Məhkəmə qərarları › İş №2(102)-4909/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4909/2023

29.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4909/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində işə cəlb edilməklə iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri, 29 dekabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ma raqlı şəxs qismində işə cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7091/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərardadından maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayətinə 29 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Ərizəçi ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/22219 nömrəli arxiv arayışının, eyni zamanda N saylı hərbi hissə komandirinin 02.6.1992-ci il tarixli 1 nömrəli əmrindən çıxarışın ona məxsus olması barədə qətnamə çıxarılması nı xahiş etmişdir.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ərizə üzrə maraqlı şəxslərdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31.8.2023-cü il tarixli, 2(007)1919/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 4/2-2219 nömrəli arxiv arayışının və N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 1 nömrəli əmrindən çıxarışın xx.xx.1971-ci il təvəllüldü Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. (hakim Qumru Əliyeva)

4. Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7091/2023 saylı, 7 noyabr 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Fərrux Qasımov)

6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin (forma və məzmun ilə bağlı) tələblərinə riayət edilməyərək, yəni adi mətn şəkildə tərtib edilmişdir. Apellyasiya şikayətinin dəlilləri nəticə etibarı ilə 4 bənd üzrə və mətn şəkilində təsbit edilmiş və həmin mətnin ayrı-ayrı hissələri sonradan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmasına, birinci instansiya məhkə məsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərlə bağlı hissələrdə təkrarlanmışdır. Apellyasiya şikayətində iddiaçının nümayəndəsi barədə məlumatlar da göstərilməmişdir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayətinin Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət edilmədən verilməsi əsası ilə geri qaytarılmasını şərtləndirir.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 361, 363.1-1, 366.1, 366.2, 366.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

8. Maraqlı şəxs Azərbaycan Res publikası Müdafiə Nazirliyi (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərardadının ləğv olunmasını və işə baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin apellyasiya şikayəti forma və məzmun baxımından düzgün olub deyə yuxarı instansiyası məhkəməsinə göndərilmişdir, əks təqdirdə apellyasiya şikayəti elə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən yenidən geri qaytarılardı. Qərardad prosessual normaların pozulması ilə çıxarılmış, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin apellyasiya şikayəti vermək hüququ (MPM 357-ci maddə) pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadında maraqlı şəxsin MPM-nin 363-cü maddəsinin və əlavənin kon kret olaraq nəyin pozulmasını göstərməmişdir. Belə ki, şikayət Müdafiə Nazirliyi tərəfindən verildiyindən, təbii ki, şikayəti verən şəxs bəndin1-ci qrafasında fiziki deyil, hüquqi şəxs kimi göstərilmiş, VÖEN və s. qeyd olunmuşdur. Barəsində şikayət olunan məhkəmə aktı barədə, işin halları, prosessual hüquq normalarının pozulmasına dair dəlillər, məhkəmənin araşdırmadığı halların olmasına dair dəlillər göstərilmişdir. Məhkəmə Müdafiə Nazirliyi tərəfindən təkrarçılıq etdiyini göstərsə də, (səh.2, 2-ci abzas) bu zərurətdən irəli gəlmişdir (işin tam təfərrüatının əks olunması üçün). Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən digər prosessual normanın da tələbləri pozulmuşdur. Belə ki, bu kateqoriyadan olan işlərə (mümkünlük) yazılı icraat qaydasında baxılsa da, nəd ənsə həmin prosesin keçirilməsi günü barədə tərəflərə (istər iddiaçıya, istər maraqlı şəxslərə) bildiriş göndərilməmişdir. Halbuki, proses iştirakçılarına yazılı icraatın keçirilməsi vaxtı barədə məlumat mütləq şəkildə verilməlidir (məsələn, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən hər baxılan işlə bağlı bildirşlər göndərilir). Çünki, bu MPM-nin 138-ci maddəsinin tələbidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə verilə bilər. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şika yəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Maddə 361.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Maddə 366.2. Apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessu al hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

11. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

12. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. 1

3. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün sayarkən apellyator tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin (forma və məzmun ilə bağlı) tələblərinə riayət edilməyərək, adi mətn şəkildə tərtib edilməsinə, apellyasiya şikayətinin dəlillərinin nəticə etibarı ilə 4 bənd üzrə və mətn şəkilində təsbit edilməsinə və həmin mətnin ayrı-ayrı hissələrinin sonradan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınl aşdırılmasına, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərlə bağlı hissələrdə təkrarlanmasına, eləcə də, apellyasiya şikayətində iddiaçının nümayəndəsi barədə məlumatların göstərilməməsinə istinad etmişdir.

16. Məhkəmə kollegiyası bir hal – apellyasiya şikayətində iddiaçının nümayəndəsi barədə məlumatların göstərilməməsi – istisna olmaqla, məzmunla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1.5-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkre t əsaslar göstərilməlidir.

17. Birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayətində maraqlı şəxsin nümayəndəsi 4 bənd üzrə məhkəmə qətnaməsinin mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olmasını özünün əsaslı hesab etdiyi konkret dəlillərlə göstərmiş, o cümlədən ərizəçinin ata adı ilə bağlı faktın müəyyən edilməsinin MPM-in 307.2.5-ci maddəsinə zidd olmasını, bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin Plenum qərarında göstərilən tövsiyyələrə əməl edilməməsini, əslində hüquq haqqında mübahisə olduğu üçün MPM-in 306.4-cü maddəsinə əsasən işin baxılmamış saxlanmalı olması, qətnamənin nəticə hissəsinin ərizəyə uyğun olmaması, bir sənəd üzrə faktın müəyyən edilməsinə, ümumiyyətlə, ehtiyac olmamasını qeyd etmişdir.

18. Bununla belə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyrimümkün sayarkən həm də apellyasiya şikayətində iddiaçının nümayəndəsi barədə məlumatların göstərilməməsinə istinad etmişdir.

19. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyini isə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişikliklər edilmişdir. Dəyişikliklərdən biri də apellyasiya şikayətinin MPM-in 2 saylı Əlavəsində müəyyən olunmuş formada verilməli olması tələbidir.

21. Apellyasiya şikayətinə münasibətdə MPM-in 2 saylı Əlavəsinin 3-cü bəndində apellyasiya şikayəti verən şəxsin nümayəndəsi barədə müfəssəl məlumatın qeyd edilməsi barədə tələblər əks edilmişdir. Buna baxmayaraq, maraqlı şəxsin apellyasiya şikayətində qeyd edilən tələblərə əməl edilməmiş, şikayəti imzalayan nümayəndə barədə heç bir məlumat göstərilməmişdir.

22. Nəzərə alınsa ki, prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir və belə əsaslardan biri də şikayətin qanunla müəyyən edilmiş formada (2 saylı Əlavədə müəyyən olunmuş) verilməsidir, belə olan halda, şikayətin qeyd edilən əsasla qeyri-mümkün sayılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur.

23. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara al dı: Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7091/2023 nömrəli, 7 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar