Məhkəmə qərarları › İş №2(102)-491/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-491/2024

16.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-491/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyab r 2023-cü il tarixli, 2(103)5845/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi, 1-ci döngədə yerləşən 30 saylı ev 2000-ci ildə inşa edilməklə, onun üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2004-cü il tarixli qətnaməsi ilə Musayev (hazırda Qaraqurbanlı) Vaqif Paşa oğlunun və ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvana qeydiyyata alınması Binəqədi rayon Pİ-nin Qeydiyyat və ŞVŞ-nə tapşırılmışdır.

3. Azərbaycan Respublikası Dövlət Neft Şirkə tinin Təhlükəsizlik İdarəsinin əməkdaşlarının tərtib etdikləri 26 avqust 2022-ci il tarixli akta əsasən həmin tarixdə 4 saylı qarovulun 1-ci iş növbəsində saat 17:10-da 13-14 saylı postların ərazisində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə vətəndaş Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evə bitişik, 3 metr enində, 6 metr uzunluğunda, 4 metr hündürlüyündə dəmir konstruksiyadan ibarət dam örtüyü vurulmamış yeni çardaq quraşdırılması aşkar edilmiş, mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu vətəndaş Cavabdeh izah edilərək sökülməsi tələb edilmiş, lakin o, xəbərdarlığa məhəl qoymayaraq sökməkdən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində, Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 5 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödəni lmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən tikililər SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399568; ******* saylı koordinat üzrə, 1-ci sırada, kəmərə perpendikulyar, kəmərdən təqribən 10 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonası daxilində inşa edildiyindən cavabdehin hesabına sökülməlidir.

6. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 may 2023-cü il tarixli rəyinə əsasən iddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında yerləşən cavabdehin istifadəsində olan ŞirvanBöyük-Şor Dş-500 mm-lik yerüstü neft kəmərinin 9,55 met r məsafədə çardaq tikilisindən 10,0 metr məsafədə və fərdi yaşayış evindən 11,25 metr məsafədə yerləşdiyi nəzərə alınarsa həmin daş hasarın, çardaq tikilisinin və fərdi yaşayış evinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 03 yanvar 2003-cü il tarixdə 2951 nömrəsi ilə Dövlət qeydiyyatına alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları ilə müəyyən edilmiş 50 metrlik mühafizə zonasının daxilində düşdüyü müəyyən olunmuşdur.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(001)451/2023 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin uzun müddət ailəs i ilə birlikdə yaşadığı fərdi yaşayış evi və iddia ərizəsində qeyd olunan digər tikililər Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşir. İddiaçı cavabdehin yaşadığı evin və digər tikililərin mühafizə zonasında inşa edilməsini iddia etsə də, Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərinin nə vaxt inşa edilməsini müəyyən edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçının özünün də tərtib etdiyi sənədlərdən cavabdehin yaşadığı evin köhnə ev olması müəyyən edilsə də, iddiaçı həmin evin və digər tikililərin sökülməsi, yəni cavabdehin mühafizə zonasından çıxarılmasına dair iddia ərizəsi ilə yalnız 04 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikililər cavabdehin və ailəsinin uzun müddət yaşayış yeri olduğundan mübahisə predmeti olan tikililərin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də, məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab etmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci, Mülki Məcəllənin 180.1, 180.2, 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri; Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.2, 6.3, 6.4, 6.7-ci bəndləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Əhmədovanın Azərbaycana qarşı işi üzrə 18 noyabr 2021-ci il tarixli və digər qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(001)-451/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5845/2023 nömrəli qətnaməsi ilə (hakim F.Ş.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, e-2(001)-451/2023 nömrəli qətnaməsi dəy işdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə səciyyə daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

14. Apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 fevral 2004-cü il tarixli qətnaməsinə əsasən X2 və ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Füzuli küçəsi 1-ci döngə 30 saylı evə yaşayış hüquqları tanınması barədə icrası məcburi olan və dövlətin adından qəbul edilən m əhkəmə aktı mübahisələndirilmədən səlahiyyətlər baxımından hazırki mülki mühakimə icraatı çərçivəsində müzakirə oluna ola bilməz. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin bu hüquqa gözləntiləri mülki qanunvericiliklə müəyyən edilmiş qaydada olduğundan, habelə onun əmlak və digər əlaqəli hüquqları ilə şərtləndiyindən apellyasiyanın dəlilləri əsassızdır. Apellyasiya icraatı zamanı əlavə tədqiqatlar aparılmasına isə zərurət yoxdur, qətnamədə qeyd edilənlərin təkzib edilməsini iddia edən şəxs sübut etməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5845/2023 nömr əli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 180.1, 180.2, 180.3, 180.4-cü maddələri, “İstismar olunan ixrac neft boru kəmərlərinin Mühafizə Zonasının müəyyənləşdirilməsi” Qaydalarının 4.1-ci bəndinin tələbləri pozulmuşdur.

17. Belə ki, apellyasiya məhkəməsi oxşar işlərlə bağlı hüququn tətbiqi üzrə yaranmış məhkəmə təcrübəsinin vahidliyini təmin etməmiş, Ali Məhkəmənin Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin cavabdeh X1 qarşı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qərarında irəli sürümüş mövqeyi nəzərə almamışdır. Cavabdehin fərdi yaşayış evinə iddiaçı tərəfindən edilən müdaxilə qanuni olmuş, ədalətli balans prinsipi gözlənilmişdir. Cavabdehin qaydalara zidd olaraq inşa etdiyi tikili fiziki şəxslərin həyatı və sağlamlığı üçün real təhlükədir.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

21. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhl ükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət müh akiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

25. Belə ki, cavabdehin istifadəsində olan tikililərin Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyük-Şor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşməsi, şəhərsalma və tikinti normaları və qaydaları pozmaqla inşa edildiyi üçün özbaşına tikili statusunda olması işin mübahisəsiz hallarıdır.

26. İddianı rədd edən məhkəmələr mövqelərini tikilinin uzun müddət mövcud olması, cavabdehin və ailəsinin yaşayış yeri olması, cavabdehin həmin tikilidə yaşamaq hüququnun məhkəmə qətnaməsi ilə tanınması, ədalətli kompensasiya verilmədən iddianın təmin edilməsinin qeyri-mümkünlüyü ilə əsaslandırmışlar.

27. Lakin, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, mübahisəli özbaşına tikili inşa edilərkən cavabdehin aidiyyəti inzibati orqanlardan lazımi icazələr almaması, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin müvafiq plan üzrə neft kəmərinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmaması, hətta ətraf ərazidə neft xəttinin yerləşməsinə dəlalət edən qurğulardan xəbərdar olmanın vizual müşahidə ilə mümkünlüyü, cavabdehin özünün hüquq qaydalarına uyğun davranmaması və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməsi və digər bu kimi hallar cavabdehin əmlak hüquqlarına müdaxilənin mütənasibliyi baxımından lazımi şəkildə qiymətləndirilməmişdir.

28. İşə baxan məhkəmələr Mülki Məcəllənin 180-ci maddəsi nin dispozisiyana istinad etsələr də, mübahisəli tikiliyə Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi və 1 saylı Protokolunun 1-ci maddəsi nöqtəyi nəzərdən yanaşaraq, onun kompensasiya verilmədən sökülməsinin cavabdehin bu maddələrlə təmin olunan hüquqlarına müdaxilənin qeyri-mütənasib hesab etmişlər.

29. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışdır.

30. Bununla belə, apellyasiya məhkəməsi tikilinin yerüstü neft kəmərindən qısa məsafədə yerləşməklə, hər hansı fövqəladə vəziyyət halında orada olan şəxslər ü çün də təhlükəli olması nəzərə alınmaqla, iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə mütənasibliyi və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsinə hüquq qiymət verməmişdir. Mütənasiblik müəyyən edilərkən, evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və sair diqqətəlayiq hallar nəzərə alınmalıdır.

31. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə 16 oktyabr 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun ü çün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.

32. Həmin işdə Avropa Məhkəməsi ərizəçi Kosenkonun şikayəti ilə əlaqədar qeyd etmişdir ki, neft kəmərlərinin və mühafizə olunan ərazilərin mövcudluğu Çelyabinsk şəhəri üzrə torpaq istifadəsinə dair Baş Planda 1993-cü ildən öz əksini tapmışdır. Həmin plandan müvafiq çıxarış kooperativ bağçılıq yoldaşlığına torpaq sahəsinin ayrılması barədə yerli hakimiyyət orqanlarının qərarına əlavə edilmişdir. Ərizəçi torpaq sahəsini əldə edərkən və həmin sahəyə dair mülkiyyət hüququnu qeydiyyata aldırarkən, qeyd olunmuş ümumi planla tanış ola bilərdi, çünki plan ona təqdim olunmuşdur. Ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəs inin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır.

33. Beləliklə, Avropa Məhkəməsi qərarlarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft kəmərinin mühafizə zolağını təşkil edən torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin k ompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.

34. Bununla yanaşı, Konvensiyanın 8-ci maddəsi ilə qorunan mənzil hüququna müdaxilənin mütənasibliyinin yoxlanılması ilə bağlı qərarda qeyd olunanlar, məhkəmələrin yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair analoji işlərə baxarkən aşağıdakı məsələləri nəzərə almalarını tələb edir.

35. Belə ki, məhkəmələr ilk növbədə tikililərin sökülməsi və cavabdehlərin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair və cavabdehin başqa yaşayış yerinin olub-olmamasına dair dəlillər üzrə araşdırma aparmalı, bu halların mövcud olmadığı, habelə öz təsd iqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulmuş imkandan istifadə etməklə, qətnamənin icrası müddətinin müəyyənləşdirilməsinə dair məsələni müzakirə etməli, qətnamənin əsaslandırıcı hissəsində çıxarılması tələb olunan cavabdehin qətnamə icra edildiyi zaman yaşayış sahələrinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduqları halda, ona Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə etmə imkanları izah edilməlidir.

36. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq, y erli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, eləcə də dövlət mənzil fonduna daxil olan sosial kirayə müqavilələrinin bağlanması səlahiyyətləri yerli icra hakimiyyəti orqanlarına aid edildiyindən işlərə baxılması zamanı sökülməsi tələb olunan tikililərin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanları müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməlidir.

37. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbləri və cavabdehin etirazları əmlak və mənzil hüquqlarına müdaxilənin qanuniliyi (qanunda nəzərdə tutulması), qanuni məqsədə yönəlməsi və mütənasibliyi baxımından təkrarən qiymətləndirilməli, gəlinən nəticə qanunvericiliyə uyğun şəkildə əsaslandırılmalıdır.

38. Ona görə də, apellyasiya məhkəməsinin qətnaməsi ləğv ed ilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5845/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar