Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4916/2020 12.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4916/20 (Açar sözlər: tikilinin sökülməsi, tikilinin iddiaçının hüquqlarına mane olması) Bakı şəhəri, xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105) -436/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə 12 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X2 r ünvanında ailəsi ilə birlikdə yaşayır. 2.Cavabdeh1 daünvan 2 ünvanında yaşayır. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçıCavabdeh1 Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 3 ünvanı qarşısında qanunsuz olaraq zəbt edib hasara aldığı ümumi istifadə ərazisinin zəbtdən azad edilməklə hasarın sökülməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, XXX iddiaçının mülkiyyətində olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır.
5. İddiaçının qonşusu olan cavabdeh XXX ünvanına köçdükdən sonra qanunsuz olaraq 2 mərtəbəli ev tikdirməklə yanaşı, gediş-gəliş yolu olan ərazini də hasara alaraq oranı zəbt etmişdir.
6. Zəbt edilib hasara alınan yol iddiaçının evinə gedib-gəlinən yeganə yoldur, bu yol bağlanıb.
7. İddia tələbinin hüquqi əsası kimi iddiaçı Mülki Məcəllənin 1096, 1098, Torpaq Məcəlləsinin 110 və 111-ci maddələrinə istinad etmişdir.
8. Cavabdeh1 iddianı qəbul etməyib və izahatında bildirib ki, heç bir ərazini zəbt etməyib, evinin həyəti olmadığı üçün bir balaca həyətyanı sahə tikib, bunun da iddiaçıya heç bir maneçiliyi yoxdur.
9. Digər Cavabdeh2 nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmiş, iddiaya yazılı etiraz da bildirməmişdir.
10. Mübahisəli əraziyə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 evləri qonşu dur. Məhəllədaxili küçə ilə həyətə daxil olarkən tərəflərin hər ikisindən sağda və solda evlər var. Cavabdeh evinin küçəyə olan hissəsindən ümumi istifadədə olan həyət hissəsinə doğru evin boyunca və həyətə doğru 3 metr məsafədə mişar daşından hasar çəkib.
11. Yerli baxışdan sonra iddiaçı tələbini artırıb, əlavə olaraq Cavabdeh1 qanunsuz olaraq inşa edilmiş evin ikinci mərtəbəsində onun həyətinə açılan pəncərələrin sökülüb çıxarılmaqla yerinin hörulüb bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Artırılmış tələbi onunla əsaslandırılıb ki, cavabdehin evinin ikinci mərtəbəsindən iddiaçının həyətinə açılmış pəncərələrdən iddiaçının həyəti və evinin içi görsənir.
13. Evdə iddiaçıdan savayı, iddiaçını arvadı və qızı yaşayır. Həyətdə gizlənəgizlənə gəzirlər ki, cavabdeh pəncərə dən onları görməsin. Bu da iddiaçının hüquqlarını pozur.
14. Artırılmış tələbin də hüquqi əsası kimi iddiaçı Mülki Məcəllənin 1096, 1098, Torpaq Məcəlləsinin 110 və 111-ci maddələrinə istinad etmişdir.
15. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın qarşısında hasara alnmış sahənin ümumi istifadəyə maneçilik törədib-törətməməsi və pəncərələrin iddiaçıya evindən sərbəst istifadə etməyə mane olub-olmaması barədə suallar qoyulmuşdur.
16. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2019-cu il tarixli 6670 saylı rəyi ilə müəyyən edilib ki, iddiaçıya və Cavabdeh1 məxsus həyətyanı torpaq sahlərinin arasında eni 5,2 metr olan digər qonşuya aid torpaq sahəsi var. Cavabdeh1 tərəfindən XXX qarşısında ümumi həyətə doğru daş hasara alınmış sahə İddiaçı ümumi həyətdən gediş-gəlişini məhdudlaşdırmır. Hər iki həyətyanı torpaq sahəsinə sərbəst gedişgəliş yolu mövcuddur. Cavabdeh1 evinin ikinci mərtəbəsindəki tikilinin İddiaçı evinə və həyətinə tərəf olan pəncərələrinin sonuncunun həyətindən və evindən sərbəst istifadə etməsinə maneçilik edib-etməməsi məsələsi məhkəmə tikinti-texniki ekspertinin həll etdiyi məsələlər sırasına aid deyil, hüquqi xarakterli məsələdir.
17. Ekspert rəyi gəldikdən sonra iddiaçı tələbini azaltmış, hasarın cavabdehin sökülməsi hissəsində iddianı geri götürmüş, pəncərələrin sökülüb yerinin tikilməsi barədə iddiasını isə müdafiə etdiyini bildirmişdir.
18. Cavabdeh1 etiraz olaraq bildirmişdir ki, iddiaçının iddia etdiyi və ona məxsus evə aid pəncələrin s ökülməsinə ehtiyac yoxdur. Belə ki, həmin pəncərələr kiçik ölçlü pəncərələrdir, demək olar ki açmırlar. Üstəlik, cavabdehin evi ilə onun evinin arasında başqa bir ev yerləşir. 19.Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-155/2019 saylı qərardadı ilə torpaq sahəsində qanunsuz olaraq zəbt edilib hasara alınmış ərazinin boşaldılması və hasarın sökulməsi hissəsində iddia tələbi baxılmamış saxlanmışdır. (hakim Cəmilə Səfiyeva)
19. Abşeron Rayon Məhkəməsinin 2(012)-155/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 4 ünvanında Cavabdeh1 inşa etdirdiyi özbaşına tikilinin ikinci mərtəbəsində yerləşən otaqlarının İddiaçı həmin ünvanda yerləşən evinin həyətinə açılan iki ədəd pəncərələrin öz vəsaiti hesabına sökülüb çıxarılmaqla yerinin hörulərə k bağlanması, iddia ərizəsinin verilməsinə gorə odənilmiş 10 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutulub, İddiaçı odənilməsi və ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun Cavabdeh1 alınaraq dövlət nəfinə odənilməsi qət edilmişdir. (hakim Cəmilə Səfiyeva)
20. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh1 tətəfindən ünvan 3 ünvanında yerləşən özbaşına tikilinın ikinci mərtəbəsində yerləşən otaqların iki ədəd pəncərələri birbaşa cavabdehin həyətinə baxır, hansı ki, həmin tikilinin küçəyə tərəf hissəsində pəncərəsi vardır və küçəyə nisbətdə arxa hissədən də pəncərə açılması mümkündür. Sökülməsi tələb edilənən pəncərələrdən birbaşa iddiaçının həyəti görsənir.
21. İşin müəyyən edilmiş halına uyğun olaraq məhkəmə hesab etmişdir ki, bu, i ddiaçının və ailə üzvlərinin öz həyətində sərbəst hərəkətlərini məhdudlaşdırır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının 13-cü maddəsinin İ hissəsi, 29, Mülki Məcəllənin 16.1, 152.5, 560.1, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib.
24. Apelyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, ona məxsus tikilinin pəncərələri kiçik ölcudədir və iddiçının yaşayış sahəsinə heç bir maneə torətmir. Bununla yanaşı əgər mövcud pəncərələr narahatçılıq torətsəydi onların mövcud evlərinin arasında yerləşən qonşunun evinə maneçilik torətmiş olardı. Həmçinin yaşadığı evin altında yerləşən torpağa dair mülkiyyət hüquqlarının təsdiq edən Çıxarış da almışdır.
25. Cavabdeh2 torpaqda ev tikintisinin aparılmasına icazə vermiş, evin eskzi layihəsini tərtib etdirmişdir.
25. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eskiz layihəsinə heç bir irad bildirilməmişdir.
26. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-436/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Мəhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-155/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh1 qarşı tikilinin sokulməsi tələbinin təmin edilməməsi, İddiaçı Əlihьseyn oğlundan ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın alınaraq dovlət budcəsinə (hesab: adı X1, kodu 210005, VÖEN **********, mьxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, hesab AZ34CTRE**********0********) köçürülməsi qət edilmişdir. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Elman Rəhimov)
27. Apelyasiyanın mövqeyinə görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həm in əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
28. Apelyasiya baxışı zamanı müəyyən edilib ki, cavabdehin inşa etdiyi yaşayış evinin pəncərələrinin iddiaçının istifadəsində olan yaşayış evindən istifadəsi üçün maneə yaratması halı təsdiqini tapmır. Apelyasiya məhkəməsi iddianı rədd edərkən onu da nəzərə almışdır ki, tərəflərin mövcud tikililərinin arasında digər şəxsə məxsus tikili vardır.
29. Apelyasiya instansiya məhkəməsi qeyd edilən hallardan çıxış edərək hesab etmişdir ki, tərəflər qonşuluqda yaşamaqla hər birinin mulkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin birinin digərinə heç bir cəhətdən sərbəst surətdə istifadəsini məhdudlaşdırmır və iddiaşının mulkiyyət hüququna heç bir maneədən söhbət gedə bilməz.
30. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyində Cavabdeh1 evinin ikinci mərtəbəsindəki tikilinin İddiaçı evinə və həyətinə tərəf olan pəncərələrinin sonuncunun həyətindən və evindən sərbəst istifadə etməsinə maneçilik edib-etməməsi məsələsi məhkəmə tikinti-texniki ekspertinin həll etdiyi məsələlər sırasına aid deyil, hüquqi xarakterli məsələdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün tərəflərin mövcud tikililərdən birinin digərinə olan istifadəsinin məhdudlaşdırılmasını müəyyən etsə də, bu hal ekspert rəyi ilə təsdiqini tapmamışdır.
31. Apelyasiya instansiya məhkəməsi Mülki Məcəlləsinin 152.1, 152.2, 157.2 170.1, 170.2, 171.1, 171.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsinin tərəflərin evinin arasında başqa bir həyət olmasına istinad etməsi düzgün olmamışdır. Çünki tərəflərin evlərinin arasında başqa bir ev yox, tikilini cavabdehə satan şəxsin həyətinə aparan yol var.
34. Apelyasiya məhkəməsi ekspertiza rəyində ekspertin həll etdiyi məsələlər dairəsinə aid olmadığı səbəbindən ekspertiza tədqiqatı aparılmayan hissəyə istinad etməklə iddiaçının mülk iyyət hüququna heç bir maneədən söhbətin gedə bilməyəcəyini qeyd etmişdir. Ekspert iş üzrə cavabdehin evinin qarşısında inşa etdiyi, hasara aldığı sahənin gediş-gəlişi məhdudlaşdırmadığını müəyyən etmişdir. Həyətə açılan pəncərə hissəsində ekspert tədqiqat aparmamışdır. Belə olan halda həyətə açılan pəncərələr hissəsində ekspertiza rəyinə istinad edilməsi düzgün deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 35 Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
37. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəlləsinin 67.1-ci maddəsinin t ələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi.
38. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbər verilsə də, iş üzrə digər Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keç irdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə k i, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətç isi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəm əsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
40. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. İddia neqator iddia (əmlakdan istifadəyə maneələrin aradan qaldırılması) tələbidir.
43. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, cavabdehin inşa etdiyi yaşayış evinin pəncərələrinin iddiaçının istifadəsində olan yaşayış evindən istifadəsi üçün maneə yaratması halı təsdiqini tapmır.
44. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən halından görünür ki, tərəflər qonşuluqda yaşamaqla hər birinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tiki lilərin birinin digərinə heç bir cəhətdən sərbəst surətdə istifadəsini məhdudlaşdırmır və iddiaçının mülkiyyət hüququna heç bir maneədən söhbət gedə bilməz.
45. Həmçinin o da müəyyən edilib ki, iddia tələbində göstərilən cavabdehin inşa etdiyi evin pəncərələrinin iddiaçının əmlakdan (öz evindən) istifadəsinə mane olması ilə bağlı iddiaçı heç bir sübut təqdim etməmişdir. HalbukiMülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, i nkar edənin deyil, iddia edənin üzərinə düşür.
47. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə iddanı təmin etməmişdir.
48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmlakdan istifadəyə mane olma dedikdə, bu, özünü mülkiyyətçinin öz əmlakından real şəkildə istifadəsinə yaranan hər hansı maneədə özünü göstərməlidir. Yəni maneə elə olmalıdır ki, mülkiyyətçi öz əmlakından (əşyasından) onun faydalı təbii xassələrini hasil edə bilməsin, başqa sözlə, əmlakdan istifadəsinə məhdudiyyət yaransın.
49. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən halından da görünür ki, cavabdehin evinin pəncərələrinin iddiaçının evinin yerləşdiyi həyətə baxması iddiaçını öz əmlakından real şəkildə istifadə etməsinə, yəni əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməsinə, hazırki halda isə həmin evdə yaşamasına hər hansı əngəl yaratmır.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini – tərəflərin evlərinin arasında ev yox, yol olması, həyətə açılan pəncərə hissəsində ekspert tədqiqat aparılmadığı halda, həyətə açılan pəncərələr hissəsində ekspertiza rəyinə istinad edilməsinin düzgün olmaması – əsassız sayır.
51. Əvvəla, həyətə açılan pəncərələrin iddiaçının öz həyəti və evindən istifadə etməsinə maneə yaradıb-yaratmaması barədə suala ekspert ona görə cavab verməmişdir ki, həmin məsələ hüquqi məslədir və hüquqi məsələyə məhk əmə qiymət verməlidir. Bu baxımdan, qeyd edilən məsələ hüquqi məsələ olduğu üçün məhkəmənin həmin məsələyə qiymət verməklə, iddiaçının hüquqlarının pozmamasını müəyyən etməsi qanunusz hesab edilə bilməz.
52. Tərəflərin evlərinin arasında ev yox, yol olması barədə dəlil isə, əvvəla, ekspert rəyi ilə təkzib edilir. Rəydə tərəflərin evlərini arasında başqa qonşuya məxsus həyətyanı torpaq sahəsinin olması, lakin həmin qonşunun qeyd edilən torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə etməsi qeyd edilib. Digər qonşunun öz həyətyanı torpaq sahəsindən yol kimi istifadə etməsi, həmin sahənin yol olması demək deyil.
53. Bundan əlavə, tərəflərin evlərinin arasında ev yox, yol olması barədə dəlil hazırki qərarın 48-49-cu bəndlərində göstərilənlərə əsasən iddianın təmin edilməsi üçün hər hansı əhəm iyyət də kəsb etmir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-436/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls