbi (istəyi) təmin olunmayan tərəf şikayət verə bilər, tələbi təmin olunmuş və ya ona qarşı tələbin rədd olunması halında həmin tərəfin məhkəmə aktını mübahisələndirməsinə yol verilmir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin bu mövqeyi təsadüfi olmayıb, hüquqi müəyyənlik və ədalət mühakiməsinin səmərəliliyinin t əmin edilməsi kimi fundamental prinsiplərdən irəli gəlir. Hər hansı əks yanaşma, anlaşılmaz və həm də məntiqsiz olardı.
7. Apellyasiya kollegiyası qeyd etmişdir ki, hazırkı halda iddia tələbi rayon məhkəməsinin qətnaməsi ilə qismən təmin edilməmiş, həmin qətnamədən cavabdehlər Cavabdeh1 tərəfindən ayrılıqda, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 tərəfindən birgə apellyasiya şikayətləri verilmiş, apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin bir neçə bağışlama müqavilələrinə aid hissələrdə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin əqdlərə aid hissədə təmin edilməmiş, qətnamə apellyasiya şikayətlərinə əsasən mübah isələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Belə olan halda məlum olur ki, Cavabdeh11 ona qarşı iddia tələblərinin qismən təmin edildiyi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyi halda, yəni həmin qətnamədən apellyasiya şikayəti vermədiyi halda, cavabdehlər Cavabdeh1 tərəfindən ayrılıqda, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs V.Əhmədova tərəfindən birgə verilmiş apellyasiya şikayətləri əsasında bir sıra əqdlərə münasibətdə iddia tələbələrinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2286/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən (Cavabdeh11 qarşı olan tələblərin təmin olunmadığı) Cavabdeh11 kassasiya şikayəti verməsi prosessual qanunvericiliyə görə yolverilməz olduğundan, onun şikay əti geri qaytarılmalıdır.
9. Məhkəmə həmçinin izah etmişdir ki, hazırkı halda, Cavabdeh11 ona qarşı iddia tələblərinin təmin edildiyi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmək, yəni qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmək hüququna malikdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
10. Cavabdeh11 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(103)-2286/2023 nömrəli qərardadının ləğv edilməsini və həmin Məhkəmənin 31 may 2023-cü il tarixli, 2(103)-2286/2023 nömrəli qətnaməsindən cavabdehin kassasiya şikayətinin baxılması üçün icraata götürülməsini xahiş etmişdir.
11. Ka ssasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin tələbləri pozulmuşdur.
12. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2023-cü il tarixli qətnaməsindən göründüyü kimi, cavabdehlər Cavabdeh1 tərəfindən ayrılıqda, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən, qətnamənin 65-ci bəndində Cavabdeh11 mənafeyinə toxunulan hissədə də birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən iddia tələbinə dair hissəyə də münasibət bildirilmişdir.
13. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qa ydasında baxılmışdır.
14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ər izəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə kassasiya şikayəti qaytarılır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin kassasiya şikayətini geri qaytaran apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh11 birinci instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyi üçün kassasiya şikayəti vermək hüququna malik deyildir.
17. Kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinin qeyd olunan qaydada tətbiqi ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır.
18. Bununla belə, nəzərə alınmalıdır ki, hazırki işdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 31 may 2023-cü il tarixli qətnaməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh9, Cavabdeh13, üçüncü şəxs X1 apellyasiya şikayətlərinə baxarkən, eyni zamanda Cavabdeh11 iddiaçının xeyrinə pulun tutulması məsələsinə də hüquqi qiymət vermişdir.
19. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsinin 65-ci bəndində göstərilmişdir ki, “Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin “90NK864 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı miras payının müəyyən edilməsi və həmin məbləğin Cavabdeh11 tutularaq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı da düzgün nəticəyə gələrək, qeyd etmişdir ki, X2 əvəzindən etibarnamə əsasında Cavabdeh11 ilə X5 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi üzrə X5 vicdanlı alıcıdır və onun tərəfindən müqavilə üzrə 25.000 manat məbləğ Cavabdeh11 ödənilmişdir. Lakin müqavilə X2 ölümündən sonra bağlanıldığından, hazırkı halda da iddiaçının qanuni nümayəndəsi tərəfindən alqı-satqı qiymətinin üzərində pay hüququnun tanınması tələb edildiyindən həmin alqı-satqı müqaviləsi üzrə Cavabdeh11 ödənilmiş 25000 (iyirmi beş min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı 1/3 hissədə, yəni 8334 (səkkiz min üç yüz otuz dörd) manat olmaqla miras payı müəyyən edilməli və həmin vəsait Cavabdeh11 İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi iddia tələbinin həmin avtomobilin satılmasından əldə olunan pul vəsai tinə aid hissədə də düzgün nəticəyə gəlmişdir”.
20. Göründüyü kimi, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh11 aid hissədə yoxlayaraq, ona hüquqi qiymət verdiyindən, sonuncu bu qətnaməni apellyasiya qaydasında mübahisələndirmək imkanından məhrum olunmuşdur. 21. “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadında izah olunmuşdur ki,... məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması h üquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.... Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.... Verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə b ağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apellyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansi yası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı).
22. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında hazırki kassatora aid hissədə yoxlanılaraq, həmin hissəyə münasibətdə də qətnamə dəyişdirilmədən saxlanıldığından, cavabdehin apellyasiya şikayəti vermək hüququnun olmasına dair apellyasiya kollegiyasının mövqeyi düzgün olmamışdır.
23. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apell yasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və kassasiya şikayəti ilə bağlı sonrakı prosessual hərəkətlər görülməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh11 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(103)-2286/2023 nömrəli qərardadı ləğv edilsin və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 may 2023-cü il tarixli, 2(103)-2286/2023 nömrəli qətnaməsindən Cavabdeh11 kassasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər görülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.