Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4914/2021 30.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1924/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 sent yabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 04.09.1944-cü il tarixdə verilmiş İ-JQ № 265912 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X3 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01.07.1969-cu il tarixdə 723 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qafarova soyadı verilmişdir. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.04.2008-ci il tarixli, AZ-İ № 278010 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 20.03.2008-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.05.2008-ci il tarixli arayışda qeyd edilmişdir ki, X19 01 aprel 1992- ci il tarixdə ölmüşdür. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29.04.1994-cü il tarixli qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, ev 20, 11 saylı mənzilə X9 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 154 saylı reyestr kitabının 25741 nömrəli vərəqində, 30/4614 nömrə ilə qeydiyyat aparılmışdır. 13 avqust 1994-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X17 öləcəyi günü ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, 20 nömrəli evin, 11 saylı mənzilini X5, ev əşyalarını isə Cavabdeh1 vəsiyyət etmişdir. Bakı şəhəri 27 saylı notariat kontorunun dövlət notariusu A.K.Məmmədov tərəfindən təsdiq olunm uş, 4ə04/546 reyestrlə qeydə alınmış 27 noyabr 2007-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X17 ona məxsus olan y/s 20 kv.m, ü/s 39,4 kv.m bir otaqlı olan ünvan 1 ünvanda yerləşən 11 nömrəli mənzilini qardaşı qızı Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24034 №-li, 16 oktyabr 2019-cu il tarixli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X17 ilə Cavabdeh1 adlarından bağlanmış olan 27 noyabr 2007-ci il tarixli müqavilədə “imza” qrafasındakı “X20” yazılarından ibarət olan imza – X17 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, X9 adına olan 13 avqust 1994-cü il tarixli vəsiyyətnamənin hər 2 nüsxəsində “İmza” qrafalarındakı “Seara” yazısından ibarət olan imzalar və X17 ilə Cavabdeh1 adlarından bağlanmış olan 27 noyabr 2007-ci il tarixli müqavilədə “imza” qrafasındakı “X20” yazılarından ibarət olan imza – öz aralarında eyni şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2283 №-li, 27 fevral 2020-ci il tarixli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, X9 adından olan 13.08.1994-cü il tarixli vəsiyyətnamədə (hər iki nüsxəsində) “imza” qrafasındakı “Seara” yazısından ibarət olan imzalar; 4ə04/546 nömrəli notariat işinin 2-ci vərəqəsində X17 ilə Cavabdeh1 arasında bağlanmış 27 noyabr 2007-ci il tarixli müqavilədə “imza” qrafasındakı “Seyarə Mirzəağa qızı” əly azmaları; əksi mülki işin 35-ci vərəqəsində X9 adına olan AZE seriyalı 02715025 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində “vəsiqə sahibinin imzası” qrafasında olan “Seara” yazısından ibarət imza; mülki işin 86-cı vərəqəsində X9 adına olan fərdi uçot vərəqəsində “18.Vəsiqə sahibinin imzası” qrafasında “Seara” yazısından ibarət imza; 4ə04/546 nömrəli notariat işinin 13-cü vərəqəsində olan X10 adından ünvan 2 ünvanlanmış ərizədə “Ərizə mənim sözlərimlə yazılmışdı Seyarə Mirzəağa qızı” əlyazmaları – X17 tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 173 (bir yüz yetmiş üç) manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 2 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X8 ilə 01 iyul 1969-cu ildə rəsmi nikaha daxil olmuş və həyat yoldaşı H.Qafarov 20 mart 2008-ci ildə vəfat etmişdir. İbrahim Məmmədəli oğlu iddiaçının həyat yoldaşı H.Qafarovun dayısı olmuş, həmin şəxs X18 ilə rəsmi nikahda olmuşdur. Lakin onların birgə nikahından övladları olmamış, iddiaçının həyat yoldaşının dayısının sağlamlıq problemləri olduğundan, işləməmiş, həyat yoldaşı H.Qafarov onları həmişə öz himayəsində saxlayaraq, bütün maddi və mənəvi ehtiyaclarını ödəmişdir. Belə ki, iddiaçının həyat yoldaşı X1 Məmmədəli oğlunun bacısı oğlu olduğundan o, İbrahim Məmmədəli oğlunun ikinci növbə vərəsəsidir. Keçmiş Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, ev 20, 11 saylı mənzil, hazırkı Bak ı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsində yerləşən 20 saylı bina tikilib istifadəyə verilən vaxtdan həmin binada yerləşən 11 saylı mənzil Nəsimi rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə iddiaçının qayınanası Əzizə Məmmədəli qızının istifadəsinə verilmiş, o vəfat etdikdən sonra isə Nəsimi rayon İcra Hakimiyyətinin 20 may 1992-ci il tarixli, 449/10 saylı sərəncamına əsasən oğlu İbrahim Məmmədəli oğlunun istifadəsinə verilmişdir. Sonradan həmin mənzilin İbrahim Məmmədəli oğlunun xüsusi mülkiyyətinə keçirilməsi üçün sənədləşmə işləri aparılarkən qeyd edilən şəxs vəfat etmişdir. Bu səbəbdən də qeyd edilən mənzil 13 saylı DNK-nın 2-V/l-105 reyestr nömrəli 02.04.1994-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Bakı şəhər İHBA Texniki İ nventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İbrahim Məmmədəli oğlunun həyat yoldaşı olan X11 adına qeydiyyatdan keçirilmişdir. İddiaçının həyat yoldaşı H.Qafarov öz dayısı İbrahim Məmmədəli oğlunu və onun həyat yoldaşı olan X12 hər zaman öz himayəsində saxladığı üçün onların birgə yaşadığı mənzil özəlləşdirildikdən sonra X18 13 avqust 1994-cü il tarixli vəsiyyətnamə ilə həmin mənzili iddiaçının həyat yoldaşı X5 vəsiyyət etdi. X18 2018-ci ilin iyun ayında vəfat etdikdən sonra ona X18 tərəfindən vəsiyyət edilmiş mənzili iddiaçının həyat yoldaşı vəfat etdiyi üçün iddiaçı öz adına keçirmək üçün sənədləşmə işlərini aparmaq istəyərkən qeyd edilən vəsiyyətnamənin X18 tərəfindən Cavabdeh1 verilmiş digər vəsiyyatnamə ilə ləğv edildiyi müəyyən edildi. Həmçinin tərəflərind ən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə verilmiş cavab əsasında ünvan 3 ünvanının 27 saylı DNK-nın 4Ə-04/546 reyestr nömrəli 27 noyabr 2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 adına özgəninkiləşdirildiyi müəyyən edildi. Halbuki, iddiaçının həyat yoldaşı H.Qafarov 2008-ci ildə vəfat etdikdən sonra da X13 iddiaçı baxmışdı və onun bütün maddi və mənəvi ehtiyaclarını, həmçinin mənzil ilə yaranan bütün xərcləri o ödəmişdir. Həmin bağışlama müqaviləsi saxta olmaqla etibarsızdır. Belə ki, 13 avqust 1994-cü il tarixli vəsiyyətnamədəki və X11 adına verilmiş şəxsiyyət vəsiqəsindəki imzalar eyni olsa da, bağışlama müqaviləsi üzrə notariat işində mövcud olan bağışlama müqaviləsindəki imzala r fərqlidir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, iddiaçının həyat yoldaşı H.Qafarov vəfat edənədək, onun vəfatından sonra isə X11 vəfatınadək X11 və onun həyat yoldaşı İbrahim Məmmədəli oğlunun bütün maddi xərcləri iddiaçı və onun həyat yoldaşı H.Qafarov tərəfindən ödənilmiş, onlara maddi və mənəvi dəstək olan başqa bir insan olmamışdır. Buradan da müəyyən olunur ki, Cavabdeh1 X11 yaşlı olmasından istifadə etmiş, onu aldadaraq Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, ev 20, 11 saylı mənzilə dair həyat yoldaşı X4 adına verilmiş 13 avqust 1994-cü il tarixli vəsiyyətnaməni öz adına yazdırdığı vəsiyyətnamə ilə ləğv etdirmiş, bununla da kifayətlənməyərək, gələcəkdə həmin vəsiyyətnaməni başqa bir vəsiyyətnamə ilə ləğv etdiriləcəyindən ehtiyat etmiş və saxta yollarla bağışlama müqav iləsi tərtib etdirmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dobrolyubov küçəsi, 20 saylı binanın 11-ci mənzilinin X18 tərəfindən Cavabdeh1 bağışlanmasına dair 27 saylı Dövlət Notariat Kontoru tərəfindən 27 noyabr 2007-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə/04-546 nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-269/2020) İddiaçı cavabdehlər Cavabdeh1 və ünvan 2 qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatlarının dəyəri 299 (iki yüz doxsan doqquz) manat məbləğində pulun İddiaçı alınaraq Az.M EM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının bağışlama müqaviləsinin etibarsız hesab olunmasına əsas kimi göstərdiyi hallar (saxta imza və s.) işə məhkəmədə baxılarkən öz təsdiqini tapmadığından iddianın təmin olunması üçün əsas kimi qəbul oluna bilməz. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizaları keçirilmişdir. Ekspert rəylərindən görünür ki, mübahisələndirilən bağışlama müqaviləsinin üzərindəki imza həqiqətən də X18 tərəfindən icra edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Apelyasiya instansiyası m əhkəməsində icraat İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh rayon məhkəməsində keçirilmiş məhkəmə baxış iclaslarında israrla iştirak etməmiş, onun Səyyarə Mirzə qızının qardaşı Əlinin qızı olması faktı öz təsdiqini tapmamış, beləliklə, işin hərtərəfli araşdırılması mümkün olmamışdır. Bu səbəbdən də, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev, iş № 2(103)-1924/2021) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-269/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının göstərdiyi hallar ekspert rəyləri ilə təsdiqini tapmamış, müqavilədəki imza X14 məxsusdur və o şəxsən öz əmlakını hələ sağlığında ikən öz iradəsi ilə qardaşı qızı Cavabdeh1 bağışladığından iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (V əkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)1924/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya məhkəməsi baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olumasını xahiş etdilər. Digər tərəflər məhkəmə iclas ının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayə t edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəs t surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə süb utlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şika yətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər apellyasiya şikayətində irəli sürülən dəlillərlə eyni olmuş və məhkəmə tərəfindən tam olaraq qiymətləndirilmişdir. Bu baxımndan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apely asiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1924/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4914/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4914/2021
30.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver