Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4910/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 BOKT QSC, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh3 MMC-yə qarşı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 BOKT QSC-nin ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia – kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi, qarşılıqlı iddia - kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun s ədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkli Vəkil2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1822/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 BOKT QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında 07 iyul 2006-cı il tarixli 548/06 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 101025 ABŞ dolları manat məbləğində kredit verilmi şdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 16.06.2020-ci il tarixli 007-6314-1220 saylı məktubundan və Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, "xxxx" ASC –nin külli miqdarda pul vəsaitlərinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəməxəttşünaslıq ekspertizasının 11 aprel 2016-cı il tarixli 7040 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı ilə bankın Xaçmaz filialı arasında bağlanmış kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Rəcəbov” soyadı və onun qarşısındakı imza, bank dan 101025 ABŞ dolları məbləğindəki pulun götürülməsi barədə məxaric kassa orderində “Borc alan” sözünün qarşısındakı imza İddiaçı tərəfindən deyil, filialın kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X2 tərəfindən icra olunmuşdur. Hazırda cinayət işi üzrə "xxxx" ASC-nin Xaçmaz filialında kredit sənədlərinin saxtalaşdırılması epizodu üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma davam etdirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" BOKT QSC, "X3 Edilməsi Agentliyi" MMC və "xxxx" MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış 07 iyul 2006-cı il tarixli, 548/06 saylı saxta kredit müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 QSC-də onun adına hesabl anmış 7956 ABŞ dolları faiz borcunun ləğv edilməsi və kredit tarixçəsindən silinməsi, vəkilə ödənilmiş 150 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ilin dekabr ayında "xxxx" ASC-nin Xaçmaz filialından 10000 ABŞ dolları kredit götürməklə avtomobil almışdır. İddiaçı 2006-cı ilin iyul ayında krediti tam bağlamaqla, Xaçmaz filialından arayış alıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DAM-nə təqdim edib, avtomobili girovdan çıxararaq satmışdır. Bundan sonra o, "xxxx" ASC-nin Xaçmaz filialında heç bir kredit götürməmişdir. 2019-cu ildə yenidən "xxxx" ASC-dən kredit götürmək üçün müraciət etmiş, kredi t borcunun olub-olmaması barədə bankın sorğusu üzrə Cavabdeh3 MMC-nin verdiyi çıxarış əsasında iddiaçıya məlum olmuşdur ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə guya onun arasında bağlanmış 07 iyul 2006-cı il tarixli kredit müqaviləsinə əsasən götürülmüş 101025 ABŞ dolları kreditə görə onun Cavabdeh1 QSC-yə (BOKT) 7956 ABŞ dolları ödənilməmiş faiz borcu qalmışdır. Bundan sonra iddiaçı məktubla Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına və "xxxx" ASC-nin rəhbərliyinə müraciət edərək həmin kreditin onun tərəfindən götürülmədiyini və bu məsələnin aydınlaşdırılmasını xahiş etmişdir. Hər iki qurumun eyni məzmunlu cavabında quya onunla "xxxx" ASC-nin Xaçmaz filialı arasında 101025 ABŞ dolları məbləğində kreditin əldə edilməsi üçün illik faiz dərəcəsi 15 % olmaqla, 12 ay müddət inə 07 iyul 2006-cı il tarixdə 548/06 nömrəli kredit müqaviləsinin bağlanması bildirilməklə, həmin müqavilə üzrə banka olan 7956,02 ABŞ dolları faiz borcu ilə bağlı tələb hüququnun Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanının icrası ilə əlaqədar 19 yanvar 2018-ci il tarixli təhvil-təslim aktı əsasında BOKT Cavabdeh1 QSC-yə ötürüldüyü qeyd edilmişdir. Hazırda borcun idarə edilməsinin BOKT-nın törəmə müəssisəsi olan “X3 Edilməsi” MMC tərəfindən həyata keçirildiyi bildirilməklə kredit müqaviləsi və həmin müqavilənin rəsmiləşdirilməsi üçün lazımi imzaların ona aid olub-olmadığını müəyyən etmək üçün hüquq-mühafizə və ya məhkəmə orqanlarına müraciət edə biləcəyi göstərilmişdir. İddiaçı BOKT Cavabdeh1 QSC-yə müraciət edərək 07 iyul 2006-cı il tarixli 548/06 saylı kr edit müqaviləsinin və "xxxx" ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh1 QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əlavə olan 19 yanvar 2018-ci il tarixli S-FK-XAC-67 nömrəli aktın, habelə bank sənədlərinə əlavə edilmiş və ona aid olan müvəqqəti şəxsiyyət vəsiqəsinin surətini almışdır. Həmin sənədlərdən məlum olmuşdur ki, 07 iyul 2006-cı il tarixli 548/06 saylı kredit müqaviləsi bir tərəfdən ünvan 1 ünvanında yaşayan İddiaçı, digər tərəfdən "xxxx" SKB Xaçmaz filialının müdiri Y.Səfərov tərəfindən imzalanmışdır. Həmin kredit müqaviləsi onun tərəfindən imzalanmamış, müqavilədə olan imza ona məxsus deyil və müqavilə imzalanan tarixdə ona aid olan, Nəsimi RPİ-i tərəfindən 02 dekabr 2005-ci il tarixdə verilmiş və etibarlı lıq müddəti 31 dekabr 2005-ci il tarixədək olan müvəqqəti şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti 6 ay əvvəl bitmişdir. Yəni kredit müqaviləsi etibarlılıq müddəti bitmiş müvəqqəti şəxsiyyət vəsiqəsi əsasında və onun əvəzinə saxta imza edilməklə hazırlanmış, guya 101025 ABŞ dolları məbləğində pul heç bir girov təminatı və zamin olmadan ona verilmişdir. Kredit müqaviləsinin müddətinin iyul 2007-ci ildə bitməsinə baxmayaraq, faiz borcu saxta kredit müqaviləsi əsasında hesablandığından indiyənədək nə "xxxx" ASC, nə BOKT Cavabdeh1 QSC, nə də “X1 Agentliyi” MMC tərəfindən həmin borc tələb edilməmişdir. 2019-cu ildə "xxxx" ASC-nin Cavabdeh3 MMC-yə borcunun olubolmamasına dair sorğusuna cavab olaraq verilmiş 05 fevral 2019-cu il tarixli çıxarışa qədər həmin borcdan onun da məlumatı olmamışdır. Ə sassız olaraq ona aid edilmiş borc kredit tarixçəni korlamaqla yanaşı, yenidən kredit almağına mane olur. Göstərilənlərə əsasən, kredit müqaviləsinə əsasən hesablanmış faiz borcu ləğv edilməli və Cavabdeh3 MMC-də iddiaçının kredit tarixçəsindən silinməlidir. Cavabdeh1 BOKT QSC İddiaçı qarşı kredit müqaviləsi üzrə faiz borcunun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı faiz borcu üzrə 7956,02 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Cavabdeh1 QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında 07 iyul 2006-cı il tarixli 548/06 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 101025 ABŞ dolları manat məbləğində kredit verilmişdir. İddiaçı öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və hazırda banka onun faiz borcu üzrə 7956 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə İddiaçı dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faiz qaytarılmamışdır. "xxxx" ASC ilə Cavabdeh1 QSC arasında bağlanılmış tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmiş və Cavabdeh1 QSC ilə Cavabdeh2 MMC arasında 16 sentyabr 2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən Cavabdeh1 QSC-yə keçmiş "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi Cavabdeh2 MMC tərəfi ndən həyata keçirilir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova, iş № 2(004)-1403/2020) ilkin iddianın qismən təmin edilməsi, İddiaçı ilə "xxxx" ASC-nin Xaçmaz filialı arasında bağlanmış 07 iyul 2006-cı tarixli 548/06 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, 7956 (yeddi min doqquz yüz əlli altı) ABŞ dolları faiz borcunun ləğv edilməsi, 07 iyul 2006-cı il tarixli 548/06 saylı kredit müqaviləsi üzrə İddiaçı "xxxx" ASC-yə 7956 (yeddi min doqquz yüz əlli altı) ABŞ dolları faiz borcu olmağı barədə qeydin Azərbaycan Kredit Bürosundan silinməsi, ilk iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 150 (yüz əlli) manat vəkil xidmət haqqı, cəmi 180 (yüz səksən) manatın Cavabdeh1 BOKT QSC-dən tutularaq iddiaçıya ödənilməsi, ilkin iddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müqavilə iddiaçı tərəfindən imzalanmamış və həmin müqavilə üzrə onun tərəfindən kredit götürülməmişdir. Bundan əlavə kredit müqaviləsi imzalanmadığı üçün etibarsızdır. Belə olan halda isə iddiaçıdan həmin müqavilə üzrə hər hansı borc tələb edilə bilməz. İddiaçı tələbini həm Cavabdeh2 MMC, həm də Cavabdeh1 QSC-yə qarşı irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdeh qismində göstərilmiş Cavabdeh2 MMC iddia tələbinə cavab verməli olan subyekt deyildir. İddiaçının hazırki tələbinə cavab verməli olan subyekt Cavabdeh1 QSC-dir ki, o da cavabdeh qismində iştirak edir. Belə ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli müqaviləyə görə bankın problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmişdir. Cavabdeh1 QSC ilə Cavabdeh2 MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış “Xidmət müqaviləsi”nə əsasən, Agentlik Cavabdeh1 QSC-yə onun "xxxx" ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini Cavabdeh1 QSC-yə ödəməyi, Cavabdeh1 QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar Agentliyin yaranmış xərclərini ödəməyi və fəaliyyəti üçün lazımi şərait yaratmağı öhdələrinə götürmüşlər. Göründüyü kimi, güzəşt edilmiş problemli aktivlərlə bağlı tələb etmə hüququ Cavabdeh1 QSC-yə keçmiş, sonuncu isə bu işlərlə məşğul olmaq üçün (idarəetmə və hüquq xidmətlərinin göstərilməsi) Cavabdeh2 MMC ilə xidmət müqaviləsi bağlamışdır. Agentlik yalnız Cavabdeh1 QSC-nin adından çıxış edə bilər. İlkin iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış 07 iyul 2006-cı il tarixli 548/06 saylı kredit müqaviləsi etibarsız hesab edilməli, 7956 ABŞ dolları faiz borcu ləğv edilməli və 07 iyul 2006-cı il tarixli kredit müqaviləsi üzrə İddiaçı "xxxx" ASC-yə borclu olma ğı barədə qeyd Azərbaycan Kredit Bürosundan silinməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi, yəni faiz borcu ilk iddia üzrə etibarsız hesab edilmiş müqavilə üzrə yarandığından və həmin müqavilə üzrə iddiaçının kredit götürmədiyi müəyyən edildiyindən rədd edilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), X.Cəmilova, V.Baxışova, iş № 2(103)1822/2021) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayəti rədd olunmuş, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 25.09.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya i nstansiyası məhkəməsi hesab etmişdir ki, ilk iddiaya aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ilə "xxxx" ASC-nin Xaçmaz filialının arasında bağlanmış 07.07.2006-cı il tarixli, 548/06 nömrəli kredit müqaviləsinə (iş v. 16) görə bank üzərinə öhdəlik götürüb ki, İddiaçı 101.025 ABŞ dolları məbləğində kredit verəcək, İddiaçı isə üzərinə öhdəlik götürüb ki, krediti və onun faizlərini müqavilədə müəyyən olunmuş müddətdə və qaydada banka qaytaracaq. Cinayət təqibi üzrə icraat zamanı keçirilmiş ekspertizanın rəyi (iş v. 148) ilə müəyyən olunub ki, həmin kredit müqaviləsinin “borcalan” qrafasındakı imza, eləcə də bankdan 101.025 ABŞ dolları məbləğində pulun götürülməsi barədə məxaric kassa orderində “borcalan” qrafasında imza başqa şəxs – X2 tərəfindən icra olunub. Mülk i Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 07.07.2006-cı il tarixli, 548/06 nömrəli yazılı kredit müqaviləsi borcalan tərəfindən imzalanmadığına, yəni mövcud imza ona məxsus olmadığına, habelə məxaric kassa orderindəki imza borcalana məxsus olmadığına görə birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı qismən təmin edib. Qarşılıqlı iddiaya aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qarşılıqlı iddia həmin kredit müqaviləsinə və kassa məxaric orderinə əsaslanır. Lakin qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları – kredit müqaviləsinin İddiaçıla bağlandığını və həmin müqavil ədə göstərilən pulun İddiaçı verildiyini sübut edə bilmir. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İddiaçı qarşılıqlı iddiaçının qarşısında pul ödəmək vəzifəsinin əmələ gəlməsi üçün müvafiq əsas olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı rədd edib. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 BOKT QSC (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxa rkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1822/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edib, mülki işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil2 məhkəmə kollgiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı, vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəf məhkəmə iclasının va xtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədə n müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə cavabdeh - qarşılıqlı iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca və kil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.2-ci maddəsinə əsasənbu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən h alları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 740.2-ci maddəsinə əsasənborc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya mə bləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş q aydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən eks pertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 BOKT QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1822/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4910/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4910/2021
30.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver