Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4910/2022 07.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızına qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin ½ hissəsinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2022-ci il tarixli, 2(103)-3355/2022 nömrəl i qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(006)2734/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı «nikahın pozulması tələbi»nə dair iddiası təmin edilmiş, İddiaçı ilə X3 arasında Səadət Sarayında (Bakı nikah evində) 28 avqust 1996-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydi pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan sonra-iddiaçı) cavabdeh Emreli (Mədətova) Elnurə Şaban qızına (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması (dəqiqləşdirilməsi) ba rədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikah dövründə xx.xx.2018-ci ildə AD151812 nömrəli şəhadətnamə əsasında cavabdehin adına alınmış 2010-cu il istehsallı, qara rəngdə, ban nömrəsi SALLMAME4AA312003 olan 10EL-010 dövlət nömrə nişanlı “Range-Rover” markalı avtomobilinin dəyərinin ½ hissəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 1996-cı ilin avqust ayında rəsmi nikaha girməklə ailə qurmuşlar. Nəsimi Rayon Məhkəməsinin 2(006)2734/2019 saylı, 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə cavabdehin adına avtomobil alınmışdır ki, həmin avtomobil həmişə cavabdehin istifadəsində olmuşdur. Azərbaycan Respublika sı DİN BDYPİ-nin verdiyi xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, cavabdeh ilə birgə nikah dövründə xx.xx.2018-ci ildə cavabdehin adına AD151812 nömrəli şəhadətnamə əsasında 2010-cu il istehsallı, qara rəngdə, ban nömrəsi SALLMAME4AA312003 olan **-EL-*** dövlət nömrə nişanlı “Range-Rover” markalı avtomobili almışlar. Avtomobil iddiaçının razılığı və xəbəri olmadan cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 satılmış və avtomobilə **-UF-*** nömrə nişanı verilmişdir. Sonradan xx.xx.2019-cu il tarixdə Cavabdeh1 avtomobili Cavabdeh2 satmış və avtomobilə 10-SE101 nömrə nişanı verilmişdir. Bütün bunlardan iddiaçının yalnız hazırki mübahisənin cavabdehlə aralarında başlanmasından sonra xəbəri olmuşdur. Həmin əmlak cavabdeh ilə aralarında birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, qeyd edilən əmlakın ½ hissəsi cavabdeh E.Mədətovadan alınaraq iddiaçıya verilməlidir.
4. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən X1 adında 23 fevral 2018-ci il tarixdən «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsi alqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına, xx.xx.2019cu il tarixdə isə Cavabdeh2 adına keçmişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin məhkəmənin sorğusu əsasında göndərilmiş xx.xx.2021-ci il tarixli məktubuna əsasən «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018ci il tarixdə X1 adına qeydiyyata alınm ış və xx.xx.2019-cu il tarixdə komisyon mağazada satılması üçün qeydiyyatdan çıxarılmışdır. Həmin gün də «Range-Rover» markalı avtomobilə 781274 nömrəli hesabarayış əsasında **-UF-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Sözügedən avtomobil xx.xx.2019cu il tarixdə komisyon mağazada satılması üçün Cavabdeh1 adından qeydiyyatdan çıxarılmışdır.
6. İş materiallarında olan məhkəmənin qərardadı əsasında "xxxx" MMC tərəfindən verilmiş “Nəqliyyat vasitəsinin qiymətləndirilməsi barədə” hesabatına əsasən «Range- Rover» markalı minik avtomobilinin (buraxılış ili: 2010; rəngi: qara; tip: universal; mühərrik gücü: 5000 santimetr kub) xx.xx.2019-cu il tarixinə real bazar qiyməti 45.900 manat olmuşdur. Qiymətləndirmə hesabatının haqqı 400 (dörd yüz) manat təşkil etmişdir
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-339/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddianın təmin edilməsi, cavabdehdən birgə nikah dövründə əldə olunmuş «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsi, yəni 22.950 (iyirmi iki min doqquz yüz əlli) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi və "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 400 (dörd yüz) manat məbləğində pul cavabdehdən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də, Hesab AZ12PAHA40060AZNHC**********, VÖEN **********, SWİFT PAHAAZ22 hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesa b etmişdir ki, birgə nikah dövründə əldə olunduğuna görə onların ümumi mülkiyyəti hesab olunmalı və bununla əlaqədar tərəflər həmin əmlaka münasibətdə sahiblik, istifadə və sərəncam vermə hüquqlarına bərabər şəkildə malik olduqlarına görə onlar həmin əmlakların ümumi birgə mülkiyyətçiləri tanınmalıdırlar. Lakin, mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə əldə olunmasına baxmayaraq, satılan zaman iddiaçının alqı-satqı müqaviləsi bağlanmasına razılığı alınmamışdır (bununla bağlı cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir).
9. Beləliklə, tərəflərin ümumi birgə əmlakı olmuş «Range-Rover» markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh tərəfindən özgəninkiləşdirilən dövrdə real bazar qiyməti 45.900 manat olmuşdur. Buna görə də həmin avtomobilin dəyərinin 1/ 2 hissəsi, yəni 22.950 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2,3 6.3, 36.8, 37.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiya məhkəməsi) 18 may 2022-ci il tarixli, 2(103)-3355/2022 nömrəli qətnaməsi ilə (hakim M.K.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Z,A.Zeynalovdan və Z.M.Allahyarovdan ibarət tərkibdə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən göstərmişdir ki, mübahisəli avtomobil tərəflərin ümumi mülkiyyəti hesab edildiyindən, eləcə də həmin avtomobilin satılmasından iddiaçının məlumatlı olmaması, həmçinin əldə edilmiş vəsaitin övladlarının təhsil haqqına eləcə də ailənin ümumi ehtiyacları üçün sərf edilməsi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
14. Daha sonra məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf apellyasiya baxışı zamanı mübahisəli avtomobilin qiymətləndirilməsi ilə razılaşdığından, məhkəmə kollegiyası hesab edir ki, avtomobilin dəyərinə münasibətdə əlavə araşdırma aparılmasına zərurət yoxdur.
15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 37.1, 37.2-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2-ci Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1, 217.3, 217.4-cü və 218.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı ilə cavabdehin birgə mülkiyyətində olmuş avtomobilin satıl masında iddiaçının razılığı qanunvericiliklə tələb olunmadığı halda, məhkəmə məhz həmin razılığın olmamasını əsas gətirərək şikayət verilən qətnaməni qəbul etmişdir. Bundan əlavə, özgəninkiləşdirilmə zamanı satıcının ərinin (arvadının) razılığı tələb olunmadığı üçün nəqliyyat vasitələrinin alqı-satqısı zamanı da belə razılıq tələb olunmur.
18. Kassator şikayətini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 36-cı maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” əsasnaməyə və AR MPM-in 217. 1, 217.2, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi
22. Maddə 32.2.2 Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
23. Maddə 36.3 Mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməs i məhkəmə qaydasında həyata keçirilir.
24. Maddə 36.8 Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.
25. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bil irdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
27. Maddə
650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətini n əsas dəlili ilə bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan onun alqı-satqı münasibətlərinə daşınmaz əmlakla bağlı göstərişlər tətbiq edilməli olduğundan, birgə əmlak hesab edilən bi avtomobilin satışı zamanı iddiaçının razılığı alınmalı idi.(26,27). İddiaçı öz seçiminə görə əqdin etibarsızlığı tələbini irəli sürməyərək, alqı-satqı üzrə əldə edilmiş vəsaitin özünə aid olan payına mütənasib şəkildə vəsaitin cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən digər dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 may 2022-ci il tarixli, 2(103)-3355/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. 1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30. 31. 32. 33. 34. 3