Məhkəmə qərarları › İş №2(102)-4914/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4914/2022

25.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4914/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Sumqayıt şəhər 1 saylı Notariat Ofisi) qarşı, Cavabdeh İddiaçı qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv eilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzinin ödənilməsi, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiya sı, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X8 üçüncü şəxslər DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə qarşı daşımaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsinə dair ilkin iddia tələbi, iddiaçı X6 cavabdeh İddiaçı qarşı daşınmaz əmlakin dövlət reyestrində qeydə alınması və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzini ödənilməsinə dair qarşılıqlı iddia tələbi, müstəqil tələb irəli sürən X5 Cavabdeh qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-363/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 18 may 2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə İddiaçı 0,15706 ha torpaq sahəsini və 1639,8 kv.m qeyri-yaşayış binasını ******* manat qiymətinə Cavabdeh satmışdır. Tərəflər İddiaçı məxsus olan qeyri yaşayış binasının və torpaq sahəsinin ******* manat qiymətə satılması barədə razılığa gəlmişlər.

2. İddiaçı X3 ilə xx.xx.1979-cu ildə Xaçmaz Rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar, arvada Abbasova soyadı verilmişdir.

3. Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsi, ev 31-də qeydiyyatda olan X4 (etibarnaməyə əsasən Cavabdeh adından) tərəfindən notariat qaydasında təsdiq ediləcək Xaçmaz şəhəri, Nəriman Nərimanov küçəsi. 6 ünvanında yerləşən qeyri-yaşayış binasının alğı-satqı müqaviləsi üzrə ödənməli olan ******* (bir milyon on iki min beş yüz) manat məbləğində pul məbləğindən müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra Xaçmaz şəhəri, Ş.Tarverdiyev küçəsi, ev.3-də qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan **********23746305 nömrəli depozit hesabına köçürülmə yolu ilə qəbul olunması xahiş edilmişdir. 4. 15.03.2021-ci il tarixli kredit limiti müqaviləsinə əsasən kreditverən borcalana 120 ay müddətinə illik 30 faizdən çox olmamaq şərti ilə ******* manat kredit limiti ayrılmasına dair razılığa gəlmişlər. Həmin ******* manat məbləğin ******* manatı xx.xx.2021-ci il tarxidə Cavabdeh mülkiyyətinə verilmişdir. 5. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üçün aylıq ödəniş 34186,18 (otuz dörd min yüz səksən altı manat 18 qəpik) manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh X8 üçüncü şəxslər DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə qarşı daşımaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılma sını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 18 may 2021-ci il tarixdə Sumqayıt şəhəri 1 saylı Notariat ofisində “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” imzalanmazdan öncə müqavilə tərəfləri müqavilənin mühüm şərti hesab olunan əmlakın satış dəyəri barədə razılaşmışlar ki, alq-satqı müqaviləsinin predmeti olan İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,15706 ha torpa sahəsi və üzərində yerləşən yerləşən ümumi 1639, 8 kv. m olan qeyriyaşayış binası ******* (bir milyon altı yüz min) manata satılacaqdır və Cavabdeh nümayəndəsi vasitəsilə həmin qiymətə əmlakı almağa razılaşmışdır, bundan başqa cavabdeh tərəf iddiaçı ilə belə razılaşmışlar ki, əmlakın təqdim edi lməsinə görə pulun ödənilməsi ilə bağlı bank xərclərini, müqavilənin notariat qaydada təsdiq edilməsi və dövlət qeydiyyatına alınması xərclərini cavabdeh-alıcı tərəfindən, alğı-satqı əməliyyatı ilə bağlı vergini iddiaçı-satıcı İddiaçı ödəməlidir. Bundan əlavə alğı-satqı predmeti hesab olunan daşınmaz əmlak üçüncü şəxslərlə bağlanmış icarə müqaviləsinə əsasən sonuncuların icarə hüquqları ilə yüklüdür, İddiaçı razılığı və icazəsi ilə əmlakın icarəçisi əmlakda 130000 (bir yüz otuz min) manat dəyərində təmiryaxşılaşdırma, bərpa-rekonstruksiya işləri aparmış, binaya aksesuarlar quraşdırmışdır və bununla əlaqədar İddiaçıla icarəçi arasında xx.xx.2020-ci il tarixdə razılaşma imzalanmış və İddiaçı icarəçi qarşısında öhdəlik götürmüşdür ki, müqavilənin müddəti qurtardıqda və ya müqavilə pozulduqda, icarə əmlakı özgəninkiləşdirilərək başqa şəxsin mülkiyyətinə keçdikdə, icarə əmlakına çəkilmiş xərc əmlak sahibi tərəfindən icarəçiyə ödənilməlidir. İddiaçı Cavabdeh (nümayəndəsinə) alğı-satqı müqaviləsi imzalanmazdan xeyli qabaq bütün bu məsələləri bildirmiş, əmlakın icarə hüquqları ilə yüklü olduğunu və daşınmaz əmlakın alğı- satqı müqaviləsində əmlakın icarə hüquqları ilə yüklü olduğunun mütləq qeyd olunmasını cavabdeh-alıcı Cavabdeh tələb etmiş və gələcəkdə əmlakın icarəçisinin əmlaka çəkdiyi xərclərin məhz yeni mülkiyyətçi kimi Cavabdeh tərəfindən ödənilməsini və Cavabdeh buna razı olduqda, yalnız bu halda əmlakın alğı-satqı müqaviləsinin baş tutacağını bildirmişdir. Cavabdeh İddiaçıla alğı-satqı müqaviləsi bağlamazdan əvvəl müqavilənin aşağıdakı mühüm şərtləri barədə razılığa gəlmiş dir: İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini ******* (bir milyon altı yüz min) manata almaq, əmlakın təqdim edilməsinə görə pulun ödənilməsi ilə bağlı bank xərclərini, müqavilənin notariat qaydada təsdiq edilməsi və dövlət qeydiyyatına alınması xərclərini ödəmək, icarəçi ilə müqavilə münasibətlərini davam etdirmək və müqavilə pozulduğu halda icarəçinin etdiyi təmir və rekonstruksiya işlərinə 130000 manat pul vəsaitini icarəçiyə ödəmək və bu şərtləri alğı-satqı müqaviləsinə daxil etmək. Tərəflər arasında əmlakın alğısatqısı ilə bağlı beh razılaşması olmamışdır. İddiaçı arvadı - əmlakın birgə mülkiyyətçisi Cariyyə Abbasova cavabdeh-alıcı Cavabdeh nümayəndəsinin onlarla apardığı kobud danışıqlarından ehtiyat edərək alıcının onları aldatması mümkünlüyünü düşünərək, əml akın cavabdehə satılmasına razı olmadığını bildirmişdir. Cavabdeh nümayəndəsi İddiaçı bildirmişdir ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin notariusu onlara yaxın adamdır, münasibətləri yaxındır və təklif etmişdir ki, həmin notariat ofisində alğı-satqı müqaviləsi imzalansın, İddiaçı cavabdehin onu aldatmayacağına ümid edərək razılaşmışdır ki, Sumqayıt şəhəri 1 saylı Notariat ofisində alğı-satqı müqaviləsini imzalasın və 18 may 2021-ci il tarixdə Sumqayıt şəhər 1 saylı Notariat ofisinə gəlmiş, notariat ofisinin dəhlizində cavabdehin nümayəndəsi çox tələsdiyini bildirərək, ona ərizəyə və müqavilənin ikinci səhifəsinə “tanış oldum” sözü yazdırmış və ikinci səhifəyə imza etdirmişdir, onlar veb-kameranın qarşısında dayanmışlar, notariat ofisindən bayıra çıxan zaman cavabdehin nümayəndəsi İ ddiaçı bildirmişdir ki, əmlakın pulunu - ******* manatı notariusun depozit hesabına köçürəcəklər, bir gün sonra pulu hesabdan çıxara bilər, hesabdan pulu çıxararkən hər hansı bir faiz tutulmayacaqdır, həmin faiz pulunu onlar ödəyəcəklər. İddiaçı 71 yaşı vardır, cavabdehin nümayəndəsi onun yaşlı olmasından istifadə edərək onu əqdi tələskənliklə imzalatmaqla əqdin həqiqi məzmunu barədə yanlış məlumat verərək, satılan əmlakın şərtləşdirilmiş qiymətini müqavilədə kəskin azaltmış, İddiaçı yaşlı olmasından istifadə edərək onu aldatmışdır. İddiaçı 18 may 2021-ci il tarixdə Cavabdeh nümayəndəsinə inanaraq “Daşınmaz əmlakın alğısatqı müqaviləsi”nə və daşınmaz əmlakın satılması barədə ərizəyə imza etmişdir. Bir gün sonra İddiaçı hesabdan pulu çıxarmaq və “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin b ir nüsxəsini notariat ofisindən götürmək üçün Sumqayıt şəhər 1 saylı Notariat ofisinə gələrək alğı-satqı müqaviləsini götürüb tanış olduqda görmüşdür ki, müqavilənin 1 -ci səhifəsində çox kiçik şriftlə satılan əmlakın qiyməti ******* manat qeyd olunmuşdur, müqavilədə əmlakın icarədə olduğu və icarə hüquqları ilə yüklü olduğu qeyd olunmamışdır, alıcının icarəçiyə 130000 manat xərcin ödənilməsi qeyd olunmamışdır, satdığı qeyri-yaşayış sahəsinin satış qiyməti ******* manat yox, ******* manat göstərilmişdir, həmçinin müqavilədə əmlakın təqdim edilməsinə görə pulun ödənilməsi ilə bağlı bank xərclərini İddiaçı ödəyəcəyi qeyd olunmuşdur. İddiaçıla Cavabdeh (nümayəndəsi) arasında ciddi mübahisə yaranmış və 19 may 2021-ci il tarixdə Cavabdeh nümayəndəsi guya iddiaçının az vergi xərci çıxması üçün əmlakın satış qiymətini ******* manat göstərmişdir, əmlakın qalan pulunu, yəni 587500 (beş yüz səksən yeddi min beş yüz) manatı 20 may 2021-ci il tarixdə nağd şəkildə İddiaçı verəcəyini və icarəçiləri də razı salacağını bildirmişdir. Lakin 20 may 2021-ci il tarixdə Cavabdeh və nümayəndəsi Sumqayıt şəhər 1 saylı Notariat ofisinə gəlməmişlər, iddiaçıya vəd etdikləri qalan 587500 manat pulu gətirib ona ödəməmişlər, bundan əlavə Cavabdeh nümayəndəsi İddiaçı hədələyərək müqaviləni ləğv etdirdiyi halda, ondan əlavə olaraq 20000 manat pul alacağını bildirmişdir. İddiaçı 20 may 2021-ci il tarixdə dərhal üçüncü şəxs Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə yazılı ərizə təqdim edərək xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı Müqaviləsi’min ləğv edilməsini, müqavilənin daşınmaz əmlakın d övlət reyestrinə göndərilməməsini tələb etmişdir. Eyni zamanda İddiaçı xx.xx.2021-ci il tarixdə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə Hüquqların dövlət qeydiyyatının dayandırılması haqqında ərizə təqdim edərək qeyri-yaşayış sahəsi üzərində alıcının mülkiyyət hüquqlarının dövlət qeydiyyatının dayandırılmasını tələb etmişdir. Bundan başqa İddiaçı 24 may 2021-ci il tarixdə cavabdeh-alıcı Cavabdeh poçt vasitəsilə “18 may 2021-ci il tarixli "Daşınmaz əmlakın alğı-satqı” Müqaviləsinin ləğv edilməsi barədə” Təklif məktubu göndərmiş, cavabdehdən müqavilənin ləğv edilməsini, ödədiyi pulu geri götürməsini təklif etmişdir. Təklif məktubu xx.xx.2021-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. İddiaçı Cavabdeh və üçüncü şəxslərə mübahisəli alğı-satqı müqa viləsinin ləğv edilməsi və dövlət qeydiyyatının dayandırılması üçün təcili tədbirlər görmüşdür. Buna baxmayaraq cavabdehalıcı Cavabdeh qeyri-yaşayış sahəsini özü üçün münasib, əlverişli qiymətə əldə etdiyindən və müqavilə iddiaçı tərəfdən imzalandığından artıq hesab etmişdir ki, əmlakı ucuz qiymətə əldə edibdir və bu səbəbdən müqavilənin ləğv edilməsini istəməmiş, mülkiyyətçini aldatmaqla əqdə imzaladıb ələ keçirdiyi əmlakı geri qaytarmaqdan yayınmışdır. Sözü gedən xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı Müqaviləsi” imzalandığı andan mübahisəli əqd olmuşdur, əqd imzalanarkən İddiaçı əqdin həqiqi məzmunu barədə dəqiq məlumatlı olmamış, iddiaçının gözlədiyi, arzu etdiyi hüquqi nəticələr əmələ gəlməmişdir, belə ki, əmlakın oferta şəklində danışıq zaman qiyməti ******* manat oldu ğu halda, əqddə həmin məbləğ azaldılaraq ******* manat, digər bir tərəfdən əmlakın icarə hüquqları ilə yüklü olması göstərilməyərək icarəçilərin gələcəkdə çəkdyi xərci tələb etmək imkanının məhdudlaşması ilə sonuncu üçün əlverişsiz vəziyyətin yaranmasına gətirib çıxarmışdır. Əqdin məzmununa, iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt (tərəf nə istədiyini və bunun üçün nə etdiyini aydın dərk etməmişdir) pozulmuşdur. Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mübahisələndirilən alğısatqı müqaviləsinin mühüm şərtləri İddiaçı cavabdehlə razılığa gəldikləri müqavilədənqabaq razılığı ilə uyğun gəlmir və bu uyğu nsuzluq İddiaçı əmlak mənafelərinə zərər vurur. Sözü gedən alğı-satqı müqaviləsi bağlanan zaman müqavilənin (əqdin) məzmununa, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlərə riayət edilməmişdir. Hazırki əqd mübahisə edilən əqddir. Cavabdeh tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqddir.

8. Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakın dövlət reyestrde qeydə alınması və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzini cavabdeh tərəfindən iddiaçıya ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, ünvan 3 ünvanında yerləşən 0,15706ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv. Metr olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, dövlət reyestrindən çıxarışın verilməsi və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzi ünvan 3 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsinə dair ona dövlət reyetsrindən çıxarış verilənədək 41186 manatın İddiaçı alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında AN-İ 924656 saylı, 18 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyriyaşayış əinası Cavabdeh mülkiyyətinə verilmişdir İddiaçı ilə Cavabdeh arasında olan qarşılıqlı razılaşmaya əsasən həmin da şınmaz əmlakın dəyəri ******* (bir milyon iyirmi min) manat məbləğində müəyyən edilmişdir. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı iddia tələbini qəbul etmirlər. Belə ki, ilkin iddia ərizəsində ilkin iddia üzrə İddiaçı iddia ərizəsində müqavilə bağlamamışdan öncə həmin əmlakın dəyərini ******* (bir milyon altı yüz min) manat razılaşdıqlarını bildirmişdir. Lakin Cavabdeh ilə İddiaçı arasında olan razılaşmaya əsasən həmin əmlakın dəyəri ******* (bir milyon iyirmi min) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ ödənilmişdir. Cavabdeh tərəfindən tərəflər arasındakı bütün razılaşmalar yerinə yetirilmiş, lazım olunan xərclər ödənilmişdir, Həmçinin ünvan 3 ünvanında yerləşən 15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış binasının icbari sığortası ol an 2126,25 (iki min yüz iyirmi altı manat, iyirmi beş qəpik) məbləğində pul Cavabdeh tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Həmçinin ilkin iddia üzrə İddiaçı AN-1 ******* saylı, 18 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlayarkən həmin müqavilə şərtləri ilə tanış olaraq onu imzalamışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli 16130321 -156097901 L nömrəli kredit müqaviləsinə əsasən bank Cavabdeh 36 ay müddətinə 14 faizlə ******* (bir milyon) manat məbləğində kredit vermişdir. Həmin müqavilənin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh arasında 15 mart 2021-ci il tarixli ipoteka müqaviləsi imzalanmış, ünvan 4 ünvanında yerləşən mülkiyyət növü bələdiyyə, hüququn növü icarə olan 0,2005 ha torpaq sahəsi və üzərində yerləşən təyinatı-iaşə, ümumi sahə si 2648.1 kv.m olan xüsusi mülkiyyətli 2 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı həmin müqavilənin təminatı kimi "xxxx" ASC ilə X12 arasında 15 mart 2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, Sumqayıt şəhəri, 21-ci mkr, 156 ünvanında yerləşən 0,18 ha xüsusi mülkiyyətli torpaq sahəsi və üzərində yerləşən 2 mərtəbəli, 10 otaqlı, ümumi sahəsi 665 kv.m, yardımçı sahəsi 346.2 kv.m, yaşayış sahəsi 318.8 kv.m fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli 16130321 -156097901 L nömrəli kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, həmin kredit müqaviləsi üçün aylıq ödəniş 186.18 (otuz dörd min yüz səksən altı manat 18 qəpik) məbləğində təşkil edir. Cavabdeh bu kredit müqaviləsini ünvan 3 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış binasını İddiaçı alğısatqı edərək əldə etmək üçün götürmüşdür. Həmin daşınmaz əmlakı əldə etməkdə qarşılıqlı iddia üzrə iddiaçının məqsədi həmin əmlakdan gəlir götürmək olmuşdur. Lakin həmin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatının aparılmadığı və dövlət reyestrindən çıxarışın verilməməsi səbəbindən bu mümkün olmamışdır. Hesab edirlər ki, əgər həmin daşınmaz əmlaka dair Cavabdeh çıxarış verilsəydi, 1 ay ərzində kredit ödənişindən əlavə 7000 (yeddi min) manat məbləğində gəlir əldə edəcəkdir. Beləliklə dövlət reyestrindən çıxarışın verilməsi və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar Cavabdeh bu günə qədər 34186 manat aylıq kredit ödənişi və ümumilikdə 41186 ( qırx bir min yüz səksən altı) manat məbləğində zərər dəymişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 647-ci maddəsinə əsasən. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.

10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Şiraslan Əliş oğluna qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. X5 iddia ərizəsi onunla əsasla ndırmışdır ki, qeyd edilən alğı-satqı müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən 1639,8 kv.m olan qeyri-yaşayış binası Cavabdeh satılmışdır. Lakin, bundan öncə həmin daşınmaz əmlak X10 tərəfindən icarəyə götürülmüş və alğısatqı müqaviləsi bağlanarkən icarə müqaviləsi qüvvədə olmuşdur. İcarəçi qeyd edilən daşınmaz əmlaka 130000 manat təmir xərci çəkmişdir. Bu səbəbdən də icarəçi ilə icarədar arasında notarial təsdiq edilmiş əlavə razılaşmaya əsasən əgər əmlak başqa şəxsin mülkiyyətinə verilərsə icarə müqaviləsinin alıcıya münasibətdə də qüvvədə olması və icarəçinin çəkdiyi xərclərin yeni mülkiyyətçi tərəfindən ödənilməsi barədə şərt mövcud olmalı idi. Lakin, daşınmaz əmlakın alğı-satqı müqaviləsində qeyd edi lən bənd nəzərdə tutulmamaqla əmlakın icarə hüququ ilə yüklü olması nəzərə alınmamışdır. Bununla da icarəçinin hüquqları pozulmuşdur. Qeyd edilən şərt müqavildə nəzərdə tutulmadığı üçün daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunmalıdır.

12. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5237/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri 1 saylı Notariat Ofisində aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılmasına dair iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qa rşı ünvan 3 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1639,8 kv.m olan qeyri-yaşayış sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyatının aparılması, dövlət reyestrindən çıxarışın verilməsi və qeydiyyatın gecikdirilməsi ilə əlaqədar əmələ gəlmiş zərərin əvəzi ünvan 3 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsinə dair ona dövlət reyestrindən çıxarış verilənədək hər ay 41186 manatın İddiaçı alınaraq ona verilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X5 İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri 1 saylı notariat ofisində bağlanmış xx.xx.2021-ci il tarixli 4ə-169 reyestr nömrəli daşınmaz əmlakın alğısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında 18 may 2021-ci il tarixdə notarial qaydada daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır, müqavilə üzrə əmlakın dəyəri ******* manat olmuşdur. İddiaçı arvadı Cariyyə Abbasova qeyd edilən alğı-satqı müqaviləsinin bağlanmasına notarial razılıq vermişdir. Alğı-satqı predmeti olan əmlak üzərində alğı-satqı zamanı heç bir məhdudiyyət və yüklülük olmamışdır. Alğı-satqı predmeti olmuş əmlaka dair alğı-satqıdan əvvəl Vaseh X1 arasında icarə müqaviləsi və müqaviləyə əlavələr olmuşdur. Həmin müqavilə və əlavələrə əsasən İddiaçı icarəçi qarşısında müəyyən öhdəliklər götümüşdür. İcarə müqaviləsinə əsasən əmlak yüklü edilməmişdir. Cavabdeh əmlakın icarədə olmasını bilmiş, lakin İddiaçı icarəç i qarşısında olan öhdəlikləri barədə məlumatlandırılmamışdır. Cariyyə Abbasova icarəçi ilə aralarında olan məsələləri özləri həll edəcəyini bildirmişdir. Əmlakın satış qiymətinin ******* manata razılaşdırılmasına dair heç bir mötəbər sübut təqdim edilməmişdir. Tərəflər arasında aparılan səsli və yazılı danışıqlar zamanı ******* manat barədə heç bir qeyd olmamışdır. Cavabdeh əmlakın alınması üçün 18 may 2021-ci il tarixdə əsas vəsaitlərin artırılması məqsədi ilə ******* manat kredit götürmüşdür. İcarə müqaviləsi üzrə Sadiq Əliyev qarşısında öhdəlikləri İddiaçı daşımışdır. Həmçinin iş üzrə müəyyən edilmiş hallardan görünür ki, İddiaçıla Cavabdeh arasında 18 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlandıqda qanunvericiliyin bütün tələblərinə əməl olunmuş, tərəflər notariusun iştirakı i lə sərbəst şəkildə iradə ifadələrini bildirmişlər, tərəflərin iradə ifadəsi zədələnməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 13, 29, Mülki Məcəllənin 6.2, 347.1, 324.5. 404, 394, 646.1, 146.1, 225.6, 700.1, 700.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İlkin İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddiaya aid hissəsində ləğv edilməsi, həmin hissədə ilkin iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X2 Şiraslan Əliş oğluna qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız h esab edilməsi tələbinə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, qeyd edilən alğı-satqı müqaviləsinə əsasən İddiaçı xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,15706 ha torpaq sahəsi və üzərində yerləşən 1639,8 kv.m olan qeyri-yaşayış binası Cavabdeh satılmışdır. Lakin, bundan öncə həmin daşınmaz əmlak X10 tərəfindən icarəyə götürülmüş və alğı-satqı müqaviləsi bağlanarkən icarə müqaviləsi qüvvədə olmuşdur. İcarəçi qeyd edilən daşınmaz əmlaka 130000 manat təmir xərci çəkmişdir. Bu səbəbdən də icarəçi ilə icarədar arasında notarial təsdiq edilmiş əlavə razılaşmaya əsasən əgər əmlak başqa şəxsin mülkiyyətinə verilərsə icarə müqaviləsinin alıcıya münasibətdə də qüvvədə olması və icarəçinin çəkdiyi xərclərin yeni mülkiyyətçi tərəfindən ödənilməsi barədə şərt mövcud olmalı idi. Laki n, daşınmaz əmlakın alğı-satqı müqaviləsində qeyd edilən bənd nəzərdə tutulmamaqla əmlakın icarə hüququ ilə yüklü olması nəzərə alınmamışdır. Bununla da icarəçinin hüquqları pozulmuşdur. Qeyd edilən şərt müqavildə nəzərdə tutulmadığı üçün daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab olunmalıdır.

17. Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qarşılıqlı iddia tələbini təmin etməməklə qanunvericiliyin tələblərini pozmuşdur.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-363/2022 nömrəli iş üzrə 22 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Səyyad Qafarı (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilədə tərəflərin razılaşdıqları məbləğin düzgün göstərilməməsi həmin əqdin etibarsızlığı üçün əsas ola bilməz. İcarəçi ilə müqavilə münasibətlərini davam etdirmək və pozulduğu halda icarəçinin çəkdiyi xərclərin 130.000 manatın icarəçiyə ödənilməsi barədə şərtlərinin alğı-satqı müqaviləsinə daxil edilməməsi barədə ilkin iddiaçının dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin müqavilə bağlanana qədər be lə bir razılaşmalarının olması və alıcı Cavabdeh belə bir öhdəlik götürməsi də iş materialları ilə öz təsdiqini tapmamışdır. İlkin iddiaçının nümayəndəsi Vəkil1 sığorta şəhadətnaməsinin xx.xx.2021-ci ildə bağlandığı halda, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə daxil olması barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, şəhadətnamədəki xx.xx.2021-ci il tarix müqavilənin bağlandığı yox, qüvvəyə mindiyi vaxtdır. Eyni zamanda işə əlavə edilmiş qəbzdən görünür ki, sığorta ödənişi xx.xx.2021-ci il saat 17:48 dəqiqədə olmuşdur. Göründüyü kimi icbari sığorta müqaviləsi xx.xx.2021-ci il tarixdə deyil, xx.xx.2021-ci il tarixdə bağlanmış və həmin tarixdə də ödəniş həyata keçirilmişdir və bu hallar mövcud müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kolle giyası ilk iddiaçının apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri ilə razılaşmır və hesab etmişdir ki, bu dəlillər ilkin iddia tələbinin təmin edilməsi üçün əsas deyil.

21. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillərlə razılaşmır və hesab etmişdir ki, qarşılıqlı iddia tələbini də təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 339.2, 337.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin apellyasiya şikayətinin təmin edilməyən hissəsində lə ğv edilməsini, həmin hissədə iddiaçının iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli alğı-satqı müqaviləsinin şərtlərinin etibarsızlığını təsdiq edən müqavilənin iddiaçının iradə ifadəsini həqiqi mənasını əks etdirməyən müqavilədə qeyd olunan bəndlər, əmlakının satış dəyərinin 1.600.000 manata olması barədə razılaşdırılmış müqaviləyə qədərki danışıqlar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrində əqdin imzalanmasınadək tərəflərin əmlakın 1.600.000 manat qiyməti razılaşmaları qeyd olunur və etiraf olunur. Sonradan hansı hal baş vermişdir ki, əmlakın razılaşdırılmış satış qiyməti 1.600.000 manatdan 1.012.500 manata endirilir? Bu qədər əmakın qiymətində endirim müşahidə oluna bilməz. Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin əmlakın qiymətinə dair, əmlakın icarə ilə yüklülüyünə dair şərtləri satıcı-iddiaçı tərəfin razılaşdırılmış irədə ifadəsini əks etdirmir, bu hissədə İddiaçı iradə ifadəsi zədələnmişdir. Bu hal üçün Mülki Məcəllənin 324.4. və 324.5-ci maddələri tətbiq olunmalıdır.

25. Məhkəmə tərəflərin təqdim etdiyi, eyni zamanda ilk iddia üzrə Cavabdeh etirafedici izahatlarını, işin faktiki halları barədə işdə olan sənədləri məhkəmənin əldə etdiyi sənədləri müqayisəli şəkildə təhlil edib düzgün qiymət verməməklə MPM-nin 88-ci maddəsini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh (Vəkil4) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya insta nsiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslan dırılmalıdır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmal ıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlən dirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən apellyasiya şikayətinin təmin edilməyən hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayə ti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-363/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar